Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə53/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   49   50   51   52   53   54   55   56   ...   306

I.

 

Sənaye malları sektoru üçün



Sənaye mallarının buraxılışı 

( Q m )   =

 

Kapital məsrəfləri 

( K )   +  

Əmək məsrəfləri 

( L m )

 

II.


 

Ərzaq məhsulları sektoru üçün: 



Ərzaq məhsullarının buraxılışı 

( Q f )   =

 

Torpağın miqdarı 

( T )   +

 Ərzaq istehsalında əmək məsrəfləri 

( L f )

 

III.


 

Bütövlüklə iqtisadiyyat üzrə istifadə olunan əməyin ümumi miqdarı bu 

cür olacaq: 

L m   +   L f = L  

İqtisadiyyatın hər bir sektorunda istehsal funksiyalarının təhlili amillərdən 

hər birinin istehsal imkanlarını, yəni sənaye mallarının buraxılış həcmini (əmək 

məhsulunun son həddi)

 

müəyyənləşdirməyə imkan verir. Bu, xarici ticarətin ilkin 

iqtisadi şərtlərini formalaşdıran istinad nöqtəsi kimi nəzərdən keçirilə bilər. Onun 

reallaşdırılması üçün zəruri olan digər şərt ixracatçı ölkə ilə idxalçı ölkə arasında 



malların  müxtəlif  nisbi  qiymətlərinin  olmasıdır

 

(göstərilən  halda  sənaye 

mallarının). Malların qiymətləri arasında nisbi fərqlərin olmaması xarici ticarəti 

prinsipcə qeyri-mümkün etdiyinə görə, bu, xarici ticarətin bünövrəsini təşkil edən 

ehkamdır. 

Əmtəənin həyat dövrü nəzəriyyəsi. Əmtəənin həyat dövrünün mərhələləri 

əsasında hazır məmulatlarla ümumdünya ticarətinin nəzəriyyəsi belə adlanır. Bu 

nəzəriyyəyə  görə,  əmtəənin  (məhsulun)  bəzi  növləri  yaradılmadan,  artımdan, 

yetkinlikdən  və  tənəzzüldən  ibarət  olan  dörd  mərhələdən  keçir.  Buna  müvafiq 

olaraq,  həmin  əmtəənin  istehsalı  dövrün  mərhələsindən  asılı  olaraq 

ölkədən-ölkəyə yerini dəyişir. Bu mərhələlər bir-biri ilə sıx əlaqədədir və bir növ 

kontinuum  təşkil  edir.  Müvafiq  dəyişikliklər  (mərhələlər  üzrə)  6.1  cədvəlində 

göstərilmişdir. 



1-

 

ci mərhələ - yaradılma.

 

Bu mərhələ aşkar edilən ehtiyaca uyğun 

olaraq yeniliyin işlənib hazırlanmasını; yeni əmtəənin ölkə daxilində istehsalını 

və satışını; yeni əmtəənin ölkədən ixracını əhatə edir. Belə bir cəhət qeyd olunur 

ki,  son  onilliklərdə  ABŞ  yeni  malların  buraxılışının  və  texnologiyaların  əsas 

təşəbbüskarıdır,  hərçənd  sənayeləşmiş  dövlətlər,  ilk  növbədə,  Yaponiya  öz 

töhfəsini verir. Bu fakt ABŞ-m əsasən əməktutumlu məhsulları ixrac etdiyini 

143 



göstərən «Leontyev paradoksu»nu başa düşməyə imkan verir. ABŞ-da maaşlar 

dünyada  ən  yüksəklərdən  biri  olduğuna  görə,  onun  belə  mallarının  dünya 

bazarında rəqabət mövqeləri barədə sual meydana çıxır. İzahlardan biri - əmtəə 

istehsalçılarının  inhisarçı  mövqe  tutmaq  sayəsində  xərcləri  həmin  yeni  malın 

qiymətinin  ucuzlaşmasını  gözləmək  istəməyən  istehlakçıların  üzərinə  qoymaq 

imkanıdır. 



2-

 

ci  mərhələ  -  artım.  Əmtəə  istehsala  buraxıldıqdan  və  satışı 

başlandıqdan  sonra  rəqiblərin  hərəkətə  başlaması  üçün  stimul  yaranır,  bu  isə, 

inhisarçının tutduğu mövqeni pozur. Bir qayda olaraq, əhəmiyyət kəsb etməyən 

dəyişiklik aparılması  yolu ilə yeni əmtəənin patent müdafiəsi aradan qaldırılır. 

Eyni  zamanda başqa ölkələrdə, ilk növbədə isə inkişaf etməkdə olan ölkələrin 

bazarlarında tələbat artmağa başlayır. Bununla da, həm ixracın artması, həm də 

müxtəlif ölkələrdə yeni müəssisələrin yaradılması hesabına bazarın genişlənməsi 

baş verir. 



3-

 

cü mərhələ - yetkinlik. Yetkinlik mərhələsində dünyada məmulata olan 

tələbat tarazlaşmağa başlayır, hərçənd ki, bu zaman bəzi ölkələrdə istehsalın və 

satışın artımı, digərlərində isə azalması baş verə bilər. Amma bir qayda olaraq, bu 

mərhələdə  məmulatların  modelləri  yüksək  dərəcədə  standartlaşdırıldığına, 

onların  dəyərinin  isə  rəqabətin  mühüm  alətinə  çevrildiyinə  görə  ilkin 

istehsalçıların sıxışdırılması müşahidə edilir. Məhsul vahidinin dəyərini endirən 

xarici istehsalçıların iri seriyalı məhsul buraxılışı başlayır və bu zaman nisbətən 

aşağı maya dəyəri inkişaf etməkdə olan ölkələrdə satış həcmini artımıaq imkanı 

yaradır.  Bazarlar  genişləndikcə  və  texnologiyalar  yayıldıqca,  yeniliyi  yaradan 

ölkə  tədricən  öz  istehsal  üstünlüklərini  itinnəyə  başlayır.  Müəssisələrin  işçi 

qüvvəsinin  nisbətən  aşağı  ixtisaslı,  lakin  ucuz  olduğu  inkişaf  etməkdə  olan 

ölkələrə  köçürülməsinə  stimullar  meydana  çıxır.  Bu,  tələbat  olan  əmtəənin 

mənfəətli və səmərəli istehsalını təşkil etməyə imkan verir. 

4-

 

cü  mərhələ  -  tənəzzül.  Bu  mərhələdə  inkişaf  etmiş  ölkələrdəki 

bazarlar tədricən əmtəədən imtina etməyə başlayır, onun istehsalı azalır, əhalinin 

təminatlı təbəqələri yeni mallara üstünlük verirlər. Bu məqamadək bütün istehsal 

inkişaf  etməkdə  olan  ölkələrdə  cəmləşir  və  inkişaf  etmiş  ölkələrin  daralan 

bazarlarını müvafiq mallarla onlar təmin edirlər. 

144 



 

Cədvəl 6.1 

Əmtəənin həyat dövrü nəzəriyyəsi* 

Göstəricilər

 

Həyat dövrünün mərhələləri

 

Yaradılma

 

Artım

 

Yetkinlik

 

Tənəzzül

 

İstehsalın



 

yerləşməsi

 

Yeniliyin yaradıldığı 



ölkə (adətən, 

sənayesi inkişaf 

etmiş)

 

Yeniliyin tətbiq olunduğu 



ölkə və sənayesi inkişaf 

etmiş başqa ölkələr

 

Bütün ölkələr



 

Əsasən 


inkişaf 

etməkdə 


olan 

ölkələr


 

Bazarın


 

yerləşməsi

 

Əsasən yeniliyin 



tətbiq olunduğu 

ölkə (müəyyən 

həcmdə ixracla)

 

Əsasən sənayesi inkişaf 



etmiş ölkələr. Xaricdəki 

istehsal bazarlarda 

sürətlə artan tələbatı 

ödəməklə, get-gedə 

ixracı əvəz edir və ixrac 

bazarlarına doğru meyil 

başlayır

 

İnkişaf etməkdə 



olan ölkələrdə 

artım; sənayesi 

inkişaf etmiş 

ölkələrdə müəyyən 

enmə; tələbatın 

ümumi sabitləşməsi

 

Əsasən inkişaf



 

etməkdə olan

 

ölkələr.


 

Tələbatın

 

ümumi


 

azalması


 

Konkret


 

amillər


 

Demək olar ki, 

inhisarçı mövqe. 

Satış əvvəlki malın 

qiymətinə deyil, 

malın unikallığına 

əsaslanır

 

Rəqiblərin sayı artır. 



Rəqiblərin bəzisi 

qiymətləri 

ucuzlaşdırmağa başlayır. 

Əmtəə daha da 

standartlaşır

 

Rəqiblərin sayı 



azalır. Qiymət 

mühüm


 

əhəmiyyət kəsb 

edir (xüsusilə 

inkişaf etməkdə 

olan ölkələrdə)

 

Qiymət əsas 



silahdır. 

İstehsalçıların sayı 

getdikcə azalır

 

İstehsal



 

texnologiyası

 

Xırda seriyalı 



istehsal. Əmtəənin 

təkmilləşlməsini 

təmin edən 

metodların tətbiqi. 

Yüksək əmək 

tutumu və yüksək 

ixtisas. Nisbətən az 

kapital məsrəfləri

 

Kapital məsrəflərinin 



artması, daha çox 

standartlaşdırılmış 

metodlar

 

Yüksək kapital 



tutumlu iri seriyalı 

istehsal. Yüksək 

dərəcədə 

standartlaşma. 

Nisbətən aşağı 

ixtisaslı işçi qüvvəsi 

tələb olunur

 

Mexanikləşdiri 



İmiş iriseriyalı 

istehsal şəraitində 

ixtisassız işçi 

qüvvəsi


 



Дэниелс Д.Д.

 Международный бизнес / Д.Д.Дэниелс, Л.Х.Радеба. М.: Дело Лтд, 2001. 

С. 133. 


Ölkələrin  bənzərliyi  nəzəriyyəsi.  Bu  nəzəriyyə  belə  bir  ideya  ilə 

əsaslandırılır:  yeni  əmtəəni  daxili  bazarın  tələbinə  uyğun  olaraq  satmaq  üçün 

işləyib hazırlayan sahibkar-fırma «öz» bazarında möhkəmləndikdən sonra 

145 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə