Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə54/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   50   51   52   53   54   55   56   57   ...   306

analoji mallarla başqa ölkələrin bazarlarına çıxır. Yeni əmtəələrin əksəriyyətinin 

inkişaf  etmiş  ölkələrdə  buraxıldığına  və  daxili  bazarlarda  satış  üçün  (onların 

tələbləri nəzərə alınmaqla) təyin olunduğuna görə, onlar əsasən həmin ölkələrin 

nəhəng  bazarlarında  dövr  edir;  yüksək  keyfiyyət  və  buna  müvafiq  olan  baha 

qiymət  onların  ikinci  və  üçüncü  dünya  ölkələrinin  bazarlarına  intensiv  surətdə 

daxil  olmasına  imkan  vemıir.  Amma  sonuncuların  bazarlarına  həmin  mallar 

postsənaye  ölkələrinin  əmtəələrini  təqlid  edən  surroqatlar  şəklində  iri  həcmdə 

tullanır  yaxud  yuxarıda  dediyimiz  kimi,  inkişaf  etmiş  ölkələrin  bazarları  artıq 

tələb olmayan mallarla dolduqdan sonra oradakı istehsallar inkişaf etməkdə olan 

ölkələrə köçürülür. 

Amma burada təkcə əmtəənin istehsalı və təklifi amili deyil, həm də tələb 

amili mühümdür. Bu amillərin əsrlər ərzində kortəbii qaydada müəyyənləşdirilən 



uyğunluğu olmadan, mükəmməl ümumdünya ticarəti mümkün deyil. Uyğunluq 

burada  ümumdünya  ticarətində  tarazlığı,  tələb  və  təklif  arasında  balans 

yaradılmasını  ifadə  edir.  Bir  ölkə  çərçivəsindəki  balansdan  fərqli  olaraq, 

ümumdünya səviyyəsində asılılıq və qarşılıqlı asılılıq amillərinin çox mürəkkəb 

uçotu  aparılır;  bir  (birinci)  ölkənin  istehsal  imkanları  orada  buraxılan  əmtəəlik 

malın  (və  xidmətlərin)  müəyyən  hissəsinin  ikinci  ölkə  tərəfindən  istehlak 

olunması imkanı ilə təmasa girir. Bu yanaşma beynəlxalq ticarət problemlərinin, 

o cümlədən ümumdünya ticarətinin standart modelinin işlənib hazırlanmasında 

əsas rol oynayan «əvəzetmənin son həddi» konsepsiyası üçün təməl təşkil edir. 

Əslində,  bu,  ingilis  iqtisadçısı  A.Marşallm  («son  səmərəlilik  həddi» 

konsepsiyasının müəllifi) təkmil şəkildə (müasir anlamda) ümumi tarazlıq kimi 

ifadə etdiyi ümumdünya ticarətinin tarazlığı (balansı) ideyasının özüdür. Əvvəllər 

bu  ideya  C.St.Mill  tərəfindən  təsvir  olunmuş,  onun  işlənib  hazırlanmasına 

marjinalizm məktəbinin nümayəndəsi F.Ecuort, sonradan isə kapitalın hərəkətini 

və ümumdünya ticarətini tədqiq etmiş C.Mid öz töhfələrini vennişdir. 

Bu nəzəriyyənin əsas anlayışı qarşılıqlı tələb, yəni tələb və təklifi sintez 

edən,  ölkəyə  bir  əmtəənin  ixracını  təmin  etmək  üçün  başqa  əmtəənin  idxalının 

hansı  miqdarda  lazım  olduğunu  ifadə  edən  göstəricidir.  Beləliklə,  ümumdünya 

ticarətinin  həcmi,  əmtəənin  daxili  istehsalı  ilə  istehlakı  arasında  olan  fərqdir. 

İstehsal istehlakdan çox olduqda, ölkə ixrac, az olduqda isə idxal edir. 

Buna  müvafiq  olaraq,  əgər 

 

və 



Q2

 

1-ci  və  2-ci  əmtəənin  istehsalının 



(təklifinin) həcmi, 

Dj

 

və 



D2

 

onların istehlakıdırsa (tələbidirsə). 



 - 


D2

 

146 




malların  ixracı,  D?  -  Q

2

  isə  2-ci  əmtəənin  idxalıdır.  Ümumdünya  ticarəti 

nəzəriyyəsinin  nisbi  qiymətlər  anlayışına  istinad  etdiyini  nəzərə  alsaq,  2-ci 

əmtəənin idxalı, 1-ci əmtəənin ixracının, onun nisbi qiymətinə hasilinə bərabər 

olmalıdır və bunun nəticəsində aşağıdakı düstur alınır: 

D 2 - Q 2

 

=

 



( Q

I

- D



I

)

X



P

I

/ P 2  



Bu  halda  ölkənin  xarici  ticarətinin  ümumi  tarazlığına  -  əmtəəyə  olan 

tələbatın  və  təklifin  həm  daxili,  həm  də  beynəlxalq  ticarətdə  eyni  zamanda 

bərabərləşməsinə nail olmaq mümkündür. 

Nisbi  üstünlüklər  nəzəriyyəsi  və  əmək  məhsuldarlığı  amili:  Balassa 

modeli.  Hələ  1963-cü  ildə  macar  iqtisadçısı  B.Balassa  1951-ci  ildə  ABŞ  və 

Böyük Britaniyanın 26 sənaye sahəsi üzrə ixrac və hər iki ölkədə sahələr üzrə 

əmək məhsuldarlığının nisbəti barədə məlumatlardan istifadə etməklə, Rikardo 

metodologiyası  əsasında  onlar  arasındakı  ticarətin  müqayisəli  təhlilini 

aparmışdır. 6.1-ci şəkildə onun modeli təsvir edilmişdir və orada məhsuldarlıq 

göstəricisinin nisbətləri üfüqi, ixrac üzrə müvafiq göstəricilər isə şaquli xətt üzrə 

göstərilmişdir. Hər iki xətdə müvafiq göstəricilərin loqarifmləri əks olunmuşdur. 

Bunun  heç  bir  prinsipal  əhəmiyyəti  olmasa  da,  ticari-iqtisadi  proses  haqqında 

aydın təsəvvür yaradır. 

Məlumdur  ki,  Rikardo  nəzəriyyəsinə  görə  ABŞ-da  hər  hansı  bir  sahədə 

əmək  məhsuldarlığı  yüksək  olarsa,  bu  ölkənin  firmaları  Böyük  Britaniyanın 

yaxud başqa ölkənin eyni sahədə fəaliyyət göstərən firmalarına nisbətən daha çox 

əmtəə  ixrac  edə  biləcək.  Bu,  6.1  şəklindən  də  görünür.  Müvafiq  göstəricilər 

müəyyən  maili  xətt  ətrafında  kifayət  qədər  yaxın  məsafədə  səpələnmişdir. 

İstənilən iqtisadi statistikada olduğu kimi, bu müqayisəli təhlildə istifadə olunan 

statistikanın  da  müəyyən  xətalarını  nəzərə  alsaq,  əldə  edilən  nəticələr  kafidən 

artıq hesab edilə bilər. 

Balassa ticarətin mütləq deyil, müqayisəli üstünlüklər əsasında qurulması 

barədə  Rikardonun  fundamental  müddəasının  doğruluğunu  təsdiqlədi.  Təhlilin 

aparıldığı  ilin  göstəricilərinə  əsasən,  Amerika  sənayesi  məhsuldarlığına  görə 

Böyük Britaniya sənayesini təqribən iki dəfə üstələyirdi. Balassa seçilmiş ixrac 

malları  toplusundan  ölkənin  yalnız  istehsalında  əmək  məhsuldarlığına  görə 

Böyük  Britaniyadan  üstün  olan  əmtəələri  ixrac  edəcəyi  barədə  geniş  yayılmış 

yanlış fikri aşkarlamışdır. Rikardo modeli göstərir ki, müəyyən malı ixrae 



147 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə