Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə55/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   51   52   53   54   55   56   57   58   ...   306

etmək  imkanı  qazanmaq  üçün  xarici  istehsalçıları  yalnız  məhsuldarlıq  üzrə 

üstələmək azdır. Bunun üçün göstərilən sahədə nisbi məhsuldarlıq həmin ölkənin 

digər  sahələrində  olduğundan  da  yüksək  olmalıdır.  Yeri  gəlmişkən,  Marks  da 

ABŞ-m  daha  məhsuldar  sahələrində  Böyük  Britaniyanın  daha  geniş  empirik 

ixracı barədə məlumatlardan istifadə edərək bunu təsdiq edirdi. 

ABŞ və 

Böyük 

Britaniyanı

n ixracları 

arasındakı 

nisbət 

4

 ^ 



 

ABŞ və Böyük Britaniyanın 

əmək məhsuldarlığı arasındakı nisbət 

Şəkil 6.1.

 Balassanın müqayisəli üstünlüklər modeli 

Adətən əmək məhsuldarlığı ilə ixrac-idxal arasındakı nisbətin təhlili üçün 

istifadə  olunan  Balassa  modeli  birinci  amilin  sahələrin  «xarici  ticarət  yönü- 

münə»  təsirini  nümayiş  etdirir.  Amma  bu  cür  təhlil  son  dərəcə  dəqiqliyi  və 

mükəmməlliyi  ilə  fərqlənməlidir.  Məsələn,  sənaye  cəhətdən  geridə  qalmış 

ölkələrin xammal sahələrində əmək məhsuldarlığı aşağı, bəzi hallarda isə primitiv 

olsa  da,  həmin  ölkələr  öz  daxili  bazarlarında  qıt  olduğu  halda  belə,  buraxılan 

məhsulu ixrac edə bilər. Buna görə də söhbət dünya bazarı sistemində beynəlxalq 

qaydalar əsasında iştirak edən ölkələrin və onların iqtisadiyyatlarının tutuşdurula 

bilən  göstəricilərinin,  ümumiyyətlə,  istənilən  iqtisadiyyatda  deyil,  bazar 

iqtisadiyyatı sistemində müqayisəli təhlilindən getməlidir. 

6.3.

 

Porterin rəqabət üstünlükləri nəzəriyyəsi 

Amerika  iqtisadçısı  Maykl  Porter  istehsal  amilləri  nəzəriyyəsi  və 

firmaların xarici ticarət fəaliyyəti nəzəriyyəsini keyfiyyətcə yeni əsasda 

148 



əlaqələndirməyə cəhd göstənnişdir. 

0, 1980-ci illərin sonunda payına dünya üzrə ixracın 50%-dən artıq hissəsi 

düşən,  sənayeləşmiş  10  ölkənin  100-ə  yaxın  sahəsinin  irimiqyaslı  tədqiqatını 

aparmışdır.  Nəticədə  M.Porter  ölkənin  rəqabət  üstünlükləri  haqqında  orijinal 

nəzəriyyə  işləyib  hazırladı.  Onun  konsepsiyasında  başlıca  yeri  ölkənin 

firmalarının fəaliyyət göstərdiyi rəqabət makromühitini formalaşdıran dörd əsas 

parametrin qarşılıqlı əlaqəsi barədə ideya tutur. 

M.Porterin  fikrinə  görə,  müasir  beynəlxalq  ticarətin  inkişafını 

müəyyənləşdirən əsas parametrlər bunlardır; 

1)

 



amillərin şərtləri

2)

 



tələbatın şərtləri; 

3)

 



əlaqəli və xidmətedici sahələr; 

4)

 



firmanın strategiyası və rəqabət. 

Amillərin  şərtləri. İstehsal  amillərinə ölkənin rəqabət  qabiliyyətinə təsir 

göstənnə  nöqteyi-nəzərindən  baxarkən,  M.Porter  ənənəvi  amillərlə  (əmək, 

torpaq,  kapital,  sahibkarlıq  qabiliyyəti)  yanaşı,  elmi,  texniki  habelə  bazar 

strukturlarının  informasiya  təminatı,  nəqliyyat,  səhiyyə,  rabitə  sistemlərinin 

vəziyyəti və hətta əhalinin mənzil fondu ilə təminatı kimi amilləri seçir. Amillərin 

şərtlərinin  (onların  sayı  isə  çoxdur)  əhəmiyyətini  təsdiqləyərək,  Porter 

beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinin yaradıcılarından fərqli olaraq, belə 

hesab  edir  ki,  onların  əksəriyyəti  ölkəyə  miras  kimi  qalmayaraq,  istehsalın 

inkişafı  (genişlənməsi)  prosesində  yaradılır.  Məsələn,  Yaponiyada  torpaq 

amilinin  qıtlığı  sonradan  dünya  bazarında  tələb  olunan  yığcam  texnoloji 

proseslərin işlənib hazırlanması üçün əsas olmuşdur. 

Porterin  rəyincə,  rəqabət  üstünlükləri  ölkədə  mövcud  olan  şərait  ilə 

konkret  firmanın  seçdiyi  strategiyanın  səmərəli  tərzdə  uyğunlaşmasının  və 

istifadəsinin  son  nəticəsidir.  Müəyyən  ölkənin  şəraiti  firmaların  beynəlxalq 

miqyasda  rəqabət  üstünlüklərinə  nail  olması  üçün  zəmin  yarada  bilər,  bundan 

istifadə etmək yaxud etməmək isə fınnanm özünün işidir. 



Tələbatın  şərtləri  (parametrləri)  —  ilk  növbədə  tələbatın  tutumu,  onun 

inkişafının dinamikası, məhsul növlərinə tələbatın fərqlənməsi, alıcılar tərəfindən 

malların və xidmətlərin keyfiyyətinə qarşı yanaşmanın ciddiliyidir. İnkişaf etmiş 

tələbat şəraitində yeni mallar dünya bazarlarına çıxarılmazdan əvvəl məhz daxili 

bazarda  sınaqdan  keçirilməlidir.  Məsələn,  sahəsi  kiçik  olan  mənzillərdə 

yaşamağa vərdiş etmiş yaponlar ucuz, enerjiyə qənaət edən 



149 


kondisionerlərdən  istifadə  etmək  istəyirdilər  və  ölkə  sənayesi  bu  cür  mal 

buraxmağa  başladı.  Sonradan  həmin  kondisionerlərdən  bütün  dünyada  geniş 

istifadə  olunmağa  başlanması  yapon  şirkətlərinin  ixracı  üçün  böyük  imkanlar 

açdı. 


Əlaqəli  və  xidmətedici  sahələr.  Milli  iqtisadiyyatda  ixracyönümlü 

sahələrdə fəaliyyət göstərən ölkə fıraıalarım lazımi materiallar, yarımfabrikatlar, 

komplektləşdirici məmulatlar və başqa materiallarla, inforaıasiya ilə təmin edən 

əlaqəli və yardımçı sahələrin mövcudluğu həmin firmaların dünya bazarlarında 

rəqabət qabiliyyətinin yaradılmasının və saxlanmasının mühüm şərtidir. Məsələn, 

zərgərlik məmulatları istehsal edən İtaliya firmaları, ölkənin qiymətli metalların 

və  daşların  emalı  üçün  maşınlar  istehsalı  sahəsində  dünyada  lider  olması 

sayəsində  çiçəklənir.  Başqa  bir  nümunə:  1960-cı  illərin  sonu  -  1970-ci  illərin 

əvvəlində Amerikanın çox gəlirli olan böyük motosikletlər bazarında Britaniya 

firmaları  «Honda»  və  «Suzuki»  yapon  firmaları  tərəfindən  sıxışdınimışdı. 

Ekspertlərin  müəyyənləşdirdiyinə  görə,  bunun  səbəblərindən  biri  həmin  yapon 

firmalarının  yeganə  vəzifəsi  texnikanın  son  nailiyyətləri  əsasında  onlar  üçün 

xüsusi  dəzgahlar  buraxmaq  olan  törəmə  şirkətlər  yaratması  idi.  Britaniya 

firmaları  isə  ümumi  təyinatlı,  heç  bir  unikal  rəqabət  keyfiyyətlərinə  malik 

olmayan dəzgahlardan istifadə edirdi. 

Firmanın  strategiyası  və  rəqabət.  Ölkənin  rəqabət  üstünlüyünün  təmin 

edilməsində firmaların strukturu və onların yarışması nəticəsində yaranan rəqabət 

mühiti mühüm əhəmiyyətə malikdir. M.Porter istehsalın yalnız bir milli, özü də 

dövlətin dəstəyindən  yararlanan firmada cəmləşdirilməsinin potensial faydasını 

qətiyyətlə  inkar  edir.  Belə  firmaların  əksəriyyəti  səmərəliliyin  və  əmək 

məhsuldarlığının  aşağı  olması,  resurslardan  istifadədə  israfçılıqla  fərqlənir. 

Daxili  bazarda  kəskin  rəqabət  firmanın  ölkədən  xaricə  çıxmasını,  yeni  xarici 

bazarlar  axtarmasını  stimullaşdırır.  «Evdəki»  mübarizədə  möhkəmlənmiş, 

müvəffəqiyyət qazanmış finnalar bu zaman əldə etdikləri rəqabət qabiliyyətindən 

daha  sərt  (bəzən  isə  qəddar)  olan  dünya  bazarlarında  istifadə  edir.  «Evdəki» 

mübarizə nə qədər amansız olarsa, belə firmaların zamanın sınağından çıxması və 

xaricdə hökmran mövqelər tutması ehtimalı daha da yüksəlir. 

M.Porter  hesab  edir  ki,  rəqabət  qlobal  xarakter  daşımalıdır.  Finna  öz 

mallarını təkcə daxili bazarda deyil, bütün dünyada satmalıdır. M.Porter ölkədə 

istehsal edilən malların rəqabət qabiliyyətinin təmin edilməsində firmaların 

150 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə