Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə56/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   52   53   54   55   56   57   58   59   ...   306

strategiyalarına  və  təşkilati  quruluşuna  xüsusi  yer  ayırır.  M.Porterin  fikrincə, 

bütün fınualar tərəfindən bütün ölkələrdə tətbiq oluna biləcək hər hansı universal 

firma strategiyasını yaxud idarəçilik sistemini müəyyənləşdirmək mümkün deyil. 

Mebel,  işıqlandınua  qurğuları,  ayaqqabı  istehsalında  liderlik  edən  İtaliya 

firmalarına  idarəçiliyin  sərt  fomıaları  və  idarəetmə  strukturlarının  sürətlə 

dəyişdirilməsi xas deyil. Amma optika və dəqiq maşınqayınua sahəsində böyük 

səmərə  ilə  ixtisaslaşan  alman  firmaları  üçün  mərkəzləşdirilmiş  sərt  idarəçilik 

sistemi səciyyəvidir. 

Yuxarıda nəzərdən keçirilənlərdən başqa, M.Porter rəqabət üstünlüklərini 

müəyyənləşdirən  ümumi  parametrlər  sisteminə  ölkənin  malik  olduğu  rəqabət 

üstünlüklərini  gücləndirə  yaxud  zəiflədə  bilən  təsadüfi  hadisələrin  rolunu  da 

daxil  edir.  Belə  hadisələrin  ölkənin  inkişafının  ümumi  şərtləri  ilə  əlaqəsi  çox 

zəifdir və onlara çox zaman nə firmalar, nə də hökumətlər təsir göstərə bilmir. Bu 

qəbildən olan  ən mühüm  hadisələrə  yeni ixtiralar, böyük texnoloji  irəliləyişlər 

(sıçrayışlar) resursların qiymətlərinin kəskin dəyişməsi (məsələn, «neft şokları»), 

dünyanın  maliyyə  bazarlarında  əhəmiyyətli  dəyişikliklər,  müharibələr  və  s. 

aiddir. 

Ölkənin  rəqabət  üstünlüklərinin  formalaşmasında  hökumət  böyük  rol 

oynayır. Hökumət özünün pul-kredit, büdcə-vergi və gömrük siyasəti vasitəsilə 

tələb və istehsal amillərinə birbaşa təsir göstərir. Antiinhisar tənzimləməni həyata 

keçirərkən,  hökumət  milli  iqtisadiyyatın  aparıcı  sahələrində  və  sektorlarında 

optimal  rəqabət  mühitinin  saxlanmasına  təsir  göstərir,  əsas  ixrac  sahələri  ilə 

qarşılıqlı fəaliyyətdə olan əlaqəli və xidmətedici sahələrin inkişafını dəstəkləyir. 

Beləliklə, M.Porterin nəzəriyyəsi müasir dövrdə müəyyən ölkənin rəqabət 

üstünlüklərini  müəyyənləşdirən  əsas  parametrlər  məcmusunu  daha  dolğun  əks 

edir. 


Xarici ticarətin standart modeli. Xarici ticarət təhlil olunarkən, hər hansı 

bir müəyyən yanaşmaya (modelə) istinad etmək mümkün deyil. İqtisadi həyatın 

gerçəklikləri  və  real  iqtisadi  proseslərin  baş  verdiyi  şərait  o  qədər  çoxcəhətli, 

mürəkkəb  və  qarşılıqlı  asılı,  keçmişin  heç  bir  nəzəri  modelində  qabaqcadan 

düşünülməmiş yeni vəziyyət yaratmaqla, o dərəcədə dinamik inkişaf edəndir ki, 

obyektiv məqsədə nail olmaq üçün çox zaman: birincisi, xarici ticarət sahəsində 

məlum olan bütün yaxud təqribən buna yaxın olan sayda yanaşmalardan, ikincisi, 

əvvəl təsvir olunanlar yeni proseslərə və 



151 


hadisələrə adekvat olmadığına görə yeni metodlardan və metodikalardan istifadə 

etmək  zərurəti  yaranır.  Xarici  ticarətin  standart  modelinin  işlənib 

hazırlanmasında bir neçə səviyyəni aşkar etmək olar. 

Birinci səviyy>əyə

 

aşağıdakı baza prinsipləri daxildir: 

 

açıq bazar iqtisadiyyatında qüvvədə olan prinsiplər



 

iqtisadi artımın tipləri; 



 

milli iqtisadi}^atın istehsal potensialı. 



Milli iqtisadiyyatın istehsal potensialı ölkələr üzrə əhəmiyyətli dərəcədə 

fərqlənən, xarici ticarət üçün təkcə stimul deyil, həmçinin, fundamental baza olan 

istehsal  imkanlarının  hədləri  ilə  təsvir  olunur.  Bununla  yanaşı,  hər  bir  ölkənin 

istehsal imkanları nisbi tələbatlar məcmusunun xarakterini (iqtisadiyyatın xarici 

sektorunun istehsalı daxil olmaqla) müəyyənləşdirir. 

Tarazlığın didə olunması.

 

Dünya bazarlarındakı tarazlıq ümumdünya nisbi 

tələblə  ümumdünya  nisbi  təklif  əsasında  müəyyən  olunur.  Göstərilən 

konsepsiyalarda  (yanaşmalarda,  modellərdə)  ümumi  cəhətlərin  mövcudluğu 

onları vahid, daha ümumi modelin elementləri kimi çıxış edən xüsusi hallar kimi 

nəzərdən keçirməyə əsas verir. 



İkinci səviyyə

 

aşağıdakı qarşılıqlı əlaqələrin təhlilini əhatə edir: 

 

istehsal imkanlarının hüdudlan ilə nisbi təklif əyrisi arasında; 



 

nisbi mərkəzlərlə nisbi təklif arasında; 



 

ümumdünya  orta  çəkili  qiymətlər  vasitəsilə  ifadə  olunan  ümumdünya 



nisbi tələb və təklif arasında; 

 



ölkənin rifah səviyyəsi ilə xarici ticarətin şərtləri  (ölkənin ixrac etdiyi 

malların orta qiymətinin idxal olunan malların orta qiymətinə nisbəti) arasında. 



Üçüncü  səviyyə.

 

Baza  amillərinin  istifadə  olunan  keyfiyyəti  müxtəlif: 

ümumdünya,  sahə,  ölkə  səviyyələrində  eyniləşdirilməlidir.  Bu  amillərə 

aşağıdakılar aiddir: 

 

ölkələrin iqtisadi inkişafının xüsusiyyətləri: 



 

ölkələrdə mövcud olan ticarət şərtləri



 

ölkələrdəki tariflər və ixrac üçün subsidiyalar



 

gəlirlərin yenidən bölgüsü yaxud beynəlxalq transfer. 



Praqmatik  yanaşmalar.  Konkret  ticari-iqtisadi  reallıqlar  ayrı-ayrı 

dövlətlərin xarici ticarət siyasəti və onların iqtisadi agentlərinin beynəlxalq ticarət 

əməliyyatlarının  həlledici  amili  altında  fonualaşan  müxtəlif  nəzəri 

konstruksiyalara və yanaşmalara güclü təsir göstərir. Bu, praktiki müstəvidə 



152 


beynəlxalq  ticarətin  tənzimlənməsinin  xarakterinə  görə  ilk  baxışdan  bir-birini 

təkzib  edən  nəzəriyyələrin  sintezi  əsasında  fonnalaşan  praqmatik  yanaşmaların 

əksər  hallarda  üstün  olmasını  ifadə  edir.  Bu  yanaşmalar  əsasən  dünya 

iqtisadiyyatının  və  buna  müvafiq  olaraq  ümumdünya  ticarətinin  böhranlı 

mərhələlərində  yaxud  dünyada  iqtisadi  vəziyyətin  gələcək  perspektivlərində 

müəyyən mücərrədlik yarandığı şəraitdə xüsusilə üstün mövqe tutmağa başlayır. 

Məsələnin  həlli  axtarılarkən  əvvəlki  nəsillərin  təcrübəsinə  müraciət 

olunması  zərurətinin  meydana  çıxması,  bir  qayda  olaraq,  təlatümlü  vaxtların 

yetişməsinin əlamətidir. Məsələn, indi «Marşall planı», maliyyə qeyri- sabitliyinə 

müqavimət  göstərmək  üçün  Tobin  vergisi,  deflyasiya  təhlükəsi  ilə  mübarizə 

məqsədilə Keynsin xərclərin stimullaşdırılması modeli yada düşür. UNCTAD -m 

Hesabatında  göstərildiyi  kimi,  bütün  bəlaların  mənbəyi  «liberal  beynəlxalq 

iqtisadi qaydalarda ritorika və reallıq arasındakı rabitəsizlikdir. Bu uyğunsuzluq 

özünü heç bir yerdə beynəlxalq maliyyədə və beynəlxalq ticarətdə olduğu qədər 

aydın büruzə vermir. Azad ticarətin üstünlüklərini göylərə qaldırmaqla tərifləyən 

hökumətlər  öz  əhalisini  və  öz  istehsalçılarını  beynəlxalq  rəqabətin  dağıdıcı 

küləklərindən  qorumaq  üçün  bu  prosesə  müdaxilə  etməyə  can  atır.  Məsələn, 

neomerkantilizm nəzəriyyələrinin qalıqları Uruqvay raundu zamanı əldə edilən 

razılıqların pozulmasına öz təsirini göstərmişdir»*. 

Əlbəttə, UNCTAD mütəxəssislərinin Uruqvay raundunun «pozulmasında» 

«merkantilizm  qalıqlarının»  təqsirli  olması  barədə  fikirləri  həddən  ziyadə 

şişirdilmə kimi görünür. Uruqvay raundu başa çatdıqdan sonra, o cümlədən Doha 

raundunun  gedişində  beynəlxalq  ticarət  sahəsində  irəliləyişlərin  olmamasının 

əsas səbəbləri dünyanın əsas ticarət dövlətlərinin inkişaf etməkdə olan ölkələrin 

maraqlarına zidd olaraq, öz iri şirkətlərinə üstünlüklər yaradan ticarət rejimlərini 

möhkəmlətmək  məqsədi  güdən  eqoistik  istəyindədir.  Təbii  ki,  bu  halda  onlar 

müasir iqtisadi nəzəriyyələrə, ilk növbədə isə malların, ticarətin, pul axınlarının 

və  s.  beynəlmiləlləşməsi  qarşısında  bütün  maneələrin  aradan  götürülməsi 

ideyasına  istinad  edən  neoliberal  beynəlxalq  monetarizm  nəzəriyyələrinə 

əsaslanırlar. Amma bu zaman ticari-iqtisadi sahədə hakim mövqe tutan dövlətlər 

«xüsusi  növ  əmtəələr»  buraxan  ölkə  istehsalçılarına  münasibətdə  «müdafiə 

sədlərini» qoruyub saxlayır (məsələn, kənd təsərrüfatı sahəsində ABŞ, Kanada, 

Aİ). Bu ziddiyyətlər ÜTT-nin danışıqlarının yeni 

' UNCTAD. Trade and Development Report, 2002. UN. N.Y., Geneva, 2002. P. 3. 

153 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə