Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə58/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   54   55   56   57   58   59   60   61   ...   306

çevrilməsinin  ticarətin  dünya  miqyasında  məhdudlaşması  ilə  nəticələnə 

biləcəyindədir.  Hər  bir  ölkə  qalan  dünyanın  hesabına  daha  yüksək  məşğulluq 

səviyyəsinə nail olmağa çalışacaqdır. İdxalı ixtisar etməklə, hökumətlər qarşılıqlı 

əlaqədə olan məsələləri,  o cümlədən ölkədə məşğulluq səviyyəsini  yüksəltmək 

məqsədi  güdür.  Amma  eyni  zamanda  həmin  iş  yerlərinin  sayı  dünyanın  başqa 

ölkələrində  azalır.  Onlar  da,  öz  növbəsində,  buna  həmin  ölkədən  idxalın 

azaldılınası  ilə  cavab  verir  və  orada  istehsalın  həcmi  aşağı  düşməyə  başlayır. 

Beləliklə,  son  nəticədə  məşğulluq  səviyyəsi  məsələsində  heç  bir  tərəf  qalib 

gəlməsə də, ümumdünya ticarətinə ciddi zərbə vurula bilər. Buradan belə nəticə 

çıxarılır  ki,  dünyada  növbəti  iqtisadi  tənəzzül  baş  verdikdə,  hər  bir  ölkənin 

«məşğulluğu xaricdən oğurlamağa» cəhd etmək siyasəti deyil, qarşılıqlı faydalı, 

açıq  ticarət  siyasəti  həyata  keçirilməlidir!  Lakin  məhz  iqtisadi  çətinliklər 

şəraitində hökumətlərin qarşılıqlı fayda verən ticarət siyasəti üzrə uzlaşdırılmış 

və açıq addımlar atılınası barədə razılıq əldə etmələri xüsusilə mürəkkəbləşir. 



Xarici ticarət və ölkələrin dünya bazarından asılılığı. Ölkələrin iqtisadi 

asılılığı,  müstəqilliyi  və  qarşılıqlı  asılılığı  problemləri  bəşəriyyətin  iqtisadi 

tarixini  daim  müşayiət  etmişdir.  1960-1970-ci  illərdə,  inkişaf  etmiş  və  inkişaf 

etməkdə  olan  ölkələr  arasında  münasibətlərin  xüsusilə  kəskinləşdiyi  dövrdə 

əslində qeyri-adekvat tərəfdaşlar - bir tərəfdən, sənayeləşmiş, digər tərəfdən isə, 

inkişaf  etməkdə  olan  ölkələr  arasında  ticarətin  xarakteri  ilə  bağlı  olan 

fundamental bazaya istinad edən bu problem ətrafında mübahisələr yeni qüvvə ilə 

alovlandı.  1990-cı  illərdə  əvvəlki  onilliklər  ərzində  qarşılıqlı  ticarət 

münasibətlərinin  artıq  ənənəyə  çevrilmiş  bu  sxemi  də  mürəkkəbləşdi:  sənaye 

ölkələri qrupu ilə qarşıdurma təşkil edən inkişaf etməkdə olan ölkələr qrupuna, 

demək olar ki, eyni iqtisadi struktura malik, keçmiş sosializm sisteminin sənayesi 

dağılmış  ölkələri  bazasında  yaranan  yeni  bir  qrupun  qoşulması  nəticəsində  bir 

növ üçbucaq meydana çıxdı. Bu, ümumdünya ticarətinin təşəkkül tapmaqda olan 

mexanizmini  son  dərəcədə  mürəkkəbləşdirdi,  bir  sıra  hallarda  orada  yaranmış 

əlaqələri,  o  cümlədən  uzunmüddətli  münasibətləri  deformasiyaya  uğratdı. 

Burada aşağıdakı xüsusiyyətlərin qeyd olunması zəruridir': 



Birinci  xüsusiyyət

 

inkişaf  etmiş  və  göstərilən  iki  qrupdan  olan  ölkələrin 

xarici ticarətində köklü fərq kimi, ixrac edilən malların tərkibinin sayca 

*

 



Fisher C. Economy / C.Fİsher, C.Dorybus, P.Shmalenz. M. 1997. 

P. 537. 


157 


məhdud olmasındadır: inkişaf etməkdə olan ölkələr təbii məhsullar və xammal, 

yeni  kapitalist  ölkələri  isə  xammal  və  sadə  məmulatlar,  məhdud  sayda  maşın- 

texnika məhsulları (silah barədə danışıldıqda, bu mallar Rusiya və Ukraynanın 

sənayesi dağılmış iqtisadi mühitindən istisnadır) təklif edirlər. 



İkinci xüsusiyyət inkişaf etməkdə olan və yeni kapitalist ölkələrinin dünya 

bazarlarından  güelü  asılılığıdır.  Nisbətən  zəif  inkişaf  etmiş  iqtisadi  sistemlərin 

incə  cəhəti  onların  xarici  ticarətinin  əsasən  xammal  ixracına  istiqamətlənərək, 

hazır  məhsullar  istehsal  edən  sahələrdən,  demək  olar  ki,  təcrid  olunmuş  halda 

fəaliyyət  göstərməsidir.  Bu  sektordan  gələn  valyuta  mədaxilləri  hesabına  həm 

bütövlükdə iqtisadi sistem, həm də muzdlu işçi qüvvəsinin əsas hissəsinin son 

dərəcə aşağı olan əmək haqqının səvİ5^əsi saxlanılır. 

Malların və xidmətlərin ixracı və idxalı baxımından iqtisadi artım tipi. 

Xarici  ticarətin  istiqamətlənməsi  xarakterinə  görə  iqtisadi  artımın  aşağıdakı 

tipləri fərqləndirilir: 

 



istehsal imkanlarını ixrac olunan mal istiqamətində qeyri-bərabər tərzdə 

genişləndirən ixracyönümlü artım; 

 

istehsalın  ölkəyə  gətirilən  malların  idxalının  əvəzləndirilməsinə 



yönəlmiş artımı. 

Müəyyən vaxt silsiləsində aparılan təhlil göstərir ki, ixracyönümlü artım 

iqtisadiyyatı  inkişaf  edən  ölkələrin  ticarət  şəraitini  pisləşdirir.  İdxalın  əvəz 

olunmasına  yönəlmiş  artım  iqtisadiyyatı  inkişaf  edən  ölkələrin  ticarət  şəraitini 

yaxşılaşdırır. 

İxrac sahələrinin genişlənməsinin ticarət şəraitini həddən böyük miqyasda 

pisləşdinnəsi  nəticəsində  maddi  rifahın  yüksəlməsi  ilə  onların  artımı  arasında 

əlaqənin  kəsildiyi  vəziyyətin  yaranması da mümkündür. Belə vəziyyət  iqtisadi 

ədəbiyyatdan  müflisləşdirici  artım  hadisəsi  kimi  məlumdur  (1992-  1999-cu 

illərdə Rusiyadakı vəziyyət, habelə 2001-2008-ci illərdə sel kimi axıb gələn neft 

dollarları şəraitində artım buna nümunədir). 

Müstəqillik, asılılıq və qarşılıqlı asılılıq konsepsiyaları. Bu konsepsiyalar 

ümumdünya  ticarətinin  stmkturunu  və  ölkələrin  ticarət  siyasətini  izah  etməyə 

imkan  verir.  Müstəqillik  halında  ölkə  malların,  xidmətlərin  yaxud 

texnologiyaların  başqa  dövlətlərdən  alınmasından  asılı  deyil.  Qarşılıqlı  asılılıq 

onların  müdafiəsizlik  dərəcəsinin  aşağı  salınması  fonnalarından  biri  kimi 

nəzərdən keçirilir. Buna misal olaraq, çox zaman iqtisadiyyatları bir-birindən 



158 


3äiksək dərəcədə qarşılıqlı asılı olan Almaniya və Fransanı göstərirlər. Bu asılılıq 

o dərəcədədir ki, onlardan birinin müəyyən sahədə, məsələn, ticarətdə digərinin 

maraqlarına  toxunması,  həmin  andaca  buna  təşəbbüs  göstərən  ölkəyə  qarşı 

adekvat zərər vurulması ilə nəticələnə bilən addımların atılmasına səbəb olacaq. 

Buna  görə  də  onların  bir-birinə  qarşı  məhdudi)^ətlər  tətbiq  etməsi  ehtimalı, 

demək olar ki, yoxdur. 

«Asılılıq»  anlayışı,  ümumi  iqtisadi  və  texniki  geriliyi,  xammal  və  aqrar 

sahələrin  üstünlük  təşkil  etməsi  nəzərə  alınaraq,  adətən  inkişaf  etməkdə  olan 

ölkələrə  şamil  edilir.  Amma  burada  inkişaf  etməkdə  olan  ölkələrin  çoxunun 

məhdud sayda ixrac malları  yönümündə ixtisaslaşması və öz ixracını az sayda 

ölkələrə  göndərməsinə  kifayət  qədər  diqqət  yetirilmir.  Eyni  zamanda  inkişaf 

etmiş ölkə olan Kanada öz ixracının yarısından çoxunu yalnız bir ölkəyə, ABŞ- a 

göndərir və buna görə də orada baş verən enmələr və böhranlar dərhal sinxron 

surətdə Kanadanın iqtisadiyyatında, ilk növbədə, onun ixracyönümlü sahələrində 

əks  olunur.  Bütövlükdə  isə,  bu  münasibətlər  inkişaf  etməkdə  olan  ölkələrin 

əlaqələrinə aid olunur. Aşağıda bu cür asılılıq barədə məlumatlar verilir (cədvəl 

6.2). 

Cədvəl 6.2 

İnkişaf etməkdə olan ölkələrin bir tərəfdaşdan asılılığı*, 

1995-2000-ci illər 

ölkə

 

İxrac bazarı

 

İnkişaf etməkdə olan ölkənin payı,

 

%



 

Bruney


 

Yaponiya


 

52

 



Mərkəzi Afrika Respublikası

 

Fransa



 

38

 



Mavriki

 

Böyük Britaniya



 

40

 



Meksika

 

ABŞ



 

60

 



Somali

 

Səudiyyə Ərəbistanı



 

85

 



Kot-d'İvuar

 

Fransa



 

57

 



* Yearboook of International Statistics. UN Departments of International Economic and 

Social Affairs, 1996; 2009; Survey of Current Business, 2009. P. 119. 

1950-1980-Cİ  illərdən  fərqli  olaraq,  hazırda  yalnız  bir-iki  növ  ticarət 

məhsulundan asılı olan ölkələrin sayı azdır. Amma ticarətinin əsas hissəsi cəmi 

2-5 dövlətin payına düşən inkişaf etməkdə olan ölkələrin sayı çoxdur və onların 

həmin dövlətlərdə işgüzarlığın inkişaf mərhələsindən asılılığı güclüdür. Görünür 

ki, bir neçə on il əvvəl inkişaf etməkdə olan ölkələrin iqtisadi artımını 

159 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə