Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə59/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   55   56   57   58   59   60   61   62   ...   306

və onun şaxələnmə proseslərini ləngidən bu asılılıq, ticarət strategiyaları işlənib 

hazırlanarkən amil kimi nəzərə alınmışdır. Buna görə də onlar inkişaf etməkdə 

olan  ölkələrin  klassik  mallardan,  məsələn,  yalnız  xammal  və  tropik  bitkilərin 

ixracından  asılılığını  azaltmaq  üçün  vəziyyəti  dəyişdirməyə  çalışırdı.  Bu 

məqsədlə inkişaf etməkdə olan ölkələr hazır məhsulların istehsalının, o cümlədən 

ixracının  genişləndirilməsinə  səylər  göstərirdi.  İnkişaf  etməkdə  olan  ölkələrin 

özünəməxsus 

üç 

ticarət 

strategiyası

 

məhz 


bu 

nöqteyi-nəzərdən 

müəyyənləşdirilmiş və bunların hər birinə ölkələr qrupları daxil olmuşdur. 

Birinci qrnpım ölkələri

 

inkişaf etmiş ölkələrə yaxınlaşır və bura Honkonq, 

Sinqapur,  Tayvan,  Cənubi  Koreya,  İsrail  kimi  dövlətlər  daxildir.  Bu  ölkələrin 

hamısında  təbii  resurslar  kasaddır  və  buna  görə  də  onlar  öz  səylərini 

əməktutumlu  son  məhsulun  ixracı  üzərində  cəmləşdirməyə  məcburdur.  Onlar 

hələ 1960-1970-ci illərdə dünya bazarlarına kifayət qədər mürəkkəb məmulatlar 

ixrac etməyə başlamış və Qərb ölkələri ilə müvəffəqi}^ətlə, o cümlədən işçilərin 

əmək haqlarının aşağı olması sayəsində rəqabət apara bilmişlər. Portuqaliya və 

Yunanıstan kimi dövlətlər isə artıq 1970-ci illərin sonunda inkişaf etmiş ölkələr 

qrupuna daxil olmuşdur. 



İkinci qrupun ölkələri - Argentina, Braziliya, Meksika və Türkiyə (inkişaf 

etməkdə olan ölkələrin orta kapitalist yetkinliyi ölkələri ilə həmsərhəd «yuxarı» 

qrupu);  bunlar  emal  olunaraq  hazır  məmulata  çevrilmək  üçün  xammala  və 

kifayət qədər tutumlu daxili bazara malikdirlər. Sonuncu məqam öz növbəsində 

onlara  irimiqyaslı  istehsalı  təşkil  etməyə  imkan  yaradırdı.  Bu  strategiyanın 

sayəsində həmin ölkələr həm istehsal təyinatlı və aralıq məhsulların ixracında, 

həm  də  istehlak  bazarlarında,  o  cümlədən  tikintidə  müəyyən  nailiyyətlər  əldə 

etmişdir. 



Ölkələrin üçüncü qrupuna,

 

adətən, sürətli inkişafla fərqlənən Hindistanı 

və  Misiri  aid  edirlər.  Onlar  standartlaşdırılmış  aralıq  məhsulların  (toxuculuq 

malları,  məişət  texnikasının  lisenziyalaşdırılmış  növləri,  tikinti  məmulatları və 

s.)  ixrac  üçün  buraxılışını  təşkil  etmişlər.  Son  illərdə  burada  autsorsinq 

müvəffəqiyyətlə inkişaf etməyə başlamışdır. 

Yuxarıda göstərilən hər üç strategiyanı birlikdə tətbiq edən Çin xüsusi halı

 

təmsil edir. 



İxrac imkanları. Firmalar, bir qayda olaraq, cari və uzunmüddətli dövrdə 

daxili tələbatın zəifliyi yaxud başqa səbəblərdən təyinatı üzrə istifadə edilməyən 

istehsal güclərinə, məsələn, təbii resurslar ehtiyatlarına, müəyyən 

160 



məhsulun buraxılması üçün təyin olunmuş və başqa malların istehsalında tətbiq 

edilə bilməyən istehsal güclərinə və s. malik olur. 

Şirkətlər  məhsul  buraxılışını  iki  dəfə  artırdıqda  öz  xərclərini  20-30% 

azalda  bilər.  Buna  görə  də  müasir  şəraitdə  şirkətlər,  xüsusilə  də  iri  şirkətlər 

məhsul  istehsalının  artırılması  üzrə  əməliyyatlarını  planlaşdırarkən,  yalnız 

ölkədaxili  dəyişikliklərlə  məhdudlaşmayaraq,  onların  bazarlarını  qlobal 

mövqedən müəyyənləşdirir. 

İxrac üçün istehsal şirkətlərin mənfəətliliyinin artırılması amili kimi. 

Müəyyən  şəraitdə  istehsalçı  firma  öz  məhsullarını  xarici  bazarlarda  evdəki  ilə 

müqayisədə daha böyük fayda ilə sata bilər. Bu, müxtəlif səbəblər, o cümlədən 

əmtəənin xaricdə başqa həyat dövründə olması ilə əlaqədar olaraq, ölkə daxilində 

və xarici ölkədəki rəqabət mühitinin müxtəlifliyi ilə bağlı ola bilər. Nəticədə ölkə 

daxilində  yetkinlik  mərhələsi  malın  daxili  qiymətinin  ucuzlaşmasına,  eyni 

zamanda  xaricdə  artım  mərhələsində  olması  isə  qiymət  probleminin  aradan 

qaldırılmasına  gətirib  çıxara  bilər.  Mənfəətlilik,  həmçinin,  ölkədə  və  xaricdə 

dövlət  tənzimlənməsinin  müxtəlifliyi  (gəlirlərə  vergi  qoyulması,  qiymətlərin, 

tariflərin, rüsumların tənzimlənməsi və s.) nəticəsində də arta bilər. 



Risklərin bölüşdürülməsi. İstehsalçı fınna öz mallarının satışını bir ölkə 

bazarının  hüdudlarından  kənara  çıxartdıqda,  eyni  malın  həyat  dövrünün 

mərhələləri  ilə  ölkələrin  işgüzar  fəallıq  mərhələlərinin  fazalarının  müxtəlif 

olması səbəbindən tələbatın tərəddüdü minimum səviyyəyə enir. İxrac vasitəsilə 

riskin  aşağı  salınmasının  başqa  istiqaməti  istehlakçılar  dairəsinin 

genişləndirilməsidir  ki,  bu  halda  ölkə  daxilində  müştərilərin  bir  hissəsinin 

itirilməsi kompensasiya olunur. 

İdxal imkanları. Şirkətlər öz istehsal müəssisələrində istifadə etmək üçün 

daha  ucuz,  keyfiyyətli  xammal  və  materiallar,  hazır  və  komplektləşdirici 

məmulatlar axtardıqlarına görə xarici ticarətdə iştirak üçün siqnal (impuls) təkcə 

ixracatçıdan  deyil,  həmçinin,  idxalçıdan  da  daxil  ola  bilər.  Başqa  halda  fınna 

özünün  əmtəə  qrupunun  çeşidini  artırmaq  məqsədilə  başqa  ölkələrdə  istehsal 

olunmuş yeni mallar axtarır və bu, ona təklifi artırmağa, idxala isə ticarət-bölgü 

şəbəkəsinin izafi güclərindən yararlanmaq imkanı verir. 

Xammalın,  materialların  və  komplektləşdirici  məmulatların  beynəlxalq 

göndərişləri  istehsal  xərclərini  azaltmağa  yaxud  hazır  məhsulların  keyfiyyətini 

yüksəltməyə imkan yaratdıqda isə onları alan fınna idxal edilən mallarla 

161 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə