Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə60/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   56   57   58   59   60   61   62   63   ...   306

rəqabətə  tab  gətirə  bilir  yaxud  özü  ixrac  bazarlarında  uğurla  rəqabət  aparır. 

Bununla  əlaqədar  olaraq,  təhlilçilər  qlobal  rəqabətə  nümunə  kimi,  xərclərin 

azaldılması  baxımından  subpodratçılardan,  o  cümlədən  xarici  malgöndə- 

rənlərdən asılı olan avtomobilqayırma sənayesinə istinad edirlər'. 

İdxalçı  da  ixracatçı  kimi  hərəkət  edir:  malgöndərənlər  dairəsini 

genişləndirərək,  firma  yeganə  malgöndərənin  (inhisarçının)  iradəsindən 

(hökmündən)  asılılığını  zəiflədir  və  bununla  da,  öz  əməliyyat  risklərini 

bölüşdürür. 



Xarici ticarətdə tarazlığın şərtləri. Xarici ticarətdə tarazlığın şərtləri - bir 

ölkənin ixracı ilə idxalı həcmlərinin arasındakı nisbətdir və onun konkret ixrac 

həcmi müqabilində xaricdən nə qədər məhsul ala biləcəyini göstərir. Xammalın 

və  kənd  təsərrüfatı  məhsullarının  qiymətləri  hazır  malların  qiyməti  ilə 

müqayisədə  ləng  bahalaşdığından,  müəyyən  müddətdən  sonra  onların  əldə 

olunması  üçün  daha  çox  ilkin  material  tələb  olunur.  Bununla  yanaşı,  ilkin 

materiallara tələbin də hazır mallarla müqayisədə ləng artması nəticəsində inkişaf 

etməkdə  olan  ölkələr  sənaye  ölkələrindən  fərqli  olaraq  get-gedə  daha  da 

yoxsullaşır. Bu fakt gələcəkdə ənənəvi xammal və materialları əvəz edəcək emal 

sənayesi  məhsulları  istehsal  edən  yeni  müəssisələrin  fəaliyyətinin  müdafiə 

olunmasını tənzimləyən müvafiq normaların işlənib hazırlanmasını şərtləndirir. 

Xarici  ticarətdə  tarazlıq  şərtlərinin  inkişaf  etməkdə  olan  ölkələr  üçün 

pisləşməsi  müəyyən  dərəcədə  kənd  təsərrüfatı  məhsullarına  tələbatın  geridə 

qalması və başqa ölkələrdə resurslara qənaət edən texnologiyaların yaradılması 

ilə izah olunur. Başqa bir səbəb rəqabət şərtləri üzündən ilkin məhsulların istehsal 

xərclərini aşağı salan texniki təkmilləşdirmələrdən əldə olunan qənaətin bö3mk 

bir  hissəsinin  istehlakçıların  üzərinə  keçirilməsi,  hazır  məhsulların  istehsal 

xərclərinin  azalmasının  isə  mənfəətin  və  əmək  haqqının  artmasına  imkan 

yaratmasıdır. 

İdxalın  əvəzləndirilməsi  yaxud  ixracın  stimullaşdırılması.  İdxala 

məhdudiyyətlər qoyulduğu bir çox hallarda ölkənin yerli istehlak üçün əvvəllər 

xaricdən  gətirdiyi  malları  özünün  istehsal  etməyə  başlaması  üçün  şərait  yarana 

bilər. Bu hal idxalın əvəzləndirilməsi kimi məlumdur. Son onilliklərdə müxtəlif 

ölkələrin mütəxəssisləri ixracın ölkədə buraxılan mallarla əvəz olunmasının 

142-144. 



ДэниэлсД.Д. Международный бизнес/Д.Д.Дэниэлс, Л.Х.Радеба. М.: Дело Лтд, 2001. С. 

162 


yeni istehsal sahələrinin proteksionizm tədbirlərinin köməyi ilə inkişaf etdirilməsi 

üçün, həqiqətən də, ən yaxşı üsul olduğuna şübhə ilə yanaşmağa başlamışlar. İş 

burasındadır  ki,  əvəz  olunmuş  sahələr  səmərə  vermədikdə,  istehlakçılar  onların 

dəstəklənməsi üçün baha qiymət və həddən yüksək vergilər ödəmək məcburiyyəti 

qarşısında qalırlar. Bundan başqa, əsas avadanlıq və başqa maddi-texniki vəsaitlər 

adətən idxal edilməli olunduğuna görə valyutaya qənaət minimum məbləğə düşür. 

Dünya  ixrac  sahələrinin  stimullaşdırılması,  ixracyönümlü  inkişaf  kimi  məlum 

olan proses sayəsində Malayziya və Cənubi Koreyanın sürətli inkişafının, tez bir 

zamanda  aktiv  ticarət  balansına  və  iqtisadi  artıma  nail  olmasının  sübutudur. 

İndinin  özündə  də  bəzi  ölkələr  bu  məqsədlə  məntiqə  görə  ixrac  bazarlarının 

mövcudluğu  tələb  edilən  sahələri  (məsələn,  hazırda  dünya  bazarına  emal 

olunmamış halda ixrac edilən xammalın emalı) sənaye əsasına keçirməyə cəhd 

göstərir. Bu dəyişikliklər həmin ölkələrdə fəaliyyət göstərən transmilli şirkətlərin 

maraqlarına  da  toxunur;  əvvəl  onlar  xarici  ölkədə  istehsal  etdikləri  malları  elə 

oradaca sata bilirdilərsə, indi onlardan həmin məhsulları ixrac etmək tələb olunur. 

Bu strategiya iqtisadiyyatı transformasiya olunan bir sıra ölkələrdə (o cümlədən 

Rusiya, Ukrayna, Qazaxıstan və başqalannda) həyata keçirilməyə başlamışdır. 

Reallıqda  isə  sənayeləşmənin  iki  tipini  fərqləndinnək  o  qədər  də  asan, 

ixraca  yönəlmiş  istehsalı  inkişaf  etdirmək  isə  bir  sıra  hallarda,  ümumiyyətlə, 

mümkün deyil. Sənayeləşdirmə ilk vaxtlar idxalın əvəzləndirilməsi ilə nəticələnsə 

də, sonrakı dövrlərdə həmin məhsulun ixrac üçün istehsal edilməsinin inkişafı da 

mümkündür. Ölkənin sənayeləşdirmə üzrə fəaliyyətinin nisbi üstünlüklərə malik 

olan mallar üzərində cəmləşdinnəsi hələ bu əsasda ixracın inkişaf edəcəyinə heç 

bir təminat vennir.  Bundan başqa,  İƏİT qrupuna  daxil olmayan ölkələrin  hazır 

mallarının  ixracının  inkişafını  problemə  çevirən  müxtəlif  sədlər  (biz  onları 

aşağıda nəzərdən keçirəcəyik) mövcuddur. 



Başqa ölkələrlə əlaqələr. Xarici ticarətə məhdudiyyətlər qoyan ölkələr bu 

yolla  özlərinin  iqtisadi  və  siyasi  mövqelərini  möhkəmləndirir  yaxud  buna  səy 

göstərir. Bu, özünü tədiyyə balansının tənzimlənməsində

 

ifadə edir. Xarici ticarət 



balansı

 

əksər  ölkələrdə  ümumi  tədiyyə  balansının



 

əsas  tərkib  hissəsi  olduğuna 

görə hökumətlər ixrac və idxalın hərəkətinə təsir göstənuək üçün müxtəlif cəhdlər 

edir.  Xarici  ticarətə  təsir  göstərilməsi  tədiyyə  balansının  tənzimlənməsinin 

iqtisadiyyatın deflyasiyası və valyutanın devalvasiyası kimi 

163 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə