Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə62/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   58   59   60   61   62   63   64   65   ...   306

Aİ,  NAFTA,  ASEAN  və  müəyyən  dərəcədə  APEC  kimi  birliklərdə 

regiondaxili  ticarətin  xüsusiyyəti,  sahənin  həmin  ölkələrin  iqtisadiyyatlarının 



bir-birini  tamamlayan

 

xarakterdə  olması  sayəsində  inkişaf  etməsindədir.  Bu 

xüsusiyyət  qarşılıqlı maraqları  gücləndirir, ticarət üçün  əlavə stimullar  yaradır. 

Düzdür,  ölkələrin  iqtisadiyyatlarının  bir-birini  bu  cür  obyektiv  tamamlaması 

ticarətdə həmişə müsbət nəticə vennir. Buna nümunə milli iqtisadi}^atları tarixən 

uzun müddət ərzində ümumi, vahid regional-ölkə sisteminin altsistemi şəklində 

inkişaf  edən,  bir-birini  tamamlaması,  demək  olar  ki,  mütləq  xarakter  daşıyan 

MDB-dir.  Buna  baxmayaraq,  MDB-də  qarşılıqlı  ticarət  aşkar  surətdə  ixtisara 

meyillidir.  Görünür  ki,  bəzi  hallarda  siyasi  instinktlər  iqtisadi  tendensiyaların 

müəyyənləşdirilməsində

 

həlledici  rol  oynayır  və  bu,  özünü  diktatura  qalıqları 

olan,  xüsusi  mülkiyyət  institutları  möhkəmlənməmiş  zəif  ölkələrdə  daha  aydın 

büruzə verir. 

Aİ  ölkələri  arasında  qarşılıqlı  ticarətin  payının  azalmasını 

mütləqləşdirmək  lazım  deyil,  bu  hal  zaman  və  məkan  baxımından  müvəqqəti 

xarakter daşıyır. Bu birliyə 12 yeni ölkənin daxil olması Avropa İttifaqının ticarət 

ekspansiyasına  təkan  versə  də,  iqtisadi  inkişaf  səviyyəsinin  qeyri-  bərabərliyi, 

əhalinin  rifahının  fərqlənməsi, struktur və  regional  məsələlər və s. ilə  əlaqədar 

olaraq,  onlar  ciddi  problemlərlə  qarşılaşırlar.  Bu  problemlər  hələ  uzun  illər 

ərzində  özünü  göstərəcəkdir.  Ehtimal  ki,  2010-2011-ci  illərdə  Yunanıstanın 

problemləri qlobal böhran şəraitində Brüsselin diqqətinin Aİ-nin çoxsaylı, çətin 

idarə olunan iştirakçıları arasında dağılması nəticəsində yığılıb qalmışdı. 

Aydındır  ki,  inkişaf  etmiş  ölkələr  üçün  regiondaxili  əlaqələrin 

gücləndirilməsi  keyfiyyətcə  daha  yüksək  olan  başqa  bir  prosesin  -  beynəlxalq 

əmək bölgüsünün təkmilləşdirilməsi ilə əlaqədar olaraq, Qərbi Avropa ölkələrinin 

bir-biri  ilə  rəqabət  aparan  müəssisələrində  istehsal  bazasının  institusional 

dəyişikliklərə uyğunlaşması nəticəsində yeni texnologiyalara transformasiyasının 

təzahürüdür.  «Aralıq  vəziyyətdə»  (məsələn,  inkişaf  etməkdə  olan  klassik 

ölkələrdən orta səviyyədə inkişaf etmiş ölkələrə keçid) olan ölkələrdə isə regional 

əlaqələrin  güclənməsi  keçmiş  metropoliyalar  üçün  maraq  kəsb  etməyən  yerli 

mallara  satış  bazarlarının  axtarılması  məqsədinə  tabedir.  Amma  son  iki  onillik 

ərzində  bütün  dünyada  şaxələnmiş  istehsal-  satış  şəbəkəsi  olan  TMK-nm 

nüfuzunun  həmin  ölkələrdə  güclənməsi  səbəbindən  onların  öz  istehsal-ticarət 

(iqtisadi) vəziyyəti kifayət qədər 

166 



mürəkkəbləşir.  Məlumdur  ki,  TMK-nm  mərkəzləri,  adətən,  inkişaf  etmiş 

ölkələrdə  yerləşir,  kooperasiya  əlaqələri  isə  bəzən  onun  öz  filialları  arasında 

qapanır.  Nəticədə  TMK-nın  istehsal-satış  fəaliyyəti  milli  iqtisadiyyatın 

hüdudlarından  «kənara  çıxarıldığına»  və  yerləşdiyi  ölkə  üçün  bir  növ  virtual 

xarakter daşıdığına  görə onlar bu işlərdən  gözlənilən faydanı əldə etmir. Buna 

baxmayaraq,  ümumi  statistik  göstəricilər,  o  cümlədən  regional  və  beynəlxalq 

ticarət haqqında məlumatlar getdikcə pozitivləşir. 

Bununla  yanaşı,  idxal  olunan  xammalın  fiziki  həcminin  azalmasının 

ümumi tendensiyası müşahidə olunmaqdadır. Burada enerji resursları istisnalıq 

təşkil edir: bu tələbat Çində və Hindistanda, habelə son onillik ərzində intensiv 

inkişaf  edən  başqa  YSÖ-də  xüsusilə  sürətlə  artır.  Öz  növbəsində,  xammal 

idxalının payının aşağı düşməsi üç əsas səbəblə izah edilir: 

1)

 

kimya  sənayesinin  inkişafı  əsasında  sintetik  materialların  istehsalının 



genişlənməsi; 

2)

 



ölkənin öz xammalından istifadə etməsi imkanlarının artması; 

3)

 



resurslara qənaət edəri texnologiyalara keçid. 

Eyni  zamanda  kimya  sənayesinin  inkişafı  və  yanacaq-enerji  balansının 

strukturunda  dəyişikliklərin  baş  vemıəsi  nəticəsində  mineral  yanacaq  -  neft  və 

təbii qazla beynəlxalq ticarətin həcmi kəskin surətdə artmışdır. Lakin bu meyil 

qeyri-sabit  xarakter  daşıyır,  istehsalın  texnoloji  bazasında  baş  verən 

dəyişikliklərdən,  habelə  dünya  iqtisadiyyatında  öz-özünə  meydana  çıxaraq 

zahirən  təsadüfi  hal  kimi  görünən  amillərin  təsirinə  məruz  qalan  sənaye 

mərhələsinin  dinamikasından  asılıdır.  Məsələn,  1996-2000-ci  illərin  əvvəlini 

əhatə  edən  dövrə  nəzər  yetirdikdə,  iki  səciyyəvi  meyli  fərqləndirmək  olar: 

birincisi. Qərbi Avropa və Şimali Amerika ölkələrinin sabit iqtisadi inkişafı üçün 

yaranan  əlverişli  şərait  enerji  daşıyıcılarına  tələbatın  artmasını  və  neftin 

qiymətinin  sabit  qalmasım  şərtləndirmişdir;  ikincisi,  dünya  bazarlarında  neftin 

qiymətinin misli görünməmiş dərəcədə ucuzlaşması. Yalnız 1999-cu ildə neftin 

qiyməti  yüksəlməyə  başlamış  və  müəyyən  dövrdə  paradoksal  səviyyəyə 

çatmışdır (2008-ci ilin iyununda 1 barrelə görə təqribən 150 dollar olmuşdur); bu 

sahədə möhtəkirlik amilinin rol oynadığı aydındır. Neftin qiymətinin bahalaşması 

üç ildən çox (1999-2002-ci illər) davam etmiş, sonra barrelə görə 28-30 dollar 

civarında  sabitləşərək  2004-cü  ilin  baharınadək  30  dollar  ətrafında  tərəddüd 

etmişdir. 2004-cü ilin yayında neftin qiyməti sürətlə yuxarı sıçrayaraq, ilk dəfə 

barrelə görə 50 dollar həddini keçmiş, bəzən isə Nyu-York 



167 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə