Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə63/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   59   60   61   62   63   64   65   66   ...   306

fond birjasında 60 dollaradək bahalaşmışdır. 2004-2008-ci illərdə neftin barelinin 

qiyməti  80  dollardan  aşağı  düşməmiş  və  qeyd  etdiyimiz  kimi,  150  dollara 

çatmışdır. 

Regional  artım  və  ümıımdünya  ticarətinin  əmtəə  strukturu  müasir 

istehsal vasitələrinin payının çoxalması meylinin təzahürüdür. Sonuncu on il 

ərzində  ümumdünya  ticarətinin  əmtəə  strukturunda  baş  verən  ən  böyük 

dəyişikliklər hazır məhsulların payının artması vəziyyətində xammalın payının 

getdikcə  azalması  ilə  əlaqədardır.  Bu  dəyişikliklər  istehsal  amillərinin 

inkişafının,  BƏB  dərinləşməsinin  və  əsasən,  texnoloji  inqilabların,  milli 

iqtisadiyyatların strukturundakı irəliləyişlərin nəticəsidir. 

Ticari  axınların  sənaye  mərkəzləri  arasında  təmərküzləşməsinin  ümumi 

meylinin  dayanıqlılığına  baxmayaraq,  yüksək  ehtimalla  gələcəkdə  daha  böyük 

əhəmiyyət kəsb edə biləcək yeni proseslər də müşahidə olunur. Məsələn, 1990- cı 

illərdə  və  2001-2010-cu  illərdə  Avrasiya  və  Şərqi  Avropa  ölkələrinin  payına 

düşən ticarətin azalması ilə yanaşı, ümumdünya ticarətində «Çin amili» güclənir, 

Hindistanın  ticari-iqtisadi  potensialı  sürətlə  yüksəlir;  bu  cəhətdən  Latın 

Amerikası  ölkələri  (Braziliya,  Argentina,  Çili,  Meksika),  Misir,  Səudiyyə 

Ərəbistanı, BƏƏ daha böyük rol oynamağa başlayır. Mahiyyətcə, ticarətin artımı 

dünya bazarında beynəlxalq istehsalın və maliyyə-bazar xidmətlərinin regional 

strukturunu kifayət qədər dəqiq əks etdirir. Buna müvafiq olaraq, ticari axınların 

güclənməsi ölkələr və regionlar üzrə əhəmiyyətli dərəcədə seçilir, ümumdünya 

ticarətinin nəzərəçarpan artdığı yaxud azaldığı sahələr fərqlənir. 

Birincisi,  onilliklər  ərzində  ciddi  çətinliklərə  məruz  qalan  Yaponiyada 

iqtisadi  artımın  səngiməsi  ilə  bağlı  olaraq,  onun  idxalı  azalmışdır.  İyenanın 

məzənnəsinin yüksəlməsi və ölkənin ixracında bahalı malların payının çoxalması 

(bəzi  hallarda  «ixracda  könüllü  məhdudiyyətlərin»  tətbiqi  ilə  əlaqədar) 

nəticəsində  ticarət  balansının  dollarla  ifadə  olunmuş  kəsirinin  artmasına 

baxmayaraq, Yaponiyanın ixracının fiziki həcminin artım tempi də zəifləmişdi. 

İkincisi,  ABŞ-m  xarici  ticarətinin  mütəmadi  olaraq  kəsirlə 

yekunlaşmasına  baxmayaraq,  1993-cü  ildən  sonra  ölkənin  ixracı  və  idxalı 

2008-ci  ilin  ortasınadək  artmışdır  (müəyyən  tərəddüdlərlə).  Yalnız  Klintonun 

prezidentliyinin  son  illərində  (1998-2000-ci  illər)  ABŞ-m  ticari  kəsiri  xarici 

aləmdə yaranan bir sıra əlverişli amillər sayəsində qısa müddət ərzində müsbət 

saldo ilə əvəzlənmişdir. 

Üçüncüsü, artım templərinin aşağı olduğu 2002-2008-ci illərdə Qərbi 

168 



Avropa ölkələrinin ticarəti şübhəsiz ki, hələ kompensasiya funksiyalarını yerinə 

yetirirdi.  Qlobal  böhran  baş  verənədək,  burada  əhəmiyyətli  dərəcədə  böyük 

müsbət saldo mövcud olmuşdu. Kəsir ticarətin yalnız müəyyən, hazır məhsullarla 

mübadilə  üzrə  ixtisaslaşmış  hissəsi,  əsasən  qarşılıqlı  ticarət  (Aİ  üzvü  olan 

dövlətlər arasında) üçün səciyyəvi idi. 

Dördüncüsü,  2001-2008-cü  illərdə  inkişaf  etməkdə  olan  ölkələrdə 

beynəlxalq tiearətin vəziyyəti bir-birindən xeyli dərəcədə fərqlənirdi. Belə ki, son 

iyirmi  il  ərzində  Şərqi  Asiyanın  xarici  ticarəti  inkişaf  etməkdə  olan  dünyanın 

başqa  regionları  ilə  müqayisədə  ən  yüksək  dinamizmi  ilə  seçilirdi.  Latın 

Amerikasının da ixracı və idxalı artırdı və bunun böyük bir hissəsi ABŞ, Aİ və 

Çinin payına düşürdü. 

Beşincisi,  Şərqi  Avropanın  bir  sıra  dövlətlərinin,  neft  ixracı  əsasında 

iqtisadiyyatın  dinamik  artımı  sayəsində  MDB-nin  (xüsusilə  Rusiya  və 

Qazaxıstan)  xarici  ticarət  həcminin  əhəmiyyətli  dərəcədə  çoxalması  davam 

edirdi.  Amma  bütün  bu  tendensiyalar  2008-2010-cu  illərdə  baş  verən 

ümumdünya  maliyyə-iqtisadi  böhranı  nəticəsində  dayanmışdı.  Ümumdünya 

ticarətinin yeni təsviri, çox güman ki, dünya iqtisadiyyatı tam bərpa olunduqdan 

sonra təqribən 2011-2012-ci illərdə formalaşacaqdır. 



Çoxtərəfli  ticarət  sisteminin  səmərəliliyinin  daha  da  zəifləməsinin 

gerçəkləşməsi də göz qabağındadır. Bunun səbəblərinin müəyyən qismi regional 

ticarət  bloklarının  geniş  yayılması  və  onların  möhkəmləndirilməsi  üzrə  həyata 

keçirilən tədbirlərlə, habelə ticarətin RTS  vasitəsilə tənzimlənməsi  cəhdləri  ilə 

əlaqədardır. Hələ 2001-ci ildə Dohada (Qətər) başlanmış beynəlxalq danışıqlar 

raundu  ətrafında  yaranmış  vəziyyətlə  bağlı  öz  bacarıqsızlığmı  göstərən  ÜTT 

rəhbərliyi də bu sistemə ciddi zərbə vurur. 

Fransalı iqtisadçı, professor Jan-Lui Muçelli beynəlxalq ticarətin ölkənin 

ixtisaslaşması ilə müəyyən dərəcədə bağlı olan məsələlərini aşağıdakı kimi ifadə 

etmişdir: 

1.

 

Konkret ölkə beynəlxalq ticarət mübadiləsində nə üçün iştirak edir? 



2.

 

Bu iştirakın fomıalan hansılardır? 



3.

 

İxtisaslaşma  xarici  ticarət  balansı  və  ticarətdən  gəlir  əldə  olunması 



baxımından səmərəlidinni? 

4.

 



Ən  səmərəli  beynəlxalq  ixtisaslaşma  hansıdır  və  beynəlxalq 

ixtisaslaşmanın  dərinləşdirilməsi,  yaxşılaşdırılması  yaxud  dəyişdirilməsi 

məqsədi ilə hansı makroiqtisadi və ticarət siyasətləri həyata keçirilməlidir? 

169 



5.

 

Avropa  İttifaqı  çərçivəsində  inteqrasiya  prosesi  ixtisaslaşmaya  nə  eür 



təsir göstərir?’ 

6.5.

 

Beynəlxalq ticarətin xüsusiyyətləri və dinamikası 

ümumi təsvir. Malların və xidmətlərin ayrı-ayrı ölkələr arasında hərəkəti 

onların milli bazarlarını vahid ümumdünya (qlobal) sistemdə birləşdirir və buna 

müvafiq olaraq, ölkələrin iqtisadi baxımdan qarşılıqlı asılılığını gücləndirir. Bu, 

ölkələrin vahid ümumdünya ticarəti sisteminə cəlb olunmasının fasiləsiz surətdə 

artmasının  nəticəsidir.  Beynəlxalq  ticarətin  miqyası  haqqında  aşağıdakı 

məlumatlar təsəvvür yaradır: ümumi ixrac 1970-ci ildəki 318 milyard dollardan 

1990-cı  ildə  2  trilyona  qədər  artmış,  2008-ci  ildə  16  trilyon  dollardan  çox, 

2009-cu ildə 14,6 trilyon dollar, 2010-cu ildə 15,7 trilyon dollar olmuşdur. 

Bu  illər  ərzində  idxal  222  milyard  dollardan  1990-cı  ildəki  2,4  trilyon 

dollara  çatmış  və  2008-ci  ildə  16  trilyon  dollardan  çox  olmuşdur.  Milli 

iqtisadiyyatların  getdikcə  daha  böyük  hissəsi  (sənayeləşmə  və  xüsusilə  də 

postsənayeləşmə) beynəlxalq ticarətin qlobal sisteminə birbaşa cəlb olunur. İxrac 

və idxalın istehsal edilmiş ÜDM-ə nisbəti əsasında ölkənin beynəlxalq ticarətə 

cəlbohmma əmsalı hesablanır. 

Müharibədən  sonrakı  dövrdə  beynəlxalq  ticarətdəki  təzahürlərə 

aşağıdakıları aid etmək olar: 

 



İkinci Dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq ticarətin həcmi 

əhəmiyyətli  dərəcədə  artmışdır.  Ticarətin  xidmətlərlə  ticarət  kimi  yeni 

fonnalarmm  yaratdığı  üstünlüklər  mallarla  ənənəvi  ticarətin  təmin  etdiyi 

üstünlüklərdən o qədər də güclü fərqlənmir

 

ölkələr qrupunun ticarəti qarşısında duran bir çox proteksionist gömrük 



maneələri  inteqrasiya  çərçivəsində  aradan  qaldırıldıqdan  sonra  regional 

inteqrasiyadan  və  ümumdünya  inteqrasiyasından  əldə  olunan  faydalar  böyük 

əhəmiyyət kəsb edir

 



beynəlxalq ticarətin potensial üstünlüklərinin reallaşdırılması beynəlxalq 

kooperasiya nəticəsində daha da sürətlənmişdir; 

 

ÜTT-nin ticarət raundları beynəlxalq ticarətin liberallaşmasında 



Mucchelli Jean-Louis. Principes d'Economie Internationale. Paris, 1988. P. 2, 

170 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə