Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə64/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   60   61   62   63   64   65   66   67   ...   306

mühüm əhəmiyyətə malik olmuşdur. 

Beynəlxalq 

ticarətin 

nisbi 


əhəmiyyətinin 

qiymətləndirilməsinin 

üsullarından biri, ticarət axınlarının dəyərinin ümumi iqtisadi fəallıqla müqayisə 

olunmasıdır. XX əsrin ikinci  yarısı  - XXI əsrin birinci onilliyində ümumdünya 

ticarətinin  artımı dünya  üzrə məhsul istehsalının artımını  ötüb  keçmişdir (şəkil 

6.2). Əgər 1950-ci ildə bütün ölkələrin əmtəə ixracının məcmusu DDM-in cəmi 

8%-i həcmində idisə, 2009-cu ildə ixrac qlobal böhran şəraitində xeyli azalaraq, 

DDM-in  təqribən  20%-inə  bərabər  olmuş,  maksimum  hədd  isə  2007-ci  ildə 

DDM-in 20%-inə çatdıqda əldə olunmuşdur. 

indeks, 1950=100 

 

Şəkil 6.2. 1950-2010-cu illərdə mallarla ticarətin və real ÜDM-in dinamikası 

6.2-ci  şəkildəki  qrafik  müharibədən  sonrakı  onilliklər  ərzində  dünya 

ticarətinin  fasiləsiz  artdığını  əks  etdirir.  Bu  zaman  onun  artım  templəri 

ümumdünya  ÜDM-nin  artımını  2008-ci  ilədək  üstələyir,  sonra  isə  qrafik  enmə 

nümayiş edir; yeni yüksəliş 2009-cu ildən başlayır. 

Beynəlxalq  ticarətin  həcminin  çoxalması  məhsul  buraxılışının  həcminin 

artımı  ilə  müşayiət  olunurdu  və  bu,  qismən  də  olsa,  yeni  bazarların  açılması, 

beynəlxalq  ticarət  sistemindən  əldə  olunan  faydalarla  izah  edilir.  Ümumdünya 

ticarətinin artması həmçinin, nəqliyyat xərclərinin azalması nəticəsində ticarətin 

genişlənməsini;  yeni  istehsal  proseslərinin  şirkətlərə  müxtəlif  ölkələrdə  mallar 

istehsal etmək və toplamaq imkanı  yaratmasını;  informasiya texnologiyalarının 

alıcılar və satıcılar arasında əlaqələri  asanlaşdınnasmı  əks etdirir. Bütün  bunlar 

ticarət edən tərəflərə müxtəlif ölkələrdə resurslara vəsait 

171 



qoyuluşlarının  məbləği  və  ayrı-ayrı  sahələrdə  məhsuldarlıq  arasındakı  fərq 

hesabına üstünlüklər əldə etməyə imkan yaradır. 

Beynəlxalq  ticarətin  dinamikası  bütövlükdə  dünya  iqtisadiyyatmdakı 

vəziyyətin,  kapitalın  hərəkətinin,  beynəlxalq  maliyyə  sisteminin  ən  həssas 

barometridir.  Dünya  bazarı  xarici  ticarətin  şərtlərinin  müəyyənləşdirilməsinə, 

təkrar  istehsal  prosesinə  güclü  təsir  göstərir,  milli  iqtisadiyyatın  uzunmüddətli 

artımına yaxud əksinə, böhran yaradan enməsinə və depressiyasına səbəb olur. 

Ümumdünya  ticarətinin  artımına  təsir  göstərən  daha  bir  struktur  amili 

1990-cı illərdə və XXI əsrin əvvəlində xarici kapital axınının güclənməsidir. Bu 

sürətli  artım  ölkələrin hər iki  - inkişaf etmiş  (xüsusilə  «böyük  yeddilikdə»)  və 

inkişaf etməkdə olan ölkələr qrupunda baş vermiş və indi də davam etməkdədir. 

Belə halda 1980-1990-cı illərdəki beynəlxalq ticarətdən fərqli olaraq, XXI əsrin 

ilk illərində beynəlxalq idxal beynəlxalq ixracı üstələyir. 

XXI əsrin başlanğıcında dünyanın üç aparıcı regionunun - ABŞ, Avropa 

İttifaqının və Yaponiyanın ixracında və idxahndakı enmə müxtəlif dinamikalarla 

olsa  da,  2003-cü  ildə  dayanıqlı  artımla  əvəzlənmişdir:  minimum  artım 

Yaponiyada,  zəif  artım  Avropa  İttifaqında  və  kifayət  dərəcədə  yüksək  artım 

ABŞ-da olmuşdur. 2004-2007-ci illərin məlumatları göstərir ki, dünyanın inkişaf 

etmiş  ölkələrində  idxalın  və  ixracın  həcmində  müəyyən  dayanıqlılıq  əldə 

olunmuş,  vəziyyət  yalnız  2008-ci  ildə  başlanan  qlobal  böhran  nəticəsində 

pisləşmişdir. Qeyd etməliyik ki, 2008-ci il ərzində də beynəlxalq ticarət dinamik 

inkişafını inersiya üzrə davam etdirmiş, 2009-cu ildə isə ümumdünya ticarətində 

çox güclü enmə baş vermişdir. 

Böhrana qədər ümumdünya ticarətində müşahidə olunan artımın özəlliyi 

onun  bütün  iqtisadi  güc  mərkəzlərində  -  ənənə  üzrə  həm  ABŞ-da,  Avropa 

İttifaqında, Yaponiyada, həm yeni yarananlarda, xüsusilə də Çində, Hindistanda

həm də Latın Amerikasının iri ölkələri olan Braziliya, Argentina, Meksika, Çili 

və Asiyada (ASEAN) - eyni zamanda inkişaf etməsində idi. Bu ölkələrə kapital 

axını  dünyanın  başqa  regionları  ilə  müqayisədə  daha  güclü  olmuşdur.  Amma 

kapital  axınlarının  bu  həcmi  fasiləsiz  və  uzunmüddətli  ola  bilməzdi.  Xaricdən 

böyük  məbləğdə  alman  borcların  müvafiq  əmtəə  ixracı  ilə  təmin  edilməməsi 

onların  artmasına  gətirib  çıxarmışdı.  Bir  qayda  kimi,  belə  hallarda  ölkə  ciddi 

maliyyə çətinlikləri ilə qarşılaşır və bura xarici kapitalın (müxtəlif formalarda) 

axını kəskin azalır. Bu isə, öz növbəsində. Latın Amerikasının və «orta dərəcədə 

inkişaf etmiş kapitalist» ölkələrində 1980- 

172 



1990-cı illərdə baş verdiyi kimi, əmtəə ixracına mənfi təsir göstərir. 

Nəhayət, struktur dəyişikliklərinin beynəlxalq ticarətin artımına güclü təsir 

göstərən digər problemi beynəlxalq istehsal şəbəkələrinin genişlənməsi və sənaye 

malları ilə ticarətin (ilk növbədə, elektronika, elektrotexniki mallar və paltar ilə) 

artmasıdır.  Sənaye  istehsalının  və  ticarətin  bu  sahəsi  TMK-nın  kapitallarının 

axınları, onların istehsal-satış şəbəkələri («üçüncü bazar») ilə sıx bağlıdır. Burada 

həm beynəlxalq ticarətin liberallaşdırılması baş verir, həm də kapital axınlarının 

nəticəsi kimi, şaquli inteqrasiya olunmuş əlaqələr inkişaf edir. Beynəlxalq ticarət 

axınlarının coğrafiyası aşağıda təfsilatı ilə göstərilmişdir (cədvəl 6.3). 

Bu  məlumatlar  son  onillik  ərzində  bütövlükdə  beynəlxalq  ticarətin 

hərəkətinin  real  dinamikasını əks etdirir. Nə ixracın,  nə də idxalın  əhəmiyyətli 

azalmasının  baş  vennədiyi,  onların  ümumi  həcminin,  demək  olar  ki,  sabit 

saxlandığı  yeganə  ölkə  Çindir.  Məsələ  burasındadır  ki,  həmin  ölkə  böhran 

şəraitində  kifayət  qədər  dayanıqlı,  2008-2009-cu  illərdə  7,5%-dən  çox  iqtisadi 

artım nümayiş etdirmişdir. 

Beynəlxalq  ticarətin  son  illərdəki  coğrafiyası  6.4  və  6.5  cədvəllərində 

təqdim olunur. 

Cədvəllərin məlumatlarından görünür ki, beynəlxalq ticarətin əsas axınları 

«dördlük»; Aİ, ABŞ, Çin və Yaponiya arasında bölüşdürülmüşdür. Xatırladaq ki, 

1960-cı  illərin  əvvəlindən  XXI  əsrin  başlanğıcınadək  beynəlxalq  ticarətin  əsas 

axınları «Böyük triada»; ABŞ - Qərbi Avropa - Yaponiya arasında dövr edirdi. 

Gördüyümüz  kimi,  XXI  əsrin  birinci  onilliyində  «Böyük  triada»  Çinin 

hesabına genişlənərək, «Böyük kvartetə» çevrilmişdir. 

6.3  və  6.4  cədvəllərinin  məlumatları  XXI  əsrin  birinci  onilliyi  ərzində 

ümumdünya  ticarətinin  dinamikasını  göstərir:  iki  qəflət  enmə  (2001-ci  ildə  - 

3,9% və 2009-cu ildə -23,9% ) nəzərə alınmazsa, dünya üzrə ticarət hər il sabit 

olaraq  17%  səviyyəsində  dinamik  artım  nümayiş  etdirmişdir.  Bu  şəraitdə 

ümumdünya  ticarətinin  inkişaf  templəri  ölkələrin  bütün  qruplarında:  inkişaf 

etmiş,  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdə,  o  eümlədən  qitə 

baxımından Latın Amerikası, Şimali Amerika, Afrika, Asiya və Avropada eyni 

dərəcədə yüksək olmuşdur. 

173 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə