Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə67/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   63   64   65   66   67   68   69   70   ...   306

Xülasə 

 



Ümumdünya  ticarəti  hər  bir  insanın  həyat  və  fəaliyyətinin  ən  mühüm 

sahələrində  böyük  əhəmiyyətə  malikdir.  Ötən  əsrdən  fərqli  olaraq,  insanların 

iqtisadi,  sosial,  mədəni,  infonnasiya  sahələrində  ünsiyyətinin  son  dərəcə 

güclənməsi  nəticəsində  qarşılıqlı  ticari-iqtisadi  təsir,  demək  olar  ki,  mütləq 

kəmiyyətlərə  yaxınlaşmış  və  bu,  ümumdünya  ticarətinin  qloballaşması  barədə 

fikir söyləməyə əsas verir. Öz növbəsində, ümumdünya ticarəti əzəldən istehsal 

amillərinin (məhsuldar qüvvələrin) beynəlmiləlləşməsi prosesini sürətləndirmiş, 

dünya  təsərrüfatının  regional  və  qlobal  miqyasda  inteqrasiyası  üçün  şərait 

yaratmışdır. 

 



Dünya üzrə malların və xidmətlərin ixracının məcmu DDM-ə nisbətinin 

onun  3/1  hissəsindən  (18  trilyon  dollardan  artıq)  çox  olması  ümumdünya 

ticarətinin nəhəng miqyasda olmasını sübut edir. Müxtəlif dövrlərdə ümumdünya 

ticarətinin artım tempi DDM-in artım tempini ötüb keçmişdir. 

 

«Böyük  kvadriliya»,  yəni  dünyanın  iqtisadi  güc  mərkəzləri  olan  ABŞ, 



Qərbi Avropa, Yaponiya və Çin arasında əmtəə axınları xüsusilə dinamik inkişaf 

edirdi. Bu dinamizmin əsasını TMK və onların filial-şirkətlərinin sayının artması 

və  bu  şəbəkənin  ümumdünya  ticarətinin  qloballaşmasına  təsiri  təşkil  edir.  Çin 

ümumdünya ticarətində 50 ildən artıq dominantlıq edən «Böyük triadanı» sözün 

hərfi mənasında sındırmışdır. 

 



Ticarət  və  ticarət  siyasətinin  müasir  nəzəriyyələrinin  bəzisi  hələ  də 

ticarətə  dövlətin  minimum  səviyyədə  müdaxiləsi  şəraitində  sərbəst  sahibkarlıq 

siyasətinin  {laissez-faire)  dominanthğınm  zəruri  olmasını  iddia  edir.  Qlobal 

böhran həmin ideyalara istinad edən nəzəriyyələrin tutarsızlığını, əsassızlığını və 

ağlabatan olmadığım göstərdi. 

 



Yeni  təzahürlər  əvvəlki  dövrlərdə  toplanmış  biliklərə  istinad  etməklə, 

təhlil  olunmasını,  müasir  şəraitdə  beynəlxalq  ticarətin  inkişafının 

qanunauyğunluqlarının  aşkarlanmasını  tələb  edir.  Hələ  kapitalizmin  ilkin 

mərhələsində  dünya  iqtisadiyyatı  nəzəriyyəsində  müxtəlif  baxışlar  meydana 

çıxmışdır. Belə ki, ticarətin merkantilist nəzəriyyəsi dövlətə qızıl axınının təmin 

edilməsi  üçün  aktiv  ticarət  balansı  prinsipinə  (malların  idxalından  çox,  ixracı) 

istinad  edirdi.  Onun  nəzəriyyəçiləri  belə  bir  müddəaya  tərəfdar  çıxırdılar  ki, 

dövlətin sərvəti yalnız qızıl ola bilər. Lakin onlar aktiv ticarət 



178 


balansına  nail  olunmasının  zəruriliyi  ideyasını  əsaslandırsalar  da,  bu  zaman 

hökmdarın mütləq hakimiyyətinin aradan qaldırılması və tacirlərin yeni yaranan 

sinfinin  fəaliyyət  azadlığına  yol  verilməməsi  kimi  sosial  və  siyasi  məqsədlər 

prioritet təşkil edirdi. 

 

Klassiklər,  o  cümlədən  A.Smit  istehlakçıların  öz  ölkələrində  istehsal 



ediləndən  daha  ucuz  mallar  almaq  imkanı  olduğu  halda  maddi  rifahının 

yüksələcəyini iddia edən mütləq üstünlüklər nəzəriyyəsini işləyib hazırlamışlar. 

Bunun üçün sərbəst  sahibkarlıq və azad ticarət  (free trade) zəruridir:  yalnız bu 

halda iqtisadi qanunlar işləyəcəkdir. 

 

Mütləq üstünlüklər nəzəriyyəsi ölkənin öz təbii üstünlükləri (xammalın 



mövcudluğu,  əlverişli  iqlim  və  s.)  yaxud  da  qazanılmış  üstünlüklər  (qabaqcıl 

texnologiyalar,  yüksək  ixtisaslı  işçi  qüvvəsi  və  s.)  sayəsində  əmtəələri  daha 

səmərəli üsulla istehsal edə biləcəyinə əsaslanır. D.Rikardo, sonra isə K.Marks 

beynəlxalq  ticarətin  əmək  məsrəfləri  və  onun  müxtəlif  sahələrdə  müqayisə 

olunması mövqeyindən yanaşan əmək dəyəri nəzəriyyəsini inkişaf etdirmişdir. 

 



Ərazinin  ölçülərinə  əsaslanan  ticarət  nəzəriyyəsi  daha  böyük  məkanı 

olan ölkələrin, adətən, müxtəlif iqlim şəraitləri və təbii ehtiyatları olduğuna görə

özlərini  kiçik  ölkələrlə  müqayisədə  daha  yaxşı  təmin  edə  bildiyini  iddia  edir. 

Bununla  belə,  onların  istehsal  mərkəzlərinin  başqa  ölkələrdən  daha  uzaq 

məsafədə yerləşməsi xarici ticarətdə nəqliyyat xərclərinin artmasına səbəb olur. 

 



Nisbi üstünlüklər nəzəriyyəsi bir ölkənin müəyyən əmtəənin istehsalında 

mütləq üstünlüyə malik olduğu halda belə, məhsul buraxılışının ümumi həcminin 

xarici ticarət hesabına artırıla bilməsinin mümkünlüyü müddəasına əsaslanır. 

 



İstehsal  amillərinin  nisbəti  nəzəriyyəsinə  görə,  əmtəələrin  müqayisəli 

dəyəri  torpağın,  əmək  resurslarının  və  kapitalın  istehsal  amilləri  qismində 

nisbətindən  asılıdır.  Bu  xərclər  isə  ölkənin  hansı  malları  səmərə  və 

məhsuldarlıqla,  daha  böyük  fayda  ilə  istehsal  edə  biləcəyini  əvvəlcədən 

müəyyənləşdirir. 

 



Əmtəənin  həyat  dövrü  nəzəriyyəsi  bir  çox  hazır  məhsulların  əvvəlcə 

işlənib hazırlandığı ölkədə istehsal olunacağı ideyasına istinad edir. İlk növbədə, 

bunlar ABŞ kimi sənayeləşmiş dövlətlərdir. Əmtəənin həyat dövrü ərzində onun 

istehsalının  kapital  tutumu  artır  və  başqa,  nisbətən  zəif  inkişaf  etmiş  ölkələrə 

doğru yönəldildikdə, inhisar mənfəətini tədricən azaldır. 

179 



Nəhayət,  bu  istehsal  inkişaf  etməkdə  olan  ölkələrə  köçürülür  və  həmin  mallar 

uzun illər ərzində orada mənfəət verir. 

 

Ölkələrin  bənzərliyi  nəzəriyyəsi  bazarlarında  oxşar  seqmentlər 



olduğuna  görə  xarici  ticarətin  böyük  hissəsinin  sənayeləşmiş  ölkələr  arasında 

hazır məhsullarla ticarətin payına düşdüyü ideyası əsasında qurulmuşdur. 

 

Beynəlxalq  ticarətin  müasir  nəzəriyyələri  neoklassik  istiqamətin 



neoliberal  ideyalarına:  makroiqtisadiyyatm  monetar  konsepsiyalarına  əsaslanır. 

Bu konsepsiyalar iqtisadiyyata dövlət tərəfindən müdaxilənin bütün formalarının 

tamamilə aradan qaldırılmasını, onların ÜTT qaydaları və başqa ticarət sazişləri 

ilə əvəz olunmasını zəruri hesab edir. 

 

Ticarət  nəzəriyyələrinin  müxtəlifliyinə  baxmayaraq,  onların  hamısına 



xas  olan  ümumi  cəhət,  ticarət  haqqında  qərarların  firma  səviyyəsində  qəbul 

edildiyi  halda,  ümumdünya  ticarətinin  fayda  və  məsrəflərinin  ölkələr 



səviyyəsində  nəzərdən  keçirilməsidir.  Finnalar  izafi  güclərdən  yararlanmaq, 

istehsal xərclərini aşağı salmaq yaxud riskləri bölüşdünnək üçün xarici ticarətin 

imkanlarının  axtarılması  ilə  məşğul  ola  bilər.  Eyni  zamanda  onlar  müxtəlif 

səbəblər üzündən (o cümlədən bazarı tanımaması, riskin yüksəkliyi ehtimalı və 

s.) xarici ticarət fəaliyyətində iştirak etməyə də bilərlər. 

 



XXI  əsrin  birinci  onilliyində  iki  ümumdünya  böhranı  arasında  uzun 

sürən iqtisadi tsikl ərzində, o cümlədən 2002-2008-ci illərdə beynəlxalq ticarətin 

həm bütövlükdə, həm də ayrı-ayrı sahələrində inkişaf templəri yüksək olmuşdur. 

Müxtəlif qitələrdə yerləşən və fərqli şəraitdə inkişaf edən ölkələr qrupunun: Çin, 

Hindistan, Braziliya və Rusiyanın beynəlxalq ticarəti daha böyük sürətlə inkişaf 

edirdi.  Ölkələrin  bu  qrupu  özünün  təbii  və  nisbi  üstünlüklərindən  yararlana 

bildiyinə  görə  mallarının  dünya  bazarlarında  qazancla  satışına  müvəffəq  ola 

bilmişdir.  Eyni  zamanda,  inkişaf  etməkdə  olan  ölkələrin  əsas  hissəsi,  əvvəlki 

kimi, dünya üzrə mal mübadiləsində məhdud, artımının müəyyən hüdudları olan 

əmtəə qrupları vasitəsilə cəlb olunmuşdur. 

 

Qlobal  ticarət  oyunçularının  konfiqurasiyasında  baş  verən  başqa  şəkil 



dəyişikliyi  «Böyük  triadaya»  Çinin  birləşməsi  hesabına  onun  «Böyük 

kvadriliyaya»  çevrilməsidir.  Xronoloji  baxımdan  bu  transfonnasiya  qəti  olaraq 

2008-2010-cu  illərdəki  ümumdünya  maliyyə-iqtisadi  böhran  dövründə  başa 

çatmışdır. 

 

İnkişaf  etmiş  ölkələr  beynəlxalq  ticarətdə  liderliyini  itirərək,  yerlərini 



inkişaf etməkdə olan ölkələrə verir. Bu hal rəqabət qabiliyyəti daha yüksək 

180 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə