Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə69/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   65   66   67   68   69   70   71   72   ...   306

7.3.

 

Asiyanın ticarəti (Çinsiz) 

Ümumiyyətlə  götürüldükdə,  cari  onillikdə  Asiyanın  ticarəti  dünyanın 

inkişaf  edən  başqa  regionları  ilə  müqayisədə  daha  yüksək  templərlə  artırdı. 

Asiyada birinci və ikinci dalğanın YSÖ, xüsusilə də Çin və Hindistan ticarətdə 

daha  böyük  dinamizm  ilə  fərqlənir.  Onlar  üçün  ümumilikdə  iqtisadi  artımın 

yüksək  dinamikası,  Hind  Okeanı-Sakit  Okean  regionundakı  inteqrasiya 

proseslərinə cəlb olunma səciyyəvidir. Bu regionda beynəlxalq ticarətin dinamik 

inkişafının  amillərindən  biri,  paradoksal  olsa  da,  1990-cı  illərdə  yapon 

iqtisadiyyatının artım templərinin zəifləməsidir. 

1997-ei  ilin  ikinei  yarısında  İndoneziya  və  Malayziyada  başlayan 

böhranadək,  son  onilliklər  Asiya  ölkələrinin  bütöv  bir  qrupu  (əsasən  ASEAN) 

üçün  xarici  ticarətin  intensiv  inkişaf  dövrü  olmuşdur.  1997-ci  ilin  oktyabrında 

maliyyə böhranı Honkonqa çatmış və burada fond bazarının mövcudluğu ərzində 

ən  böyük  enmə  qeydə  alınmışdır.  Sonra  isə  böhran  yeni  sənaye  ölkələrinin 

«birinci  dalğasına»  daxil  olan  dövlətlərə  (Cənubi  Koreya,  Sinqapur,  Çinin 

Tayvan əyaləti) sirayət etmişdir. Dünyada məişət elektronikası, yarımkeçiricilər, 

yayma polad, neft-kimya məhsulları kimi mallara tələbatın azalması nəticəsində 

onların  qiymətlərinin  kəskin  ucuzlaşması  1990-1996-cı  illərdə  bu  ölkələrin 

ÜDM-nin orta illik artım tempi 6,5%-dən 2%-ə düşmüşdür. Buna baxmayaraq, 

Asiya böhranının ən qızğın dövründə belə Çin iqtisadiyyatı yüksək artım tempini 

(7%)  qoruyub  saxlaya  bilmiş,  ixrac  potensialını  artırmış,  yeni  bazarlara  çıxa 

bilmişdir. 

Qeyd  etməliyik  ki,  1980-1990-cı  illərdə  dünyanın  heç  bir  regionunda 

Asiya bazarında olduğu qədər idxalın güelü artımı müşahidə olumnamışdır. Onun 

bu cür əhəmiyyətli artımı 2001-2002-ci illərin ümumdünya böhranı nəticəsində 

ciddi enmədən sonra 2002-2007-ci illərdə baş vennişdir. 

Ümumilikdə  isə  region  xammal  və  yanacağın  əsas  növlərinin,  müxtəlif 

dəmir  və  qeyri-dəmir  filizlərinin,  ərzağın,  oduncağın,  kənd  təsərrüfatı 

məhsullarının əsas idxalçılarından biridir. 

Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etməkdə  olan  regionların  Asiya 

bazarlarından asılılığı hələ 1990-cı illərdə nəzərəçarpan dərəcədə olmuş və XXI 

əsrin  birinci  onilliyində  artmaqda  davam  etmişdir.  Məsələn,  son  illərdə  Latın 

Amerikası  kənd  təsərrüfatı  məhsullarının  15%-dən  çoxunu  və  dağ-mədən 

sənayesi mallarının 14%-ə yaxınını Asiyaya ixrac edir. İxrac və idxalda 



184 


sənayenin  payı  müvafiq  olaraq  təqribən  19%  və  18%  təşkil  edir;  Yaxın  Şərq 

ölkələrinin neft ixracının 10%-i Asiyaya yönəldilir. Yuxarıda göstərdiyimiz kimi, 

Asiya ölkələri bir-biri  üçün mühüm satış  bazarlarıdır. Asiya mallarının məcmu 

ixracının yarısından çoxunun region ölkələrinə göndərilməsi Asiya- Sakit Okean 

zonasında  regiondaxili  iqtisadi  proseslərin  yüksək  dərəcədə  inteqrasiyasına 

şəhadət edir. 

2002-2008-ci illərdə Yaponiyanın idxalı ildə orta hesabla 9% artmışdır; bu 

artım  yalnız  2009-cu  ildə  ümumdünya  böhranı  nəticəsində  yaranan  çətinliklər 

səbəbindən donmuşdur. 

Asiyada bir neçə ölkə (Malayziya, Tailand və Filippin) baş vermiş böhran 

nəticəsində 2008-ci ildə idxal həcmini iki dəfə artırmış, malların və xidmətlərin 

ixracını kəskin azaltmışdır. İnfonnasiya texnologiyaları məhsullarına tələbat da 

aşağı  düşmüşdür.  Eyni  zamanda,  ixrac  strukturu  daha  çox  şaxələnmiş  ölkələr, 

məsələn,  Çin  və  Hindistan  da  mallarının  xaricə  satılmasında  müəyyən 

məhdudiyyətlərlə üzləşsələr də, bütövlükdə bu cür ticarət çətinliklərindən yayına 

bilmişdilər. Artıq 2009-2010-cu illərdə bu subregion informasiya texnologiyaları 

sektoru  məhsullarının  alqı-satqısında  artım  nümayiş  etdinniş  və  bununla  da 

regional ticarətdə pozitiv nəticələr əldə olunmuşdur. Bu vaxtadək Malayziyada, 

Tailandda,  İndoneziyada,  Sinqapurda  iqtisadi  vəziyyət  sağlamlaşmışdır; 

Vyetnam  mallarının ixracında mühüm çətinliklərlə qarşılaşsa da, kifayət  qədər 

intensiv iqtisadi inkişafını davam etdirirdi. 

Son illər xarici ticarət sahəsində yüksək inkişaf templəri Hindistan üçün 

də səciyyəvidir. Çin və Hindistandan başqa, regionun inkişaf etməkdə olan bir 

çox  ölkələri  də  ixrac  və  idxalın  yüksək  templərinə  (5%)  nail  olaraq,  nisbətən 

əlverişli ticarət balansını qoruyub saxlaya bilmişdir. 

Ölkələrin bu qrupunun kommersiya xidmətləri ilə ticarətdə mövqeləri də 

güclənmişdir və Asiya burada dünya üzrə ikincidir. 2002-2007-ci illərdə dünya 

idxalında onun payı 25%-ə yaxın olmuşdur. Region üzrə məcmu idxalın böyük 

hissəsi (təqribən 21%) xidmətlərdən ibarətdir və dünya üzrə müvafiq göstəricidən 

yüksəkdir.  Xidmətlərin  üç  əsas  kateqoriyası  (nəqliyyat,  səyahətlər  və  digər 

kommersiya  xidmətləri)  üzrə  Asiya  ən  iri  regionlar  arasında  ikinci  yer  tutur. 

Turist səyahətlərinə gəldikdə isə son illərdə Asiyada xarici turizm nəzərəçarpan 

dərəcədə artmışdır və dünya turizminin 14%-i qədərdir (böhranadək). Asiyanın 

idxalı geniş spektrlidir, özü də region əsas məhsulların. 



185 


0 cümlədən  yanacağın, qida məhsullarının, filizlərin və metalların, habelə kənd 

təsərrüfatı məhsullarının iri idxalçısıdır. Okeanda baş verən güclü zəlzələlər və 

onların doğurduğu, 200 min nəfər insanın həlakına səbəb olan sunamilər 2005- ci 

ildə regionun turistlər üçün cəlbediciliyini müvəqqəti zəiflətsə də, ilin sonunda 

vəziyyət sabitləşmiş və 2008-ci ilədək dayanıqlı inkişaf etmişdir. 

Son  illər  dünyanın,  demək  olar  ki,  bütün  regionları  Asiya  üçün  təyin 

olunmuş  ixrac  payını  artınnışdır.  2003-2008-ci  illərdə  İƏİT  ölkələrindən  ən 

böyük pay Yaponiyanın (41,4%), ondan sonra ABŞ və Kanadanın (35,1%), Qərbi 

Avropanın  (11,8%)  idi.  Ayrı-ayrı  ixrac  maddələri  üzrə  isə  bu  pay  daha  böyük 

(məsələn, ABŞ-m kənd təsərrüfatı məhsullarının 42%-i) olmuşdur. 

Asiyanın ixrac etdiyi mallar regiondaxili ticarətdən başqa, əsasən Şimali 

Amerikaya  (22%)  və  Qərbi  Avropaya  (16,8%),  Yaxın  Şərqə  (32%),  Latın 

Amerikasına (2,8%), Afrikaya (2,1%) göndərilir. 2008-ci ildə dünya üzrə maşın 

və  nəqliyyat  vasitələrinin  ixracında  Asiya  ölkələrinin  payı  30%-ə  çatmış  və 

yalnız  Qərbi  Avropanın  göstəricisi  bundan  çox  olmuşdur.  Asiyanın  ixracında 

«Ofis və telekommunikasiya cihazları» mal qrupunun xüsusi çəkisi 48% təşkil 

etmişdir (1996-cı ildəki 50%-dən bir qədər aşağı düşərək). Asiya ölkələri dünya 

bazarında  avtomobil  satan  əsas  və  sürətlə  inkişaf  edən  ixracatçılardan  birinə 

çevrilərək, onun 20%-ini tutmuşdur; onlar həmçinin, toxuculuq malları, xüsusilə 

də  paltar  bazarında  dominantlıq  edir  və  payı  42%-ə  çatmışdır  (2002-2005-ci 

illər). 

Cənub-Şərqi  Asiya  ölkələri  iqtisadiyyatının  sürətli  inkişafı  bu  regionda 

xammalın  əsas  növlərinə  tələbatı  əhəmiyyətli  dərəcədə  artınnışdır.  Burada 

xammalın,  o  cümlədən  ərzağın,  kənd  təsərrüfatı  məhsullarının,  mineralların, 

metalların istehlakı əvvəllər çox aşağı səviyyədə olduğuna görə, bütövlükdə, bu 

cür malların idxal potensialı çox yüksək kimi qiymətləndirilirdi. İqtisadi artımın 

enerji  və  material  tutumlu  sahələr  sayəsində  baş  vennəsi  sürətli  iqtisadi 

ekspansiya  illərində  kənd  təsərrüfatı  məhsullarının  və  metalların  istehlakmm 

çoxalması  ilə nəticələnmişdir. Dünya üzrə kənd təsərrüfatı və mineral  xammal 

istehlakında Asiya «beşliyinin» («Asiya-5») xüsusi çəkisi cəmi bir onillik ərzində 

iki  dəfədən  çox  artmışdı.  «Beşliyin»  ölkələri  arasında  Cənubi  Koreya,  pambıq 

istisna  olunmaqla,  sadalanan  malların  ən  böyük  istehlakçısıdır;  pambığın  ən 

böyük hissəsi  İndoneziyada işlədilir və bu halda Şərqi Asiyanın bütün ölkələri 

istifadə etdikləri pambığın və yunun əsas hissəsini xaricdən alır. Başqa ölkələrlə 

müqayisədə təbii ehtiyatları az olan Cənubi Koreya istehsal 

186 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə