Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə7/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   2   3   4   5   6   7   8   9   10   ...   306

DDM - Dünya üzrə Daxili Məhsul (CWP - Gross World Prodcut) 

BİS - Beynəlxalq İnvestisiya Sazişləri (IIA - International Investment 

Agreement) 

BƏK - Beynəlxalq Əmək Kooperasiyası (ILC - International Labour 

Cooperation) 

BQHT - Beynəlxalq Qeyri-Hökumət Təşkilatları (INGO - International 

Non-Govemmental Organization) 

BƏB - Beynəlxalq Əmək Bölgüsü (IDL - International Division of Labor) 

BİM - Beynəlxalq İqtisadi Münasibətlər (lER - International Economic 

Relations) 

Bİİ - Beynəlxalq İqtisadi İnteqrasiya (lEI - International Economic 

Integration) 

MG - Milli Gəlir (N1 - National Income) 

YSÖ - Yeni Sənaye Ölkələri (NIC - New Industrial Countries) 

ETTKİ - Elmi-Tədqiqat və Təcrübə-Konstruktor İşləri (R&D Research 

and Development) 

İRY - İnkişaf üçün Rəsmi Yardım (ODA - Official Development 

Assistance) 

XBİ - Xarici Birbaşa İnvestisiyalar (EDI - Foreign Direct Investment) 

AQP - Alıcılıq Qabiliyyəti Pariteti (PPP - Purchasing Power Parity) VAQP - 

Valyutaların Alıcılıq Qabiliyyəti Pariteti (CPPP - Currenc Purchasing Power 

Parity) 


RTS - Regional Ticarət Sazişləri (RTAs - Regional Trade Agreements) 

XBH - Xüsusi Borclanma Hüquqları (SDR - Special Drawing Right) 

QƏ - Qovuşmalar və Əldəetmələr (M&A - Merges and Acquisitions) 

MHS - Milli Hesablar Sistemi (NAS - National Accounts System) 

XİZ - Xüsusi İqtisadi Zona (SEZ - Special Economic Zone) 

TMB - Transmilli Banklar (TNB - Transnational Banks) 

TMK - Transmilli Korporasiyalar (MNC - Multinational Corporations) 

MSQ - Maliyyə-Sənaye Qmpları (FIG - Financial Industrial Groups) İVB - 

İqtisad və Valyuta Birliyi (EMU - Economic and Currency Union) 

İB - İqtisadi Birlik (EU - Economic Union) 

ZİÖ - Zəif inkişaf etmiş ölkələr (LDC - Least Developed Countries) 

15 



U M U M I   X Ü L A S Ə  

Kitab  həm  «Beynəlxalq  İqtisadi  Münasibətlər»  fənni  üzrə  müstəqil 

dərslik, həm də «Dünya İqtisadiyyatı» kursunun davamı kimi nəzərdən keçirilə 

bilər. 


Kitab altı bölmə və 26 fəsildən ibarətdir. 

I

 

Bölmə:  «Beynəlxalq  iqtisadi  münasibətlərin  nəzəriyyəsi»  BİM-in 

kateqoriyalarının  və  anlayışlarının  təhlilinə,  istehsal  amillərinin  beynəlxalq 

hərəkəti  predmetinin  tədqiqi  metodologiyası  və  formalaşması  məsələlərinə, 

habelə  BİM-in  ənənəvi  və  müasir  nəzəriyyələrinə  həsr  olunmuş  iki  fəsildən 

ibarətdir. 

II

 

Bölmə:  «Müasir  beynəlxalq  ticari-iqtisadi  münasibətlər  və  dünya 

ticarət  siyasəti»  on  fəsildən  ibarətdir.  Burada  beynəlxalq  ticarətin  inkişafında 

ümumi  və  yeni  təzahürlərin, o cümlədən əsas iqtisadi  güc mərkəzləri  arasında 

əmtəə axınlarının, onların nisbətlərinin dəyişməsi dinamikasının, Asiya, Afrika, 

Latın  Amerikası  ölkələrinin,  Rusiya  və  MDB-nin  tiearət  əlaqələrinin  təhlili 

verilir. 



III

 

Bölmə:  «Kapitalın beynəlxalq yerdəyişməsi və TMK-nm fəaliyyəti - 

beynəlxalq sahibkarlıq» beş fəsildən ibarətdir. Bura dünya təsərrüfatının müxtəlif 

sahələrində  fəaliyyət  göstərən  güclü  transmilli  korporasiyaların  işinin  əsas 

məsələləri;  TMK  fenomeninin  nəzəri  aspektləri,  onların  dünya  və  milli 

iqtisadiyyatlardakı  rolu;  müxtəlif  sahələrdə  və  bir  çox  ölkələrdə  fəaliyyətinin 

nəticələri  açıqlanır.  Burada  həmçinin,  kapitalın  XBİ  vasitəsilə  beynəlxalq 

yerdəyişməsi, əmək resurslarının beynəlxalq hərəkəti təhlil olunur. Göstərilir ki, 

TMK  və  TMB  dünya  iqtisadiyyatının  əsas  subyektləri,  dünya  iqtisadiyyatının 

maliyyə cəhətdən qloballaşmasının amilləridir; onların əməliyyatları, xüsusilə də 

dünyada baş verən böhran şəraitində daha ciddi milli nəzarətə möhtacdır. 



IV

 

Bölmə: «Beynəlxalq maliyyə sistemi: valyuta-maliyyə münasibətləri» 

dörd  fəsildən  ibarətdir.  Burada  dünya  iqtisadiyyatının  altsistemi  kimi,  müasir 

dünya maliyyə sisteminin əsas elementləri, onların fəaliyyəti və əsas qurumları 

nəzərdən keçirilmişdir. 



V

 

Bölmə: «BİM sistemində beynəlxalq təşkilatlar» iki fəsildən ibarətdir. 

Burada ümumdünya əməkdaşlığının və dünya təsərrüfatı münasibətlərinin 



16 


tənzimlənməsinin  təşkilində  mühüm  vəzifələri  yerinə  yetirən  müxtəlif  tip 

beynəlxalq  təşkilatların  fəaliyyəti  təsvir  olunur.  Malların  və  xidmətlərin, 

investisiyaların, əmək resurslarının hərəkəti sahəsində beynəlxalq əməkdaşlığa, 

mülkiyyət  münasibətlərinə,  hüquqi  tənzimləməyə  mühüm  təsir  göstərən  BMT- 

nin əsas maliyyə, iqtisadi və hüquqi idarələrinin, Bretton-Vuds qurumlarının və 

başqa təşkilatların işinin əsas istiqamətləri göstərilmişdir. 



VI

 

Bölmə:  «XXI  əsrdə  bəşəriyyətin  qlobal  problemləri»  üç  fəsildən 

ibarətdir və əsasən cəmiyyətin yoxsulluq (yoxsulluq anlayışı və onun ölçülməsi 

üsulları  nəzərdən  keçirilir),  ekoloji  böhran,  silahlı  münaqişələr  və.  nüvə 

müharibəsi təhlükəsi kimi problemlərinə həsr olunmuşdur. 

Tədris nəticəsində tələbə

 



ümumilikdə  dünya  iqtisadiyyatının  nəzəriyyəsini  və  metodologiyasını, 

habelə  müxtəlif  ölkələrin,  xüsusilə  də  dünyanın  aparıcı  dövlətlərinin  milli 

iqtisadiyyatlarını;  dünya  bazarının  və  onun  müxtəlif  seqmentlərinin 

funksiyalarını və təşkilini; insan, cəmiyyət və şirkət, müxtəlif ölkələrin sakinləri

insan və ətraf mühit arasındakı münasibətləri bilməlidir; 

 



müxtəlif ölkələrdən olan tərəfdaşlarla danışıqlar aparmağı, müqavilə və 

sazişlərin  (investisiyalar,  icarə,  ticarət  və  s.  məsələlər  üzrə)  layihələrini 

hazırlamağı;  sahibkarlığın  inkişafının  korporativ proqramları  əsasında  müxtəlif 

şəraitdə və ölkələrdə obyektlərin təşkili və idarə olunmasının fərqli variantlarını 

işləyib hazırlamağı, istehsal, iqtisadi və sosial səmərəlilik meyarları üzrə onların 

seçimini əsaslandırmağı bacarmalıdır; 

 

dünya bazarlarında yaranan konyunkturanın təhlili və qiymətləndirilməsi 



metodlarına  yiyələnməli,  onlardan  həm  nəzəriyyədə,  həm  də  praktikada,  o 

cümlədən  fond  bazarlarında,  müxtəlif  əmtəə  qruplarının  və  xidmətlərin 

qiymətinin  müəyyənləşdirilməsində  uğurla  istifadə  etməli;  əldə  olunmuş 

biliklərdən  və  xarici  təcrübədən  ölkəmizdəki  iqtisadi  fəalİ3q/ətin  müxtəlif 

sahələrinin təkmilləşdirilməsi üçün yararlanmalıdırlar. 

17 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə