Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə70/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   66   67   68   69   70   71   72   73   ...   306

məqsədləri  üçün  istifadə  etdiyi  pambığı,  kauçuku,  alüminiumu  və  qurğuşunu, 

demək olar ki, bütövlüklə idxal edir. 

XXI əsrin birinei onilliyində Cənubi və Şərqi Asiya, o eümlədən Çin Latın 

Amerikasından  ixrac  olunan  ərzağın  təqribən  10%-ni,  kənd  təsərrüfatı 

məhsullarının təxminən 15%-ni, metalların və filizlərin 11%-ni mənimsəmişdir. 

Latın  Amerikasından  əsas  xammal  növlərinin  ixracı  sürətlə  çoxalmışdır. 

1980-2000-ci illərdə filizlərin və metalların ixracının artım tempi 12%-dən çox 

olmuşdusa, ərzağın və kənd təsərrüfatı məhsullarının ixracı hər il 9%-dən yuxarı 

yüksəlmişdir  (dünya  üzrə  Latın  Amerikasının  ixracının  artım  templəri  isə 

müvafiq olaraq 2,4% və 3,3% idi). 

Asiya, Afrika ölkələri üçün kifayət qədər böyük bazardır və bu regiondan 

kənd  təsərrüfatı  məhsullarının,  filizlərin  və  metalların  ixracının  27%-i  onun 

payına  düşür.  İdxalın  sürətli  artımı  Şərqi  və  Cənub-Şərqi  Asiyanı,  xüsusilə  də 

Cənubi  Koreyanı  və  Malayziyanı  nəhəng  regionun  ən  mühüm  idxal 

mərkəzlərindən birinə çevirmişdir. 2000-2008-ci illərdə bu regionda beynəlxalq 

ticarətin göstəriciləri həm  ümumdünya, həm  də  inkişaf etməkdə olan ölkələrin 

göstəricilərindən  yüksək  idi:  bu  dövrdə  ASEAN  qrupu  ölkələrinin  beynəlxalq 

ticarətinin ümumi artımı 11,7% olmuşdur; regionda qarşılıqlı ticarət 17% artmış 

və  46%-i  ötüb  keçməmişdir.  Amma  bu  xüsusi  çəki  Avropa  İttifaqı  ölkələrinin 

qarşılıqlı  ticarətinə  düşən  paydan  xeyli  aşağıdır:  hələ  1930-cu  illərdə  Qərbi 

Avropa dövlətlərində bu pay 70% təşkil edirdi. Xatırlamaq lazımdır ki, üç onillik 

əvvəl  ASEAN  ölkələri  öz  birləşmə  hərəkatına  başlayanda  onların  qarşılıqlı 

ticarətinin xüsusi çəkisi cəmi 2% idi. 

7.4.

 

Latın Amerikası və Karib dənizi 

hövzəsi ölkələrinin beynəlxalq ticarəti 

2002-2008-ci  illərdə  beynəlxalq  ticarətdə  dinamik  yüksəliş  nümayiş 

etdirib, 2001-2002-ci  illərlə müqayisədə iki dəfədən çox artıma nail olan  Latın 

Amerikası  ölkələrindəki  vəziyyət  bir  sıra  ölkələrin  borc  problemini 

mürəkkəbləşdirən  ümumdünya  böhranı  nəticəsində  kəskin  pisləşmişdir.  Xarici 

kapital axınlarının azalması və xarici borclanmanm ixtisar olunması ilə yanaşı, 

ümumilikdə  ixrac  12%,  idxal  isə  8%-dən  artıq  aşağı  düşmüşdür.  Məsələn, 

2009-cu  ildə  Argentinanın  idxalı  onun  2007-ci  ildəki  ümumi  həcminin  yarısı 

qədər  olmuşdur.  Region  dövlətlərinin  ixracı  müstəsna  olaraq  ABŞ-ın  daxili 

tələbatı sayəsində saxlanılırdı və qitənin ixracının 60%-dən çoxu bura 

187 



yönəlmişdi.  Braziliya,  Argentina,  Meksika  və  Çilinin  yalnız  Çinlə  ticarəti 

müəyyən dərəcədə dayanıqlı idi və həmin ölkələrin ixracının artan həcmi onun 

payına düşürdü. Aİ və ABŞ-a mal göndərişləri isə xeyli azalmışdı. 

Preferensial ticarət və ticarət müqavilələri. Son illərdə Latın Amerikası 

ölkələrinin  hökumətləri  yeni  regional  ticarət  müqavilələrinin  bağlanmasına 

diqqəti  artırmışdır.  Bu  müqavilələrin  bəzisi  ticarətin  sürətli  inkişafını 

stimullaşdırsa  da,  digərləri  o  qədər  də  səmərəli  olmamışdır.  Latın  Amerikası 

ölkələrinin ticarət müqavilələrinin işlənib hazırlanması sahəsində səylərini uğurla 

birləşdimıəsini,  həmçinin,  MERCOSUR-un  yaradılmasını.  And  Paktının  və 

Mərkəzi Amerika Ümumi Bazarının bərpasını xüsusilə qeyd etmək lazımdır. 

And  birliyi  və  MERCOSUR  2000-ci  ildə  azad  ticarət  zonasının 

yaradılması barədə saziş imzalamışdır. Bununla bərabər. And birliyi ilə Panama 

arasında  azad  ticarət  zonasının  yaradılması  və  son  nəticədə  Panamanın  birliyə 

tam  hüquqla  daxil  olması  haqqında  çərçivə  sazişi  imzalanmışdır.  Nəhayət, 

MERCOSUR  və  Mərkəzi  Amerika  Ümumi  Bazarı  (Qvatemala,  Honduras, 

Kosta-Rika,  Nikaraqua  və  Salvador  daxildir)  azad  ticarət  zonasının 

yaradılmasında ilk addım kimi tariflərin aşağı salınması üzrə proqramın həyata 

keçirilməsinə başlanması barədə razılıq əldə etmişlər. 

Bu cür preferensial ticarət zonalarının yaradılmasına səy göstərilməsi həm 

siyasi  (Latın  Amerikası  ölkələrinin  hökumətləri  qonşular  arasında  ənənəvi 

gərginliyi  azaltmağa  çalışır), həm  də iqtisadi inkişaf sahəsində mülahizələrdən 

(hökumətlərin  daha  çox  xarici  bazarlara  istiqamətlənmiş  strategiyaları  qəbul 

etməsi,  onları  ticarət  sahəsində ənənəvi  münasibətlər dairəsindən çıxaraq  yeni, 

əlverişli  tərəfdaşlar  axtarmağa  məcbur  edirdi)  irəli  gəlirdi.  Latın  Amerikası 

ölkələri  preferensial  ticarət  haqqında  sazişlərdən  asılı  olmayaraq,  ticarət 

maneələrini aşağı salmaqda davam etdiklərinə görə, həmin sazişlər çərçivəsində 

məhdudi^/yətlərin  aradan  qaldırılması  prosesi  yüksək  sürətlə  gedirdi.  Bu 

ölkələrin  ticarəti  Şimali  Amerikanın  nəhəng  bazarının  tələbatından  həlledici 

dərəcədə  asılı  olduğuna  görə  onların  qarşılıqlı  münasibətlərinə,  regional 

ticarətinə, inteqrasiya templərinə ABŞ da böyük maraq göstərir. 

7.5.

 

Afrika ölkələrinin ticarəti 

Dünyanın başqa regionları ilə ticarət əlverişli olmadığından, ümumilikdə 

Qərbi Avropa dövlətlərinə doğru yönəldildiyinə görə. Afrika ölkələrində ixracın 

və idxalın həcmi orta hesabla 2,6% artmışdır. BVF-in məlumatlarına 



188 


əsasən, Böyük Səhranın cənubunda yerləşən ölkələr qrupunun beynəlxalq tiearəti 

həlledici dərəcədə tropik bitkilərin qiymətlərinin sabitliyi amilindən asılıdır, lakin 

onlar  həm  2001-ci,  həm  də  2002-ci  illərdə  aşağı  düşmüşdü.  Ölkələrin  bu 

qrupunun idxalı onların ixracı ilə müqayisədə daha sürətlə artırdı. Afrika qitəsi 

ölkələrinin  xarici  ticarətinin  ümumi  şərtləri  sənayeləşmənin  səviyyəsi,  istehsal 

amillərinin (məhsuldar qüvvələrin) vəziyyəti əsasında müəyyənləşdirilir. Afrika 

ölkələrinin strukturuna görə aqrar iqtisadiyyatına xas olan başlıca meyillər əmək 

məhsuldarlığının  yüksəlməsi,  həmçinin,  milli  təsərrüfatların  ixrac  olunan  əsas 

mallar  toplusundan  ənənəvi  asılılığının  aradan  qaldırılmasıdır.  Bu  meyillərin 

kifayət  qədər  uzun  tarixi  vardır.  Müstəqilliyini  bəyan  etdikdən  sonrakı  dövrdə 

Afrika  ölkələrinin  əksəriyyətinin  səyləri  idxalı  əvəzləndirən  mallar  buraxan 

sahələrin  inkişafı  üzərində  cəmləşmişdi  (bu  isə,  əmək  məhsuldarlığının 

yüksəldilməsini,  istehsalın  strukturunun  şaxələnməsin!  tələb  edirdi).  Müasir 

dövrdə  bu  iqtisadi  siyasətin  həyata  keçirilməsi  üzrə  cəhdlər  göstərilsə  də,  əsas 

meyil  ixracın  strukturunun  yaxşılaşdırılmasıdır.  Getdikcə  aydınlaşır  ki,  yerli 

bazarların  məhdudluğu  və  milli  iqtisadiyyatın  aralıq  məhsulların 

(yarımfabrikatların)  və  istehsal  təyinatlı  malların  idxalından  asılılığı  şəraitində 

ixrac  potensialının  genişləndirilməsi  və  beynəlxalq  bazarlarda  rəqabət 

qabiliyyətinin gücləndirilməsi sürətli artım və inkişaf üçün həyati əhəmiyyət kəsb 

edir.  Buna  müvafiq  olaraq,  problemin  həlli  üçün  investisiyaların  daha  yüksək 

səviyyədə inkişaf etməsi və ticarətlə kapital  yığımı arasında möhkəm qarşılıqlı 

əlaqələrin  qurulması  lazımdır.  Həmin  qarşılıqlı  əlaqələrin  əsas  məsələsi 

investisiyaların strukturunun müəyyən edilməsidir. 

İnkişaf  səviyyəsi  nisbətən  yüksək  olan  iqtisadiyyatlar  üçün  insan 

kapitalının  inkişafına,  əmək  məhsuldarlığının  və  beynəlxalq  rəqabət 

qabiliyyətinin yüksəlməsinə istiqamətlənmə sənayenin əməktutumlu sahələrinin 

yenidən  dirçəlməsindən  çox  asılıdır.  Yuxarıda  göstərdiyimiz  kimi, 

müstəmləkədən  sonrakı  dövrdə  Afrika  regionunda  mövcud  olan  sənaye 

sahələrinin  çoxu  idxalın  əvəz  olunması  konsepsiyası  əsasında  fonnalaşmışdır. 

Beynəlxalq  istehsal  amillərinin  və  beynəlxalq  rəqabətin  dinamik  dəyişkənliyi 

səbəbindən 1980-1990-cı illərdə onların resursları əsasən tükənmişdi. 

Böyük Səhranın cənubunda yerləşən Afrika ölkələrinin ticarətində son 

dərəcə  arzuolunmaz  vəziyyət  qalmaqdadır.  Dünya  Bankının  ekspertlərinin 

gəldiyi qənaətə görə, dünyanın başqa regionları ilə müqayisədə 20 zəif inkişaf 

189 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə