Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə71/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   67   68   69   70   71   72   73   74   ...   306

etmiş  ölkənin  yerləşdiyi  bu  nəhəng  zonada  1980-1990-cı  illərdə  və  XXI  əsrin 

əvvəlində vəziyyət son dərəcə əlverişsiz olmuşdur. 

Görünür  ki,  Böyük  Səhranın  cənubunda  yerləşən  ölkələrin  çoxunun 

iqtisadiyyatının  rəqabət  üstünlükləri  təkcə  təbii  resursların  emalının  xüsusi 

çəkisinin  artırılması  vasitəsilə  onların  işlənilməsinin  və  istismarının 

genişləndirilməsi ilə bitmir. Riskləri bütövlükdə azalsa da, şaxələnmə özlüyündə 

dayanıqlı  iqtisadi  artıma  zəmanət  verə  bilməz.  Belə  vəziyyətdə  əlavə  olunmuş 

dəyəri  böyük,  əmək  məhsuldarlığı  yuxarı,  bazar  dəyişikliklərinə  nisbətən 

mallarına  tələbatın  elastikliyi  daha  yüksək  olan  sahələrin  tapılması, 

dəstəklənməsi və inkişaf etdirilməsi zərurətə çevrilir. 

Region  ölkələrinin  iqtisadiyyatının  son  dərəcə  geridə  qaldığı  şəraitdə 

onların xarici ticarəti də əslində öz funksiyalarını yerinə yetirə bilmir. Müəyyən 

səmərə  əldə  etməyin  mümkün  olduğu  sahələrdə  (xammal,  tropik  bitkilər)  isə 

artım  infrastrukturun  zəif  inkişafı  və  korrupsiya,  ümumi  siyasi  qeyri-sabitlik, 

silahlı münaqişələrlə məhdudlaşdırılır. 

Beynəlxalq tədqiqatçılar ümumilikdə Afrika ölkələrinin xarici amillərdən, 

o  cümlədən  əsas  ixrac  mallarının  beynəlxalq  bazarlarda  satılmasından  və 

dövlətlərarası maliyyə yardımından güclü asılılığını qeyd edirlər. Belə sahələrin 

tərkibində  səmərəli  və  rəqabət  qabiliyyətli  müəssisələrin  fərqləndirilməsi  həm 

fiziki, həm də insan kapitalına real investisiyaların qoyulmasını tələb edir. Buna 

baxmayaraq,  1990-cı  illərin  ikinci  yarısından  başlayaraq  2004-cü  ilin 

əvvəlinədək Afrika ölkələrinin çoxu müxtəlif dərəcədə olsa da, xarici ticarətdə öz 

mövqelərini  möhkəmləndirə  bilmişdi.  Bu,  həm  Afrikanın  daxilində,  həm  də 

Avropa  İttifaqı  və  Asiyanın  sürətlə  inkişaf  etməkdə  olan  ölkələri  ilə  aparılan 

ticarətə aid idi. Afrika və ərəb ölkələri, ö cümlədən, Misir, Şimali Afrika (Məğrib 

dövlətləri olan Əlcəzair, Mərakeş, Tunis, Liviya) ilə ticarət bir qədər canlanmışdı. 

Bunu, ilk növbədə, Misirə - 1990-2008-ci illərdə xarici ticarətdə ən dinamik artım 

(orta hesabla 7%-dən yuxarı) nümayiş etdirən dövlətə şamil etmək olar. 

Frank zonasına daxil olan (CFA) ölkələrin əksəriyyəti 1995-ci ildə qeyd 

olunmuş yüksək göstəricilərini saxlamış və qitədə iqtisadi şəraitin, ümumiyyətlə, 

pisləşməsinə baxmayaraq, 1990-cı və 2000-2003-cü illərdə qənaətbəxş nəticələr 

əldə etmişdir. CFA zonasına iki regional inteqrasiya birliyi daxildir: Qərbi Afrika 

İqtisadi  və  Valyuta  İttifaqı  (UEMOA  -  The  West  African  Economic  and 

Monetary Union) və Mərkəzi Afrika İqtisadi və Valyuta 



190 


Birliyi  (CEMAC  -  Economic  and  Monctary  Community  of  Central  Africa). 

Birinci birləşmənin tərkibinə Benin, Burkina-Faso, Qvineya-Bisau, Kot- d’İvuar, 

Mali,  Niger,  Seneqal  və  Toqo  daxildir.  İkinci  birləşmənin  üzvləri  Qabon, 

Kamerun, Konqo, Mərkəzi Afrika Respublikası, Çad və Ekvatorial Qvineyadır. 

Ekspertlərin  qiymətləndirməsinə  görə.  Qərbi  Afrika  İqtisadi  və  Valyuta 

İttifaqının üzvü olan dövlətlərdə ÜDM 1990-1999-cı illərlə müqayisədə 52%-dən 

2000-2008-ci  illərdə  31%-dək  enmişdir.  Mərkəzi  Afrika  İqtisadi  və  Valyuta 

Birliyinə  daxil  olan  ölkələrin  məcmu  ÜDM-i  isə,  2000-  2008-ci  illərdə  4,2% 

artmışdır  (1990-1999-cu  illərdə  -  4,1%).  2000-2010-cu  illərdə  inkişaf  etməkdə 

olan ölkələrin əksərij^ətində artım templərinin kəskin zəifləməsi fonunda həmin 

regional  birliklərdə  ən  yüksək  göstəricilər  əldə  edilmişdir.  Buna  baxmayaraq, 

CFA ölkələrinin bir çoxu əvvəlki kimi,  ən zəif inkişaf etmişlərə,  yəni  gəlirləri 

aşağı  olan,  inkişafın  struktur  xüsusiyyətindən  irəli  gələn  ciddi  problemlərlə 

üzləşən  dövlətlərə  aid  edilir.  Bu,  qarşılarında  duran  çoxsaylı  sosial-iqtisadi 

məsələləri həll etmək üçün həmin ölkələr tərəfindən artımın uzun müddət ərzində 

əldə olunmuş templərinin saxlamasının vacibliyini göstərir. 

Ölkələr  üzrə  ciddi  fərqlərin  olmasına  baxmayaraq,  ümumilikdə  Afrika 

ölkələri  ixrac  imkanlarının  genişləndirilməsi  istiqamətində  böyük  addım 

atmışdır. Beynəlxalq rəqabət və beynəlxalq əmtəə təklifi də regiondaxili ticarət 

potensialının inkişafına güclü təsir göstərir. Məsələn, Afrika Cənubunun İnkişafı 

Birliyi (SADC - Southern African Development Community) ölkələrinin Aİ-yə 

ixracının həcminin artması Lome Konvensiyasında nəzərdə tutulmuş preferensial 

bazar  şərtləri  ilə  dəstəklənsə  də,  həmin  ixracatçıların  Cənubi  Afrika  Gömrük 

İttifaqı (SACU - Southern African Customs Union) ölkələrinə ixrac axınları ilə 

rəqabət  apara  biləcəyi  yaxud  bu  sektorda  analoji  güzəştlər  və  yardım 

mexanizmlərinin  yaradılmasının  zəruriliyi  məsələsi  açıq  qalır.  Bundan  başqa, 

SADC ölkələrinin SACU ölkələrinə mal ixracına əlverişli şərait yaradılması, çox 

güman ki, Aİ-yə ixrac axınlarının sadəcə olaraq regiondaxili ticarətə yönəlməsinə 

deyil, SADC ölkələrinin ticarət dövriyyəsinin artımına gətirib çıxaracaqdır. 

SADC ölkələrinin ixracatçılarının SACU ölkələri ilə müqayisədə rəqabət 

qabiliyyəti  gücləndikcə.  Cənubi  Afrikada  genişlənən  regiondaxili  ticarət  qitə 

dövlətləri arasında pozulmuş ticarət balansını bərpa edə bilərdi. Cənubi Afrikada 

məhz SADC ölkələrinin ticarətdə böyük artım nümayiş etdirdiyini 

191 



nəzərə alsaq, buradan qitənin başqa ölkələrinə ixracın çoxalması disbalansın hər 

iki  tərəfdən  pozulmasını  əhəmiyyətli  dərəcədə  aradan  qaldıra  bilər.  Böyük 

Səhranın cənubunda  yerləşən ölkələrin regiondaxili ticarətinin  genişlənməsinin 

bu  cür  perspektivlərini  kapital  yığımının  artmasından  və  dayanıqlı  inkişafın 

təmin edilməsinin əsasının yaradılmasından asılı olmayan təzahür kimi nəzərdən 

keçinrıək  olmaz.  Amma  region  daxilində  ticarətin  azacıq  artması  belə, 

idxalçılarla  münasibətdə  tədiyyə  balansının  yaxşılaşdırılması  yolu  ilə  regional 

artımın  qapalı  dairəsində  yaranan  təkan  sayəsində  yeni  ixrac  imkanlarının 

inkişafına  yardım  göstərir,  dünya  miqyasında  onların  rəqabət  qabiliyyətinin 

yüksəlməsi  ilə  nəticələnən  «treninqinə»  səbəb  olur.  Belə  təsəvvür  yaranır  ki, 

gələcəkdə  Böyük  Səhranın  cənubunda  yerləşən  ölkələrin  daxili  ticarətinin 

genişlənməsi  mərkəzi  subregionda,  daha  çox  inkişaf  etmiş  Cənubi  Afrika 

Respublikasında,  Keniyada  və  ola  bilsin  ki,  Kot-d’İvuarda  baş  verəcək,  qalan 

dövlətlərin  perspektivləri  isə  infrastruktur  şəraitinin  (nəqliyyat,  rabitə  və  s.) 

yaxşılaşmasından və oradakı siyasi vəziyyətin sabitliyindən asılı olacaqdır. 

Hesablamalar (beynəlxalq mənbələrin təhlili bazasında) qitə dövlətlərinin 

fəal ticarət mübadiləsi üçün böyük potensial resurslara malik olduğunu, bunun 

isə,  öz  növbəsində,  onların  iqtisadi  artımının  dinamikası  ilə  birbaşa  bağlılığını 

göstərir. Bununla yanaşı, aydındır ki, Afrika ölkələrinin dünya iqtisadiyyatından 

təcrid olunmuş vəziyyətdə inkişaf etməsi, prinsipcə, qeyri- mümkündür. Deməli, 

burada  əsas  məsələ  qitənin  XXI  əsrdə  inkişaf  prosesində  olan  qlobal  əmək 

bölgüsü sxeminə hansı yolla və necə «daxil olmasıdır». 



7.6.

 

MDB iştirakçısı olan ölkələrin və 

Rusiyanın beynəlxalq ticarəti 

MDB  iştirakçısı  olan  ölkələrin  çoxunda  iqtisadi  artımın  canlanması 

onların  xarici  ticarətinin  dinamikasında  da  öz  əksini  tapmışdır.  2000-2008-ci 

illərdə ixracın fiziki həcmi 7,8% çoxalmış, idxalın fiziki həcminin artımı isə 11% 

olmuşdur. Bu ölkələrin ixracı az, 6% olsa da, əsasən Rusiya, Qazaxıstan, Belarus 

və Ukraynanın hesabına artmışdır (cədvəl 7.1). Bu ölkələr əsas ticarət axınlarını 

Çin, Avropa və Türkiyəyə yönəldir. 

1991-ci  ildən  başlayaraq,  MDB  ölkələrinin  qarşılıqlı  ticarətinin  payının 

azalması  və  inkişaf  etmiş  ölkələrlə  ticarətin  xüsusi  çəkisinin  artması  meyilləri 

formalaşmışdır. Ümumilikdə 2000-2010-cu illərdə MDB daxilində qarşılıqlı 

192 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə