Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə72/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   68   69   70   71   72   73   74   75   ...   306

ticarətin  artımı  səngimiş,  bəzən  isə  aşağı  düşmüşdür.  Çox  güman  ki,  Rusiya, 

Belarus  və  Qazaxıstan  tərəfindən  Gömrük  İttifaqının  yaradılması  bu  vəziyyəti 

dəyişdirəcək, onlar arasında ticarət dövriyyəsini artıracaqdır. 

MDB daxilində qarşılıqlı ticarətin zəif artımı, faiz nisbəti ilə götürüldükdə 

onun dünyanın başqa ölkələri ilə ticarətə nisbətən gələcəkdə də ixtisar olunacağını 

göstərir. Yalnız uzaq ölkələrin bazarlarında yer tuta bilməmələri MDB ölkələrini 

ticarətdə  bir-birinə  doğru  addımlar  atmağa  vadar  edəcəkdir.  MDB  ölkələrinin 

ümumi  ticarətində  qarşılıqlı  ticarət  dövriyyəsinin  xüsusi  çəkisi  1991-ci  ildəki 

78,6%-dən  2009-cu  ildəki  23%-ə  düşərək,  üç  dəfə  ixtisar  olmuşdur.  Belə  ki, 

Azərbaycanın  ixracının  80%-i,  idxalının  isə  60%-i  Türkiyə  və  İranın  payına 

düşür. Qırğızıstanın və Moldovanın ixracatının təqribən yarısı müvafiq olaraq Çin 

və  Rumıniyaya  göndərilir.  2001-2009-cu  illərdə  bu  nisbətlər  xarici  iqtisadi 

əlaqələrin  müə5^ən  şaxələnməsi  və  Qərbi  Avropa  dövlətləri,  Hindistan,  Misir, 

Pakistan  və  başqa  dövlətlərlə  ticarətin  artması,  həmçinin,  Rusiya  və 

Qazaxıstandan MDB üzvü olan digər ölkələrə neft və qaz göndərişlərinin rolunun 

yüksəlməsi nəticəsində bir qədər dəyişmişdir. 



Cədvəl 7.1 

2008-

 

ci ildə Belarus, Qazaxıstan, Rusiya və Ukraynanın qarşılıqlı ticarəti 

(MDB ölkələri ilə ticarətin ümumi həcminə nisbətən, %-lə)* 

MDB ölkələri

 

Belarus

 

Qazaxıstan

 

Rusiya

 

Ukrayna

 

MDB-nin başqa 



ölkələri

 

Belarus:



 

ixrac


 

 

0,1

 

87,0

 

10,7

 

2,2

 

idxal



 

-

 



0,1

 

93,6

 

5,0

 

1,4

 

Qazaxıstan:



 

ixrac


 

0,2

 

 



69,8

 

16,8

 

13,2

 

idxal



 

1,4

 

-

 

88,7

 

4,1

 

5,8

 

Rusiya:



 

ixrac


 

35,8

 

19,6

 

 

37,0



 

7,6

 

idxal



 

33,9

 

18,3

 

-

 

35,0

 

12,8

 

Ukrayna:



 

ixrac


 

4,9

 

2,4

 

80,0

 

 



12,7

 

idxal



 

5,2

 

8,0

 

65,8

 

-

 

21,0

 

*Статистический сборник Содружества Независимых Государств, 2001-2009 гг. 



193 


Birlik  üzvlərinin  qarşılıqlı  ticarətinin  həcminin  azalmasına  və  onların 

ticarət  tərəfdaşlarının seçiminə uzaq məsafə, dəmir  yolu  ilə daşıma tariflərinin 

yüksək olması kimi amillər də öz təsirini göstərir. Məsələn, hazırda e}mi malların 

Belarusa  Qazaxıstandan,  Qırğızıstandan  və  Özbəkistandan  gətirilməsi,  onların 

Polşadan və Almaniyadan idxalı ilə müqayisədə 1,4-1,6 dəfə baha başa gəlir. 

MDB ölkələrinin regiondaxili  ticarət  dövriyyəsində sənaye resursları və 

ərzaq  57-60%  təşkil  edir,  maşın  və  avadanlığın  payına  11%,  nəqliyyat 

vasitələrinin  payına  isə  7,5%  düşür.  MDB  daxilində  ticarətin  əmtəə  strukturu 

kənd təsərrüfatı, dağ-mədən yaxud xammalın ilkin emalı sənayesi məhsulları ilə 

mübadiləni  həyata  keçirən  inkişaf  etməkdə  olan  ölkələrin  regional 

qruplaşmalarında olduğunun təqribən eynidir. Aydındır ki, ticarət dövriyyəsinin 

strukturunun bu cür olması Birlik ölkələrinin təsərrüfatlarının qarşılıqlı əlaqəsini 

kəskin zəiflədir, onların bir-birinə iqtisadi maraqlarını azaldır. Bu isə, bəzən eyni 

bazarlarda  onların  rəqib  kimi  çıxış  etməsinə  gətirib  çıxarır.  MDB  ölkələrinin 

ticarət  dövriyyəsinin  strukturunun  problemləri  texnoloji  inkişafın  aşağı 

səviyyədə olmasının birbaşa nətieəsidir və xarici iqtisadi əlaqələrdə əksini tapır. 

MDB-nin  nəhəng  daxili  bazarlarının  üstünlüklərindən  səmərəli  tərzdə 

yararlanmama problemi isə ölkələrin bu qrupunun ticari-iqtisadi əlaqələrinə ciddi 

təsir göstərən ənənəvi siyasi uzaqgörməzlikdir. 

Xülasə 

 



XXI əsrin birinci onilliyində tərəqqi yolundakı çətinliklərə baxmayaraq, 

inkişaf  etməkdə  olan  ölkələr  beynəlxalq  ticari-iqtisadi  münasibətlərini 

genişləndirə bilmişdir. Onların bir çoxu öz təbii üstünlüklərindən (xammal, ucuz 

işçi qüvvəsi, enerji resursları) həm iqtisadi və sosial inkişaf üçün, həm də inkişaf 

etmiş dövlətlərin bazarlarına girmək üçün istifadə edə bilmişdir. İnkişaf etməkdə 

olan ölkələrin beynəlmiləl qruplarında və keçid iqtisadiyyatlı ölkələrdə (məsələn, 

MDB-də) regiondaxili ticarətin payı da bir qədər artmışdır. 

 



Son  onilliklərdə  bir  sıra  ölkələr  istehsala  cəlb  olunan  resursların 

keyfiyyətini  və  kəmiyyətini  dəyişdinuək,  səylərini  malik  olduqları 

üstünlüklərdən  yararlana  biləcəkləri  sahələrdə  cəmləşdinnək  yolu  ilə  ticarətin 

genişləndirilməsinə yönəlmiş tədbirlər həyata keçinnişdir. Bu cür yanaşmaların 

194 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə