Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə73/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   69   70   71   72   73   74   75   76   ...   306

məqsədəuyğunluğu  son  dövrlərdə  baş  qaldıran  ciddi  çətinliklərə  baxmayaraq, 

Asiya  ölkələrinin  və  Cənubi  Koreyanın  iqtisadi  və  ticari  müvəffəqiyyətlərinin 

nümunəsi  ilə  təsdiqlənir.  Cənubi  Koreya,  Malayziya  və  Tailand  çox  qısa 

müddətdə  yoxsul  kənd  təsərrüfatı  ölkələrindən  hazır  məhsulların  ciddi 

ixracatçılarına çevrilmişdir. 

 



Xarici  ticarətdə  əldə  olunan  uğurlara  YSÖ-nin  iqtisadiyyatın  başlıca 

sektorlarının  (xüsusilə  də  polad,  avtomobil  və  məişət  elektronikası  istehsalı) 

aşkar  olunması  üzrə  fəal  siyasət  həyata  keçirilməsi  nəticəsində  ixracyönümlü 

sahələrin  fonnalaşması  öz təsirini  göstənnişdir. Bununla bərabər, hökumətlərin 

işçilərin  ixtisas  səviyyəsinin  yüksəldilməsi  məqsədilə  təhsilə,  elmi-texniki 

tədqiqatlara  və  texnologiyaların  işlənib  hazırlanmasına  iri  məbləğdə  kapital 

qoyması, son nəticədə ölkələrin və dünya bazarlarına çıxarılan malların rəqabət 

qabiliyyətinin güclənməsinə imkan yaratmışdır. 

 

Bəzi  Asiya  ölkələrinin  nailiyyətlərinin  başqa  dövlətlərin  də  ticarət 



üstünlüklərinin  gücləndirilməsinə  yönəlmiş  hərəkətlərini  stimullaşdıracağını 

ehtimal  etmək  olar,  amma  dövlət  tərəfindən  dəstəklənən  müstəqil  sahələrin 

müqavimətinin baş qaldıracağını da nəzərdən qaçırılmamalıdır. Təbii ki, uğurlu 

ticarət siyasətinin bir ölkədən digərinə köçürülməsi barədə mübahisələrin davam 

edəcəyini də gözləmək lazımdır. 

 



Bir  sıra  proseslərin  və  meyillərin  inkişafı  qeydə  alınmışdır.  Onlara 

aşağıdakılar aiddir: 

 

eyni zamanda iki prosesin: ticarət azadlığının və ayrı-ayrı ölkələrin 



iqtisadi  vəziyyətinin  pisləşməsi  şəraitində  yaxud  ölkənin  əmtəə 

istehsalçılarına  üstün  mövqelərin  təmin  edilməsi  cəhdləri  göstərildikdə 

proteksionizmin inkişaf etməsi

 



iqtisadiyyat  inkişaf  etdikcə,  çoxsahəli  istehsalın  məhdud  məkanda 

yerləşdirilməsinin  səmərəliliyi  yüksəlir;  əksər  hallarda  ölkə  daxilindəki 

istehsal  xarici  ticarəti  əvəz  etmək  imkanı  yaradır.  Robot  texnikasından 

istifadə  olunmaqla  xırda  seriyalı  çevik  istehsal  metodları  hətta  kiçik 

ölkələrə  zəruri  idxal  halları  istisna  edilməklə,  bir  çox  istehlak  mallarını 

daxildə səmərə ilə buraxmağa imkan verir (Skandinaviya ölkələri, İsveçrə, 

Niderland  buna  nümunədir).  İnkişaf  etməkdə  olan  bəzi  ölkələr,  xüsusilə 

Latın  Amerikası  dövlətləri  (Braziliya,  Çili,  Argentina)  də  bu  yolla 

getmişdir. 

195 



Yoxlama sualları 

1.

 



inkişaf  etməkdə  olan  ölkələrin  beynəlxalq  ticarətinin  rolunun 

yüksəlməsinin əsas prinsiplərini izah edin. 

2.

 

Asiya  ölkələri  beynəlxalq  ticarətdə  hansı  rol  oynayır?  Çinin  və 



Hindistanın iri ticarət dövlətləri kimi rolu nədən ibarətdir? 

3.

 



Dünyanın dörd əsas iqtisadi mərkəzi olan ABŞ - Qərbi Avropa - Çin - 

Yaponiya arasında əmtəə axınlarının dinamik artmasının əsasını nə təşkil edir? 

4.

 

ABŞ-m, Avropa İttifaqının, Yaponiyanın, Çinin, dünya regionlarındakı 



(Asiya,  Latın  Amerikası,  Afrika,  Şərqi  Avropa)  əsas  ticari-iqtisadi  ittifaqların 

ticarət mövqelərinin təhlilini aparın. Ticarətin əsas göstəricilərini müqayisə edin, 

meyilləri aşkarlaym. 

5.

 



MDB-də beynəlxalq ticarətin mövqeləri nə cürdür? 

6.

 



MDB-də qarşılıqlı ticarətin metodları hansılardır? 

7.

 



Rusiyanın ixracının və idxalının strukturunu izah edin. 

8.

 



Bu  dövlətlər  arasında  ticarət  münasibətlərinin  özəl  cəhətləri  nədən 

ibarətdir:  a)  Yaponiya  ilə  Qərbi  Avropa  arasında;  b)  Yaponiya,  Avstraliya  və 

Yeni Zelandiya arasında; c) Rusiya ilə dünyanın inkişaf etmiş ölkələri arasında? 

9.

 



Beynəlxalq  ticarətin  artımı  ilə  dünya  üzrə  işgüzarlıq  mərhələlərinin 

dəyişməsi arasında əlaqələri aşkar edin. 

10.

 

Rusiyanın xarici ticarətinin özəl cəhətləri hansılardır? Onun ticarətdə 



əsas tərəf-müqabilləri hansı ölkələrdir? 

11.


 

Ölkənin  ticarət  kəsiri  necə  formalaşır  və  onun  iqtisadiyyatına  necə 

təsir  göstərir?  Ticarət  kəsirlərinin  rolu  nədə  təzahür  olunur?  ABŞ-m  ticarət 

kəsirinin xüsusİ3^ətlərini müəyyən edin. 

12.

 

Xarici  və  beynəlxalq  ticarətin  tənzimlənməsi  məqsədi  ilə  hansı 



tədbirlər həyata keçirilir? 

Referatların mövzuları 

1.

 



Beynəlxalq ticarətin müasir nəzəriyyələri 

2.

 



Rusiyanın  xarici  ticarəti.  Hazırki  vəziyyəti  və  inkişafının 

perspektivləri 

3.

 

Ərzaqla beynəlxalq ticarət: müasir vəziyyət və problemlər 



196 


Fəsil 8 

RUSİYA FEDERASİYASI BEYNƏLXALQ İQTİSADİ 

MÜNASİBƏTLƏR SİSTEMİNDƏ 

8.1.

 

Ümumi təsvir 

Şərqi  Avropada  və  Şimali  Asiyada  yerləşən  Rusiya  dünyanın  ən  böyük 

dövlətidir (17 075 400 kv. km yaxud Yerin quru hissəsinin 11,46%-i). Rusiyanın 

ərazisində  11  saat  qurşağı  mövcuddur.  Ölkənin  əsas  hissəsi  düzənlikdir.  Dağ 

rayonları ölkənin cənubunda və şərqində üstünlük təşkil edir. Rusiyada 120 min 

çay  və  2  milyona  yaxın  göl  var.  2010-cu  ildə  Rusiyanın  əhalisi  təqribən  141 

milyon  nəfər  olmuşdur  (1999-cu  ildə  148  milyon  nəfər).  Ölkənin  ən  iri  dəniz 

limanları  Sankt-Peterburq,  Arxangelsk,  Vladivostok,  Kalininqrad,  Murmansk, 

Novorossiysk, Naxodka və Maqadandadır. 

Ölkə xammal resursları: neft, qaz, kömür, dəmir filizləri, qızıl və gümüş, 

almaz, platin, qurğuşun, sink, qalay, nikel və s. ilə zəngindir. Rusiya ərazisində 

unikal  Baykal  gölü  daxil  olmaqla,  nəhəng  həcmdə  içməli  su  ehtiyatları 

cəmləşmişdir. Rusiya iqtisadiyyatı dünyada ən irilərindəndir, ÜDM-in həcminə 

görə  ölkə  dünyanın  sənayeləşmiş  dövlətlərinin  ilk  onluğu  siyahısına  daxildir 

(2010-cu ildə 1,3 trilyon dollar). Rusiyanın sənaye sahələri sırasında ən güclüləri 

yanacaq-energetika  sektoru,  faydalı  qazıntılarının  hasilatı;  sellüloz-  kağız 

istehsalı  (ölkənin  meşə  ehtiyatları  dünyada  ən  böyükdür);  nəşriyyat  və 

poliqrafiya  fəaliyyəti;  metallurgiya;  elektrik  enerjisi,  qaz  və  suyun  istehsalı  və 

bölgüsüdür. Rusiyada nəhəng təbii qaz  yataqları mövcuddur və ölkə bunun ən 

böyük  istehsalçısıdır.  Bundan  başqa,  Rusiya  hasil  olunan  neftin  həcminə  görə 

dünyada birinci-ikinci yerləri, onun ixracının həcminə görə isə ikinci yeri tutur. 

Rusiyada iri kömür yataqları vardır, ölkə qızılla zəngindir. 

XXI  əsrin  birinci  onilliyində  Rusiya  əsasən  neftin,  qazın,  metallurgiya 

məhsullarının və oduncağın xarici bazarlarına çıxmaqla, ümumdünya təsərrüfat 

əlaqələrinə getdikcə daha çox cəlb olunur. 

8.2.1991-2009-cu illərdə Rusiyanın əsas iqtisadi göstəriciləri 

Əhali Əhalinin sayı ölkələrin iqtisadi inkişafında böyük rol oynayır. Bu 

məqam ərazi baxımından iri olan ölkələrə daha çox aiddir. Son 20 ildə Rusiya 

əhalisinin göstəricilərinin dinamikası 8.1-ci cədvəldə göstərilmişdir. 

197 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə