Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə78/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   74   75   76   77   78   79   80   81   ...   306

Dövlətin  beynəlxalq  ticarətdə  iştirakının  indikatoru  qismində  adətən 

ölkənin  ixracının  və  idxalının  təmərküzləşməsi  və  şaxələndirilməsi 

indekslərindən istifadə olunur. Bu indekslərin Rusiyanın xarici ticarətinə tətbiqi 

müvafiq göstəriciləri hesablamağa imkan verir (cədvəl 8.9). 



ixracın  təmərküzləşmə  indeksi

 

ölkənin  ixrac  etdiyi  mallar  spektrinin  nə 

dərəcədə geniş olduğunu göstərir. 8.9-cu cədvəldə göstərildiyi kimi, Rusiyada bu 

indekslər  yüksəlir  və  bu,  ölkənin  ixrac  etdiyi  əmtəələrin  kateqoriyasının 

genişləndiyini ifadə  edir. 2009-cu ildə ixracın  təmərküzləşməsi indeksi 0,3 8-ə 

bərabər  olmuşdur.  İxracın  şaxələndirilməsi  indeksi



 

ölkənin  ixracının  əmtəə 

strukturunun dünya üzrə ixracın strukturundan kənarlaşmasını göstərir. Rusiyada 

bu göstərici kifayət qədər yüksəkdir və 2009-cu ildə 0,64 olmuşdur. Bu, Rusiya 

ixracının  dünya  üzrə  ixracın  strukturundan  kənarlaşdığını,  yəni  onun  ölkədən 

çıxardığı  əmtəə  qruplarının  məhdudluğunu  ifadə  edir.  Bu  baxımdan  Rusiya 

ixracının  əmtəə  strukturu  inkişaf  etməkdə  olan  ölkələrin  müvafiq  «klassik» 

strukturuna bənzəyir. 



İdxalın təmərküzləşməsi indeksi

 

ölkənin idxal etdiyi malların spektrinin nə 

dərəcədə geniş olmasını göstərir. Rusiyada bu göstəricinin çox aşağı, 2009- cu 

ildə  cəmi  0,05  olması  əmtəə  idxalı  spektrinin  darlığını  ifadə  edir.  İdxalın 



şaxələndirilməsi indeksi

 

ölkənin idxalının əmtəə strukturunun dünya üzrə idxalın 

strukturundan  kənarlaşdığını  göstərir.  2009-cu  ildə  idxalın  şaxələndirilməsi 

indeksi Rusiyada 0,32 olmuşdur. Bu, Rusiyaya idxal olunan malların dünya üzrə 

idxalın strukturundan azacıq kənarlaşdığını nümayiş edir. 

Xarici  ticarət  şəraitinin  şərtləri  indeksinə  nəzər  yetirək.  Ölkənin  ticarət 

şəraiti  onun ixrac  etdiyi  əmtəənin  qiymətinin idxal olunan  əmtəənin  qiymətinə 

nisbəti ilə müəyyənləşdirilir (cədvəl 8.10). 



Cədvəl 8.10 

Rusiyanın ticarət şəraiti indeksi*, % 

illər

 

2000

 

2001

 

2002

 

2003

 

2004

 

2005

 

2006

 

2007

 

2008

 

2009

 

İndeks



 

100


 

80,17


 

74,46


 

75,59


 

79,59


 

82,23


 

78,07


 

67,09


 

68,36


 

66,92


 

* Müəllif tərəfindən UNCTAD-ın 2010-cu ilin məlumatları əsasında tərtib olunmuşdur. 

2000-ci  ildən  başlayaraq,  Rusiyada  bu  göstəricinin  aşağı  düşməsi  və 

2009-cu ildə 66,92% səviyyəsində olması ixrac edilən mallarla müqayisədə idxal 

olunan malların qiymətlərinin bahalaşmasına dəlalət edir. Bu məqam 

207 



ailələrin  büdcəsinə,  daha  çox  isə  ölkənin  iqtisadiyyatına  neqativ  təsir  göstərir. 

Bunun səbəbi ölkənin xarici malları onların dünya bazarlarındakı qiymətlərindən 

yüksək qiymətlərlə alması  və  ya malları  dünya bazarlarının qiymətləri  ilə alıb, 

onlara  yüksək  daxili  qiymətlər  müəyyənləşdirməsi  ola  bilər  (sonuncu  Rusiya 

şirkətləri  üçün  daha  xarakterikdir).  Bununla  da  əhalinin  rifah  səviyyəsi  aşağı 

düşür,  bu  sahədə  ÜTT-nin  qüvvədə  olan  qaydaları  pozulur;  başqa  nəticə  isə 

kapitalın ölkədən xaricə axıb getməsidir. 

Xülasə 

 



ÜDM-in həcminə görə, Rusiya dünyanın aparıcı dövlətlərinin onluğuna 

daxildir.  Sənayenin,  kənd  təsərmfatmm  və  təbii  resursların  potensialı  nəzərə 

alınarsa, ölkə dünyada iqtisadi inkişafın mühüm mərkəzlərindən biri kimi mövqe 

tuta  bilər.  Bununla  belə  Rusiya  bir  çox  göstəricilərinə  görə  dünyanın  ABŞ, 

Yaponiya, Almaniya və Çin kimi inkişaf etmiş dövlətlərindən xeyli geridə qalır. 

Sonuncu  onillikdə  Rusiyanın  iqtisadiyyatında  mühüm  pozitiv  dəyişikliklər  baş 

vermişdir: ixrac və idxal  artmış, ölkənin ÜDM-nin  böyük hissəsini təşkil edən 

xidmətlər sektoru sürətlə inkişaf etmişdir. Ölkə beynəlxalq ticarətdə fəal iştirak 

etməyə  başlamış,  onun  dünya  üzrə  ticarət  dövriyyəsindəki  payı  əhəmiyyətli 

dərəcədə artmışdır. 

 

Bunlara baxmayaraq, Rusiya gəlirlərinin əsas hissəsini neft, qaz və başqa 



resursların  ixracından  əldə  edərək,  hələ  də  xammal  ölkəsi  olaraq  qalır.  Emal, 

maşınqayınna,  kimya  sənayelərinin  sahələri  çox  ləng  templərlə  inkişaf  edir. 

Nəzərdən keçirdiyimiz 1999-2010-cu illərdə Rusiya iqtisadiyyatının  ən  yüksək 

göstəriciləri 2008-ci ildə əldə olunmuş, lakin 2009-cu ildə ümumdünya böhranı 

nəticəsində böyük enmə baş venuişdir. Amma artıq 2010-cu ildə iqtisadiyyatda 

artım müşahidə olunmağa başlamış, ÜDM 3%-dən yuxarı artmışdır. 

 

2008-ci ildə başlayan ümumdünya böhranı ölkənin iqtisadiyyatına mənfi 



təsir göstənuişdir. İqtisadi göstəricilərin bir çoxu pisləşmiş, bəziləri isə hətta iki 

dəfə  aşağı  düşmüşdür  (o  cümlədən  ticarət  dövriyyəsinin  artım  templəri).  Buna 

baxmayaraq,  qeyd  etdiyimiz  kimi,  2010-cu  ilin  sonunda  Rusiya  iqtisadiyyatı 

böhranın nəticələrini bütövlükdə aradan qaldıra bilərək, nisbətən sürətli inkişaf 

mərhələsinə qədəm qoymuşdur. 

 



1999-2010-cu illərdə Rusiyanın xarici ticarət siyasətində müəyyən 

208 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə