Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə83/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   79   80   81   82   83   84   85   86   ...   306

ixrac  imkanlarını  hər  il  on  milyardlarla  dollar  məbləğində  azaldır.  Bu  zaman 

ABŞ-m  özünün  ticarət  siyasətinin  açıq-aydın  proteksionizm  xarakteri,  onun 

qoyduğu maneələrin isə rəqib ölkələrlə müqayisədə çox vaxt daha yüksək olması 

məqamı kölgədə qalır. 

Buna baxmayaraq, Amerikanın elmi dairələrində belə bir fikir üstündür ki, 

ölkənin  xarici  ticarətinin  kəsirli  olmasının  başlıca  səbəblərindən  biri,  ABŞ-  m 

ticarət  tərəfdaşlarının  onun  bazarlarında  işləməyin  dünya  iqtisadİ3^atmm 

liderlərinə çatmaq vasitəsi kimi nəzərdən keçirən fəal iqtisadi və ticari siyasətidir. 

Bundan əlavə, ABŞ-m tərəfdaşlarının ticarət balansının aktiv olması onlara xarici 

investisiyalardan gəlirlərin ödənilməsinin və kapitalın xaricə, 0 cümlədən ABŞ-a 

çıxarılmasının  maliyyə  mənbəyi  qismində  xidmət  göstərir.  Amma  bundan 

ABŞ-m özü də faydalanır: ticarət balansının kəsiri xarici rəqabətin təsiri altında 

Amerikanın  əmək  və  investisiya  resurslarını  azad  edib,  öncül  sahələrə 

yönəltməklə, iqtisadiyyatda texniki yeniləşməni həyata keçirməyə imkan yaradır. 

Amma  bu,  ABŞ  iqtisadiyyatının  perspektiv  planda  ümumi  itkilərini  əvəz  edə 

bilməyən xüsusi pozitiv nəticədir. 



ABŞ  ilə  Yaponiya  arasında  ticarət  münasibətləri.  Yaponiya  ənənəvi 

olaraq.  Birləşmiş  Ştatlar  üçün  ən  zəif  ixrac  bazarlarından  biridir  və  onunla 

ticarətdə ABŞ-m həmişə böyük ticarət kəsiri olmuşdur. Yuxarıda deyildiyi kimi, 

1960-1980-ci illərdə ABŞ-m bu dövlətlə ticarətində kəsir problemi hər iki ölkənin 

iqtisadi  və  siyasi  çevrələrinin  münasibətlərində  əsas  qıcıqlandırıcı  məqam 

olmuşdur.  1970-1990-cı  illərdə  Yaponiya  ABŞ-a  on  milyardlarla  dollar 

məbləğində  mal  ixrac  edirdi,  bu  isə,  Amerikadan  idxalı  üstələyirdi.  Nəticədə 

Yaponiya  ilə  ticarətdə  ABŞ-m  saldosunun  mənfi  olması  adi  hala  çevrilmişdi. 

Lakin  son  illərdə  bu  fərqin  azalması,  habelə  ABŞ  ilə  ticarətdə  Yaponiyanın 

əvvəlki  dövrlərdə  tutduğu  mövqelərin  Çin  tərəfindən  zəbt  edilməsi  nəticəsində 

ziddiyyətlərin  kəskinliyi  bir  qədər  zəifləmişdir.  2008-ci  ildə  ABŞ  ilə  ikitərəfli 

ticarətdə  Çinin  müsbət  saldosu  120  milyard  dollar  olmuşdur  (müqayisə  üçün: 

həmin  ildə  Yaponiyanın  müvafiq  göstəricisi  90  milyard  dollar  idi).  Beləliklə, 

Yaponiya  iqtisadiyyatının  sürətli  yaxud  zəif  templərlə  inkişaf  etməsindən  asılı 

olmayaraq,  onun  ABŞ  ilə  ikitərəfli  ticarətindəki  müsbət  saldo  hələ  1970-ci 

illərdən başlayaraq davam edən dayanıqlı və ənənəvi təzahürdür. Buna görə də 

dünyanın bu iki aparıeı dövləti arasında əzəldən mövcud olan ziddiyyətlər daimi

 

olsa da, səngiyən xarakter daşıyır.  Bu,  yapon şirkətlərinin və banklarının ABŞ 

şirkətlərini  dalbadal  satın  aldığı  vaxtlarla  müqayisədə  Yaponiyanın  get-  gedə 

ABŞ bazarında dinamik ekspansiya qüvvəsini itinnəsi ilə bağlıdır. O 

219 



zaman  Amerika  ictimaiyyəti  ölkənin  Yaponiya  tərəfindən  az  qala  zəbt 

olunduğunu düşünürdü. İndi vəziyyət dəyişmişdir və bu strategiya Yaponiyadan 

başqa ölkələr qrupuna keçmişdir. 

ABŞ öz ticarət tərəf-müqabilləri ilə mübarizədə çox vaxt proteksionizmin 

klassik  metodlarından  yararlanır.  Bu  yanaşmadan  ABŞ-m  təkcə  Yaponiya  ilə 

deyil, həmçinin, Latın Amerikası və Avropa İttifaqı ölkələri ilə apardığı ticarət 

danışıqlarında  geniş  istifadə  olunmuşdur.  Son  illərdə  həmin  metodlar 

koıporasiyaları ABŞ-m daxili bazarına daxil olmağa çalışan inkişaf etməkdə olan 

ölkələrlə ticarət münasibətlərində də tətbiq olunur. 

ABŞ  ilə  Kanadanın  ticarət  münasibətləri.  İkitərəfli  Amerika-Kanada 

ticarət  münasibətlərinin  ənənəvi  olaraq  mühüm  əhəmiyyət  kəsb  etməsi,  özünə 

qarşı daim diqqət tələb edir. Özü də burada əsas məsələ ticarətin həcminin böyük 

(xüsusilə  Kanada  üçün)  olmasında  deyil.  İki  ölkə  arasındakı  ticarətin  özünün 

səciyyəvi  cəhətləri  vardır.  Birincisi,  hər  iki  istiqamətdə  ixracın  və  idxalın  əsas 

hissəsi  Amerika  şirkətlərinin  Kanadada  yaxud  beynəlxalq  korporasiyaların 

Kanadada,  qismən  isə  ABŞ-da  yerləşən  törəmə  müəssisələrində  buraxılan 

mallardır.  İkincisi,  Kanadanın  sənayesini  müəyyən  mənada  ABŞ  sənayesinin 

təbii davamı kimi nəzərdən keçinnək olar. Qitədə iqtisadi inteqrasiya prosesləri 

hələ  1950-ci  illərdən  dərin  xarakterdədir.  Bu  zaman  inteqrasiyanın  əsas 

hərəkətverici  qüvvəsi  kimi  dövlət  (Qərbi  Avropadakı  kimi)  deyil,  iri 

korporasiyalar çıxış edirdi, yəni burada inteqrasiyanın xüsusi inhisarçı forması 

təşəkkül tapmışdı. Buna görə də hər iki ölkənin həm ixracının, həm də idxalının 

əsas  hissəsi  (80%-i)  hazır  məmulatlardan  (maşın-  texnika  məhsullarından)  və 

avadanlıqdan  ibarət  idi.  Kənd  təsərrüfatı  məhsullarının  payı  5%-dən  azdır. 

Bununla  yanaşı,  Kanada  Amerikanın  müəssisələrinə  böyük  həcmdə  neft  və 

dağ-mədən məhsulları (polad, mis, alüminium, sink və s.) ixrac edir. 

İnteqrasiya  əsasında  mal  göndərişləri  yanacağa  daha  çox  aiddir: 

Kanadanın neft çıxarılan Qərb əyalətləri (Alberta əyaləti) onu Amerikanın sərhəd 

yaxınlığındakı  neft  emalı  zavodlarının  yerləşdiyi  Şərq  əyalətlərinə  göndərir; 

Kanadanın  sənaye  mərkəzləri  olan  Kvebek  və  Ontario  əyalətləri  isə  neft  və 

yanacaqla  ABŞ  ərazisindən  təchiz  olunur.  Mineral  resursların  və  sənaye 

mərkəzlərinin  coğrafi  yerləşməsi  ilə  diktə  olunan  bu  cür  ərazi  üzrə 

ixtisaslaşmadan hər iki ölkə faydalanır. 



ABŞ ilə Çinin ticarət münasibətləri. İki ölkə arasındakı ticarət son 10-15 

il ərzində böyük sürətlə artmış və həm Amerikanın, həm də dünyanın əmtəə 

220 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə