Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə84/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   80   81   82   83   84   85   86   87   ...   306

bazarları  üçün  ciddi  amilə  çevrilmişdir.  Amerika  bazarlarına  Çindən  ipək, 

toxueuluq məhsulları, paltar, oyuncaqlar, çini qablar, elektronika məmulatları və 

bir çox başqa mallar daxil olur. Çin ABŞ-m əsas tiearət tərəfdaşıdır. 

Əks istiqamətdə, Amerikadan Çinə isə yük və minik avtomobilləri, inşaat 

texnikası,  mürəkkəb  texnoloji  avadanlıq,  dəzgahlar,  rabitə  sistemləri  və  s. 

gətirilir. Davamlı olaraq bir neçə ildir ki, ABŞ-m tiearət balansı getdikcə artan 

kəsirlə yekunlaşır. ABŞ Çinin ÜTT-yə daxil olmasını dəstəkləməklə, onun daxili 

bazarının  liberallaşdırılması  nəticəsində  öz  korporasiyalarının  bura  nüfuz 

edəcəyinə, fəal ticarət əks-hücumuna keçəcəyinə ümid bəsləyirdi. Həqiqətən də, 

Çin  ÜTT-nin  tələb  və  qaydalarının  əksər  hissəsini  yerinə  yetimıişdir.  Amma 

Çinin  daxili  bazarında  fəaliyyət  göstərmək  hüququ  qazanan  inkişaf  etmiş 

dövlətlərin firmaları kimi, Amerika korporasiyaları da vəziyyəti ABŞ-m xeyrinə 

(ticarət  sahəsində)  dəyişə  bilmədi.  Güman  ki,  çevikliyi,  bazar  taktikasında 

məharətlə  manevr  etmək  qabiliyyəti,  əmək  haqqına  məsrəfləri  aşağı  olması 

sayəsində  yüksək  rəqabət  qabiliyyəti  olan  çoxsaylı  kiçik  və  orta  firmaların 

fəaliyyət  göstərdiyi  Çin  bazarına  uyğunlaşmaq  onlar  üçün  çətindir.  Digər 

tərəfdən,  Çinin  ixrac  şirkətləri  ya  dövlətə  məxsusdur,  ya  da  dövlət  tərəfindən 

himayədarlıq edilən özəl firmalardır. Nəticədə Çindən güclü mal axını Amerika 

bazarlarına  qarşısıalınmaz  dalğa  kimi  daxil  olaraq,  rəqiblərin  (amma 

istehlakçıların  yox)  cərgəsində  təşviş  yaradır  və  bu,  ölkənin  hakim  işgüzar  və 

siyasi dairələrinin əhval-ruhiyyəsində əksini tapır. 

İkitərəfli  Çin-ABŞ  ticarətinin  məsələləri  son  illərdə  onların  hökumət 

nümayəndələri  arasında  keçirilən  danışıqların  mövzusu  olsa  da,  hələlik 

nəzərəçarpan  nəticələr  vennəmişdir.  Hətta  ABŞ  şikayətlə  ÜTT-yə  müraciət 

edərək,  onu  «haqsız»  ticarət  siyasəti  yeritməkdə  günahlandırmış,  milli  pul 

vahidini  həddən  artıq  «yüngülləşdirməklə»,  ölkə  şirkətlərinin  rəqabət 

qabiliyyətini gücləndirməkdə ittiham etmişdir. Son dövrlərdə Amerikaya Çindən 

böyük axınla gələn toxuculuq mallarına görə ölkələrin ticarət münasibətlərində 

gərginlik  yaranmışdır.  Nəticədə  Amerika  şirkətləri  rəqabətə  tab  gətirmir  və 

böyük  ziyana  düşür.  Aydındır  ki,  gələcəkdə  iki  ölkə  arasında  ticari-iqtisadi 

münasibətlər sahəsində ziddiyyətlər daha da kəskinləşəcəkdir. 

9.5.

 

ABŞ-ın ticarət siyasətinin iki konsepsiyası 

ABŞ-da demokratların və respublikaçıların yaratdığı hökumətlər arasında 

ölkənin ticarət siyasətinə dair kifayət dərəcədə qabarıq görünən fərqlər möv 

221 



cuddur  və  bunlar  dövlət  büdcəsinin  kəsirinə  müxtəlif  yanaşmalarda  da  əksini 

tapır.  Bu  fərqlər  prezident  R.Reyqamn  dövründə  xüsusilə  aydın  görünürdü. 

Respublikaçı  nəzəriyyəçilərin  müddəaları  əsasən  buna  istinad  edir:  kəsirlər 

beynəlxalq  ticarət  üçün  açıq  olan  iqtisadiyyatlarda  azad  rəqabət  qüvvələrinin 

fəaliyyətinin  nəticəsidir.  Bu  cür  şəraitdə  iqtisadi  artım  və  əhalinin  həyat 

səviyyəsinin  yüksəlməsi  üçün  nisbətən  qapalı  olan,  hər  şeyin  idxalın 

məhdudlaşdırılması ideyasına tabe edildiyi sistemlərlə müqayisədə daha əlverişli 

mühit fonnalaşır. Bu konsepsiyaya C.Buş hökuməti də tərəfdar çıxırdı. Ticarət 

kəsirini optimistliklə qavrayan respublikaçılar ABŞ-da işsizliyin artımının ÜDM 

ilə  müqayisədə  cüzi  olduğuna,  sənayedə  istehsal  güclərinin  yüksək  dərəcədə 

yükləndiyinə,  dolların  dayanıqlığına  əsaslanaraq,  ticarətdə  kəsir  olmasının 

Amerika  iqtisadiyyatına  heç  bir  mənfi  təsir  göstərmədiyini  sübut  etməyə 

çalışırlar.  Bu  tezis  2001-2007-ci  illərdə  Prezidentə  edilən  hesabatlarda  əksini 

tapmışdır.  Bu  Hesabat  işsizliyin  həqiqətən  də  aşağı  olması,  tam  məşğulluq, 

iqtisadi artım tempinin yüksəkliyi barədə məlumatlara istinad edirdi. 

Demokratlar  və  onların  iqtisadi  nəzəriyyəçiləri  isə,  bir  qayda  olaraq, 

ABŞ-m ticarətində kəsirlə bağlı olan uzunmüddətli xərclər, o cümlədən idxalın 

əmək  haqqının  aşağı  düşməsinə  təsirinin  nəticəsi  kimi,  iş  yerlərinin  ixtisarı 

barədə öz təşvişlərini bildirir. Onlar belə bir ehkama əsaslanır ki, xroniki ticarət 

kəsiri ABŞ-m istehsal bazasının dağıdılmasına və ölkənin uzunmüddətli rəqabət 

qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər. 

Amerikanın  xarici  ticarətində  ixracla  idxal  arasında  get-gedə  artan 

disbalansm aradan qaldırılması üçün adətən iki variantda qərarın qəbul edilməsi 

təklif  olunur.  Birinci  qərar  dolların  dəyərsizləşdirilməsini  davam  etdirib, 

Amerika ixracının və idxalının nisbi qiymətlərinə təsir göstərmək yolu ilə ticarət 

balansını  tənzimləməkdir.  Amma  valyuta  məzənnələri  heç  də  həmişə  ticarət 

balansında təshihlərin aparılması üçün əlverişli olan istiqamətdə dəyişmədiyinə 

görə  bu  yolla  əldə  edilə  biləeək  pozitiv  nətieələr  məhduddur.  Özü  də  dolların 

əhəmiyyətli dərəcədə devalvasiyası bütün dünyada iqtisadi sabitliyin pozulması 

təhlükəsini yaradır. 

İkinci  qərar  Amerika  iqtisadiyyatının  artımını  stimullaşdırmağa  cəhd 

göstərməkdir.  Bu  cür  yanaşma,  Amerikanın  indiki  hökumətinin  və  prezident 

Obamanm siyasəti üçün səciyyəvidir. Bu kursun həyata keçirilməsi üçün 2009- 

2010-


 

cu  illərdə  ümumilikdə  Amerika  şirkətlərinin  xarici  ticarət  ekspansiyası, 

iqtisadiyyatın  istehsal-texniki  bazasının  möhkəmləndirilməsinin  dəstəklənməsi 

üçün ciddi stimullar yaradılmışdı. 



222 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə