Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə85/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   81   82   83   84   85   86   87   88   ...   306

Aydındır ki, ABŞ-ın xarici ticarətində kəsir problemi bəşəri məsələdir və 

onun  həlli  ən  azı  «Group-20»  çərçivəsində  beynəlxalq  səylərin  göstərilməsini 

tələb  edir.  ABŞ-m  xarici  ticarətinin  kəsiri  başqa  dövlətlər  tərəfindən  öz 

iqtisadiyyatlarının artım tempinin sürətləndirilməsinə yönəlmiş tədbirlər həyata 

keçirdiyi  halda  ixtisar  oluna  bilər.  Xarici  ölkələrdə  milli  gəlirin  çoxalması 

Amerika  ixracına  tələbatı  artıracaq  və  bunun  nəticəsində  onun  ticarət  saldosu 

nisbətən az passivlə yekunlaşacaq. Ancaq əsrimizin birinci onilliyində Avropanın 

iqtisadiyyatı  bütövlükdə  aşağı  templərlə  inkişaf  etmiş,  Asiya,  Latın  Amerikası 

ölkələrində isə iqtisadi artım mütəmadi baş verən maliyyə sarsıntıları səbəbindən 

o qədər də sabit olmasa da, hər halda Aİ-dən, Yaponiyadan və ABŞ-dan yüksək 

olmuşdur.  Onların  Amerika  və  Avropa  bazarlarında  dinamik  ekspansiyasının 

səbəbi  də  bununla  izah  edilir.  Bu  problemin  həllinin  ABŞ  ilə  qalan  dünya 

arasında  əmtəə  axınlarında  təshihlər  aparılması  ilə  bağlı  olması  haqqında 

nöqteyi-nəzər daha düzgün görünür. Xarici amillər baxımından ABŞ-a müəyyən 

üstünlüklər  təmin  edən  xidmətlərlə  ticarətin  artmasının  müəyyən 

kompensasiyaedici  təsiri  ola  bilər,  amma  ABŞ-ın  ümumi  ticarət  balansında 

onların  xüsusi  çəkisinin  cüziliyi  səbəbindən  bunun  rolu  şişirdilməməlidir. 

Hazırda ABŞ-m ixracında eimtutumlu malların onun ümumi həcminin %-i qədər, 

yəni  ən  böyük  seqment  olması  məqamını  qeyd  etməliyik.  İxracın  bu  növünün 

artması  Amerikanın  ticarət  balansının  passiv  saldosunun  dayanıqlı  artımının 

amortizatorlarmdan yalnız birinin rolunu oynamağa qadirdir. 

Xülasə 

 



Amerika  bütün  xarici  ölkələrin  şirkətləri  üçün  malların  və  xidmətlərin 

dünyada ən iri regional bazarıdır. Onların ixracının ən böyük axını, özü də həm 

hazır mallar, həm də xammal və yarımfabrikatlar bura yönəldilir. Öz növbəsində, 

Amerika şirkətləri ən geniş spektrdə olan məhsullarının - sənaye məhsullarından 

ərzağadək böyük həcmini ixrac edirlər. 

 



Bununla bərabər, ABŞ tutduğu mövqeləri tədricən də olsa, başqa ölkələrə 

verir. Bu təzahür qüdrətli ölkənin iqtisadi mövqelərinin sarsılmasına səbəb olur. 

Məsələn, İkinci Dünya müharibəsinin sonuna yaxın bütün kapitalizm dünyasının 

ÜDM-nin  yarısından çoxu ABŞ-m  payına düşürdüsə, 2009-cu ildə bu göstərici 

1/5 hissəyədək azalmış, bəzi ölkələr isə əmək məhsuldarlığının səviyyəsinə görə 

Amerikanı geridə qoymuşdur. Ticarətdə 



223 


ABŞ  üçün  mövcud  olan  şərait  daim  pisləşir.  Amma  əslində,  beynəlxalq  əmək 

bölgüsündən  əldə  olunan  faydalar  nəzərə  alındıqda,  kənardan  zahirən  görünən 

birbaşa  zərər  bir  çox  amillərin,  o  cümlədən  gəlirlərin  ölkələr  arasında 

yerdəyişməsi hesabına kompensasiya olunur. 

 

Statistika  başqa  ölkələrin,  ilk  növbədə,  Yaponiya  və  Çinin  rəqabət 



hücumlarının  təsiri  altında  ticarət  şərtlərinin  ABŞ  üçün  getdikcə  pisləşməsi 

prosesini  əks etdirir. Asiya və  Latın Amerikasının YSÖ-nin  şirkətləri Amerika 

bazarlarında  müvəffəqiyyətlə  fəaliyyət  göstərir.  Ölkənin  misli  görünməmiş 

iqtisadi  artımı  və  1990-eı  illərdə  bura  sel  kimi  gələn  nəhəng  kapital  axınları 

nəticəsində  ABŞ-m  ticarət  şəraiti  şərtlərinin  indeksi  əyrisi  yüksəlmişdir. 

Gəlirlərin  bu  eür  beynəlxalq  yerdəyişməsi  (kapital  formasında),  o  cümlədən 

miqyas hesabına qənaət amilinin dinamik yüksəlişi rəqabət mövqelərini zəiflədən 

birbaşa amillərin təsirini neytrallaşdırır. 

 

Əlverişli  tiearət  indeksi  başqa  daxili  və  beynəlxalq  amillərlə  birlikdə 



ABŞ-m dünya bazarının bütün sistemində ticarət mövqelərinin dinamik artımı və 

Amerikanın iri korporasiyalarının və banklarının buradakı nüfuzunun güelənməsi 

üçün şərait yaratmışdır. Amma bu, qısamüddətli təsir göstərən amil idi. XXI əsrin 

əvvəlindən  Amerikada  başlanan  qlobal  böhranadək  ümumi  beynəlxalq  ticarət 

şərtləri  ABŞ  üçün  getdikcə  pisləşirdi.  Birincisi,  maddi  istehsal  məhsullarının 

deyil, xidmətlərin ön plana çıxması nəticəsində ölkənin ixrac etdiyi malların sayı 

azalırdı; ikincisi, Amerika mallarının rəqabət parametrləri pisləşməyə başlamışdı; 

üçüncüsü,  Amerika  bazarının  özü  Almaniya,  Yaponiya,  Çin,  Cənubi  Koreya, 

Braziliya, Kanada və başqa ölkələrin daha dinamik inkişaf edən və təcavüzkar 

şirkətlərinin böyük rəqabət meydanına çevrilmişdi. 

 

Bütün  bunlar  ABŞ-m  nəhəng  ticarət  kəsirinin  daha  da  artması  ilə 



nəticələndi. Bu, tədiyyə balansının kəsiri ilə birlikdə maliyyə sisteminə və iqtisadi 

artıma  mənfi  təsir  göstərir.  Amerika  iqtisadiyyatının  vəziyyətinin  bütün  dünya 

iqtisadiyyatına  güclü  təsir  göstənuəsi  faktı  danılmaz  olduğuna  görə  bu  hal 

dünyanın siyasi və işgüzar dairələrində böyük təşviş yaradır. 

 

ABŞ  hökuməti  ticarət  kəsirinin  azaldılması  məqsədilə  həm  iqtisadi 



artımın ümumi proqramını, həm də Amerika şirkətlərinin xaricdən dəstəklənməsi 

məqsədilə  onların  stimullaşdırılması  planını  işləyib  hazırlamışdır.  Amma 

beynəlxalq  ticarət  balansının  xeyli  yaxşılaşdırılması  üçün  ABŞ-ın  maddi 

istehsalında  böyük  irəliləyişlər  tələb  edildiyinə,  bu  məsələ  isə  uzunmüddətli 

xarakter daşıdığına görə həmin metodların cari proseslərə 

224 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə