Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə9/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   5   6   7   8   9   10   11   12   ...   306

Lakin iqtisadi həyatın beynəlmiləlləşməsinə yönəlmiş bu universal meyil 

bəzən, xüsusən də, müxtəlif daxili (tsiklik enmələr) və xarici (siyasi vəziyyətin 

kəskinləşməsi, regional silahlı münaqişələr və s.) səbəblərin təsiri altında dünya 

təsərrüfatının ümumi vəziyyətinin pisləşməsi üzündən əks-meyillərlə kəsilir (qısa 

müddətə  olsa  da).  Lakin  təkrar  edək:  dövlətlərin  ümumi  mənafelərinin 

mövcudluğu  nəticəsində  bu  qısamüddətli  meyillər  dayanır  və  bu  zaman 

beynəlmiləlləşmənin qlobal prosesləri tam gücü ilə işləməyə başlayır. 

Təsərrüfatın beynəlmiləlləşməsi özünü aşağıdakı formalarda büruzə 

verir: 



 



iqtisadi inkişaf proseslərinin bir dövlətin hüdudlarından kənara çıxması; 

 



BƏB-in  istehsal,  texnoloji,  maliyyə  münasibətlərinin  və  müxtəlif 

dövlətlər arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə aparan yeni mərhələsi

 

bunun 



əsasında 

istehsalın 

beynəlxalq 

ixtisaslaşmasının 

və 

kooperasiyasının formalaşması; 



 

dünya əmtəə bazarlarının, kapital bazarlarının, işçi qüvvəsi bazarlarının 



formalaşması; 

 



qlobal nəqliyyat infrastrukturunun, boru kəmərlərinin formalaşması; 

 



vahid  informasiya  məkanının  yaradılmasına  aparan  meyillərin 

güclənməsi. 



BİM-in  əsas  əlamətləri.  Müasir  BİM-in  təməlində  əsasən  istehsal 

amillərinin yüksək dərəcədə inkişafı,  yəni elmi-texniki tərəqqinin birbaşa təsiri 

nəticəsində  (bütövlükdə  dünya  təsərrüfatında  olduğu  kimi)  əmək  bölgüsü 

prosesləri durur. BİM sistemi dünya iqtisadiyyatı əsasında, lakin ondan bir qədər 

«geridə  qalmaqla»  inkişaf  edirdi  və  bu,  beynəlxalq  münasibətlərin  vasitəçi 

xarakteri ilə izah olunur. 

BİM-in əsas əlamətləri yaxud xüsusiyyətləri ən ümumi şəkildə aşağıdakı 

kimi təsvir oluna bilər: 

 

BİM-də istehsal amilləri beynəlxalq formada çıxış etsələr də, əmtəə milli 



bazarlarla  birgə  müəyyən  müstəqil  kəmiyyət  formasında  mövcud  olan  dünya 

bazarına  çıxarılınır.  Əmtəə  konkret  ölkədə  istehsalın  nəticəsi  qismində  deyil, 

dünya  bazarında  tələb  və  təklifin  obyekti  kimi  nəzərdən  keçirilir.  Başqa  sözlə, 

əmtəə  müvafiq  «kağızlarda»  təsbit  olunur  və  burada  beynəlxalq  bazarlarda 

abstraktlaşma səviyyəsi dəfələrlə yüksəlir

 



dünya bazarları milli bazarlarla müqayisədə nəzərəçarpan dominant 

23 


mövqe  tutmağa  başlayır  və  onlara  güclü  təsir  göstərir.  Burada  tələb  və  təklif 

qanunları  milli  bazarlarla  müqayisədə  daha  aydın  fomıalarda  təzahür  edir 

(xüsusilə  də  inkişaf  etmiş  dövlətlərin  dar  dairəsindən  kənarda  qalan  dünyanın 

əksər ölkələrindən söz getdikdə); 

 

BİM-in  başqa  xüsusiyyəti,  bazar  subyektlərinin  beynəlxalq  sahədə 



rəqabət  mübarizəsinin  milli  bazarlarda  olduğundan  daha  «qəddar  olması»  ilə 

fərqlənir. Bununla yanaşı, burada bazarlar obyektiv olaraq həddən artıq liberaldır, 

rəqabət  mexanizmi  isə  daha  sərbəst  fəaliyyət  göstərir.  Deməli,  beynəlxalq 

qiymətqoyma prosesi də, bazarın kortəbii rəqabət əsaslarının daha güclü təsirinə 

məruz qalır; 

 



beynəlxalq  əmtəə  və  pul  bazarlarında  yeni  meydana  çıxan 

xüsusiyyətlərdən  biri  -  BİM-in  tənzimlənməsi  mexanizmlərindəki  pozuntular 

nəticəsində  ehtikarçıhq  ünsürlərinin,  o  cümlədən  iri  subyektlərin  maksimum 

qazanc  əldə  etmək  üçün  istifadə  etdikləri  çoxsaylı  üsulların  mövcud  olduğu 

ayrı-ayrı formalarının güclü inkişafıdır; 

 



BİM-in  institusional  mexanizmlərinin  yaradılması  milli  təsərrüfatçılıq 

sistemlərinin qarşılıqlı təsirinin get-gedə mürəkkəbləşən fonualarınm tələblərini 

əks etdirir. Onların yaradılmasının əsasında ikili məqsəd - qarşılıqlı və beynəlxalq 

əməkdaşlığı  və  müəyyən  sahələrin  beynəlxalq  səviyyədə  tənzimlənməsini 

gücləndirmək  dururdu.  Əmək  bölgüsü  və  elmi-texniki  tərəqqi  prosesləri 

mürəkkəbləşdikcə,  bu  mexanizmlər  və  institutlar  daha  da  şaxələnir  və 

müxtəlifləşirdi.  Bunun  nəticəsində  BİM  sistemi  təşkilatların  və  idarələrin 

səciyyəvi, getdikcə genişlənən xüsusi infrastrukturuna malikdir. Bu genişlənmə, 

bir qayda kimi, BİM sahəsində siyasətin yeni elementlərinin işlənib hazırlanması 

üçün beynəlxalq qurumların yaradılması vasitəsilə baş verir; 

 

BİM-in yeni xassələrə malik obyektlərinin meydana çıxması, kapitalın və 



işçi  qüvvəsinin  hərəkəti,  TMK-nm  fəaliyyəti,  elmi-texniki  informasiya  və 

biliklərlə mübadilə və s. sahələrdə yaranan inteqrasiya qrupları çərçivəsində onun 

regional altsistemlər kimi fornıalarımn inkişafını şərtləndirmişdir; 

 



BİM-in iqtisadi və siyasi problemlərin get-gedə daha çox qovuşması kimi 

xassəsi  fonnalaşır,  BİM-də  siyasi  amilin  rolunun  yüksəlməsi  prosesi  səbatlı 

olaraq davam edir

 



ətraf mühit ilə insan fəaliyyəti arasında qlobal ziddiyyətlərin güclənməsi 

prosesinin əksi kimi, ekologiyalaşma BİM-in mühüm xassəsinə 



24 


çevrilmişdir. Fəaliyyətin bu sahəsi müasir dövrdə xüsusi aktuallıq kəsb etməyə 

başlamışdır. 



1.2.

 

BİM-in subyektləri. Quruluşu və strukturu 

Beynəlxalq iqtisadi münasibətlərin subyektləri qismində aşağıdakılar çıxış 

edir: 



 



dövlətlər və onların rəsmi qurumları; 

 



ölkələrin  inteqrasiya  qrupları  (Aİ-27,  NAFTA,  MERCOSUR,  MDB, 

ASEAN və s.); 

 

universal  xarakterli  beynəlxalq  maliyyə-iqtisadi  idarələr  (BMT-nin 



strukturları); 

 



dövlətlərarası təşkilatlar

 



çoxtərəfli  xarakter  daşıyan  beynəlxalq  maliyyə-iqtisadi  və  başqa 

qurumlar (BVF, ÜTT, BHB (Bazel), ÜTT); 

 

BTP, BƏT; 



 

qeyri-rəsmi maliyyə-iqtisadi təşkilatlar (Paris Bankı, London Bankı); 



 

regional dövlətlərarası qruplar çərçivəsində fəaliyyət göstərən qurumlar 



(Aİ-nin Mərkəzi Bankı və s.); 

 



dövlətlərin  rəsmi  şəxslərinin  iştirak  etdiyi  qeyri-rəsmi  qeyri-hökumət 

təşkilatları «Group-8» (G-8), «Group-20» (G-20), Davos İqtisadi Forumu və s.); 

 

transmilli  korporasiyalar  və  banklar,  özəl  şirkətlər,  öz  ölkələrindən 



kənarda ticari-iqtisadi fəaliyyətlə məşğul olan təşkilatlar və fiziki şəxslər; 

 



QHBT (qeyri-hökumət beynəlxalq təşkilatları) 

BİM-in  təşkilati  quruluşu  və  strukturu.  BİM  sistemi  özünün 

altsistemlərinin,  müxtəlif  qurumlarının  və  idarələrinin  tərkibi  baxımından 

mürəkkəb quruluşa malikdir. Onun strukturu sxematik olaraq 1.1 şəklində təsvir 

edilmişdir. 

1.1  şəklindəki  sxem  kifayət  dərəcədə  şərti  xarakter  daşısa  da,  BİM-in 

dünya  iqtisadiyyatına  əsaslanan,  dünya  siyasəti  və  beynəlxalq  siyasi 

münasibətlərlə  sıx  əlaqədar  olan  mürəkkəb  sistem  olması  barədə  təsəvvür 

yaradır.  Sxemə  «Ətraf  mühit»  baza  elementinin  daxil  edilməsində  XXI  əsrin 

reallıqları,  bu  sahənin  müasir  bəşəriyyət  üçün  həyati  əhəmiyyət  kəsb  etməyə 

başlaması əks olunur. 



BİM-in vəzifələri və funksiyaları. BİM-in vəzifəsi, ilk növbədə, milli 

25 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə