Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə98/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   94   95   96   97   98   99   100   101   ...   306

qüvvəsinin,  kapitalın  və  xidmətlərin  hərəkəti  bu  ölkələri  iqtisadi  tellərlə  vahid 

təsərrüfat mexanizmi halında o qədər güclü birləşdirmişdir ki, onların arasındakı 

ticarət artıq beynəlxalq deyil, daxili ticarət (intratrade) kimi nəzərdən keçirilir. 

Yoxlama sualları 

1.

 



Aİ ölkələrinin beynəlxalq və qarşılıqlı ticarətinin hansı əsas 

xüsusiyyətləri var? 

2.

 

Aİ ixracının xüsusiyyətləri nədir? 



3.

 

Aİ idxalının xüsusiyyətləri nədir? 



4.

 

Avropanın daxili və beynəlxalq ticarətində Aİ ölkələrinin xüsusi çəkisi 



nə qədərdir? 

5.

 



Aİ-nin beynəlxalq ticarətinin coğrafiyası necədir? 

6.

 



Aİ-nin əsas tərəfdaşlarla beynəlxalq ticarətinin təhlilini verin. 

7.

 



Aİ-nin əsas ölkələrinin ABŞ, Çin və Yaponiya ilə beynəlxalq ticarətinin 

təhlilini verin. 

8.

 

Avropa İttifaqının ticarət siyasətinin əsas istiqamətləri hansılardır? 



9.

 

Avropa İttifaqının Asiya, Afrika və Latın Amerikası ölkələri ilə ticarət 



əlaqələrini təhlil edin. 

Referatların mövzuları 

1.

 



Aİ-nin Asiya ölkələri ilə ticari-iqtisadi əlaqələri 

2.

 



Aİ-nin Latın Amerikası ölkələri ilə ticari-iqtisadi əlaqələri 

3.

 



Aİ-nin ABŞ ilə ticari-iqtisadi əlaqələri 

4.

 



Aİ-nin Rusiya ilə ticari-iqtisadi əlaqələri: mövcud vəziyyət və 

perspektivlər 



247 


Fəsil 11 

BEYNƏLXALQ TİCARƏTDƏ BİZNES 

VƏ TURİZM SEKTORLARI 

11.1.

 

Biznes xidmətləri. Mahiyyəti və məzmunu 

Anlayış.  Beynəlxalq  ticarət  sahəsində  biznes  xidmətləri  (xarici  turizm 

daxil  olmaqla)  mənşə  etibarilə  mallarla  ticarət  ilə  birbaşa  bağlı  deyil.  Bu 

xidmətlərin inkişafı beynəlxalq mübadilə mexanizmlərinin mürəkkəbləşməsi, bu 

sahəyə elm və texnikanın son nailij^ətlərinin, ilk növbədə, təminat strukturlarına 

həm müxtəlif biliklərin, həm də müvafiq mütəxəssislərin cəlb olunmasını tələb 

edən  müasir  informasiya  texnologiyalarının  tətbiqi  ilə  əlaqədardır.  Digər  amil 

getdikcə  çox  sayda  adamın  istirahət  və  ola  bilsin  ki,  eyni  vaxtda  tərəfdaşlarla 

işgüzar  danışıqlar  aparmaq  məqsədi  ilə  öz  ölkəsindən  kənara  çıxmağa  səy 

göstərməsidir. 

Burada müxtəsər nəzəri izahat verilməlidir. Makroiqtisadiyyatda müxtəlif 

problemlər üzrə alimlərin və mütəxəssislərin qarşısına qoyulan əsas məsələlərdən 

biri ölkənin məcmu xarici ticarət dövriyyəsini, yəni müəyyən ölkənin dünyanın 

başqa  ölkələri  ilə  mübadilə  edəcəyi  malların  və  xidmətlərin  ümumi  həcmini 

proqnozlaşdırmaqdır.  Bu  zaman  yerli  istehsal  mallarının  əcnəbi  rezidentlər, 

xaricdə buraxılan malların isə yerli rezidentlər tərəfindən satınalmalarının ümumi 

həcmi mühüm əhəmiyyət daşıyır. Bu, həmin ticarət əməliyyatları məcmusunun 

iqtisadi)^at  daxilində  xərclərin  ümumi  məbləğinə  və  bununla  da,  istehsalın 

həcminə və məşğulluq səviyyəsinə təsir  göstərməsi  ilə əlaqədardır.  Beynəlxalq 

yük  daşımaları,  beynəlxalq  turizm,  xaricdə  inşaat  sahəsində  həyata  keçirilən 

müxtəlif  layihələr  istisna  olunmaqla,  xidmətlərin  əksər  qismi  əvvəllər 

«beynəlxalq  ticarətin  predmeti»  sayılmırdı,  milli  gəlir  və  tədiyyə  balansı  təhlil 

edildikdə  isə  ticarətə  yalnız  fiziki  malların  alqı-satqısı  aid  edilirdi.  Ancaq  son 

illər, beynəlxalq ticarət dövriyyəsində həcmi sürətlə artan beynəlxalq xidmətlərin 

müxtəlif növləri «ticarəti predmeti» hesab edilməyə başlamışdır. 



Beynəlxalq 

biznes 

xidmətləri. 

Beynəlxalq 

biznes 

xidmətləri 



kateqoriyasına aşağıdakılar daxil edilir

1)

 



rabitə  sahəsində  xidmətlərin  də  daxil  edildiyi  beynəlxalq  fəaliyyətin 

müxtəlif növləri; 



248 


2)

 

xarici  ticarətin  proqram  təminatının  işlənib  hazırlanması,  məlumatlar 



bazasının idarə olunması; 

3)

 



xarici kompüter xidmətləri

4)

 



əcnəbi  tərəf-müqabillərinə  patentləşdirilmiş  informasiyanın  yaxud 

təkmilləşdirilmə işlərinin müqavilə əsasında verilməsi

5)

 

mühasibat uçotunun aparılması üzrə beynəlxalq xidmətlər; 



6)

 

mühəndis-inşaat xidmətləri; 



7)

 

xarici bazarlarda beynəlxalq hüquq xidmətləri; 



8)

 

idarəçilik və texniki məsələlər üzrə məsləhətvermə, beynəlxalq işgüzar 



konsaltinq. 

Rabitə texnikasının sürətli inkişafı və beynəlxalq ticarət siyasətində fəal 

iştirak edən ölkələr dairəsinin genişlənməsi nəticəsində müxtəlif növ xidmətlərin 

bazarları  əslində  milli  sərhədlərin  hüdudlarından  çıxmış,  bəzi  hallarda  isə 

qloballaşmışdır.  Belə  ki,  informasiya  əsrinin  nisbətən  yeni  fəaliyyət  növləri 

biznes xidmətləri ilə beynəlxalq ticarətin artmasına, demək olar ki, sənaye malları 

ilə ticarətin çoxalması qədər nəzərəçarpan təsir göstərir. 

Biznes  xidmətlərinə  tələbatın  artması.  Malların  inkişaf  etmiş  dünya 

bazarının  təşəkkül  tapması  və  onun  zənginləşməsi  xidmətlərə  olan  tələbatı 

artırmış, bu isə, öz növbəsində, beynəlxalq xidmətlər bazarının intensiv inkişafına 

təkan  vennişdir.  Xidmət  -  müəyyən  istehlak  dəyərinə  malik  fəaliyyət  (hərəkət) 

olub, onun həyata keçirildiyi an insan ehtiyaclarının ödənilməsində ifadə olunan 

faydadır. Xidmət maddi (mal) yaxud qeyri-maddi formada göstərilir. Xidmətlərin 

istehsalının bu iki üsuluna müvafiq olaraq, onların özünün iki növü vardır: 

1)

 



istehlak malları vasitəsilə ifadə  edilən və onlarla bağlı olan xidmətlər. 

Məzmun baxımından bu cür xidmətlərin göstərilməsi əmək prosesindən, demək 

olar ki, fərqlənmir; belə ki, burada əməyin bütün beş elementi: əmək vasitələri, 

əmək  predmeti,  texnologiya,  əməyin  təşkili  və  insanın  məqsədyönlü  fəaliyyəti 

kimi əməyin özü iştirak edir. Nəticədə bu növ xidmətləri maddi

 

kimi ifadə etmək 

olar; 

2)

 



təsiri insana yaxud onun olduğu şəraitə birbaşa yönəlmiş xidmətlər; bu 

xidmətlərin maddi məhsullarla əlaqəsi yoxdur,



 

onların istehsalı isə istehlakı ilə 

üzvi  surətdə  bağlıdır,  ondan  ayrılmazdır.  Bura  insanın  şəxsi  müşahidəsi,  onun 

mədəni ehtiyaclarının ödənilməsi məqsədilə beynəlxalq səyahətləri aid olunur. 



249 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə