Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə99/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   95   96   97   98   99   100   101   102   ...   306

11.2.

 

Beynəlxalq biznes xidmətləri ilə ticarətin artması 

Biznes  xidmətlərinin  artması  səbəbi.  Xidmətlərin  xaricdə  satılması  bir 

ölkənin  rezidentləri  tərəfindən  başqa  ölkənin  rezidentlərinə  xidmət 

göstərilməsinin yeganə üsulu deyil və çox vaxt o qədər də geniş yayılmış. Bir sıra 

sektorlarda  xidmətlərin  başqa  ölkələrdə  şirkətlərin  filiallarının  yaradılması 

(məsələn,  xariei  bankın  filialı  tərəfindən  pərakəndə  bank  xidmətləri)  vasitəsilə 

göstərilməsi  daha  geniş  yayılmışdır.  Əslində,  xariei  bazarlarda  vaxtilə  «yerli» 

xarakter  daşıyan  biznes  xidmətlərinin  varlığının  təmin  edilməsinin  əsas  üsulu 

birbaşa  investisiyalardır.  Ancaq  son  zaman  xidmötlərlə  ticarətin  rolu  getdikcə 

artmaqdadır.  Görünür  ki,  konkret  ölkənin  intensiv  ticari-iqtisadi  inkişafı,  onun 

beynəlxalq  iqtisadi  münasibətlərdə  rolunun  güclənməsi,  beynəlmiləlləşmə 

əmsalının  artması  ilə  həmin  ölkənin  beynəlxalq  xidmətlərinin  həcminin 

çoxalması,  bu  ölkədən  və  bu  ölkəyə  beynəlxalq  səyahətlərin  sayının  artması 

arasında əlaqə möveuddur. 

Buna  baxmayaraq,  beynəlxalq  ticarətin  baza  göstəriciləri  xidmətlərlə 

ticarətin nəzərəçarpan dərəcədə artdığını göstərmir. 2002-2008-ci illərdə bütün 

növ xidmətlərlə ticarətin illik ümumi həcmi dəyər ifadəsində mallarla ticarətin 

həcminin 24%-i qədər olmuşdur. Bu nisbət 1970-ci ilin səviyyəsindən (21%) bir 

qədər  çoxdur.  Ayrı-ayrı  dövrlərdə  bu  göstərici  aşağı  düşürdü:  1980-ci  ildə 

xidmətlərlə beynəlxalq tiearətin həcmi mallarla ticarətin həcminin 19%-ni təşkil 

etsə  də,  həmin  il  neftin  qiymətinin  misli  görünməmiş  bahalaşması  nəticəsində 

göstərilən  nisbətin  aşağı  rəqəmlə  ifadə  olunması  qeyd  edilməlidir.  Beynəlxalq 

ticarətdə xidmətlərin payının nisbətən sabitliyi son 25 il ərzində əsas xidmətlərlə 

ticarətin  həcminin  dəyər  ifadəsində  artım  templəri  izah  olunur.  Beynəlxalq 

tiearətdə  nəqliyyat  xidmətlərinin  həcminin  dəyər  ifadəsi  1970-  1980-ci, 

1980-1990-cı  və  1991-2010-cu  illəri  əhatə  edən  dövrlərdə  bütün  mallarla  və 

xidmətlərlə  ticarətin  orta  həcmi  ilə  müqayisədə  aşağı  templərlə  artmışdır. 

Nəqliyyat xidmətlərinin orta dəyərinin kəskin aşağı düşməsi 2008- 2009-cu illərə 

təsadüf  etsə  də,  artıq  2009-eu  ilin  sonundan  və  2010-cu  ilin  birinei  yarısında 

bunun bərpası baş vermişdir. 

Təxmini  olsa  da,  göstərieilərdən  biri  xidmətlər  və  mallarla  beynəlxalq 

ticarətin dəyər ifadəsində həcmləri arasındakı nisbətin bir qədər aşağı düşməsidir: 

1970-ci ildə - 9%, 1980-ci ildə - 8%, 1990-cı ildə - 7%-ə yaxın və 2001-2010-cu 

illərdə  6,5%.  Bu  meyil  ümumi  texnoloji  tərəqqini  və  yeni  texniki  vasitələrdən 

(məsələn, dənəvər yaxud maye mallar daşıyan yük 



250 


gəmiləri,  supertankerlər,  konteyner  daşımaları)  istifadə  sayəsində  miqyas 

effektinin  əldə  olunmasını,

 

habelə  sərnişin  daşımalarının  maya  dəyərinin  aşağı 

düşməsini  əks  etdirir.  Amma  son  onillikdə  neft,  qaz,  metallar  və  kömürün 

qiymətlərinin  sürətlə  bahalaşması  ilə  əlaqədar  olaraq  bu  meyil  dəyişməyə 

başlamışdır. Buna görə də sahibkarlığın bu sahələri və beynəlxalq ticarət ətrafında 

xidmətlərin  göstərilməsi  üzrə  kommersiya  fəaliyyəti  ilə  bağlı  olan  amilin 

dəyərinin  fasiləsiz  surətdə  artacağı  gözlənilməlidir.  Beynəlxalq  səyahətlərə 

gəldikdə  isə  iqtisadi  münasibətlərin  və  işgüzar  sahibkarlığın  bu  fonuasmm 

əhəmiyyətinin getdikcə güclənməsi qeyd olunmalıdır. Eyni zamanda bu sahəyə 

cəlb edilən maliyyə vəsaitlərinin məbləği də çoxalır. Güman ki, bu artım daha çox 

adamda səyahət etmək imkanının  yaranması, habelə korporasiyaların transmilli 

fəaliyyətinin genişlənməsi ilə bağlı olaraq işgüzar səfərlərin sayının çoxalması ilə 

izah edilməlidir. 

Biznes  xidmətlərinin  formaları.  Məlumdur  ki,  xidmətlər  ən  müxtəlif; 

malın  satılması  ilə  əlaqədar  yaxud  bundan  asılı  olmayaraq,  son  istifadəçiyə 

birbaşa və ya vasitəçilərin köməyi ilə çatdırılması; ayrıca xidmət yaxud hər hansı 

layihəyə  kompleks  xidmət  fonnalarmda  göstərilir.  Bundan  başqa,  informasiya 

xidmətləri  sənayesinin  qlobal  strukturlarının  daim  əhəmiyyətli  dəyişikliklərə 

məruz  qalması,  müxtəlif  xidmətlərin  göstərilməsi  üçün  istifadə  edilən 

texnologiyaların  yaxınlaşması  (məsələn,  rəqəmsal  siqnallardan  səsin, 

videotəsvirin və məlumatların ötürülməsi üçün istifadə olunur) çoxlu sayda yeni 

servis  şirkətlərinin  meydana  çıxması  ilə  nəticələnir;  mövcud  şirkətlər  arasında 

qovuşmalar,  şaquli  inteqrasiya  və  şaxələnmə  baş  verir.  İnşaat  və  nəqliyyat 

xidmətləri,  kommunikasiyalar,  sığorta  biznesi,  royalti  və  maliyyə  sahələrində 

xidmətlər sürətlə inkişaf edir. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  biznes  xidmətlərinin  əsas  hissəsi  inkişaf 

etmiş  ölkələrin  payına  düşsə  də,  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı 

ölkələrdə  də  onların  həcminin  sürətlə  çoxalması  dünyanın  bu  guşələrində 

TMK-nm  fəaliyyətinin  və  regional  inteqrasiyanın,  be3məlxalq  əməkdaşlığın 

genişlənməsi proseslərinin təsiri altında iqtisadi artımın dinamikliyini əks etdirir. 

Biznes  xidmətlərinin  ən  dinamik  kateqoriyası  informasiya  xidmətləri  və 



rabitə, proqram təminatı vasitələrinin işlənib hazırlanması, kompüter xidmətləri 

və  məlumatların  işlənməsidir.

 

2002-ci  ildə  dünyada  informasiya  xidmətlərinə 

çəkilən  xərclərin  həcmi  550  milyard  dollar  məbləğində  qiymətləndirilirdisə, 

2009-cu ildə bunun dəyəri 780 milyard dollaradək 

251 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə