Kitabxana resursları və informasiya axtarış sistemləri



Yüklə 97,66 Kb.

tarix01.08.2018
ölçüsü97,66 Kb.


107 

 

 



Elçin   GULALİYEV 

 

“Kitabxana resursları və informasiya axtarış sistemləri”                     

                                       

kafedrasının magistri 

 

AZƏRBAYCANDA ELMİ KİTABXANALARIN YARANMASI, 



İNKIŞAFI, KİTABXANA 

ŞƏBƏKƏLƏRİ SISTEMINDƏ YERİ VƏ ƏHƏMİYYƏTİ  

 

Açar  sözl

ər:  kitabxana    tarixi,  fondun    formalaşması,  kitabxananın 

formalaşması, qədim kitabxanalar 

Ключевые    слова:    История  библиотек,  формирование    фонда, 

формирование библиотек,  древние библиотеки 

Keywords:  library history, forming of the fund, forming of the library, ancient 

libraries   

 

Dünyanın  ən qədim  xalqlarından  biri  olan  Azərbaycan  xalqının  çox 



q

ədim kitab və  kitabxana  tarixi  vardır.  Azərbaycan  kitabının  tarixi  izləri 

tarixin çox q

ədim qatlarına gedib çıxır. Hələ V əsrin əvvəllərində Albaniyada 

52 h

ərfdən ibarət olan alban əlifbası  olmuşdur.  Alban  əlifbasının  yaranması 



böyük tarixi v

ə mədəni əhəmiyyətə malik idi. Belə ki, bu, kitabçılıq işini xeyli 

genişləndirmişdir.  

Albaniyada 

əlifba tərtib edildikdən sonra kilsələrin  yanında  əyan və 

ruhani uşaqları üçün məktəblər təşkil edilmişdir. 

VII 

əsrdən başlayaraq Albaniyanın tarixi yazılmağa başladı. Bu dövrdə 



meydana çıxan Musa Kalankatlunun “Alban tarixi” kitabında IV – VII əsrlərə 

dair Az


ərbaycan  tarixi  haqqında  qiymətli məlumatlar verilir. Müəllifin 

m

əlumatına görə o zaman Albaniyada bəzi antik müəlliflərin əsərləri: Homerin 



“ İliada”sı, Vergilinin “Eneida”sı məlum idi. 

Eramızın  əvvəllərində  digər Azərbaycan dövləti olan Atropatenada 

m

ədəniyyət xeyli inkişaf etmiş, yazı və kitabçılıq işi genişlənmişdir. Bu zaman 



Atropatenada  İran  –  Aromey  əlifbası  əsasında  inkişaf  edən pəhləvi  yazısı 

işlənirdi.  

Q

ədim Midiya dövlətinin ən qiymətli nümunəsi, fəlsəfi – tarixi, həm də 



ədbi  –  bədii dəyərə  malik olan əsəri “Avesta” pəhləvi dilində  yazıya 

köçürülmüşdür.  Lakin  VII  əsrin  ortalarında  ərəblərin Azərbaycana hücum 

etm

əsi onun kitab mədəniyyətinə ciddi zərbə vurdu. 



Ərəb  işğalı  zamanı  Azərbaycanda  əhaliyə  islam dininin zorla qəbul 

etdirilm


əsi  gedişində  bu dinin əsas  ehkamlarını  yaymaq  üçün  ərəb  əlifbası 

t

ətbiq  olunmağa  başlandı.  Məscidlər  yarandı  və  bu məscidlərdə  müqəddəs 




108 

 

“Qurani  –  K



ərim”i və  ərəb  əlifbasını  öyrənmək üçün məktəblər meydana 

g

əldi. Bununla əlaqədar olaraq məktəblərin  yanında  kitablar  toplanmağa 



başlandı və belliklə məktəb (məscid ) kitabxanaları meydana gəlmişdir. 

Şəhərlərdə  mədəniyyət xeyli  inkişaf  etmiş,  mədrəsələr  yaranmışdır. 

B

ərdədəki Cümə məscidində əlyazma materialları və kitablar toplanmışdı. Bu 



dövrd

ə  eyni  zamanda  şəxsi kitabxanalar da var idi. Bu haqda ilk məlumatı 

Ərəb şairi ƏbuTəmmaminin  “Divan” kitabından alırıq.  

XII 


əsrin ortalarında  Azərbaycanda qüdrətli Atabəylər dövlətinin 

yaranması elm və mədəniyyətin inkişafına böyük təkan verdi . Azərbaycanda 

böyük aliml

ər,  şairlər, memarlar  yetişdi.  Elm  sahəsində şərqdə  böyük şöhrət 

qazanmış  İbn  Əhməd Məkki  əl-Bərdən, Bəhmənyar ibn Mərzban, Xətib 

T

əbrizi və  s.  kimi  şəxsiyyətlər  yetişmişdir.  Azərbaycan  ədəbiyyatı  misilsiz 



inkişaf etmiş, dünya şöhrəti qazanan  şəxsiyyətlər yetişmişdir.  

XI  –  XII 

əsrlərdə  Pir  Hüseyin  Şirvani,  Qətran Təbrizi,  Əbül  –  üla 

G

əncəvi, Məshəti, Fələki Şirvani, Əfzələddin Xaqani, Mücirəddin Beyləqani, 



Nizami G

əncəvi  kimi dahi sənətkarlar və şairlər yaşayıb yaratmışlar .  

Az

ərbaycanda bu dövrdə kitabxana əsasən 3 istiqamətdə inkişaf edirdi: 



1. Hökmdarlar t

ərəfindən təşkil edilən saray kitabxanaları 

2. M

əscidlərin  kitabxanaları  və  ya  onların  yanında  təşkil  olunmuş 



m

əktəb və mədrəsə kitabxanaları 

3. Böyük şairlərin, filosofların, alimlərin, feodalların və vəzirlərin şəxsi 

kitabxanaları 

Tarixi m

ənbələrdən məlumdur ki, XI əsrdə  Gəncədə  zəngin saray 

kitabxanası olmuşdur. Dahi Nizamidən öyrənirik ki, XII yüzillikdə Bərdədə də 

əlyazmalar saxlanılan kitabxanalar var imiş. Tarixdən məlumdur ki, XII əsrin 

II  yarısında  Şirvanşahlar  sarayında  böyük  saray  kitabxanası  da  mövcud 

olmuşdur.  Bu  kitabxana  əsasən  Şirvan  hakimi  Məniçöhrün  zamanında  xeyli 

inkişaf etmişdir.  

XIII 


əsrdə  Azərbaycanın  Hülaki  dövlətinin  tərkibinə  qatılması  və 

monqolların  islam  dinini  qəbul etməsi kitab və  kitabxana  işinin  inkişafına 

güclü t

əsir göstərdi. Elm, mədəniyyət,  ədəbiyyat  güclü  inkişaf  etmiş  Hülaki 



s

arayı ətrafında toplanan ədiblər yeni əsərlər yaratmışlar. 

Az

ərbaycan xalqının böyük oğlu, böyük alim, ictimai xadim N. Tusinin 



r

əhbərliyi ilə  yaradılan  (1259)  Marağa  Rəsədxanasının  elmi  şöhrəti bütün 

dünyaya yayılmışdır. Rəsədxananın ətrafında böyük alimlər ordusu toplanmış 

v

ə burada Şərqin ən inkişaf  etmiş ölkələrindən alimlər fəaliyyət göstərmişlər . 



M

əmmədbəyli öz tədqiqatında 20 nəfərdən artıq görkəmli alim Marağa 

R

əsədxanasındasında işlədiyini  demiş, onlar haqqında məlumat vermişdir.  



Əməkdar elm xadimi, professor A. A Xələfov  yazır  ki,  XIII  əsrdə 

Az

ərbaycanda  Şərqdə  tayı  –  bərabəri olmayan, öz fondunun nadirliyinə  və 



z

ənginliyinə görə dünyanın ən böyük kitabxanaları ilə yarışa girə bilən Marağa 




109 

 

R



əsədxanasının  Elmi  Kitabxanası  fəaliyyətə  başlamışdır.  Professor Xələfov 

qeyd edir ki, bu kitabxana Az

ərbaycanda  kitabxana  işinin  tarixində  öz 

m

əqsədi, vəzifələri və yaranma tarixi dəqiq məlum olan ilk elmi kitabxanadır. 



Bu 

kitabxananın  yaranması  da  100-dən  artıq  elmi  əsərin müəllifi olan N. 

Tusinin  adı  ilə  bağlıdır.  Tusinin  səyi nəticəsində  rəsədxanada  Şərqdə  əsaslı 

elmi kitabxana kimi m

əşhur olan və o dövrdə ağıla gəlməyən dərəcədə böyük 

fonda malik olan bir kitabxa

na  yaranmışdı. Kitabxanada 400 000 kitab 

(

əlyazması) toplanmışdı .  



Əməkdar elm xadimi, tarix elmləri doktoru, professoru Abuzər  Alı 

oğlu Xələfov çoxillik tədqiqatları əsasında göstərir ki, kitabxananın işinə Tusi 

özü r

əhbərlik  edirdi. Kitabxanada digər  işlərlə  yanaşı    kitab  üzü  köçürən 



x

əttatlar da fəaliyyət göstərirdilər ki, bu da xəttatlıq  sənətinin  inkişafında 

böyük rol oynamışdır .Bu məsələlərlə bağlı pedoqoji elmlər namizədi , dosent 

Knyaz Aslanın da tədqiqatları  maraqlıdır.  

Az

ərbaycan kitabxanaşünaslıq elminin banisi, professor A. A. Xələfov 



“Az

ərbaycanda  kitabxana  işinin  tarixi    (ən qədim  dövrlərdən XXI əsrin 

əvvələrinə qədər )”kitabından məlum olur ki, XIII əsrin Iin yarısında Təbrizin  

Q

ərb səmtində  Şəm  adlı  yerdə  Arquniyyə  adlı  şəhər  salınmış  ,  böyük 



Az

ərbaycan alimi, dövlət xadimi,  Qazan  xanın  vəziri Fəzlullah Rəşidəddin 

t

ərəfindən burada öz fondunun zənginliyinə  görə  Marağa  Rəsədxanası 



Kitabxanasındansonra  ikinci  olan  böyük  bir  elmi  kitabxana  yaradılmışdı. 

F

əzlullah Rəşidəddin öz dövrünün görkəmli alimi kimi 60 mindən çox fondu 



olan  kitabxananın  təşkilinə, onun ədəbiyyatla təşkil  olunmasına, 

komplektl

əşdirilməsinə xüsusi diqqət yetirirdi.  

XVI 


əsri  əvvələrində  Azərbaycan Səfəvi dövlətinin  yaranması 

Az

ərbaycan tarixində mühüm rol oynayır. Bu dövlətin başında duran görkəmli 



dövl

ət xadimi, şair Şah İsmayıl Xətai ölkədə kitabxana işinin inkişafına ciddi 

fikir vermiş, bu sahə ilə bağlı ilk dövlət fərmanı vermişdir . Onun fərmanı ilə 

Şərqin böyük rəssamı,  kitabçılıq  işinin  dərin bilicisi Kəmaləddin Behzad 

T

əbriz saray kitabxanasının rəisi təyin edilir.  



T

ədqiqatçı Ə.Məmmədov göstərir ki, Şah İsmayıl Xətayi 1514-cü ildə 

Sultan S

əlimlə  başlanan  müharibədən  əvvəl Kəmaləddin  Behzadın  və  xəttat 

Mahmud  Nişapurinin  düşmən  əlinə  keçməsindən ehtiyyat edərək  onların 

salamat qalması üçün tədbir görmüşdür.  

Akademik  H.Araslı  yazır  ki, “ Hələ  XVI  əsrin  əvvəllərindən siyasi 

f

əaliyyətə başlayan Xətai Ağqoyunlu sarayının bütün mədəni irsinə sahib olub 



, T

əbrizdə  öz  sarayında  və  Ərdəbildə  Şeyx  Səfi məqbərəsində  böyük 

kitabxanalar t

əşkil etməyə nail olmuşdur.”  

Şah  İsmayıl  hakimiyyəti dövründə  yaranmış  kitabxanalardan  biri  də 

onun  Ərdəbildə  babası  Şeyx  Səfinin  tikdirdiyi  Şeyx  Səfi məqbərəsindəki 

kitabxana idi

.  Şah  İsmayıldan  başlayaraq  bütün  Səfəvi  hökmdarları  bu 




110 

 

kitabxanaya h



ədiyyələr  verirdi  .  Kitabxananın  fondu vəqt  hesabına 

z

ənginləşmiş  və  dövrünün böyük  kitabxanasına  çevrilmişdir. Lakin çox 



t

əəssüflər olsun ki , XIX əsrin əvvəllərində Rusiya – İran müharibəsi zamanı 

Şeyx  Səfi  Kitabxanası  ruslar  tərəfindən Tiflisə  ,  oradan da Rusiyaya 

aparılmışdır. Həmin nadir  kitablar bu gün də  Rusiya  kitabxanalarını, 

muzeyl

ərini bəzəyir.  



Bel

əliklə , sonrakı tarixi dövrlərdə  də hər zaman bu və ya digər şəkildə 

kitabxanaların  inkişafına  qayğı  göstərmiş,  XIX  əsrdən  başlayaraq  kitabxana 

işinin  təşkili  prosesində  mühüm  dönüş  yaranmışdır.  Belə  ki, bu dövrdə 

Az

ərbaycanın iqtisadi – ictimai və mədəni həyatında yeni bir dövr başlayır. Bu 



dövr Az

ərbaycanda elmi -  ədəbi və  fəlsəfi fikrin sürətlə  yeni istiqamətdə 

inkişafı ilə səciyyələnir. Rus və Avropa ictimai fikri ilə əlaqə yaratmağa imkan 

tapan Az


ərbaycan mədəniyyətinin  qabaqcıl  nümayəndəsi milli ənənələrin 

əsasında yeni dövrün yeni ədəbiyyatını, elm və fəlsəfəsini meydana gətirirlər.  

Bu dövrd

ə A. Bakıxanov, Mirzə  Fətəli Axundzadə, Həsən bəy Zərdabi 

,Qasım  Bəy  Zakir,  Seyid  Əzim  Şirvani, Nəcəf bəy Vəzirov, Ömər Faiq 

Nemanzad


ə, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli, Nəriman Nərimanov 

v

ə  başqa  şəxsiyyətlərxalqın  ümummədəni  və  elmi  inkişafında  mühüm  rol 



oynadılar, gələcək inkişafımıza misilsiz töhvələr vermişlər .  

XIX 


əsrin  II  yarısından  başlayaraq  Bakıda  neft  sənayesinin sürətlə 

inkişafı  ilə  əlaqədar  olaraq  bir  sıra  cəmiyyətlər və  qabaqcıl  ziyalıların  təsiri 

altında mədəni müəssisələrin təşkilinə başlandı.  

1997  –  ci ild

ə  Bakıda  görkəmli  yazıçı  və  dövlət xadimi Nəriman 

N

ərimanov  ilk  ümumaçıq    Azərbaycan kitabxana –  qiraətxanasının  əsasını 



qoydu. Onu  z

ənginləşdirmək üçün  jurnallarla və  digər nəşrlərlə  təmin 

edilm

ək  üçün Nəriman Nərimanov və Əlisgəndər Cəfərov və b. Çox zəhmət 



ç

əkməli oldular . 

1918  –  ci il 28 – 

i tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı . 

Müst

əqil Azərbaycan  Demokratik Cumhuriyyəti  yarandı.  23  ay  yaşamasına 



baxmayaraq ADR az müdd

ətdə tarixi əhəmiyyətə malik işlər görə bilmişdir . 

Müst

əqil ADR mədəniyyət və  xalq maarifi sahəsində  də  lazimi tədbirlər 



h

əyata keçirdi. Xalq maarifinin  milliləşdirilməsi və inkişafı üçün nəşriyyat – 

t

ərcümə  komissiyası  yaradılmış, mövcud məktəblər az bir zamanda 



millil

əşdirilmiş, yeni məktəblər  açılmış, Türkiyədən müəllimlər dəvət 

olunmuş, dövlət kitabxanaları üçün xeyli kitab alınmışdır.  

1919 – 1920 – ci ill

ərin ictimai – siyasi vəziyyəti nə qədər ağır olsa da , 

Az

ərbaycan dövləti kitab və  kitabxana sahəsinin  inkişafı  üçün  bütün 



imkanlardan istifad

ə  etməyəçalışmışdır.  Kitab  çap  etmək məqsədilə  ADR 

hökum

əti Xalq Maarif Nazirliyi yanında “Təltif – Tərcümə - Əncümənin ” adlı 



xüsusi bir komit

ə  təşkil  etmişdir.  Həmin komitə  10 adda kitab tərtib edib 

Maarif Nazirliyin

ə vermişdir . Nəşr olunan kitablar əsasən dərs vəsaitləri idi.  




111 

 

Az



ərbaycan Xalq Cumhuriyyəti  hökuməti ilk günlərdən  başlayaraq 

h

əyata keçirdiyi mədəni  –  maarif  tədbirləri  kitabxana  işinin  inkişafı  üçün 



əsaslı zəmin yaradır. Kitabxana iş bu dövrdə həyata keçirilən sosial – mədəni 

v

ə maarifçilik işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir .  



1919-1920-ci ill

ərdə  ADR  –in  kitabxana  quruculuğu  sahəsindəki ana 

x

ətti yeni təşkil  edilən və  əvvəlcədən fəaliyyətdə  olan təhsil  ocaqlarında 



kitabxanaların yaradılmasından ibarət idi . 

ADR  – 


in kitabxana işi sahəsində həyata keçirdiyi tədbirlər içərisində 

hökum


ətin  Bakı  dövlət Universitetinin  Elmi  kitabxanasının  təşkili  və 

formalaşması  ilə  əlaqədar fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Universitet 

yaranark

ən, onun elmi kitabxanasının təşkili təxirə salınmaz vəzifələrdən biri 

idi. Dem

əli, Azərbaycanın  çoxəsrlik tarixində  müsəlman  şərqinin ilk ali 

Avropa tipli t

əhsil ocağı Bakı Dövlət Universitetinin yaranması həm də böyük 

bir elmi kitabxananın yaranması ilə səciyyələndirilir .  

Universitetd

ə  əsaslı  elmi  kitabxananın  yaradılmasını  mütəşəkkil 

sur


ətdə  həyata keçirmək üçün Xalq Maarif Nazirliyi Universitetin görkəmli 

aliml


ərindən ibarət komissiya yaratdı. Komissiya öz fəaliyyətinə Universitetin 

açılışından  əvvəl  başlanmışdı. Xüsusilə  qeyd etmək  lazımdır  ki, Kitabxana 

komissiyası  Universitet  elmi  kitabxanasının  formalaşmasını  bir  neçə 

istiqam


ətdə  aparırdı. Belə  ki, Universitetin nəzdində  Tibb fakultəsinin 

olmasını  nəzərə  alaraq  tibb  kitabxanalarının  Universitetə  keçilməsini  şəhər 

hakimiyy

ət  orqanlarından  xahiş  etmişdi  .  Beləliklə  , eyni zamanda bununla 

elmi  tibb  kitabxanasının  əsası  qoyulmuşdur  .  Kitabxananın  ilk  oxucuları 

arasında  M.Ə.Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli,  Tağı  Şahbazi, 

Əbdülrəhim bəy Haqverdiyev, Mirəsadulla  Mirqasımov  və  digərləri   

olmuşdur . 

1919-1920-ci ill

ərdə  BDU-nun Elmi Kitabxanası  artıq  respublikada 

h

əm  aparıcı  kitabxana  , həm də  elmi-metodiki  mərkəz  funksiyasını  yerinə 



yetirm

əyə başlamışdı .  

1920-

ci  il  yanvarın  16-da BDU-nun  kitabxanasında  Xalq  Maarif 



Nazirliyyinin  Kitabxana  işçilərinin  seminar    müşavirəsinin təşkili  haqqında 

m

əlumat olduqca maraqlıdır . Burada 24 nəfər kitabxana işçisi iştirak etmiş, 



Seyidzad

ənin “kitabxanalarda kitablar necə  yazılmalı”, Rzaquluzadənin  

“Onluq klassifikasiya”, Heyd

ərlinin “Kitabxana  işini  necə  aramalı”, 

Ağalarovun  “Kitabxanaların  komplektləşdirilməsi” və  s. mövzularda 

m

əruzələri dinlənmiş və müzakirə edilmişdir. Bütün bunlar doğrudan da BDU 



nun  Elmi  Kitabxanası  Respublikada  qabaqcıl  kitabxana  kimi  bir  çox 

funksiyaları layiqincə yerinə yetirdiyini sübut edir .  

M

əlum  olduğu  kimi    1920-ci  ilin aprelin 28-də  Bolşevik  Rusiyası 



Az

ərbaycan Xalq Cumhuriyyətini devirdi . Azərbaycan ərazisində Azərbaycan 

Sovet S

osialist  Respublikası  yaradıldı. Ümumiyyətlə, sovet cəmiyyətinin 




112 

 

yaradılmasında  təhsil mühüm yer tuturdu.  Savadlı  adamlara  çox  ehtiyyac 



duyulurdu . Ali t

əhsilın inkişaf etməsi də diqqət mərkəzində idi.  

1921-ci ild

ən Azərbaycan Dövlət  Pedoqoji  İnistitutu, Azərbaycan 

Politexnik İnistitutu, 1930-cu ildə Azərbaycan Tibb İnistitutu açıldı. 1934 -cü 

ild


ə  Sənaye  İnistitutu  və  Xalq Təsərrüfatı  İnistitutları  yaradıldı. Təbii ki 

,h

əmin  İnistitutlar  yaranarkən  onların  elmi  kitabxanaları  da  formalaşmışdı. 



Ölk

əmizdə  elmi  kitabxanalar  şəbəkəsinin mütəşəkkil surətdə  formalaşması 

h

əmin dövrlərdən başlayır.  



Respublikamızın elmi kitabxanaları içərisində Azərbaycan Milli Elmlər 

Akademiyyası (AMEA) Mərkəzi Elmi Kitabxanası  (MEK) xüsusi yerlərdən 

birini tutur. Eyni zamanda  AMEA-

nın  nəzdində  fəaliyyət göstərən  çoxsaylı  

elmi-t

ədqiqat  inistitutlarının  kitabxanaları  elmi  kitabxanalar  şəbəkəsinin 



əsasını təşkil edir .  

AMEA  – 


nın tarixi XX əsrin 20 – ci illərdən başlamış  1923-cü ildə 

“Az


ərbaycanı öyrənən cəmiyyət ” yaradılmış, bu cəmiyyət sonra Azərbaycan 

T

ədqiq və Tətəbbö Cəmiyyətinə çevrilmişdir . Azərbaycan Tətqiq və Tətəbbö 



C

əmiyyəti  1929-cu ildə  yenidən təşkil  edilərək Azərbaycan Dövlət Elmi – 

T

ədqiqat İnistitutuna ( DETİ ) çevrildi.   



1932-ci ild

ə  Azərbaycan  DETİ  əsasında  SSRİ  Elmlər  Akademiyası 

Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ilin oktyabrında 

şöbə SSRİ Elmlər Akademiyyasının Azərbaycan Filialına çevrildi. SSRİ Xalq 

komisarları sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan 

Elml


ər Akademiyasına çevrildi .  

1991  –  ci ilin oktyabrinda Az

ərbaycan öz siyasi müstəqilliyini  əldə 

etdikd


ən sonra Azərbaycan Elmlər  Akademiyası  Azərbaycan Milli Elmlər 

A

kademiyası (AMEA ) adlandırıldı.  



Az

ərbaycan MEA MEK-sının  tarixi  –  kitabxana Azərbaycanın 

görk

əmli ziyalıları N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, A.Zeynallı və b. 



t

əşəbbüsü ilə  1923-cü ildə  təşkil  edilmiş  “  Azərbaycan  Tədqiq  və  Tətəbbö 

C

əmiyyəti  ”nin  əsasında  1924-cü ildə  yaradılmışdır  .  Cəmiyyətin nəzdində 



görk

əmli ədəbiyyatşünas – biblioqraf A.V.Baqrinin rəhbərliyi ilə təsis edilmiş 

“Biblioqrafiya bürosu ” (1924) MEK-

nın təşəkkülü üçün ilkin baza olmuşdur. 

C

əmiyyətin  ilk  iclaslarının  birində  kitabxananın  yaradılması  haqqında  qərar 



q

əbul edilir və cəmiyyətin nəzdində elmi kitabxana fəaliyyətə başlayır . Elmi 

t

ədqiqat  işlərinin  aparılması  üçün  zəruri  olan  informasiya  bazası  tədricən 



formalaşmağa başlayır . 1926-cı ildə kitabxanada ilk oxu zalı istifadəyə verilir. 

1935-ci ild

ə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan bölməsi SSRİ EA- 

nın  Azərbaycan  Filialına  çevrildi  .  Bu  dövrdən  elmi  işlərin  artması  Elmi- 

t

ədqiqat inistitutları nəzdində də Xüsusi Elmi Kitabxanaların təşkil edilməsini 



z

əruri etdi .  

1945  –ci ild

ən  kitabxana  özünün  yeni  inkişaf  mərhələsinə  qədəm 




113 

 

qoyur. SSRİ EA-nın Azərbaycan filialı müstəqil Azərbaycan EA-sına çevrilir. 



MEK-ya bütün Sovet m

əkanında  çap  olunmuş  ədəbiyyatın  pullu  məcburi 

nüsx

əsini almaq səlahiyyəti verilir.  



1956-

cı  ildən etibarən kitabxana özünün beynəlxalq  əlaqələrini 

genişləndirir. O,  dünyanın  50  ölkəsinin 570-dən çox elmi müəssisə  və 

kitabxanası ilə ədəbiyyatın mübadiləsini aparırdı.  

MEK biblioqrafik n

əşriyyat fəaliyyətini də genişləndirir. 1964-cü ildə 

“Az

ərbaycanın  elm  və  mədəniyyət xadimləri  ”    seriyasından  respublikanın 



görk

əmli alim və sənət adamlarının həyatına , elmi fəaliyyətinə həsr olunmuş 

şəxsi biblioqrafik göstəricilər çap olunmağa başlanmışdır .  

1967-ci ilin 

əvvələrində  Akademiya  şəhərciyinin  yeni  binasına 

köçürülmüş  kitabxananın  açılışı  oldu  .  MEK  1993-cü ildən  İFLA-nın 

Beyn

əlxalq Kitabxana Assosiyasiyaları Federasiyasının üzvüdür . Azərbaycan 



Respublikas

ı  prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı  ilə  təstiq 

olunmuş  AMEA-nın  nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə  əsasən 

MEK elmi status almışdır . Kitabxanada bu yöndə əsaslı struktur dəyişiklikləri 

olmuş, bilavasitə elmi tədqiqatlarla məşğul olan yeni şöbələr yaradılmışdır .  

Respublika Elmi – 

Texniki  Kitabxanası  –  İkinci  Dünya 

müharib


əsindən  sonrakı  beşilliklər dövründə  respublikamızda  sənayenin 

sur


ətlə  inkişafı  nəticəsındə  texniki  ədəbiyyata olduqca böyük təlabat 

yaranmışdır. Bu böyük təlabatı ödəmək üçün ayrı – ayrı nazirliklər, idarə və 

əssisələr, fabrik və zavodlar texniki kitabxanalar təşkil edirdilər. Ayri – ayri 



s

ənaye müəssisələri  texniki  kitabxanaları  ştatla  təmin edir,  binalar  ayırır  və 

kitab fondunu komplektl

əşdirmək üçün vəsaiti artırırdılar.  

1967-ci ilin iyulunda Az

ərbaycan SSR Nazirlər Sovetinnin göstərişi ilə 

Az

ərbaycan Neft Sənayesi Nazirliyinin Mərkəzi Elmi-Texniki  Kitabxanası 



Respublika Elmi-Texniki 

Kitabxanasına çevrildi və Azərbaycan SSR Nazirlər 

Sovetinin Elm v

ə Texnika Komitəsinə verildi . Respublikadakı bütün texniki 

kitabxana şəbəkəsinə metodik rəhbərlik bu kitabxanaya tapşırıldı. 1958-ci ildə 

Respublika ETK-

sına 62 elmi-texniki kitabxana daxil idi .  

1960-


cı  illər Respublika Elmi-Texniki  Kitabxanasının  fəaliyyətində 

yeni  m


ərhələnin  başlanğıcı  oldu. 1966-cı  il  noyabrın  29-da  SSRİ  Nazirlər 

Soveti “Elmi-

texniki  informasiyanın  ümumi  dövlət  sistemi  haqqında  ”  qərar 

q

əbul etdi. Həmin dövrdən  başlayaraq  kitabxananın  fəaliyyəti informasiya 



inistitutu  il

ə inteqrasiya edilməyəbaşladı. 1969-cu ildə kitabxanada yaradılmış  

Respublika Standartlar v

ə  normativ Texniki  Sənədlər Fondu böyük elmi 

t

əsərrüfat əhəmiyyətə malik idi.  



  

1970–1980-ci ill

ərdə  Respublika ETK-sı  böyük  inkişaf  yolu 

keçdi. 90-

cı  illərdə  Elm və  Texnika  komitəsinə  görkəmli alim, akademik 

Azad Mirz

əcanzadənin rəhbərlik etməsi Elmi-Texniki  kitabxananın 

i

nkişafında  böyük  rol  oynamışdır.  Böyük  alim, Azərbaycan Elminin 




114 

 

karifeyl



ərindən biri olan dünya şöhrətli akademik A.Mirzəcanzadə Respublika 

ETK qocaman oxucusu, onun inki

şafı  üçün  mühüm  tədbirlər həyata 

keçirmişdir. 

2000-

ci  il  dekabrın  12-də  Azərbaycan Elm və  Texnika Komitəsinin 



q

ərarı  ilə  1930-cu ildən  əsası  qoyulmuş  kitabxananın  70  illik  yubileyinin 

keçirilm

əsi barədə qəra verdi .  

2002  –  ci ild

ə Elm və Texnika komitəsinin ləğv edilməsi ilə əlaqədar 

RETK Nazirl

ər Kabinetinin sərəncamı  ilə  Azərbaycan  Respublikası 

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin tabeliliyinə 

verildi  .    Kitabxananın  işinə  müsbət təsir göstərən bu qərar  onun  inkişafını 

daha da sur

ətləndirdi və bu hal bu gün də davam etməkdədir .  

Respublika Elmi Te

xniki Tibb Kitabxanası – 1940-cı ildə SSSRİ Xalq 

Komisarları Sovetinin qərarı əsasında Respublika Elmi Tibb Kitabxanası təşkil 

edildi


. Kitabxana işinə rəhbərlik Azərbaycan SSR Səhiyə Nazirliyi tərəfindən 

h

əyata keçirilirdi. Kitabxana açılarkən onun fondunda 16552 nüsxə kitab var 



idi .  

Respublika S

əhiyyə  Nazirliyi  Kitabxananın  işinə  xüsusi  qayğı  ilə 

yanaşırdı.  1943-cü ildə  Azərbaycan  Elmi  Tibb  Kitabxanasının  yeni  bina  ilə 

t

əmin olunması ona öz fəaliyyətini xeyli genişləndirmək imkanı verdi.  



Kitabxana  öz  oxucularının  təlabatını  ödəmək  üçün  kitabxanalararası 

abonomentd

ən də  istifadə  edir, Moskva, Tbilisi, Yerevan,  Daşkənd və  s . 

şəhərlərin  tibb  kitabxanaları  ilə  əlaqə  saxlayırdı. Müharibə  dövründə 

Respublika Elmi Tibb Kitabxanası olduğundan Tibb İnistitutunun və 4 elmi – 

t

ədqiqat  tibb inistitutunun kitabxanasına metodik köməklik göstərirdi .  



Respublika Elmi 

Tibb  Kitabxanası  öz  işini  60-cı  illərdə  daha da 

genişləndirilmiş, ona ayrılmış yeni binada yeni oxu zalları açmağa müvəffəq 

olmuşdur.  

Kitabxana Az

ərbaycan Kitabxana Kollektoru ilə  yanaşı  Moskva 

kitabxana kollektorundan v

ə ittifaqın digər böyük şəhərlərindən kitablar alırdı. 

T

əkcə  1960-cı  ildə  kitabxana bu yolla 4460 nüsxə  qiymətli kitablar  almağa 



müv

əffəq olmuşdur .  

1970-1980-ci ill

ərdə  kitabxana  uzun  bir  inkişaf  yolu  keçmiş,  lakin 

1990-

cı  ildə  kitabxananın  binası  alındığından  uzun  müddət öz fəaliyyətini 



z

əiflətmişdir .  

 

ƏDƏBİYYAT 

 

1. X


ələfov A.A.  Azərbaycanda  kitabxana  işinin  tarixi: Dərsli, II hissə  -  Bakı:  “  Bakı 

Universiteti ” n

əşriyyatı , 2007 . – 552 s.  

2. X


ələfov A. A. Azərbaycanda  kitabxana  işinin tarixi: Dərslik III hissə  .  –  Bakı:  “  Bakı  

Universiteti ” n

əşriyyatı , 2010 . – 432 s.  

3

. İsmayılov X. İ. Kitabxana menecmentinin əsasları . – Bakı : 2005 . 199 s.  




115 

 

4



. İsmayılov X. İ. Kitabxanaların idarəedilməsini müasir problemləri : // Kitabxanaşünaslıq və 

biblioqrafiya . – 

Bakı : 2009 . - № 1 . – s. 27- 39  

5

. İsmayılov X. İ. Kitabxana işinin təşkili və idarəedilməsi  : Dərslik. – Bakı : 2009. – 312 s.  



 

 

Э. ГЮЛАЛИЕВ 

 

СОЗДАНИЕ, РАЗВИТИЕ АЗЕРБАЙДЖАНСКИХ НАУЧНЫХ 

БИБЛИОТЕК, МЕСТО И ЗНАЧЕНИЕ В СИСТЕМЕ БИБЛИОТЕЧНЫХ СЕТЕЙ 

 

РЕЗЮМЕ 



 

В этой статье рассказывается о развитии древних библиотек Азербайджана и о 

состоянии научных библиотек Азербайджана, а также нашли своё отражение данные о 

фондах, о библиотеках различных структур. 



 

E. GULALIYEV 

 

CREATION, DEVELOPMENT OF AZERBAIJANI ACADEMIC LIBRARIES, 

THE PLACE AND IMPORTANCE IN THE LIBRARY NETWORKS 

 

SUMMARY 

 

In this article describes the development of the ancient Library of Azerbaijan and the 

Azerbaijan state academic libraries, and also reflected data on funds, the libraries of various 

structures. 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə