Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə1/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
  1   2   3   4   5   6   7   8   9   ...   66


Azərbaycan Yaradıcılıq Fondu 
33 
  
pərdəli dram 


Azərbaycan Yaradıcılıq Fondunun 
Kitabxanası 
Azərbaycan Respublikasının Prezidenti yanında  
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 
“İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların 
yaradılması”  
qrant layihəsi çərçivəsində çap olunur. 
Redaktor: Qismət 
Ramilə Qurbanlı. 33 pərdəli dram. – Bakı: Mütərcim, 2015. – 240 səh. 
Azərbaycan  mədəniyyətinin  və  ədəbiyyatının  inkişafı  üçün  onun  hərtərəfli 
araşdırılmasına  və  təbliğatına  ehtiyac  var.  Mədəniyyət,  incəsənət,  ədəbiyyat 
xadimlərinin  sənət  və  həyat  yolları  oxucu  kütləsi  üçün  həmişə  maraq  kəsb  edib. 
Kitabdakı  materiallar  bu  baxımdan  oxunaqlıdır  və  bu  sahənin  adamlarına  gə-
rəklidir.  Kitabda  müəllifin  tanınmış  mədəniyyət  adamları  haqda  yazıları  dərc 
olunub.  Materiallarda  onların  yalnız  sənət  yolundan  deyil,  həm  də  həyat 
yollarından, keşməkeşli talelərindən danışılır. 
ISBN: 978-9952-28-??-? 
©AYF, 2015 



Maariflənmək üçün kitab 
İllərdir  ki,  mədəniyyət  sahəsində  yazan  jurnalistlər  arasında 
bir imza diqqəti çəkir – Ramilə Qurbanlı. Bu imzanın sahibi ona gö-
rə  diqqəti  çəkib  ki,  onun  yazıları  yalnız  bu  gün  üçün  yazılmayıb, 
onlar sanbalı, tarixiliyi və müasirliyi, gələcək üçün önəmliliyi ilə ki-
tabxana rəflərinə düşəcək qədər dəyərlidir.  
Müəllifin bu sıradan qələmə aldığı portret yazılarını oxudum 
və çox bəyəndim.  Bu 33 sənətkarın bütün həyatını, yaradıcılığını, 
keçdikləri  yolu  gözlərimiz  qarşısında  orijinal  surətdə  canlandıran 
yazılar  bu sahəni seçən gənclərə dərs vəsati, digər sahələrdə fəaliy-
yət  göstərən  kəslər  üçün  isə  maariflənməyə  xidmt  edəcək  bir  kitab-
dır. 
 Professor Azər Paşa Nemətov 



Səmimiyyət  işiğında 
İncəsənətdən,  o  cümlədən  teatr  sənətindən  yazmağa  maraq 
göstərən  jurnalist  çoxdur.  Kimi  məşhurların  şöhrətinin  işığında 
görünmək  istəyir,  kimi  incəsənətə  marağından  bu  işə  baş  qoşur, 
kimi sənətin zahiri cazibəsinə aşiq oluban da qələmə əl atır... 
Çox  az  qism  isə  sənətə  sevgisindən  əlavə,  onun  incəliklərini 
səylə,  ilhamla,  şövqlə  öyrənir.  Öyrəndiklərini  idrakla  mənimsəyir. 
Mənimsədiklərini  təcrübədən  zərif  həssaslıqla  çıxardır.  Sənətkara 
ehtirmaın etik prinsiplərinə bələd olur, onlar barədə təfəkkürlə, emo-
sional  məhəbbətlə,  psixoloji  dürüstlüklə  düşünmək  vərdişlərinə 
yiyələnir. 
Ramilə Qurbanlı məhz bu az qismə aid olan qələm sahiblərin-
dən biridir. 
Oxuculara təqdim olunan bu kitabda toplanmış məqalə-esse-
lər müxtəlif vaxtlarda mətbuatda çap edilib. Nə yaxşı ki, müəllif on-
ları  oxucularına  toplum  halında  çatdırır.  Bu  yazılar  müəllifin  ilk 
növbədə  sənətkarların  həyat  və  yaradıcılıqlarına  fərqli  və 
gözlənilməz  rakurslardan  yanaşması  ilə  diqqəti  cəlb  edir.  Bir  də 
xoşuma  gələn  odur  ki,  müəllif  sənətə  və  sənətkara  yanaşmasında 
emosionaldır, səmimidir, kövrək duyğuların mahiyyətinə vara bilir. 
Ramilə xanımın yaradıcılığının bir gözəl cəhəti də odur ki, qə-
ləminə ehtiramı, məhəbbəti, hörməti həmişə həssaslıqla gözləyə bilir, 
uca  tutmağı  bacarır.  Elə  buna  görə  oxucuları  da  onun  yazılarını 
intizarla gözləyirlər, məhəbbətlə qarşılayırlar. 
Əminəm  ki,  «33  pərdəli  dram»  kitabına  oxucu  məhəbbəi 
anlarla yox, günlərlə, aylarla, illərlə olacaq... 
  Professor İlham Rəhimli 



   Ön söz 
Nə vaxtsa kitab nəşr etdirmək heç ağlımın ucundan da 
keçməyib.  İşimi  çox  sevmişəm,  araşdırmışam,  yazmışam, 
yazdıqca daha çox dərinliklər açılıb, daha qaranlıq döngələrə, 
dalanlara  düşmüşəm  və  onları  işıqlandırıb,  işığı  da  orda 
qoyub  keçmək  mənə  çox  maraqlı  və  lazımlı  gəlib.  Hər  ya-
zımda  hansısa  qaranlığı  işıqlandıranda  daha  dərin  qaranlıq-
lara  baş  vurmaq  yanğısı  yaranıb  məndə.  Belə-belə  bir  də 
görmüşəm ki, kompyuterlərin, internet saytların arxivləri bu 
yazılar  üçün  ehtibarlı  saxlanc  deyil.  Bir  gün  texnika  elə  bir 
oyun  oynayar  ki  (ya  da  insan),  iyirmi  illik  zəhmətindən  bir 
damla  da  qalmaz.  Sənin  də  həyatının  mənası  itər,  elə  düşü-
nərsən  ki,  mənasız  və  xeyirsiz  yaşamısan  bu  dünyada.  Bəzi-
ləri  belə  it-bat  oldu  hətta.  Etiraf  edim  ki,  bəzilərinin  də  isti-
nadsız-filansız istifadə olunmağı xoşuma gəlmədi. Elə bildim 
kimsə  “balalarıma”  sahib  çıxmaq  istəyir.  Axı,  bu  yazılar  elə-
belə,  heçdən  yaranmayıb,  illərin  əziyyətinin  məhsuludur. 
Bunlar  quru-boş  rəqəmlər,  faktlar  toplusu  deyil,  özlərinin 
mənə  danışdıqları,  mənim  onlarda  gördüklərim,  axtardığım 
və bəzən görə bilmədiklərimdir. Eləsi olub ki, dediklərini yal-
nız o, dünyadan köçəndən sonra yazmağımı məsləhət görüb, 
eləsi də var ki, yaz, özüm də oxuyum bunları, – deyib, – sonra 
gec  olar.  Bəziləri  haqda  yazdıqlarım  ondan  sonra  ailəsinin 
ürəyincə  olmayıb,  amma  mən  əmin  olmuşam  ki,  bu  adam 
yazdıqlarımın  kimlərinsə  eşitməsini,  duymasını,  onun  haq-
qında bunları bilməsini çox istəyirdi.  
Bəziləri ilə dəfələrlə görüşüb söhbətləşmişik, səhnələrdə 
oynadıqları  obrazlara  dəfələrlə  baxmışam,  analiz  etmişəm, 
özləri ilə fikir mübadiləsi aparmışıq. Çox az qismini heç gör-
məmişəm,  oxumuşam,  öyrənmişəm,  araşdırmışam,  onlarla 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə