Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

 
80 
Onu  Mirzəağa  Əliyev  kimi  sənətkar  bəyənir,  ştata  götürül-
məsinə nail olur. 
O vaxtdan bu teatrın afişasına yeni, həm də ətrafına tamaşaçı 
toplaya biləcək bir imza yazılır – Əliağa Ağayev. 
  
 
İlk sevgi və evlilik 
  
Gənc  Tamaşaçılar  Teatrının  özülünü  qoyanlardan  biri  olan 
aktyor  az  bir  zamanda  oynadığı  obrazlarla,  istedadı  və  xoş  xasiy-
yəti  ilə  hamının  sevimlisinə  çevrilir.  Kollektivin  gənc  qızları  ara-
sında  onu  sevənlər  də az  deyildi,  amma Əliağanın  gözü  onlardan 
birini tutmuşdu. 
Gənc aktrisa Cəvahir İsgəndərova ilə səhnədə tərəf müqabili 
idilər.  Məhəbbətlərinin  özülü  elə  səhnədə  qoyuldu.    Ağadadaş 
Qurbanov bir gün onların münasibətlərindən xəbər tutub Əliağanı 
yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu 
teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı 
oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdən-
dirsə gecikmə, yaxınlaş”. 
Ürəyini  qıza  açmağa  cəsarət  eləməyən  gənc  bu  sözlərdən 
sonra qəti addım atıb Cəvcahirlə evlənir. 
Uşaqları  dünyaya  gələndən  sonra  Cəvahir  xanım  evdə  otur-
malı  olur,  Əliağa  uşaqları  ona  etibar  edib  özü  sənətin  zirvələrinə 
doğru kəşməkəşli yola çıxır. 
Onun da oynadığı “Hacı Qara” tamaşasına Mircəfər Bağırov 
baxır.  Tamaşadan  sonra  Bağırov  Əliağanı  yanına  çağırtdırır.  Qar-
daşı  Mirzəağa  1937-də  ildə  repressiyaya  uğrayan  aktyor  kəfənini 
boynuna  salıb  rəhbərin  qəbuluna  yollanır.  Sən  demə,  Mircəfər 
Bağırov  onu  çağırtdırıb  ki,  oynadığı  obrazdan  heyranlığını  ifadə 
etsin.  Deyib  ki,  çox  bəyəndim.  Fəxri  adının  olub-olmamağını  da 
soruşub. Bir müddətdən sonra Əliağa Ağayevə əməkdar artist fəxri 
adı verilib. Sonra da xalq artisti olub.  Gənc Tamaşaçılar Teatrında 
ilk və o vaxtlar yeganə xalq artisti Əliağa Ağayev idi. 


 
81 
SSRİ xalq artisti fəxri adı verilməsi üçün aktyora Kommunist 
Partiyasına  keçməsi  təklif  olunub.  Hər  dəfə  bu  söhbətdən  yumo-
runu  işə  salmaqla  yayınan  aktyor  ömrünün  sonuna  qədər nə  par-
tiyaya  daxil olub, nə də SSRİ xalq artisti adı üçün cəhd göstərib.   
 
  
Məşədi İbada verilən kürk 
 
 “O, olmasın, bu olsun” filmindən sonra Əliağa Ağayevi ha-
mı tanıyırdı, amma adı ilə deyil, oynadığı obrazla, Məşədi İbad ki-
mi. 
Aktyorla  birgə  çox  tamaşalar  hazırlayan  rejissor  Ağakişi 
Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazar-
da itib: “Dedilər, bu harada ola bilər? Hərləndim bazarı gördüm ki, 
bir yerdən səsi gəlir. Gördüm ki, əfqanlar yığılıb onun başına, qa-
bağında  da  bağlama  var.  Dedim  bu  nədir  gətirmisən?  Dedi  tanı-
dılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər". 
Mirzəağa  Əliyev  dünyasını  dəyişəndən  sonra  bir  gün  Şıxəli 
Qurbanov Əliağa Ağayevi çağırıb deyir ki, sən “Azdrama”nın səh-
nəsinə lazımsan. 
Əliağa Ağayev əşyalarını götürmək üçün doğma teatrına gə-
ləndə Gənc Tamaşaçılar Teatrının ilk aktyorlarından biri Süleyman 
Ələsgərov qəmə qərq olur: “Sən bu teatrın qapısına qıfıl vurub ge-
dirsən, buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcək-
lər”. 
Əliağa  Ağayev  Məşədi  İbadı  oynayanda  qara,  gur  saçları 
olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb. 
Saqqalının  üstündə  isə  günlərlə  özü  işləyib,  nəhayət  təbii 
göründüyünü hiss edəndən sonra çəkilişə razılıq verib. 
Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bir-
cə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin. 
Onun  teatrın  bufetinə  girməyi  yetərmiş  ki,  bütün  aktyorlar 
başına  yığışsın.  Deyib-gülməyi,  yeyib-içməyi  çox  xoşlayırmış,  elə 
bunun da güdazına gedir. 


 
82 
Heç vaxt şəxsi işləri üçün kimdənsə xahiş etməyi xoşlamayıb.  
Bir  qızı,  iki  oğlu  vardı.  Deyirdi,  bir  rollarım,  bir  də  övladla-
rımdır həyatdakı qazancım. Sənətini də çox sevərdi, amma övladla-
rının bu sənətə gəlməsinə razı olmazdı. Oğlu Vaqif ondan gizlin o 
vaxtkı  İncəsənət  İnstitutunun  rejissorluq  fakültəsinə  qəbul  olun-
muşdu. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan 
Vaqif    Ağayev  yalnız  diplomunu  alandan  sonra  onu  atasına  gös-
tərib həqiqəti etiraf etmişdi. Vaqif Ağayev çox istedadlı rejissor ol-
du.  Musiqili  Komediya  Teatrının  səhnəsində    şöhrət  qazanan 
“Hicran” tamaşasına o quruluş vermişdi. Hayıf ki, həyatdan vaxt-
sız köçdü. 
  
 
İynə vurdurub filmə çəkilib 
  
Əliağa Ağayev isə sağlam adam idi. Səhnədə, yeyib-içməkdə, 
çəkilişlərdə keçdi ömrü. Son illər, yəni ömrünün axırlarında səhhə-
tində bəzi narahatlıqlar olub, bu da yaşın göstəricisi idi. 
Çəkildiyi son “Evlənmək istəyirəm” filminin rejissoru Cahan-
gir  Mehdiyev  danışır  ki,  biz  onu  qızdırmanın  içində  çəkdik:  “De-
dim  ki,  çəkilişi  təxirə  salaq,  sizə  ziyanı  dəyə  bilər,  razılaşmadı. 
Həkim  çağırıb  iynə  vurdular,  temperaturu  bir  az  düşdü,    çəkdik, 
çəkilişdən sonra təcili yardımla getdi”. 
Amma ondan sonra  neçə-neçə çəkilişlərdə, tamaşalarda oldu 
Əliağa Ağayev. 
Yetmiş yaşı ərəfəsində, yubileyqabağı dostlarıyla kafedə otu-
rub  deyib-gülürmüşlər.  Əliağa  Ağayev  danışdığı  lətifəyə  ətraf-
dakılarla birgə ürəkdən gülüb. Necə ürəkdən gülübsə ürək damarı 
partlayıb.  Dostları elə biliblər ki, zarafat edir, baxıblar ki, yox, kişi 
dünyasını dəyişib. 
Bu, 3 noyabr 1983-cü ildə olub. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə