Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   2   3   4   5   6   7   8   9   ...   66


Yayın əvvəlində, iyunun 27-də həyatdan bir müharibə uşağı, talesiz 
ata,  ər,  etibarsızlıqdan  sarsılan  dost,  potensialını  tam  göstərə  bilməyən, 
dəyərini özü ilə aparan sənətkar getdi. 
Kiminsə  qəlbində  həzin,  xoş  xatirəsi  qaldı,  sadəcə  qoyub  getdiyi 
obrazlarla... Kimsə “Ondan bir də olmayacaq” dedi. Əksəriyyət isə ... Heç 
“təəssüf” belə demədi. 
Müharibə övladı 
Balacaboy, tösmərək bir oğlan qoltuğuna vurduğu tar boyda 
idi az qala, Bakının dar dalanları ilə bu tarı güclə daşıyıb hər gün 
dərsdən  sonra  “Pionerlər  evi”nə  gedərdi.  O  vaxt  üçüncü  sinifdə 
oxuyurdu,  tarı  çox  sevirdi,  amma  dram  dərnəyinə  gedən  Hacıağa 
adlı dostu teatrın əlçatmaz gözəlliklərindən o qədər danışdı ki, bir 
gün ona qoşulub dram dərnəyinə yollandı. İlk məşqlər, ilk tamaşa-
lar və ilk rol... Beləcə gələcəyin, məşhur, sevimli aktyorunun həyat 
yolu və taleyi müəyyən olundu. 
1935-ci il sentyabrın 5-də Bakıda sürücü Məmmədağa kişi və 
onun həyat yoldaşı, evdar qadın Anaxanımın kasıbvarı komasında 
bir  oğlan  uşağı  dünyaya  gəldi.  Adını  Səyavuş  qoydular  ki,  bəxti 
yüyrək olsun. Səyavuş fars dilindən tərcümədə atlı mənasını verir. 
Hamının  uşağı  kimi  küçədə  oynayır,  deyir-gülür,  axşam  evə  yığı-
şırdı. Məktəbə gedəndən sonra o vaxtın əksər ailələri kimi uşağı ya 
musiqiyə, ya idmana, ya da hansısa dərnəyə yazdırmalı idilər. Bu 
uşaq tarı seçdi, üç il sonra isə könüllü dram dərnəyinə keçdi. 
 Səyavuşun  taleyi  yüyrək  oldu  deyəsən,  həyatda  hər  şey 
sürətlə, hələ yaşı çatmamış gəlib-keçdi, iz buraxdı. 


10 
Böyük  Vətən  Müharibəsinin  şətəsi  bu  ailədən  də  yan  keç-
mədi, taleyinə müharibə dövründə yaşamaq yazılmış hər bir insan 
bu  və  ya  digər  dərəcədə  dövrünün  qurbanı  olur.  Bu  uşaq  da  hələ 
orta  məktəbin  ilk  illərində  müharibənin  dəhşətlərini  yaşadı.  Hər 
şeydən qurtulmaq üçün işləmək, çalışmaq lazım idi, artıq oxumağa 
vaxt qalmırdı. 
 7-ci sinfi bitirib Dəmiryol Texnikumuna üz tutur ki, tezliklə 
bir  sənətin  sahibi  olsun,  əli  çörəkpuluna  çatsın.  Oxuya-oxuya  isə 
həyatın  bütün  çətinliklərinin,  ağrı-acısının  yükünü  çiyinlərindən 
getdiyi “Dram dərnəyi”ndə müəllimi Ağadadaş Qurbanovdan öy-
rəndikləri sayəsində boşaldırdı. Onunla birgə həmin dərnəyə dostu 
Həsən  də  gedirdi.  Sonralar  bu  dostlar  Azərbaycan  kino  və  teatr 
mədəniyyətinin iki möhtəşəm sütunu olacaqdılar – Səyavuş Aslan 
və Həsən Turabov. 
 Ağadadaş Qurbanov Səyavuşu peşəkar teatr səhnəsinə gətir-
mək  üçün  çox  sınaqlara  çəkirdi,  ən  çətin,  fərqli  obrazlar  verirdi. 
Aktyor hamısının öhdəsindən gəlirdi. 
 Səyavuş  Aslan  peşəkar teatr  səhnəsinə  ilk  dəfə  1954-cü  ildə 
Musiqili Komediya Teatrı səhnəsində xorun solisti kimi çıxır. Xor-
da  işləyən  Səyavuş  Lütfəli  Abdullayevin  oynadığı  bütün  rolları  o 
qədər sevir ki, onları özündən asılı olmayaraq əzbər bilirdi. 
Bir  gün  “Arşın  mal  alan”  tamaşasının  premyerası  zamanı 
Lütfəli Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri Ələsgər Şəri-
fovdan  xahiş  edir  ki,  Vəli  rolunu  əzbər  bildiyi  üçün  ona  Lütfəlini 
əvəz etməyə icazə versin. Başqa yol yox idi. 
Səyavuş  Aslan  Vəli  obrazında  yeni  heç  nə  deyə  bilməsə  də 
rolun  öhdəsindən  gəlir.  Təpədən-dırnağa  Lütfəlini  yamsılamağı 
onu vəziyyətdən çıxardırdı. 
Həmin illərdə onlar arasında ata-bala münasibəti yaranmışdı. 
Lütfəli  bu  inadkar,  oynamaq  istəyi  ilə  yanıb-qovrulan  gənci  çox 
sevirdi,  hətta  hərdən  özünü  xəstəliyə  vururdu  ki,  Səyavuşun 
səhnəyə çıxıb özünü göstərmək imkanı yaransın. 


 
11 
Məşədi İbad “qubbaxda” 
  
Əsgərlikdə  də  Səyavuş  sevimli  peşəsi  ilə  məşğul  olurmuş. 
Şəhər  Mədəniyyət  Evinin  tamaşalarında  oynayırmış.  Bir  dəfə  isə 
çox  maraqlı  hadisə  baş  verir.  Onu rol  aldığı  tamaşanın  premyera-
sına getməyə qoymurlar. Səyavuş hissədən qaçır. Əynindəki əsgər 
mundirini  çıxardım  stulun  başına  keçirir.  Tamaşaya  gələn  patrul 
təsadüfən  açıq  pəncərədən  əsgər  paltarını  görür.  Maraqlanır  və 
həqiqət çıxır ortaya. 
 Səyavuş  Aslan  İlham  Rəhimlinin  onun  haqqında  yazdığı 
kitabda  bu  barədə  danışıb.    Deyir,  zalıma  nə  qədər  dil  tökdümsə, 
tamaşanın  ikinci  hissəsini  oynamağıma  imkan    vermədi:  “Məni 
tutub  apardı  ki,  hərbi  hissədən  icazə  kağızım  olmadan  çıxmışam. 
Özü  səhnəyə  çıxıb  Məşədi  İbadın  ikinci  hissəni  oynaya  bilmə-
yəcəyini söylədi, dedi, Məşədi İbadı tutub aparırıq, üç sutkalıq”. 
 Əsgərlikdən sonra Səyavuş Aslan gah Kukla Teatrında, gah 
Quba  Dövlət  Dram  teatrında  çalışır,  amma  hiss  edirdi  ki,  yerində 
deyil.  Nəhayət,  bir  gün  onu  Musiqili  Komediya  Teatrına  dəvət 
edirlər.  Şəmsi  Bədəlbəylinin  teatra  rəhbərlik  etdiyi  vaxtlar  idi. 
Amma  onu  aktyor  heyətinə  götürmürlər,  bunun  üçün  o  vaxt 
uğurlu bir rolla sınaqdan keçməli idin. 
Şəmsi  Bədəlbəyli  “Yoy”  tamaşasına  quruluş  verəndə  Qoşun 
rolunda  Lütfəli  Abdullayevə  Səyavuşu  dublyor  verir,  amma  onu 
da deyir ki, premyera sənin sınağın olacaq. Premyera günü Şəmsi 
Bədəlbəyli  mötəbər  qonaqları  nəzərə  alıb  sözünü  geri  götürür, 
“qoyun, Lütfəli özü oynasın” deyir. Səyavuş çox pərt halda, amma 
ötkəm səslə: “Ya premyeranı oynayıram, ya gedirəm”, -deyir. Şəm-
si Bədəlbəyli deyəsən gələcəyin potensial aktyorunu itirə biləcəyini 
anlayıb  razılıq  verir.  Səyavuş  sınaqdan  uğurla  çıxır  və  sabahısı 
teatrın aktyor heyətinə qəbul olunur. 
Onun  sənət  taleyində  Mirzəağa  Əliyevin,  Cahangir  Zeyna-
lovun böyük rolu var, hər ikisi heç bir məktəb keçməyən Səyavuş 
Aslan  üçün  əsl  sənət  məktəbi  olublar.  Daha  bir  uğuru  Lütfəli 
Abdullayevlə  olan  münasibətləri  idi.  Özünün  də  bir  vaxtlar  etiraf 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə