Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   2   3   4   5   6   7   8   9   ...   66

 
12 
etdiyi  kimi  doğma  atasını  itirəndə  hələ  həyatı  dərk  etmədiyindən 
almadığı  zərbəni  Lütfəli  Abdullayev  dünyadan  köçərkən,  onu  iti-
rərkən alıb. 
Səyavuş Aslan adı artıq afişalarda parlayır, tamaşaçılar onun 
adına tamaşalara gəlir. Yavaş-yavaş kino dəvətləri başlayır. Teatr-
da  bir-birinin  ardınca  təkrarçı,  eyni  səpgili,  komik  rollar  oynayan 
aktyor  kinoda  bəzən  faciəli  obrazların  öhdəsindən  belə  məharətlə 
gəlməyi bacarırdı. 
 Onun kinodakı, teatrdakı rollarını sadalamayacam. Səyavuş 
Aslan  dövrümüzün  sənətkarı  olub  və  rollarını  hamımız  bilirik. 
Amma  onun  bir insan  kimi,  bir  sənət  adamı  kimi  zəmanəmizdəki 
rolu hamı üçün aydın deyil. 
 Səyavuş Aslan səhnədə eyni və daha çox komik rollar yara-
dıb. Bu onun potensialından irəli gəlmirdi, əksinə, onun zəngin po-
tensialını ortaya çıxarda biləcək dərin dramaturji material yox idi. 
Gəncliyində  də,  orta  yaşda  da,  ömrünün  sonuna  qədər  ürəyindən 
xəbər verən, içini göstərə bildiyi bir rol yazılmadı onun üçün. Son 
illər  Milli  Dram  Teatrının  səhnəsində  gürcü  müəllifin  “Kaş,  araba 
aşmayaydı”  tamaşası  məxsusi  onun  üçün  tamaşaya  qoyulsa  da 
yenə  Səyavuş  Aslan  sənətkarlığı  üçün  az  idi.  Bax,  bu  sənətkarın 
faciəsidir. 
Səyavuş Aslan təbiətcə kəskin təzadlı xarakterə malik insan-
dı.  O, həm həyatından  çox  sevdiyi qadını-Ofeliya  Aslan  üçün  göz 
yaşları tökürdü, həm də onu dəlixanaya saldırmağa qadir idi. Həm 
müxtəlif  şirkət  rəhbərlərindən,  brend  firma  mağazalarından  bir 
kostyum  istəyəcək  qədər  enə  bilirdi,  həm  də  ölkə  prezidenti  ilə 
üzbəüz gələndə özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş 
edəcək qədər yüksəklikdə görünürdü. 
  
 
 
 
 
 


 
13 
Qibtə edilən sevginin iflası və sənətdə tənəzzül 
  
25  il  Musiqili  Komediya  Teatrında  çalışdı.  Bədii  rəhbər  və-
zifəsinə qədər ucaldı. 
 Həmin  illər  ərzində  bu  teatrda  nəhəng  sənət  simalarından 
ibarət  gözəl  kollektiv formalaşmışdı.  Onların  arasında  gənc,  gözəl 
Ofeliya  da  vardı.  Sevgi  özünü  gözlətmədən  gəldi.  Bir-birinə  həm 
xarakter, həm zahiri görkəmcə çox bənzəyən bu iki gənci bir yerdə 
görməyə  alışmış  gözlər,  bir  gün  onların  toy  sevincini  də  yaşadı, 
övladlarının doğuluşu münasibəti ilə təbriklər də söyləmək düşdü 
qismətlərinə. 
Teatrın kollektivi elə bil ailə idi, Nəsibə Zeynalova, Hacıbaba 
Bağırov,  Səyavuş  Aslan  üçlüyü  isə  Bəşir  Səfəroğlu,  Lütfəli  Ab-
dullayevdən  sonra  səhnəni  çiyinlərində  şərəflə  daşıyırdılar.  Bəli, 
səhnə böyük sənətkarların çiyinlərində daşınır və ötürülür. 
Şan-şöhrət,  sənət  yanğısı,  uğur,  ailə  xoşbəxtliyi-hamısı  eyni 
vaxtda gəldiyi kimi bir gün ya bir-bir, ya da elə gəldiyi kimi eyni 
vaxtda əldən çıxa bilərmiş.   
İllər  bir-birini  əvəz  etdikcə  nədənsə  sabahın  yox,  keçən  gü-
nün təəssüf və həsrətilə yaşayırsan. 
Yaxşı yaradıcı, mehriban kollektiv dağılmağa başlamışdı. Te-
atra, sənətə, sənətkara münasibət də dünənki kimi deyil nəysə, axı 
90-cı  illər  astanadadır.  Elə  bil  lənətlənib  bu  illər,  hər  il  o  birindən 
ağır gəlir. Mədəniyyətimizin tənəzzül illəri idi.  
  
 
O, qadınların deyil, qadınlar onun arxasınca gələrdi 
  
Üstəlik də ailədəki problemlər. Səyavuş Aslan qadın düşkü-
nü deyildi. O, heç bir qadının arxasınca düşməzdi, sevdiyi xanımı 
onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrə-
tinə aludə olan qadınlar vardı ki, Səyavuş Aslana rahatlıq vermir-
dilər.  Bəlkə  də  haqqında  yayılan  söz-söhbətlər,  şayiələr  bu 
qadınların  uydurması,  xəyalı  idi.  Ofeliya  Aslan  isə  qadındır-zəif 


 
14 
məxluqdur,  bu  şayiələrdən  artıq  təngə  gəlib,  psixoloji  problemlər 
baş  qaldırıb  onda.  Səyavuş  Aslan  ailəsini  sevir,  ürəyi  onlarladır, 
amma  qayğı  göstərmək,  bu  sevgini  onlara  yaşatmaq  xislətinə  xas 
deyil. 
Söz-söhbət belə kişilərin ailəsindən əskik olmur. Qadının dığ-
dığından qurtulmaq üçün isə ya boşanmaq lazımdır, ya da... 
Səyavuş Aslan hər ikisinə əl atır, illərlə həm səhnəni, həm də 
yastığını  bölüşdüyü  sevimli  Ofeliyadan  ayrılır,  üstəlik  onu  psixo-
loji dispanserə təhvil verir. 
Teatr  sənətimizin  tarixinə  qızıl  hərflərlə  yazılmış  məşhur 
“Hicran”ın  qəhrəmanları  arasında  da  hər  şey  qaydasında  deyil. 
Nəsibə  Zeynalova  Səyavuş  Aslanın  xanımına  göstərdiyi,  onun 
qənaətincə anlayışsızlığa görə qınadı, küsdü ondan. 
Hətta “Hicran” tamaşası lentə yazılıb tarixə köçürülən zaman 
o üç aktyorun üçü də bir-biri ilə danışmırmış. Düzdür, o vaxt hələ 
Səyavuşla  Ofeliya  ayrılmamışdılar,  qadının  psixoloji  durumu  da 
pozulmamışdı, amma artıq narazılıqlar axarından çıxırdı. 
 
  
Hacıbaba Bağırovun Səyavuş Aslanın yerinə keçməsi  
 
  
İllərin dostları Hacıbaba Bağırovla Səyavuş Aslan arasındakı 
soyuqluğa  isə  səbəb  tamam  başqa  amillərdir.  Burda  birincinin 
ikincinin  yerinə  göz  dikib,  dostluğu  tapdayıb  xəbərdarlıqsız  onun 
vəzifəsinə sahib çıxması amili ilə yanaşı, qadın məsələsi də istisna 
olunmurdu.  Düzdür,  bədii  rəhbər  təyinatla  olurdu,  amma  iki 
dostdan biri o birinin yerinə gəlməyə razılıq verirsə bu ikinci dostu 
incitməyə bilməzdi. 
Səyavuş  Aslan  Musiqli  Komediya  Teatrının  bədii  rəhbərli-
yindən  çıxarılanda  həm  də  övlad  nisgili  vardı,  övladlar  ata-ana 
arasında  olan soyuq  münasibətdən,  valideynlərin  onlara  qayğısız-
lığından “bəhrələnmişdilər”. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə