Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə66/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   58   59   60   61   62   63   64   65   66

 
240 
B
B
B
i
i
i
r
r
r
 
 
 
g
g
g
e
e
e
c
c
c
ə
ə
ə
n
n
n
i
i
i
n
n
n
 
 
 
i
i
i
ç
ç
ç
i
i
i
n
n
n
d
d
d
ə
ə
ə
 
 
 
m
m
m
ə
ə
ə
ş
ş
ş
h
h
h
u
u
u
r
r
r
l
l
l
a
a
a
ş
ş
ş
a
a
a
n
n
n
 
 
 
a
a
a
k
k
k
t
t
t
r
r
r
i
i
i
s
s
s
a
a
a
 


 
241 
 
 
  
 
“Məni  çoxmu  sevirsən?”-  deyə  Kamrandan  nazlana-nazlana 
soruşan  ərköyün  qız,    sevgisini  vətənin  rifahına  qurban  verən  hökmdar 
qadın,  məkrli  həyat  yoldaşı,  unudulmuş  balerina  və  saydıqca  çoxalan 
müxtəlif xarakterli obrazlarda görmüşük, sevmişik onu. Bu gün böyük bir 
kollektivə rəhbərlik edən “qara paltarlı qadın”dır. Niyə qara? Buna da, bu 
günə qədərki həyat və sənət yoluna da özü ilə birgə səyahətə çıxmağımızla 
işıq  salmaq  istəyindəyik.  Xalq  artisti,  Bakı  Bələdiyyə  Teatrının  rəhbəri 
Amlaya Pənahova ilə.   
 
 
Uşaqlığım Gəncədə keçib, orda dünyaya gəlmişəm.  Nənəli - 
babalı, atalı-analı, bibili-əmili böyük bir ailədə böyümüşəm.   Ata-
mın 17, anamın 15 yaşları olanda mən dünyaya gəlmişəm. 
Nizaminin  “Xəmsə”si  yeni  çapdan  çıxmışdı,  kitabda  qəhrə-
manların  illüstrativ  şəkilləri  uşaqlıq  hafizəmdə  həkk  olunub.  O 
qəhrəmanlarda  özümü  təsəvvür  edirdim.    Qonşuluqda  Gəncə  Te-
atrında işləyən sənətkarlar yaşayırdılar, onların uşaqları ilə oturub-
dururdum,  teatra  tez-tez  gedirdik.  Adil  İsgəndərov,  Barat  Şəkin-
skaya,  Məmmədrza  Şeyxzamanov  kimi  böyük  sənətkarlar  Gəncə 
teatrından Bakıya dəvət olunub gəliblər. Yeganə o teatra sədaqətli 
qalan Ələddin Abbasov oldu. Atamla da dost olublar, düzdür atam 
ondan  yaşca  kiçikdir.  Atam  teatr  həvəskarı  olduğundan  teatrda 
gənc  yaşlarında  rollar  da  oynayıb.  Sonra  hərbi  işi  üstün  tutduğu 
üçün hərbiçi oldu. Onun işi ilə əlaqədar da mən  10 yaşımda olanda 
biz ailəlikcə Bakıya köçdük.  
Sənətə həvəsim o qədər böyük idi ki, televiziya açılanda “Bə-
növşə” uşaq xoruna ilk yazılanlardan oldum. Atam teatr dərnəyinə 
məni  buraxmırdı,  amma  xora  icazə  verdi,  görünür  düşündü  ki, 
xorun    ardına  düşüb  getmərəm.    Xorun  rəhbəri  Əfsər  Cavanşirov 
idi.  Sənətə televiziyadan belə gəldim. Xorda beş il solist olmağım 


 
242 
sonrakı  teatr  fəaliyyətimə  çox  kömək  oldu.  Teatrda  İlyas  Əfən-
diyevin “Unuda bilmirəm” tamaşasında ilk dəfə mən səhnədə canlı 
mahnı ifa etdim.  
 
Məni sənə bağlayan-bağlayan 
Eşqim məhəbbətimdir. 
Yollarında saxlayan-saxlayan 
Sənə sədaqətimdir. 
 
Milli  məclisə  deputat  seçiləndə  orda  həmkarlarım  məni  bu 
mahnı ilə qarşıladılar. İllər sonra da yaddaşlarda qalıb, sevilir. 
İlklər  həyatımda  çoxdur.  İlk  övlad,  nəvə  olduğum  kimi. 
Mənim  çıxışımla  ilk  rəngli  televiziya  efirə  çıxıb.  Səhnədə  ilk  canlı 
ifa edən aktrisa. İlk dəfə teatr tariximizdə dramaturq aktrisa üçün 
rol  yazıb.    “Sən  həmişə  mənimləsən”  tamaşasında  Tofiq  Kazımov 
risk  eliyib  18  yaşlı  tələbə  qıza  baş  rolu  verdi.    Ondan  sonra  İlyas 
Əfəndiyev  yeni  dram  əsərlərində  mənim  ifam  üçün  rollar  yazdı. 
Onun  teatra  təqdim  etdiyi    12  əsərinin  tamaşasında  mən  rol 
oynamışam.  “Mənim  günahım”  televiziya  tamaşasını  isə  özüm 
hazırlayıb  baş  rolu  oynadım.  Teatrda  həmin  tamaşada  Ayqızı  ifa 
etmişdim.  
Kinoya  daha  çox  meylli  idim.  Ona  görə  Moskva  Kinemoto-
qrafiya  İnstitutuna  getmək  istəyirdim,  həm  də  rus  dilində  təhsil 
almışdım deyə, Moskva məni çəkirdi. Atam icazə vermədi.   Burda 
maraqlandım,  yenə  xorda  olmağım  kömək  etdi.  Xorun  məşqlərini 
etdiyimiz  məkanda  həm  də  radio  tamaşalar  yazılırdı.  Orda 
aktyorları gördüm, mənə dedilər ki, sən aktrisa olmaq istəyirsənsə 
əvvəlcə  dili  bilməlisən.  10-cu  sinfi  keçdim  gecə  məktəbinə  və 
gündüzlər  gedib  Teatr  İnstitutunda  mühazirələr  dinlədim.  Daxil 
olanda  isə  rektorun  icazəsi  ilə  mən  inşanı  rus  dilində  yazdım.  Bu 
da  necə  oldu.  İlk  dəfə  maraqlanıb  instituta  gələndə  qapı  ağzında 
bir  nəfərlə  rastlaşdım,  soruşdum  ki,  mən  kimə  yaxınlaşmalıyam 
burda  oxumaq  istəyirəm,  amma  Azərbaycan  dilində  təhsil 
almadığım üçün indidən məsləhət almalıyam. O, da mənə dedi ki, 


 
243 
gəl mühazirələrə, qəbul vaxtına qədər baxarıq. Soruşdum kimsiniz, 
məlum oldu rektor Rahib Hüseynovdur.   
Adil  İsgəndərovun  kursuna  dinləmələrə  gəlirdim,  sonra  da 
qəbul olunub onun kursuna düşdüm, çünki o vaxt birinci kursdan 
sonra  Adil  İsgəndərov  ona  verilən  kursu  bəyənməyib  özü  kurs 
yığmışdı. Mən onun kursunda dörd yox, beş il oxumuş oldum.  
Atam  mənim  instituta  daxil  olmağımı  sonradan  bildi  və 
mənimlə  kəlmə  kəsmədi.    Anam  onun  fikirlərini  mənə  çatdırırdı, 
zərbələri  anam  özünə  götürürdü.  İlk  tamaşama  ailəmi,  qohum-
əqabanı dəvət etdim gəldilər. Tamaşadan sonra atam böyük ziyafət 
verdi  və  məni  təbrik  etdi.  Dedi  ki,  istəmirdim  sən  bu  sənətin 
ətrafında  fırlananlardan  olasan.  Gördüm  ki,  ilk  addımından  uğur 
qazandın.  Mən  bir  gecənin  içində  çox  məşhurlaşdım.      Premyera 
olan ilin son gecəsinin televiziyada  “Mavi işığ”ını Əli Zeynalovla 
mən apardıq.  
Tofiq  Kazımovun  dördüncü  kurs  rejissorları  iki  tamaşala-
rında mənə rol verdilər. Orda Tofiq Kazımov məni gördü və İlyas 
Əfəndiyevin  “Boy  çiçəyi”nin  tamaşasında  Nargilə  roluna  dəvət 
etdi.  Əvvəlcə  əsəri  verdi  oxumağa.  Bir  gecənin  içində  neçə  dəfə 
oxuyub ağladım . Səhər soruşdu ki, hansı rolu oynamaq istəyirsən? 
Dedim  əlbəttə  Nargiləni.  Gəldim  Adil  İsgəndərovla  məsləhətləş-
məyə  dedi  icazə  vermirəm  sən  teatrda  işləyəsən,  mən  səni  kino 
üçün  yetişdirirəm.  O  dövrdə  Adil  İsgəndərovun  30  il  çox  böyük 
əziyyətlər çəkdiyi Azdramanı onun əlindən almışdılar. Yetişdirdiyi 
sənətkarlar ona arxa olmadılar, o, da incidi o teatrdan.  Yeni bina-
nın inşasının təhvilinə az qalmış onu işdən çıxartdılar. Adil müəl-
lim  artıq  kinostudiyada  çalışırdı.  Ondan  sonra  teatr  neçə-neçə 
rejissor  dəyişdi,  nəhayət  Tofiq  Kazımov  baş  rejissor  təyin  olundu. 
Ona  görə  Adil  İsgəndərov  mənə  icazə  vermək  istəmirdi.  Ondan 
icazəsiz  getdim  və  uğur  qazandım.  Əvəzində  gənc  dövrlərimdə 
kinoya çəkilmədim, çünki Adil İsgəndərov məndən incimişdi.  Yol-
daşım  Yusif  Muxtarov  da  kinoya  deyil,  radioya  getdiyi  üçün  onu 
da kinoya çağırmırdı.  
 


 
244 
Teatrda  bir-birinin  ardınca  “Qanlı  Nigar”,  “Bizim  qəribə 
taleyimiz”,  “Unuda  bilmirəm”,  “Şeyx  Xiyabani”,  “Təhminə  və 
Zaur”,  “Büllur  sarayda”  çox  böyük  uğurla  gedən  tamaşalarda 
oynadım. O vaxt teatrda Nəcibə Məlikova, Leyla Bədirbəyli, Barat 
Şəkinskaya  kimi  nəhənglər  vardı.  Onlar  artıq  gənc  qız  rolunu 
oynaya bilməzdilər. Mənim gəlişim teatr üçün, onların özləri üçün 
də  yaxşı  idi,  amma  müqavimətlərə  də  rast  gəlirdim.  Tamaşaya 
çıxmalı idim, qrim otağımın qapısını bağlayıb açarları itirən vardı. 
Səhnə  paltarımı  kəsib  doğrayan  vardı.  Ailəmi  dağıtmağa  çalı-
şırdılar. 
Yoldaşımla birinci kursdan tanış olduq, nişanlandıq. O, başqa 
bir  ali  təhsil  almışdı.  Dostunun  yanına  bizim  instituta  gəlib  məni 
görəndən sonra sənət verib daxil oldu və mənimlə bir kursa düşdü.  
Yusiflə  nişanlı  olduq,  institutu  bitirəndən  sonra  evləndik.  Bir  qı-
zımız, bir oğlumuz var.  48 il birgə çox xoşbəxt yaşadıq. O, da xalq 
artisti idi, Bələdiyyə Teatrını birgə yaratmışdıq.  
Uşaqlarımız  bizim  sənətə  meyllənirdilər  mən  imkan  ver-
mədim.    Oğlum  diplomatdır,  Meksikada  Azərbaycanın  səfiridir. 
Nəvələrim  də  istədilər  icazə  vermədim.  İlk  nəvəm  iki  ali  məktəb 
bitirib.  Oğlumun  oğlu  atasının  yolu  ilə  diplomat  olmaq  istəyir. 
Kiçik nəvəm deyəsən bizim sənətə gələcək, çox böyük istedadı və 
qətiyyəti var.  
Çətin  sənətimiz  var.  Düzlüyə,  həqiqətə,  insana  inamımı 
itirmişəm bu sənətdə. Teatr mənim hər şeyimdir, amma gördüyüm 
haqsızlıqları  övladımın  yaşamasına  qıymaram.  Mənim  yoldaşım 
sarıdan  dayağım  oldu,  harda  o  qarant  var  ki,  onların  da  dayağı 
olacaq.  Ətrafda  o  qədər  istedadsızlar  qaraguruhu  əmələ  gəlir  ki, 
baş  açmağa  çətinlik  çəkirsən.  Öz  sənətimdən  doktorluq  müdafiə 
elədim.  Hamıdan  gec  xalq  artisti  oldum.  Repertuar  hamısı 
çiynimdə idi. 20 tamaşadan 16-sında baş rolda olduğum bir vaxtda 
hər  şeyi  atıb  çıxdım  teatrdan.  84-cü  ildə  yaşım  40-ı  keçmişdi 
“Nişanlı qız”da Zərifəni oynadım. 1992-ci ildə çox çətin bir dövrdə 
teatr  çox  düşmüşdü,  istəyirdim  ki,  teatrla  cəbhələrdə  çıxış  edək. 
Nəhayət ki, çıxıb öz teatrımızı yaratdıq.  İlk tamaşamız “Medeya” 


 
245 
olmuşdu.  Milli  Dram  teatrından  ixtisara  düşən  qocaman 
sənətkarları da ətrafıma topladım.  
Sonralar  kinoya  ardıcıl dəvət  olunurdum, bununla belə  istə-
diyim qədər deyil. Televiziyada külli miqdarda tamaşalarda oyna-
mışam, radio tamaşalar da çox olub. 
Beş il millət vəkili oldum. Elə bilirəm ki, orda da boş yer tut-
madım.  Sənətimiz  özü  elə  siyasətə  xidmət  edir.  Biz  xalqa  xidmət-
dəyik,  sənətdə  də,  diplomatiyada  da.  Sənətkar  elə  siyasətçidir. 
Necə  siyasət  deyil  ki,  sovet  vaxtı  İlyas  Əfəndiyevin  əsərləri  ilə  
səhnədən  o  tay,  bu  tay  Azərbaycan  deyirdik.  Xalq  sevdiyi 
sənətkara inanır, siyasəti məhz o, yeridə bilər. Cəbhə bölgələrində 
bizim tamaşadan əsgər silahını götürüb birbaşa döyüşə yollanırdı.   
Həyat  yoldaşımı    itirdim.  Onunla  birgə  dayağım,  dostum-
həmdəmim  getdi. Ürək sevinmir,  gülmür. Ailəm  başsızdır,  o  mis-
siya  mənim  çiyinlərimə  düşdü.  O,  ən  pessimist  vaxtlarımda  məni 
həyata ruhlandırıb. Bu gün yoxdur.  
Bələdiyyə  Teatrı  mənim  həyatımdır.  20  ildən  artıqdır  burda 
canımı  qoyuram.  Bilirəm  ki,  bir  gün  mən  olmayanda  bu  teatr 
yaşayacaq, çünki təməli möhkəmdir. 


 
246 
  
U
U
U
n
n
n
u
u
u
d
d
d
u
u
u
l
l
l
m
m
m
a
a
a
z
z
z
 
 
 
q
q
q
a
a
a
d
d
d
ı
ı
ı
n
n
n
 


 
247 
 
 
 
 
 
 
Bir  vaxtlar  hər  gün  geyinib-soyunduğu,  yuyulan,  ütülənən, 
indi  də  geyinib-soyunmaqdan  nimdaşlaşmış,  amma  əslində 
işlənməyən  səhnə  paltarlarını  bir  çemodana  yığıb  özü  ilə  daşıyır.  
Hərdən  çemodanı  yerə  qoyur,  paltarları  eşənəkləyib  içindən  gah 
Anna  Kareninanın  şlyapasını,  gah  da  Dezdomonanın  donunu 
götürüb  geyinir,  sonra  hirslə  qarmaqarışıq  formada  çemodana 
yığıb ağzını bağlayıb götürüb gedir. Hara? Özü də bilmir.  Küçədə 
kimsə  onu  tanıyır,  ayaq  saxlayıb  arxasınca  baxır,  amma  yəqin 
inana  bilmirlər  ki,  bir  vaxtlar  səhnələri  lərzəyə  gətirən  cazibədar 
aktrisa indi belə səfil görkəmdə küçələrdə nə gəzir?! 
Bu  Afaq  Məsudun  əsrinin  qəhrəmanıdır.  Milli  Dram  Teat-
rında  Mehriban  Ələkbərzadə  “Qatarın  altına  atılan  qadın”  adı 
altında səhnələşdirib. Fikrim tamaşadan deyil, az qala eynilə həmin 
tamaşanın  qəhrəmanının  həyatını  yaşayan  aktrisadan    danışmaq-
dır. Özü də bu taleyi yaşamaqdan yaman çox qorxan  aktrisadan - 
Zərnigar Ağakişiyevadan.  
Həyatın  bütün  zərbələrinə  sinə  gərib,  sənətdə  öz  sözünü 
artıqlaması ilə deyən, şəxsi həyatındakı uğursuzluqları uğruna belə 
almadan irəli getməyi, yaşamağı bacaran xalq artisti, azad – tənha 
qadın Zərnigar Ağakişiyeva. 
Ona  mütəmadı  zəng  eliyirəm,  hər  dəfə  də  deyir  ki,  bilirəm 
vaxtın yoxdur, amma mənə zəng eləməyi unutma: “Çox darıxıram, 
nə gələn var, nə zəng edən. Qaynar bir həyatdan sükuta, səssizliyə 
düşmüşəm,  alışa  bilmirəm.  Yəqin  zamanla  alışacam,  bəlkə  də 
alışmayacam.” 
Zərnigar  xanım,  evə  qapılmayın,  çıxın  gəzin,  yazdı,  yaxşı 
hava var. Deyir utanıram: “Nə qədər küçələrdə gəzəcəksən, deyə-
cəklər havalanıb, nədir.”  


 
248 
Onu unudulmağa qoymamaq fikri ilə yaxın keçmişdə Kulis-
də gedən müsahibəsindən bəzi epizodları vermək istədim. 
 
 
Baxışlardakı sevgidən ruhlanıram 
 
”Qubadan Bakıya ticarət texnikumuna qəbul olmağa gəlmiş-
dim.  Burda  fikrimi  dəyişdim  ki,  rəssam  olmaq  istəyirəm.  Sənəd-
lərimi  rəssamlıq  məktəbinə  aparanda  sənədləri  qəbul  edən  adam 
dedi  ki,  neyniyirsən  rəssam  olmağı  qız  üçün  tibb  texnikumu  yax-
şıdır.  Mənə  qəribə  gəldi  ki,  bu  niyə  qaramat  tökür  işimə.  Çıxdım 
atama  dedim  ki,  gedək  pis  adamlar  var  burda.  Sonra  məsləhət-
ləşdik sənədlərimi verdim incəsənətə. Atam, anam savadlı insanlar 
deyildi,  amma  çox  incə  qəlbli,  uşağa  heç  nəyə  məcbur  etməyən, 
arzularının  qarşısına  sədd  çəkməyən.  “Ötən  ilin  son  gecəsində” 
anamı  oynamışam,  daha  doğrusu,  oynamamışam,  sadəcə  anamın 
həyatını yaşamışam. Atam da uşaqkən necə məcbur etməzdi, mən 
böyüyəndən  sonra elə istəklərimlə hesablaşardı. Özləri elə  tərbiyə 
etmişdilər,  başqa  cür  ola  bilməzdi.  Valideynlərimə  çox 
minnətdaram.  İldə  iki  dəfə  burdan  maşın  tutub  Qubaya  onların 
məzarlarını ziyarətə gedirəm. Yeganə övladlarıyam.  
Bir  qardaşım  var,  ana  bir,  ata  ayrı,  onunla  da  doğmalaş-
madıq,  həmişə  yad  olduq.  Bayaq  tədris  teatrından  danışırdıq,  de-
dim  ki,  İlham  Rəhimli,  İsrafil  İsrafilov,  Əlabbas  Qədirovla  tədris 
teatrında işləyirdik. Həmin illər də iş stajıma daxildir. 40 ildir mən 
sənətdəyəm.  İsmayıl  Osmanlı,  Tofiq  Kazımov,  Mehdi  Məm-
mədovla  bir  yerdə  işləmişəm.  Çox  nəhəng  sənətkarlar  görmüşəm. 
Niyə  bunları  deyirəm,  çünki  bu  illər  ərzində  tamaşaçının  məni 
qəbul  etməsini,  sevməsini  hiss  etmişəm.  Özüm  özümü  qəbul 
etməsəm  də,  məni  sənətə  bağlayan  tamaşaçı  məhəbbəti  olub. 
Şəkillərə  baxıram  özümü  tanıya  bilmirəm,  inana  bilmirəm  ki,  o 
xarakterlər məndən keçib.  
 Mən  ömür  boyu  özüm  özümü  qəbul  edə  bilməmişəm, 
özümdən xoşum gəlməyib. Hətta səsimdən zəhləm gedir. Xüsusən 


 
249 
Rusiya aktyorlarından bu fikri çox eşitmişəm ki, onlar da özlərinə 
vurğun  deyillər.  Şəhəri  piyada  çox  gəzirəm,  zövq  alıram  Bakının 
gözəlliyindən,  insanlardan.  Kimlərsə  yaxınlaşıb  ürək  sözlərini 
deyirlər.  Onların  gözlərindəki  sevgini,  parıltını  görəndə  çox 
ruhlanıram. Başa düşürəm ki, əməyim boşa getməyib.  
 
 
13 il birgə yaşadığım adamdan ayrıldım 
 
İlk dəfə səhnəyə gələndə məni bir aktrisaya dublyor verdilər, 
gözləri  ilə  məni  parçalayırdı.  Gözləri  açıqca  deyirdi  ki,  rədd  ol 
burdan. Çıxıb getdim. İnstitutun rektoru o vaxt Rahim müəllim idi, 
dedi ki, sən niyə baş teatrdan çıxıb getmisən, başqaları yalvarır ki, 
ora düşə bilsin. Dedim ki, məni çəkmədi. Sonra təkrar qaytardılar 
və  bu  dəfə  Leyla  Bədirbəyliyə  dublyor  verdilər.  Düşündüm  ki, 
yenə  eyni  vəziyyəti  yaşayacam.  Məşqlər  başlandı,  Leyla  xanım 
əsərin  oxunuşunda  məni  çağırdı  yanına.  Məsləhətlər  verdi,  isti 
münasibət,  səmimiyyət  göstərdi.  Tamaşa  təhvil  veriləndə  Leyla 
xanım xaricə istirahətə getdi, baş rol mənim ifamda premyera oldu. 
Ostrovskinin  əsəri  idi,  Səməndər  Rzayev,  İsmayıl  Osmanlı,  “ağır 
texnika”  ilə  bir  səhnədə  oynadım.  Tamaşa,  ilk  rolum  çox  gözəl 
qəbul olundu.  
Münasib  yaş  dövrünə  düşmədik.  Mən eyni  dövrdə  oxuduq-
larımızın hamısından yaşca böyük idim, teatrda isə əsasən məndən 
çox  böyüklər,  ya  da  çox  kiçiklərlə  ünsiyyətdə  olduq.  Rus  bölmə-
sində  oxumuşdum,  birdən-birə  ətrafdakılara  adaptasiya  ola  bil-
mirdim. Nə bilim, bunlar bəhanədir, əsas odur ki, tale belə gətirdi, 
Allahın yazısıdır.  
13  il  birinə  bağlandım,  bir  yerdə  yaşadıq,  sonra  anladım  ki, 
bu adam ailə qurmağa layiq deyil. Əvvəla, mənim sənətimə mane 
olmurdu, deyirdi işlə. Bu xoşuma gəlsə də, sonra acığıma gəldi ki, 
niyə  bu  mənim  mehmanxanalarda,  uzaqlarda  olmağımı  qəbul 
edir?  Bir  də  ailə  üçün  yaranmamışdı  elə  bil,  hər  şeyə  biganə  idi. 
Mən də artıq tamaşaçı tərəfindən sevilmişdim, o sevgi üstün gəldi. 


 
250 
Elələri də olurdu ki, yaxın düşməyə ürək eləmirdi ki, birdən sənəti 
atmaz. Qadınlar istəyir ki, kişi onun üzərində qələbə çalsın, amma 
kişilər güclü xarakterli, ağıllı qadınları sevmirlər. Xəyanətlə yoxam, 
dözə  bilmərəm.  Allah  məni  səhnə  üçün  yaradıb.  Bir  dəfə  anam 
dedi ki, mən uşaq olanda qaraçı anama deyib ki, bu uşaq məşhur 
olacaq.  Anam  deyir  dərd  məni  götürdü  ki,  bu  hələ  uşaqdır  necə 
məşhur ola bilər. İndi başa düşürəm ki, o, qaraçı mənim özfəaliyyət 
dərnəyində çıxışlarımı görüb başa düşüb ki, aktrisa olacam, avam 
anama  ona  görə  belə  deyib.  Anam  da  elə  bilib  ki,  qaraçı  uzaqgö-
rəndir. Hələ beş yaşımdan səhnələrdə idim. Anam 40 hörük hörər-
di  mənə,  həmişə  səhnələrdə  şeir  deyərdim.  O  vaxt  Ələsgər  Ələk-
bərov məni Qubada səhnədə görüb deyib ki, bundan bir şey çıxa-
caq.  
Çıxdı,  özünü  bütünlüklə  sənətə  həsr  etdi,  peşman  da  deyi-
ləm.  Əgər  künc-bucaqda  qalsaydım  peşman  olardım.  Şükür  ki, 
tamaşaçı  da  sevib  dəyərləndirir,  dövlət  də  sağ  olsun,  bu  yaşımda 
təminatım  var.  Ömür  boyu  qaçhaqaçda  olmuşam,  məşqlər,  qas-
trollar,  əziyyətlər.  İndi  istəyirəm  12-yə  qədər  yatıram,  rahat  yaşa-
yıram.  Xalq  artisti,  ömürlük  təqaüdçüyəm,  bütün  bunlar  dəyərdir 
mənə. Bu güzəran üçün özünü həsr etməyə dəyərmiş. Bu gün məni 
yaşadan qüvvə odur ki, zəhmətim hədər getmədi.” 
Bi  optimism  həm  də  bir  qədər  özünü  gözlənilən  qorxudan 
sığortalamaq  xarakteri  daşıyırmış.  Bu  gün  tamam  başqa  cür  da-
nışır.  Qorxur.  Qorxur  ki,  bir-neçə  ay  əvvəl  əvvəlcə  öz  taleyini 
oynayırmış  kimi  hazırladığı,  sonra  əlindən  alınan  “Qatarın  altına 
atılan qadın”ın taleyi onu da izləyir. Ona görə küçədə görünmək-
dən, teatra getməkdən çəkinir.  
Tamaşada  aktrisa  nə  qədər  qovulsa  da  hər  gün teatra  gedir. 
Bir  gün  teatrın  səhnəsindən  özünü  qatar  altına  atırmış  kimi  zala 
atır. Anna Karenina taleyi… Bu talehli qadınlar hər dövrlərdə var.  
Bəlkə  nə  qədər  əlimizdə  imkan  var,  zəmanəmizdə  yaşayan 
bir qadını bu taleyi təkrar etməkdən qoruyaq… 
Bunun üçün azacıq diqqətli olmaq yetər.  


251 


 
252 
Çapa imzalanıb: 08.10.2015. Format: 70x100 1/32. Qarnitur: Cambria. 
Həcmi: 5,5 ç.v. Tiraj: 400. Sifariş № 204.  Qiyməti müqavilə ilə. 

Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə