Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   2   3   4   5   6   7   8   9   10   ...   66

 
23 
Bundan  sonra  Nodar  Şaşıqoğlu  səkkiz  il  Bakıda  yaşadı.  Re-
jissor  Məhərrəm  Haşımov  onu  dəfələrlə  Rus  Dram  Teatrında  işlə-
məyə çağırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci 
illərin  sonu  -  60-cı  illərin  əvvəllərində  "Azərbaycanfilm"in  ən  par-
laq aktyoru Nodar  Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. 
Pula da pul demirdi. Bakının gözəl vaxtları idi. Dövlət Bakıda ona 
ev  də  vermişdi.  Bakının  iki  Mixaylosu  vardı  -  biri  müharibədə 
həlak olan, biri Nodar Şaşıqoğlu. Təkcə Mehdinin ailəsi yox, bütün 
Azərbaycan bunu belə qəbul eləmişdi.  
Küçədə  onu  "Mixaylo"  deyib  qucaqlayıb  öpürdülər.  Nodar 
Şaşıqoğlu  bu  şöhrətdən  şaşırmırdı.  Küçələrdə  piyada  gəzməkdən 
çəkinmirdi.  
 
 
Bakını namus üstdə tərk etməli oldu 
 
O zamanlar Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. 
Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlə-
rini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri 
varmış.  Fotoqrafın  çox  gözəl  xanımı  olub.  Nodar  Şaşıqoğlu  ilə  bu 
xanım  elə  ilk  görüşdən  bir-birilərinə  aşiq  olurlar.  Bu  sevgi  Nodar 
Şaşıqoğlunun  hesab  etdiyi  qədər  də  ötəri  olmur,  alovlanır,  hisslə-
rinə hakim ola bilmirlər. Bu həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lə-
tif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilir-
di. 
Həyatda yaşadığı sevgi filmdə gözlərində əksini tapır. Füzu-
linin misralarını qəlbindəki dəli, ümidsiz sevgi ilə alovlandıran No-
dar  Şaşıqoğlu  sonralar  bu  rolu  ən  çox  sevdiyi  obraz  adlandırıb: 
“Filmdə  dəli  insanın  surətini  yaratmamışam,  məhəbbətin  filoso-
funu oynamışam”, – deyrdi. 
Filmdən  fərqli  olaraq  həyatda  sevgisinə  qovuşur.  Qadınla 
evlənirlər.  Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşq-
çisiydi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu 
ilə   münaqişəyə  girdi.  Mentalitet,  adət-ənənə,  hamısı  “baş  rol”da 


 
24 
oldu.   Nodar  Şaşıqoğlunun  Azərbaycanda  bütün  yolları  bağlandı, 
təbii ki, vəzifəli şəxslər tərəfindən. 70-80-ci illərdə belə rejissorlara 
icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu rola dəvət etsinlər. Məsələn, 
"Dədə  Qorqud"  filmində  baş  rola  çəkilməli  imiş.  Həmin  adam 
siyahıda  onun  adının  üstündən  qalın  bir  xətt  çəkir,  üstəlik  Tofiq 
Tağızadəyə də gözlərini ağardır.  
 
 
Məcburən Moskva həyatı 
 
“Leyli və Məcnun” filminin  Sankt-Peterburqdakı  səsləndiril-
məsi zamanı Azərbaycanın o vaxt əməkdar artisti Nodar Şaşıqoğlu 
möhtəşəm  Aleksandrinsk  Teatrında işə  götürülür.  Yenicə  Məcnun 
rolundan çıxmış aktyor teatrda ilk dəfə Don Juanı oynayır. 
Sağlığında  kişilərə  maraqlı  məsləhətlər  verib:  “Həyatda  hə-
mişə Don Juan olmuşam. Amma həyatda mənim kimi Don Juan ki-
şilərin  heç  birinə  arzu  etmirəm  ki,  günlərin  bir  günü  dönüb  Məc-
nun  olsunlar.  Bu  fəlakətdir.  Görün,  məcnunluğuma  nələri  qurban 
verdim?..  Mən  bütünlüklə  Bakı  həyatımı,  kino  yaradıcılığımı  mə-
həbbətimə qurban verməli oldum. 
Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız teatrın qastrol sə-
fərləri ilə neçə ildən bir bura gəlirdim. Yadıma gəlir, Aleksidzenin 
tamaşaya  qoyduğu  "Antiqona"  və  "Günün  gur  vaxtı"  ("Ças  pik") 
tamaşalarıyla bura gəlmişdim. Çox uğurlu tamaşalar idi. Biri klas-
sik yunan faciəsi, digəri müasir psixoloji dram. Qastroldan savayı, 
bəzən həyat yoldaşımın burdakı işləriylə əlaqədar Bakıya bir neçə 
günlüyə gəlməli olurdum. Bunlara baxmayaraq, Bakı mənim üçün 
onda keçmiş idi. Artıq Peterburq həyatımı yaşayırdım. Əvvəlki xa-
siyyətimdə qala-qala” . 
Xasiyyətindən özü də şikayətçi olub. Növbəti dəfə ailəsindən 
ayrıldı. Onun üçün öz  ərini, hər şeyi qoyub gedən xanımına evini 
verib  çıxdı.  Bakıdakı  mənzilini  isə  onun  atasına  bağışlamışdı.  
Onu  Aleksandrinsk  Teatrından  üç  dəfə  xaric  ediblər.  Sonra  yenə 
teatra  qəbul  etdilər.  Çıxarılmağının  səbəbi  isə  tez-tez  fərdi  yara-


 
25 
dıcılıq səfərlərinə çıxmağı, xaltura ilə məşğul olmağı idi. Həm pul 
qazanmalı idi, həm də yeni münasibətlər axtarırdı, darıxırdı. 
Bakı isə onun üçün böyük  məna kəsb edirdi. Ömrünün son-
larında yenə bura – Bakıya qayıtdı. Bura onun sevdiyi, onu sevən-
lərin çoxluq təşkil etdiyi şəhər idi. 
Azərbaycan teatrını da çox sevirdi. Bütün filmlərdə onun səsi 
olan  Əli  Zeynalov  və  özü  xasiyyətdə   Eldəniz  Zeynalovla  dostluq 
edərdi.  Hər  ikisinin  dəfnində  də  Bakıya  gəlib.  Barat  Şəkinskayanı 
sevərdi,  hər  gəlişində  onunla  görüşə  can  atarmış.  Bir  dəfə  özünü 
saxlaya  bilməyib  onu  sevdiyini  deyib.  Barat  Şəkinskaya  gülümsə-
yib ona – "eyni sözləri əmin Ülvi də deyib mənə", - deyə etiraf edib. 
Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız oldu, 
evləndilər. Fürsət tapan kimi ona xəynət edən bu qadını da Nodar 
Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır. 
Bakıya qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə baş-
layan  aktyor  bir  gün  rejissor  Aleksandr  Şarovskinin  kabinetinə 
girib: “Cənab rejissor, mənim üçün "Kral Lir" tamaşasını qoy, Kral 
Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim”, - 
deyir.  
Dünyanıı  işinə,  möcüzəsinə  bax,  İlahi.  Elə  də  oldu. Bakıya 
qayıdandan  sonra,  (elə  bil  ölməyə  gəlmişdi)  Heydər  Əliyevin  ona 
bağışladığı mənzilində uzun müddət xəstə yatdı. Moskvadan, dörd 
arvaddan  qalan  iki  oğlundan  biri  gəlib  onun  yanında  qalırdı. 
Oğlanlarının  ikisinin  də  adı  Nodardır,  çünki  hər  ikisi  o,  analarını 
qoyub  gedəndən  sonra  dünyaya  gəlib.  Anaları  da  onun  adını 
oğlanlarına verib.  
Özündən sonra yer üzündə iki Nodar Şaşıqoğlu, bir də yüz-
lərlə obraz qoyub getdi. 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə