Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

 
26 
H
H
H
ə
ə
ə
b
b
b
s
s
s
x
x
x
a
a
a
n
n
n
a
a
a
d
d
d
a
a
a
n
n
n
 
 
 
v
v
v
ə
ə
ə
 
 
 
 
 
 
ə
ə
ə
s
s
s
ə
ə
ə
b
b
b
 
 
 
s
s
s
a
a
a
n
n
n
a
a
a
t
t
t
o
o
o
r
r
r
i
i
i
y
y
y
a
a
a
s
s
s
ı
ı
ı
n
n
n
d
d
d
a
a
a
n
n
n
 
 
 
k
k
k
e
e
e
ç
ç
ç
ə
ə
ə
n
n
n
 
 
 
ö
ö
ö
m
m
m
ü
ü
ü
r
r
r
 
 
 
y
y
y
o
o
o
l
l
l
u
u
u
 
 
 
 
 
 
 


 
27 
 
 
 
 
 
Tanrının  ali  məxluq  kimi  yaratdığı  insan  ömür  boyu 
yanlışlıqlar  edir,  səhvlər  və  onları  guya  düzəltməyə  çalışmaqla 
keçir  ömrümüz.  Bir  səhvimiz  də  ondadır  ki,  sevdiklərimizdən 
olduqları  kimi  deyil,  bizim  istədiyimiz  kimi  görünmələrini  tələb 
edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. 
Nə  xoş  o  kəsə  ki,    yerindədir.    İndi  söhbət  açacağım  şəxs  də  iste-
dadlıdır,  illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına 
çevrilə  bilib,  öz  yerindədir,  həm  də  olmaq  istədiyi  yerdə.  Biz  isə 
ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman 
olmasını  istəyir  və  səhv  edirik.  Bu  səhv  həm  onu  itirməyimizə, 
həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər... 
Bir  az  əvvələ  qayıdacağam,  daha  doğrusu  keçmişə,  Sovet 
dönəminə.  O  vaxta  ki,  insanlar  əmək  sahəsində  böyük  uğurlar 
qazanırdılar  və  onların  əməyi    qiymətləndirilirdi.    Bu  başqa 
söhbətdir ki, onlara verilən stimul yazıqların işlədiklərindən ikiqat 
artıq çalışmaları üçün hesablanırdı. 
 Ağsuda bir qız vardı. Gəncəcik qız əlləri ilə o qədər pambıq 
yığırdı ki, heç kombayn bu nəticəni verə bilmirdi. Zümrüd adlı bu 
qız    o  vaxtın  pambıq  qəhrəmanı  idi  –  staxanovçu.    Bu  Staxanov 
şaxtaçı  olub,  əmək  sahəsində  elə  bir  rekord  əldə  edib  ki,  onun 
rekorduna yaxınlaşan adama onun adı ilə staxanovçu deyirlərmiş. 
Zümrüd  staxanovçu  olandan  sonra  partiya  işçisi  olan 
Əhmədlə talelərini birləşdirir, həyat yollarında birgə addımlamağa 
başlayırlar.  Amma  Zümrüd  daha  pambıq  yığmır.  Əvəzində 
dünyaya  səkkiz  övlad  gətirir  -  üç  qız,  beş  oğlan.  Bu  sahədə  də,  
maşallah, staxanovçu olur. 
 
 
 


 
28 
Məktəbə tez gedib, onu gec başa vurdu 
 
Ailənin  böyüyü  Rasim  boyca  hündür  olsa  da  çəlimsizin  biri 
idi,  hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma 
bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki,  5 yaşında 
artıq  əlifbanı  bilir,  6  yaşında  heç  kimin  köməyi  olmadan  kitab 
oxuyurdu.  Ona  görə  də  valideynləri  qərara  gəlirlər  ki,  Rasimi  6 
yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda get-
məli idi məktəbə, onu götürmək istəmədilər. Atasının partiya fəalı 
olması işə yarayır bu yerdə. 
 “Mənim  üçün  1-ci  sinif  çox  maraqsız  keçdi.  Onlar  hərfləri, 
rəqəmləri öyrənirdilər hələ, mən bunları çoxdan bilirdim,  üzündən 
sərbəst oxuyurdum”. 
 Həmin il, yəni 1954-cü ildə məktəbə gedənlər üçün təhsil ili 
11  il  oldu.  Tərs  kimi,  adam  bir  il  irəli  düşmək  istədi,  amma  elə 
həmyaşıdları  ilə  eyni  ildə  qurtardı  məktəbi,  çünki  növbəti  il 
məktəbə gedənlər yenidən 10 illik təhsillə bitirdilər orta məktəbi.  
Məktəb  illərində  ədəbiyyat  müəlliməsi  Nabat  müəllimənin 
sayəsində ədəbiyyatı, sənəti sevdi Rasim: 
“Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxuma-
ğım  onun  xoşuna  gəlirdi.  Sinifdə  dram  əsərlərini  rollara  görə 
bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O 
vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə 
rolumu yaxşı oynamağıma kömək edirdi”. 
Bir  də  Rac  Kapurun  o  vaxt  bütün  Sovetlərə  yayılan  filmləri 
Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac 
Kapurun rollarını oynayardı. 
Bir  gün  xəbər  yayıldı  ki,  Ağsuda  “Uzaq  sahillərdə”  filmi 
çəkilir: “10 yaşım vardı. Ağsu aşırımında filmin müəyyən kadrları 
çəkiləndə  mən  də  tamaşa  edirdim.  Nodar  Şaşıqoğlunu  çox  se-
virdim,  ürəyim  atlanırdı  ki,  görəsən  mən  də  belə  aktyor  ola 
bilərəmmi?  Taleyin  işinə  bax  ki,  Kino  İttifaqın  katibi  kimi  onu  öz 
kabinetimdə qəbul etdim, oturub söhbətləşdik”. 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə