Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında


Ana əllərinin nəvazişi üçün getdi,  həbsə düşdü



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

 
29 
Ana əllərinin nəvazişi üçün getdi,  həbsə düşdü 
 
 Artıq orta məktəbin son siniflərində Rasim sənətini seçmişdi. 
Dostu Səməndər Rzayevin institutdan kəsilmiş, qayıdıb məktəbdə 
dram dərnəyi yaratmışdı. Bu, Rasimin arzusunu reallaşdırmağa bir 
az da təkan oldu. 
Növbəti  il  ikisi  də  Teatr  İnstitutunun  aktyorluq  fakültəsinə 
qəbul  olundular.  Nabat  müəllimə  də  onun  bu  seçimindən  və 
uğurundan çox məmnun qaldı. Ailə də bu addıma zidd getmədi.   
Ümumiyyətlə,  rayon  Partiya  Komitəsində  məsul  vəzifədə 
çalışan atanın oğlu çətinlik görməmişdi, atdığı addımlar da həmişə 
uğurla  nəticələnmişdi.  Gəncin  gözü  ayağının  altını  görmürdü,  elə 
bilirdi  ki,  elə  həyat  belədir,  hər  şey  asanlıqla  başa  gəlir,  istədiyin 
hər şeyi edə bilərsən. 
Üçüncü  kursda  oxuyurdu,  möhkəm  soyuqlamışdı,  qış 
sessiyası  öncəsi  rayona  gedir  ki,  anası  onu  sağaltsın.  Neçə  ay  idi 
rayona  getməmişdi,  anasının  nəvazişli  əlləri  ona  dəyən  kimi 
sağalacağına əmin idi, amma soyuqlama keçmək bilmədi. Rayonda 
bir dostu ilə Ağsu xəstəxanasına yollandılar.   
Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz 
gəlmir, dalaşmalı olurlar. Rasim də təbii ki, dostuna kömək etməyə 
çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. 
Bu  dava  isə  həmin  dövrdə  xırda  xuliqanlığa  az  qala  terrorizm 
qədər  cəza  kəsildiyi  dövrə  təsadüf  edir.  Sovet  milisi  xuliqanlığa 
görə Rasimi həbs edir. 
“100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə 
bütöv  bir  həyat  dərsi  oldu.  Çox  burnu  yuxarı  idim,  həyat  mənim 
üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat 
nədir”. 
Rasimi həbsxanadan çıxartmaq elə də asan başa gəlmir. Atası 
vəzifədə olsa da xış kötüyə ilişmişdi. Dostu ilə birləşib döydükləri 
gənc o vaxtkı baş prokuror Qambay Məmmədovun qohumu imiş. 
  
 


 
30 
Sevdiyi əmi qızı ilə... 
 
100 günlük həbsxana həyatından sonra Rasimə məhkəmənin 
qərarı ilə bir il şərti iş verilir.   
 Bu vaxt ərzində onun kurs yoldaşları artıq semestr imtahan-
larını  vermişdilər.  Tələbə  yoldaşları  yığışıb  Teatr  İnstitutunun 
rektoru Rahib Hüseynovun yanına xahişə getdilər.   
“O  vaxt  beş-altı  uşaq  götürürdülər  kursa  və  onları  yaxşı  ye-
tişdirirdilər.  İndiki  kimi  konveyer  üsulu  ilə  aktyor  buraxmırdılar. 
Rahib müəllim kurs işlərimi görüb bəyənmişdi. Dedi, səni ona görə 
kursa  bərpa  eləyirəm  ki,  yaxşı  bir  aktyoru  gələcək  mədəniyyə-
timizdən qopartmayım, amma bir də elə bir hərəkətin olsa heç nəyi 
nəzərə almayacam”. 
Rasimi öz kursuna bərpa edirlər, şərti işin də vaxtı bitir, tələ-
bəlik  həyatının  da.  Rasim  institutdan  uzaqlaşmır,  elə  tədris  teat-
rında işə başlayır, bundan başqa institutda dərs də deyir. 
İlk  baxışdan  həyat  öz  axarına  düşmüşdü,  Rasim  ailə 
qurmuşdu,  sevdiyi  əmisi  qızı  ilə  evlənmişdi,  işləyirdi.  Bakıda  bir 
erməninin  evində  kirayədə  yaşayırdılar,  atasının  əli  də  üstlərində 
idi.   
Bir  gün  Rasim  qayğıkeş  atanın  ölüm  xəbərini  aldı.  Bu  qəfil 
ölüm  onu  çox  sarsıtdı.  Həmin  il  oğlu  Ülvinin  dünyaya  gəlişi  onu 
qismən bu sarsıntıdan çıxara bildi. Amma həyat rahat deyildi daha
kirayədə yaşamaq, ailənin böyüməsi, məvacibin azlığı…  Bir tərəf-
dən  də  dəvət  aldığı  bütün  sınaqlar  uğursuz  nəticələnir,  az  qala 
təsdiq olunduğu rola belə sonda başqasını çəkirlər. 
“Bu  nə  işdir  belə,  əgər  belə  istedadsız  idimsə  niyə  Müxlis 
Cənizadə kimi ustad mənim gələcəyimin parlaq olacağını deyirdi, 
niyə  Rahib  Hüseynov  məni  instituta  bərpa  etdi?  Yox  əgər  baca-
rıramsa niyə bacarıqsız kimi kənarda qalıram ? “- kimi suallar ona 
rahatlıq vermirdi. Ondan bacarıqda geridə olan uşaqlar çəkilirdilər 
filmlərə, teatrların qapısı üzlərinə açılırdı, amma Rasim üçün bütün 
qapılar birdən bağlanmışdı elə bil.     


 
31 
1972-ci ildə sarsıntı,  əziyyət o həddə çatır ki, Rasim xəstəxa-
naya  düşür.  Həmin  vaxt  onun  ikinci  oğlu  dünyaya  gəlir.  Rasim 
xəstəxanadan  xəbər  göndərir  ki,  adını  Asim  qoyun,  ölsəm  yalnız 
“R”  hərfini  adın  əvvəlinə  əlavə  edərsiniz.  Depressiya  onu  çox  pis 
hala  salmışdı.  Belə  xəstələr  adətən  həyatlarında  yaxşılığa  doğru 
əsaslı dönüş olarsa həyata qayıdırlar. 
Bu  o  dövr  idi  ki,  İsa  Hüseynovla  Həsən  Seyidbəyli  Nəsimi 
axtarırdılar.  Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında 
gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sı-
nağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxu-
madan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. 
İkinci  rejissor  bu  sözləri  Həsən  Seyidbəyliyə  çatdırır.  Rejissor 
həmin anda səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim 
yenidən  müayinədən  keçirilir  və  onu  Mərdəkana  əsəb  sanatoriya-
sına göndərirlər. Orda müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə 
başlayır. 
1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı 
ilə  bağlı  çox  önəmli  bir  qərar  verir-onu  Nəsimi  roluna  təsdiqlə-
məklə həm də ölümün pəncəsindən qoparır. Rasim  sevindiyindən 
uşaq kimi hönkür-hönkür ağlayır. 
 
  
Nəsiminin dərisi soyulanda o, öz əlinə  
mismar pərçimləyirdi 
 
 Film  Rasim  üçün  uğurlu  başlanğıc  oldu.  Filmin  ilk  nüma-
yişinin  səhəri  Rasim  artıq  bütün  Sovetlər  Birliyində  məşhur  idi  -  
Rasim Balayev kimi. 
Filmin  rejissoru  Həsən  Seyidbəyli  deyirmiş:  “Hamı  məni  qı-
nadı ki, elə bir obrazı gənc, təcrübəsiz aktyora həvalə etməklə iflas 
edərsən, riskə getmə. Getdim, amma inandım ki, bu risk deyil, bu 
gənc  çox  istedadlıdır,  mənə  onda  öz  istedad  və  bacarığına  inam 
yaratmaq qalırdı ki, o, Nəsimiləşsin”. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə