KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   9   10   11   12   13   14   15   16   ...   112
k x 2017 n 1

15


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Praktik transkripsiya məsələləri, yəni xarici dilə məxsus səslərin işarələr 
sisteminin köməyi ilə başqa bir dildə verilməsi redaktədə böyük əhəmiyyətə 
malikdir. Çünki xüsusi isimlərin və coğrafi adların yazılışında uyğunsuzluq 
mətnin anlaşılmasını çətinləşdirir, məlumat kitabçalarından, xəritələrdən
kataloqlardan istifadə etmək imkanlarından məhrum edir. Məsələn, rus dilində 
ingilis yazıçısı və dramaturqu, məşhur “Forsaytlar haqqında saqa” silsiləsinin 
müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1932) Con Qolsuorsinin 
(ingilicə: John Galsworthy)
soyadı 18 variantda verilir. Bu isə kataloqlarda 
onun əsərlərinin axtarışını xeyli çətinləşdirir.
Qeyd edək ki, Azərbaycan dilində xarici mənşəli xüsusi isimlərin və 
coğrafi adların verilməsinin üç ənənəvi üsulu mövcuddur.
1. X arici adın m ənasının dəqiq tərcüm əsi (başqa sözlə, köçürülm əsi, 
kalk alaşd ırm a, yəni başq a b ir dili təqlid və ya hərfi tərcüm ə yolu ilə söz 
və ya ifadənin düzəldilm əsi). Bədii ədəbiyyatda o, nisbətən nadir hallarda 
verilir. Belə ki, qəhrəmanın adı və ya yerin adı ədəbi obrazın varlığını 
(mahiyyətini) əks etdirirsə və onsuz öz mənasını itirirsə, onda həmin adın 
dəqiq mənası tərcümə edilir 
(məsələn, Şaltay-Baltay (Шалтай-Болтай) -
(Axmaq-Uxmaq) - Humpty-Dumpty, Hündürdən uçuş adası - остров
Высокопрыгия - island o f Leap-high).
Ədəbiyyatın başqa növlərində kalkalaşdırmaya əksər hallarda coğrafi 
adlar məruz qalır. Belə ki, onların tərcüməsinə lap çoxdan təşəbbüs 
göstərilmişdir 
(məsələn: 
Araılq 
dənizi 
-
Средиземное 
море 
-
Meadyterraniansea, Qayalı dağlar - Скалистые горы - Rocky mountainse).
2. Ənənəvi yazılış. Qeyd etmək lazımdır ki, bəzi dillərdə, xüsusilə rus 
dilində xarici mənşəli xüsusi isimlərin və coğrafi adların çox güclü və tipik 
yazılış ənənəsi vardır 
(məsələn: Roma əvəzinə Rim (Рим), Istanbul əvəzinə
Stambul (Стамбул), Marsey əvəzinə Marsel (Марсель) və s.).
Azərbaycan 
dilində də bu ənənəyə rast gəlmək mümkündür. 
Məsələn: Rossiya əvəzinə
Rusiya, Hungary əvəzinə Macarıstan, Hayastan əvəzinə Ermənistan,
Sakartvelo əvəzinə Gürcüstan və s.
3. Q alan h a lla rd a A zərbaycan dilində xarici dildə olan adın 
tra n sk rip siy a edilmiş v a ria n tı verilir. Belə bir qrammatik qayda da özünü 
doğrultmuşdur: əgər dillərin qrafikası eynidirsə (məsələn: hər iki dil latın 
əlifbasına əsaslanırsa), o zaman adətən transkripsiyadan istifadə edilmir
əvvəlki dilin yazılışı saxlanılır (məsələn: ingilis dilindən fransız, alman, çex 
dillərinə tərcümə zamanı bu qaydaya əməl olunur). Amma bu halda nəzərə 
almaq lazımdır ki, ad başqa dilin qanunları əsasında oxunacağına görə təhrif 
edilmiş şəkildə səslənə bilər 
(məsələn: ingilis soyadı Çerçil (Ser Uinston
Leonard Spenser Çörçill (ing. Sir Winston Leonard Spencer-Churchill) polyak
dilində Xurxill (Churchill)
kimi səslənəcək). Bu halda redaktor oxucuların

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə