KitabxanaşÜnasliq və İnformasiya №2(8) 2012 56 TÜrkməNİstanda kitab və Kİtabxana məDƏNİYYƏTİ kazimi P. F



Yüklə 69,08 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü69,08 Kb.
#24535


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

56

TÜRKMƏNİSTANDA KİTAB



VƏ KİTABXANA MƏDƏNİYYƏTİ

KAZIMİ P.F.

Tarix üzrə fəlsəfə doktoru

pkazimi@mail.ru

Türkmən xalqının kitab və kitabxana mədəniyyəti qədim tarixə malikdir.

Bu  mədəniyyətin  inkişafının  böyük  bir  hissəsi  islam  mədəniyyəti  dövrünü

əhatə edir.  Məqalədə Türkmən  xalqının  kitabçılıq  və kitabxanaçılıq  işi  tarixi

inkişafda təsvir olunur.

Açar sözlər: kitab mədəniyyəti, kitabxana mədəniyyəti, Şərqi Türküstan,

Orta Asiya, Kiçik Asiya, Qafqaz arealı, türk xalqları.

Türkmənistan  qədim  türk  yurdudur.  Bu ərazidə türk  xalqlarının  tarixi

məskunlaşması,  köç  etməsi,  iri  mədəni  mərkəzlər  yaratması ən  qədim

dövrlərdən  diqqəti  cəlb  etmişdir.  Çin  müəllifi  Yustyan  eramızdan əvvəl  I

minillikdə Ürgənc  şəhərinin  qədim  Künyaurgənc  dövlətinin  paytaxtı  olması

və öz dövrünə görə kifayət qədər iri iqtisadi və mədəni mərkəz olması barədə

məlumat  verir. Əbu  Reyhan  Biruni  bu şəhərdə böyük  kitabxanaların  olması

barədə yazır. Ehtimal olunur ki, Avestanın əlyazmaları və zoraastrizmin digər

yazılı ədəbi nümunələri bu kitabxanalarda saxlanılırdı.

İlk ərəb  yürüşləri zamanı Ürgəncin mədəni irsinin bir hissəsi dağıdıldı.

Lakin  çox  çəkmədən  Xarəzmin  elmi  və mədəni ənənələri  yeni  islam  dini

mədəniyyətinə təsir  göstərməyə başlayır.  VIII əsrdən  başlayaraq  Xarəzm

sivilizasiyasının ümumislam mədəniyyəti ilə qovuşması baş verir. 995-ci ildə

mərkəzləşdirilmiş  Xarəzm  dövləti  yaradılır,  bu  isə öz  növbəsində elm  və

mədəni inkişafa təkan verir. Nəticədə IX-X əsrlərdə Xarəzmi nisbəsi ilə islam

dünyasında çox sayda ədəbiyyat, elm, dövlət xadimi ortaya çıxır.

Ərəb  сoğrafiyaçıları əl-İstəxri  (850-934), əl-Məqdisi  (946-....)  X əsrdə

bu əraziləri  gəzmiş  və insanların  elmə,  maarifə bağlı  olması  haqqında  öz

əsərlərində yazmışlar.

Məşhur  səyyah  Yaqut əl-Həməvi  (1179-1229)  bir  çox  ölkələr  gəzmiş,

məşhur kitabxanalarda tədqiqatlar aparmışdı. O, Künyaurgənc şəhərini Mavə-

rənnəhrin ən üstün şəhəri, hətta Buxara və Səmərqənddən də üstün müsəlman

mədəniyyətinin ən  önəmli  mərkəzlərindən  biri  hesab  edir.  Tatar  yürüşlərinə

qədər elm və ədəbi mühit inkişaf edir. Bu inkişafı V.V.Bartold da öz tədqiqa-

tında təsdiq edir.

Xarəzmşah əl-Məmun  817-ci  ildə Mərv  şəhərindən  Bağdada  gələrkən

özü  ilə Xarəzmin  nüfuzlu  alimlərini  də gətirir.  Bunlardan  biri  Türkmənistan



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

57

mənşəli Əbu Cəfər Məhəmməd ibn Musa əl-Xarəzmidir (850-ci ildə vəfat et-



mişdir) ki, o, Bağdad şəhərində Xəlifənin yaratmış olduğu “Dar ül-Elm”ə rəh-

bər  təyin  edilir.  Ömrünün  sonuna  qədər əl-Xarəzmi  burada  fəaliyyət  göstər-

miş, riyaziyyat və astronomiyaya dair qiymətli əsərlər yaratmışdır.

Bağdad hakimi Bəha əd-Dövlənin vəziri Şapur ibn Ərdəşirin 991-ci ildə

təsis  etdiyi  “Dar  ül-Elm”  də fəaliyyət  göstərən Əbu  Bəkir əl-Xarəzmi  (935-

1002)  Türkmənistan  mənşəli  olmuş  və uzun  müddət  bu  elm  müəssisəsinin

kitabxanasına rəhbərlik etmişdir.

Bağdad şəhərində bir çox alim və zadəganlar özləri də böyük kitabxana-

lar yaratmışlar. Belə şəxslərdən biri də Məhəmməd ibn Mənsur əl-Xarəzmi ol-

muşdur.  O,  1066-ci  ildə Bağdadda  “Xəzinət  ül-Kütüb”  adlı  kitabxana  yarat-

mışdı. Onun nəzdində mədrəsənin kitabxananın zəngin fondundan istifadə im-

kanları  yaradırdı  və həmin  kitabxana  islam  alimi  imam Əbu  Hənifin  (699-

767)  məzarının  yaxınlığında  yerləşdiyinə görə oxucularının  da  sayı  kifayət

qədər çox olmuşdu.

“Dar ül-Elm” adlanan Akademiyalar tədricən islam dünyasının müxtəlif

iri  şəhərlərində yaradılmağa  başlanır.  Türkmənistan ərazisində 1000-ci  ildə

Künyaurgənc  şəhərində dövrünün  böyük  xeyriyyəçisi  Xarəzmşah  Abu-l-Ab-

bas Məmun ibn Məmun (1004-1074) tərəfindən  yaradılır. Bu akademiya Qa-

hirədə VI  Fatimi xəlifəsinin yaratmış olduğu akademiyadan 5 il əvvəl yaradıl-

mış  və Orta  Asiya ərazisində ilk  dəfə məhz  burada  yaradılmışdır  ki,  bu  da

Künyaurgənc şəhərinin  bu dövrdə son dərəcə əhəmiyyətli bir elm və mədəni

mərkəz olduğunu ifadə edir.

S.P.Tolstov  hesab  edir  ki,  X əsrdə Xarəzmşah Əbu  Said  Əhməd  ibn

Muhamməd  dövründə Künyaurgəncdə riyaziyyat  və astronomiya  sahəsində

mükəmməl  bir  məktəb  formalaşmış  və bu  məktəb  Bağdad  akademiyalarının

yaradılmasında da mühüm rolu oynamışdır.

XX əsrin 30-40-cı illərində Türkmənistan ərazisində uzunmüddətli arxe-

oloji qazıntılar aparan S.P.Tolstov (1907-1976) iddia edir ki, bu ərazidə isla-

ma qədərki elmin və mədəniyyətin qalıqları yox edilmişdir. Lakin arxitektura

texnologiyalarına  dəqiqliklə riayət  etmək,  Biruni  dövrünün  təqvimi,  astrono-

miya  terminlərinin  dəqiqliyi,  Torpaqqalada  təbii  və mineral  rənglərin  tətbiqi,

şüşə emalı sübut edir ki, bütün bunlar həndəsənin, triqometriyanın, astronomi-

yanın, topoqrafiyanın,  kimyanın,  mineralogiyanın  inkişafı  olmadan  mümkün

ola bilməzdi.

1010-cu ildə Xarəzmşah II Məmun Əbu Reyhan Birunini Künyaurgənc-

də yaradılmış Akademiyaya dəvət edir. Bir sıra digər dövrünün nüfuzlu alim-

ləri ilə birlikdə Biruni həyatının böyük bir hissəsini bu akademiyada fəaliyyət

göstərərək keçirir. 1017-ci ilə, yəni Mahmud Qəznəvinin işğalına qədər Biruni

Künyaurgənc şəhərində yaşayır və Xarəzmşah dövlətinin nüfuzlu şəxslərindən

birinə çevrilir.




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

58

Tədqiqatçılar  təəssüflə qeyd  edirlər  ki,  Künyaurgəncdəki  II  Məmun



akademiyası  kitabxanasının  kitab  fondu  haqqında  dəqiq  məlumat  qorunub

saxlanılmamışdır.  Lakin  ehtimal  olunur  ki, Əbu  Reyhan  Biruni  və İbn  Sina

kimi  görkəmli  alimlərin  fəaliyyət  göstərdiyi  akademiyanın  kitabxanasında

yerli alimlərlə yanaşı, islam dünyasının elmi mənbələri də mövcud olmuşdur.

Belə ki, qərb istiqamətində Rey şəhərindən (indiki Tehran) o tərəfə getməmiş

Biruni, Bağdad və Bəsrə alimlərinin əsərləri ilə tanış olmuş və onlar haqqında

fikirlərini öz əsərlərində qeyd etmişdir.

1017-ci  ildə Künyaurgənc  şəhərinin  Qəznəvilərin  hakimiyyəti  altına

keçməsi ilə bir çox alimlər islam dünyasının müxtəlif elm və mədəni mərkəz-

lərinə dağıldılar  və bununla  da Əbu  Reyhan  Biruni  Qəznə şəhərinə köçməli

oldu. Kitabxana fondunun da bir hissəsinin oraya aparılması ehtimal olunur.

Moğolların  yürüşünə qədər  akademiyanın  fəaliyyətini  davam  etdirməsi

haqqında da ehtimallar mövcuddur. Belə bir rəvayət yaranmışdır ki, “Künya-

urgənc  düşmən  hücumu zamanı  toplanıb  Allaha dua  edirlər  ki,  “Dar  ül-Elm-

də” olan alimlər düşmənlərlə üz-üzə gəlməsinlər! Bu zaman möcüzə baş verir.

Qırxmolla  təpəsindəki  saray  çevrilir  və oradakı  alimlər  yerin  içinə batırlar.

Düşmənlər şəhəri işğal edəndən sonra insanları toplayıb soruşurlar ki, burada

bir  saray  var  idi  və biz  onu  zəbt  etməliydik,  o  necə oldu? Cavab verirlər  ki,

burada saray olmayıb, biz buranı səpin üçün hazırlamışıq. Düşmənlər inanaraq

oradan  gedirlər.  Alimlər  isə hələ də sağdırlar.  Cümə günləri  ibadətdən  sonra

Qırxmolla təpəsinə gələrsizsə, onların səsini eşidə bilərsiz”.

Bu  rəvayətdə Türkmənistanın  hələ min  il  bundan əvvəl  yaradılmış

akademiyasında  yaşamış  və işləmiş  alimlərə böyük  hörmət  və ehtiramın

ifadəsi görünür.

Xarəzmşahların  IV  sülaləsinin  nümayəndəsi Ələddin  Tekeş  ibn  İl-Ars-

lan dövrünün elmli, xeyriyyəçi və mədəniyyətin himayəçisi olmuşdur. Bağdad

xəlifəsi  Müstəqsirin  məşhur  Bağdad  kitabxanasının  müdiri  tarixçi  Tacəddin

ibn Əndab ibn as-Sayi (1275-ci ildə vəfat edib) “Cami əl-müxtəsər” kitabında

Ələddin Tekeş haqqında yazır: O, Xarəzmdə (Künyaurgəncdə) Hənifi təriqəti

üçün  mədrəsə açdı  və onun  nəzdində zəngin  bir  kitabxana  təsis  etdi.  Onun

ixtiyarında Xarəzm, Xorasan, Rey və əl Çabalın digər əyalətləri var idi. Tekeş

1200-ci ildə vəfat edir və onun oğlu Qütbəddin  Məhəmməd atasını mədrəsə-

nin nəzdində sağlığında tikdirmiş olduğu məqbərədə dəfn edir.

Xarəmşahlar Səlcuqilərin Mərv şəhərində yaratmış olduğu zəngin kitab-

xanalardan  xəbərdar  idilər  və həmin ənənələri  Ürgəncdə də yaşadır,  kitabxa-

nalarının fondunu daim zənginləşdirirdilər. Ələddin Tekeş kitabxanasında təd-

qiqat aparan Fəxyoxin Əbu Abdulla Məhəmməd ibn Ömər Ər-Razi (1210-cu

ildə vəfat edib) Cami al-Ülum” kitabını məhz burada tamamlamışdı.

Xarəzmşah  Tekeş  görkəmli  dövlət  xadimi  Nizam əl-Mülkün  oğlu  Mə-

sud ibn Əlini saraya çağırdı və sonralar onu Xarəzmşahın vəziri təyin etdi.




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

59

İmam Şixabəddin Əbu Seyid İmran əl-Xibaki Künyaurgənc türkmənlə-



rinin  XII əsrin  sonu  XIII əsrin əvvələrində görkəmli  dövlət  xadimi  idi.  O,

Xarəzmşah Məhəmmədin (1200-....) məsləhətçisi olmuş, İbn əl-Asir, Cebeyni,

Zəkəriyyə Qəzvininin verdiyi məlumata görə “dinin və dövlətin sütunu” idi.

İmam Şixabəddinin yaratmış olduğu zəngin kitabxana hələ öz dövründə

şöhrət tapmışdı. Xarəzmşahın ağır zamanlarında İmam Şixabəddin köç etmək

məcburiyyətində qalmış  və öz  kitabxanasını  özü  ilə aparmışdır.  Bu  da  bizə

onun  kitabxanalarına  nə qədər  bağlı  bir  şəxsiyyət  olduğunu  göstərir.  Moğol

yürüşləri  zamanı  İmam  Şıxabəddin  və oğlu  Tacəddin  öldürülür  və kitabxana

qarət edilir.  Bu kitabxananın aqibəti haqqında sonrakı tarixi dövrdə məlumat

verilmir. Türkmən xalqı belə tarixi şəxsiyyətləri milli yaddaşında daim qoru-

muş  və ehtiram  etmişdi.  Aşkabad  şəhərinin  cənub-qərbində Şixabəddin əl-

Xibəki  və onun  oğlu  Tacəddin  üçün  hələ XIV əsrdə Məqbərə yaratmış  və

onun xidmətləri unudulmamışdır.

Məlum  olduğu  kimi,  Künyaurgənc  şəhərində X-XII əsrlərdə çox  sayda

mədrəsələr fəaliyyət göstərirdi ki, onların da nəzdində kitabxanaların fəaliyyət

göstərməsi şübhəsiz idi. Türkmən xalqının elm və mədəni tarixində bu şəhərin

müstəsna  rolu  olmuşdur.  Təsadüfi  deyil  ki,  2005-ci  ildə UNESKO  Künyaur-

gənc şəhərini dünya mədəni irs siyahısına daxil etmişdir.

Türkmənistan

ərazisində dövlətçilik,  elm,  təhsil  və mədəni  inkişafın

ümumi mənzərəsi göstərir ki, kitabxanalar digər islam mədəniyyəti arealların-

da  olduğu  kimi əsasən  üç  istiqamətdə yaradılır  və fəaliyyət  göstərirdi:  saray

kitabxanaları; məscid və mədrəsə kitabxanaları və eləcə də şəxsi kitabxanalar.

Kitab məhsulunun  yaranması, texniki və bədii tərtibatı, iri kitabxanala-

rın strukturu da islam mədəniyyəti ölkələri ilə uyğun şəkildə qurulurdu. Kitab

məhsulu repertuarı ərəb və fars dili ilə yanaşı, türk dilli ədəbi və elmi nümu-

nələr təşkil edirdi.

Səlcuqlar  və Xarəzmşahlar  dövründə,  XI-XIII əsrlər  arasında  müasir

Türkmənistanın ərazisində mədəni-maarif işi yüksək inkişaf edirdi. Məscidlər,

məqbərələr,  mədrəsələrin  nəzdində kitabxanaların  yaradılması  haqqında

mənbələrdə məlumat verilir. Ürgənc şəhəri ilə yanaşı, Mərv şəhəri də mədəni-

maarif mərkəzi statusunu daşıyır. Məlumdur ki, bu dövrdə Mərv şəhərində 10

ictimai kitabxana fəaliyyət göstərirdi.

Türkmən tədqiqatçıları belə hesab edir ki, Moğol və Əmir Teymur  yü-

rüşləri  səbəb  oldu  ki,  “Teke”,  “Sa...”,  “Yomut”,  “Ersari”,  “Kəklai”,  “Aşli”,

“Çovdar”  və digər  Türkmən  tayfaları  Türkiyə,  Qafqaz,  Suriya,  İrak,  İran

ərazilərinə köç  etmişlər.  Bunlardan  Ağqoyunlu  və Qaraqoyunlu  tayfaları

Azərbaycan və Anadolu ərazisində məskunlaşmışdı. Ərtoğrul Qazinin (1188-

1281) rəhbərliyi ilə 400 ailədən ibarət Kayju tayfası Türkiyə ərazisinə köç et-

miş və gələcəkdə Osman Qazinin (1299) ailəsi olmuş, Osmanlı imperiyasının

əsasını da burada qoymuşlar.



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

60

1510-cu  ildə Şah  İsmayıl  Mərv  şəhərini  işğal  etdikdən  sonra  Şeybani



xanı məğlub edir. Bu zaman Türkmənlər özbəklərlə birləşərək Səfəvilərə mü-

qavimət etmiş və onların “qalıcı” olmağına imkan verməmişlər. Məlumdur ki,

Şah  İsmayıl  Azərbaycana  bu  yürüşdən  məşhur  kitabçı  sənətkarlarla  yanaşı

xeyli qiymətli əlyazma kitabı gətirmişdi.

Türkmən tədqiqatçıları 1736-cı ildə Əfşar tayfasının başçısı Nadir şahın

da türkmən mənşəli olduğunu ifadə etmiş və onun İran ərazisində hakimiyyəti

ələ aldıqdan sonra uğurlu yürüşlərini qeyd etmişlər. Eləcə də türkmən xalqını

böyük vergilərlə incitdiyini də yazırlar.

XIX əsr Türkmən xalqının müxtəlif müharibələr içərisində olması, daxi-

li  və xarici  hücumlara  məruz  qalması  ölkənin  tənəzzülünü  səciyyələndirirdi.

Bu  tənəzzüldən  istifadə edən  Rusiya  1869-cu  ildə “Qırmızı  su”  limanını

(indiki  Türkmənbaşı)  işğal  etdi  və orada  qoşun  hissələrini  artırmağa  başladı.

1881-ci ildə Rusiya orduları Aşxabada daxil oldular.

XIX əsrin  II  yarısı  və XX əsrin əvvəlləri  Türkmənistan ərazisində mü-

rəkkəb siyasi, mədəni proseslər baş verirdi. Bir tərəfdən rus alimləri bu ərazi-

ləri  öyrənmək  üçün  arxioloji  və etnoqrafik  tədqiqatlar  aparır,  digər  tərəfdən

mərkəzi  Rusiya  hakimiyyəti ərazinin  etnik  tərkibini  dəyişdirmək  məqsədi  ilə

xalqların  köçürülməsini  həyata  keçirirdilər.  Bu  siyasət  1916-cı  ildə xalqın

ümumi  üsyanına  səbəb  oldu.  Dövrün  kitab  məhsulu  zadəgan  və hakimlərin

əlində toplanırdı. Dünya səviyyəli mədrəsə və akademiyalar dağıdılır və qarət

olunur, milli irsin daşıyıcısı olaraq  isə yalnız milli ziyalılar çıxış edirdilər.

Sovet  hakimiyyətinin  yaranması  ilə milli  mədəni  və elmi  irsin  toplan-

ması, mühafizəsi və təbliği asanlıqla qaydaya salınmadı. Bu istiqamətdə işləri

həyata keçirmək üçün onilliklər keçdi.

1941-ci  ilin  mart  ayının  26-da  SSRİ  EA-nın  Türkmənistan  filialının

kitabxanası  təsis  edildi.  1957-ci  ildə bu  kitabxanaya  elmi  müəssisə statusu

verildi. Bu kitabxana ərəb, latın və kiril qrafikalı ilə yazılmış və çap olunmuş

elmi ədəbiyyatın  komplektləşdirilməsini  həyata  keçirərək,  həm  Sovet  haki-

miyyətindən əvvəl,  həm  də sonralar  çap  olunmuş  elmi  kitab  məhsulunun

mərkəzinə çevrildi  və Türkmənistan ərazisində bütün  elmi  müəssisələr  və

təhsil müəssisələrinə bütün elm sahələri üzrə xidmət göstərməyə başladı.

Mərkəzi  elmi  kitabxana  kitabxanaşünaslıq,  biblioqrafiyaşünaslıq  və

kitabşünaslıq  sahəsində Türkmənistanın    sahəvi  tədqiqat  mərkəzidir  və elmi

əməkdaşlarının indiyə qədər  rus, ingilis, türk və fars dillərində 200-dən artıq

elmi məqalələri müxtəlif elmi dərgilərdə çapdan çıxmışdır.

Kitabxananın  fondunda  Türkmən  akademiklərinin  şəxsi  kitabxana  və

arxivləri mühafizə edilir. 1968-ci ildən isə kitabxana “Türkmən alimləri” adlı

biblioqrafik  göstəricilər  çap  etdirməyə başlanmışdır  ki,  bu  günə gədər  onun

qədər 36 buraxılışı işıq üzü görmüşdür.



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

61

Kitabxanada 



11 

şöbə


yarımşöbə



fəaliyyət 

göstərir:

Komplektləşdirmə şöbəsi; Xarici ədəbiyyat şöbəsi; Elmi-biblioqrafiya şöbəsi;

Elmi sistemləşdirmə şöbəsi; Xidmət şöbəsi; Soraq-biblioqrafiya şöbəsi; Nadir

nüsxələr  fondu; Kitabsaxlayıcı  şöbə; Depozitar  şöbə;  Kompüterləşdirmə

şöbəsi; Mübadilə-rezerv fondu; Fərdi abonoment.

Kitabxananın hesabatlarından məlum olur ki, 2006-cı ilin iyun ayının 1-

nə olan məlumata görə kitabxananın fondu 1343 min nüsxə olmuşdur (1).

Sovet imperiyasının dağılması ilə Türkmənistan öz müstəqilliyini bərpa

etdi  və müstəqil  milli  siyasət  yürütməyə başladı.  1995-ci  ilin  dekabrın  12-də

BMT-də Türkmənistanın bitərəf dövlət kimi tanınması, ilk prezident Səfərmu-

rad  Niyazovun  milli  mədəni  irsə baxışları türkmən  xalqının  son  20  ildə tale-

yində mühüm  rol  oynadı.  Məsələn,  S.Niyazov  operanın,  baletin,  kinoteatrla-

rın,  sirkin  milli  mintalitetə uyğun  gəlmədiyinə görə fəaliyyətinin  qadağan

edilməsi, əyalətlərdə kitabxanaların bağlanması kimi tədbirlərinə mütəxəssis-

lər şərh verməyə çətinlik çəkirlər.

Türkmənistanın  yeni  prezidenti  Qurbanqulu  Berdumuhəmmədov  yeni

islahatların  həyata  keçirilməsi  zərurətini  ifadə etmiş,  bu  islahatlar  konteks-

tində incəsənət məktəbləri, mədəniyyət evləri ilə yanaşı, 140 kitabxananın da

fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulmuşdur. Türkmənistanda “Qalkınış”

adı ilə təsis edilmiş kitab mərkəzi kitabxana fondlarının komplektləşdirilməsi

və yeni  yaradılan  kitabxanaların  ilkin  fondunun  yaradılması  işini  öz  üzərinə

götürmüşdü.

Kitabxana fondlarının uzun müddət sistemli komplektləşdirməyə məruz

qalması  nəticəsində fondların  köhnəlməsi,  yeni ədəbiyyatın  daxil  olmaması,

kitabxanaların  xidmət  işində də özünü  göstərir.  Kitabxanaçıların  etiraf  etdiyi

kimi Ali məktəb müəllimlərinin şəxsi vəsaiti hesabına çap olunan kiçik həcmli

tədrisə dair metodiki kitabçalar oxucular tərəfindən ən çox sorğu edilənlərdir.

Rusdilli  mənbələrdə qeyd  olunur  ki,  kitabxana  fondlarına  daxil  olacaq

kitab məhsulunun hələ də senzuradan keçməsi ənənəsi Türkmənistanda tətbiq

olunmaqdadır.

Kitabxanaçı kadrların hazırlanması ilə əlaqədar hələ də Türkmənistanda

ali ixtisas təhsili mövcud deyil.

Müasir  Türkmənistanın  kitabxana  xidmətinin  təşkilində və kitab  sərvə-

tinin toplanıb sistemləşdirilməsində S.Niyazov adına (Türkmənbaşı) Türkmə-

nistan  Milli  Kitabxanası  da  mühüm əhəmiyyət  daşımışdır.  2011-ci  ilin

iyununa olan məlumata görə bu kitabxananın fondunda, 5530 min nüsxə kitab

mövcuddur. Milli Kitabxananın həyata keçirdiyi mühüm tədbirlərdən biri kimi

ABŞ-ın  Türkmənistandakı  səfirliyi  ilə birlikdə XVI-XIX əsrlərə aid  50-min

nüsxə əlyazma kitabının konservasiyası olmuşdur.




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

62

Son  illər  elmi ədəbiyyatın  mövcud  olan  boşluğunu  xaricdən  daxil  olan



müxtəlif  dillərdə elmi ədəbiyyat  hesabına  və referativ  jurnallar  vasitəsi  ilə

doldurmaq sahəsində konkret işlər görülür.

2000-ci  ilin  iyun  ayının  15-də Türkmənistan  məclisi  “Kitabxanalar  və

kitabxana  işi  ”  haqqında  Türkmənistanın  qanununu  qəbul  edir.  31  maddədən

ibarət  bu  qanun  ölkədə kitabxanaların  və kitabxana  şəbəkələrinin  hüquqi

statusunu və qarşısında duran vəzifələri müəyyənləşdirir. 31 maddədən ibarət

bu  qanun  kitabxana,  kitabxana  işi,  bu  sahədə milli  siyasət,  kitabxana  işinin

dövlət  idarəetməsi  və digər  məsələlərin  tərifini  ifadə edir.  Bu  qanundan

Özbəkistanda,  Qazaxıstanda,  eləcə də Azərbaycanda  qəbul  olunmuş  müvafiq

qanunların  müqayisəli  analizi  bir  sıra  uyğun  gələn  və bir  sıra  fərqli

yanaşmaların mövcud olduğunu ortaya çıxarır.

Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri prof.

A.A.Xələfovun  rəhbərliyi  altında  “Türk  xalqlarının  kitab  və kitabxana

mədəniyyəti”  mövzusunda  geniş  tədqiqat  aparmaq  məqsədi  ilə işçi  qrup

yaradılmışdır.  Türk  xalqlarının  kitab  və kitabxana  mədəniyyətini  qarşılıqlı

tarixi əlaqədə öyrənmək, təcrübədən nəticələr çıxarmaq və müasir inteqrasiya

prosesinə

yaradıcı  töhvələr  vermək  baxımından  qeyd  olunan  layihə

əhəmiyyətlidir və bu istiqamətdə işçi qrupuna uğurlar arzulayırıq.

ƏDƏBİYYAT

1.

Xələfov A. Azərbaycanda kitabxana işinin tarixi. I cild. Bakı, 2001.

2.

Язбердиев A. (http: //turkmenhistory.blogstop.com)

3.

www/shirali.narod.ru

4.

http://science.gov.tm/helping orgs/central scilibrary/

5.

http://centralasianline.com/cacoon/caii/xhtml/ru

6.

Kazımi P. Səfəvilər  dövründə Azərbaycanda  kitabxana  işi.  Bakı,

2009.

7.

Kazımi P.  Türk  xalqlarının    kitab  və kitabxana mədəniyyətində

lüğətçilik ənənələri. Kitabxanaşünaslıq və informasiya, 2010.

8.

Kazımi P. Türk  xalqlarının  kitab  və kitabxana  mədəniyyətində

dastan və əsatirlər. Kitabxanaşünaslıq və informasiya, 2011.



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№ 2(8)

2012

63

MANUSCRIPT BOOK OF THE TURK PEOPLE



AND HIS SPREAD AREAL

P.F.KAZIMI

Philosophy doctor of history

Key  words: Book  culture,  library  culture,  Eastern  Turkistan,  Middle

Asia, Little Asia, Caucasian areal, Turk people.

Investigation  defines  traditions  of  manuscript  book  of  the  Turk  people,

their  spread  areals.  Culture  of  general  sides  of  the  culture  of  Islam  period,

book repertoire of the time and library is generalized.

КНИЖНАЯ БИБЛИОТЕЧНАЯ КУЛЬТУРА ТУРКМЕНИСТАНА

П.Ф.КАЗЫМИ

доктор философии

по историческим наукам

РЕЗЮМЕ

Ключевые  слова: книжная  культура,  библиотечная  культура,

Восточный  Туркестан,  Средняя  Азия,  Малая  Азия,  Кавказский  ареал,

тюркские народы.

Книжная  и  библиотечная  культура  Туркменистана  имеет

древние корни. Большой исторический период развития Туркменистана

связан с  исламской  культурой.  Статья  рассматривает  культурное

наследие  Туркменистана  в  контексте,  книжное  и  библиотечное  дело  в

историческом развитие.

Yüklə 69,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə