KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə10/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

23 
 
mübadil
əsi edirdi.Bunların arasında 28 elmlər akademiyası, 120 universitet və 
institut, 29 milli kitabxana, 209 kitab ticar
əti müəssisəsi, 23 nəşriyyat və firma, 
27 muzey v
ə  başqa  müəssisələr var idi.1984-cü ildə  Mərkəzi Elmi 
Kitabxanaya 10.615 nüsx
ə  xarici nəşr  daxil  olmuşdu.  Kitabxana 
respublikamızda ən çox dövri nəşrlər, xüsusilə elmi, elmi-texniki jurnallar alan 

əssisə  idi. Təkcə  1984-cü ildə  kitabxana 1.246 adda xarici jurnal 
alıb.Kitabxananın dövri mətbuat və jurnal fondu respublika alimlərinə dünya 
elminin son nailiyy
ətləri ilə  tanış  olmaq  imkanı  verirdi  ki,  bu  da  elmi 
ictimaiyy
ət tərəfindən çox yüksək qiymətləndirilirdi.  Kitabxananın  xarici 
ədəbiyyat  fondunun  ardıcıl  olaraq  komplektləşdirilməsi nəticəsində  bu fond 
respublikanın kitabxanaları içərisində ən böyük fonda çevrilmişdi. 1986-cı ildə 
bu fonda 1 milyon nüsx
ədən  artıq  ədəbiyyat  toplanmışdır.(6,  s.102)  Qeyd 
etm
ək lazımdır ki, xaricdən alınan kitabların xeyli qismi də şərq ədəbiyyatına 
aid  olmuşdur.  Bu  səbəbdən də  beynəlxalq kitab mübadiləsi  Şərq  ədəbiyyatı 
fondunun formalaşmasında mühüm rol oynayır. 
Beyn
əlxalq  əməkdaşlıq  nəticəsində  kitabxana  bir  sıra  nüfuzlu 
t
əşkilatların, o cümlədən 1998-ci ildə  Beynəlxalq  Kitabxanaçılıq 
Assosiasiyaları Federasiyasının (İFLA), Avrasiya Kitabxana Assambleyasının, 
Beyn
əlxalq Elmlər  Akademiyaları  Assosiasiyası  Direktorlar  Şurasının, 
Zaqafqaziya  İnformasiya  Mütəxəssisləri  Assosiasiyasının  və  s. Üzvlüyünə 
q
əbul edilmişdir. Belə bir qənaətə gəlmək olar ki, nəşriyyat və mətbəələrdən, 
ayrı-ayrı kitab müəlliflərindən, humanitar təşkilatlardan hədiyyələrin alınması 
beyn
əlxalq kitab mübadiləsi hesabına və “Kitabxana işi haqqında” Azərbaycan 
Respublikasının  Qanununa  əsasən məcburi nüsxələrin  alınması  kitabxananın  
komplektl
əşdirilməsi  problemini qismən də olsa həll etmiş oldu.(5, s.42) 
Beyn
əlxalq kitab mübadiləsi nəticəsində 2006-cı ildə kitabxanaya 4010 
nüsx
ə ədəbiyyat alınmışdır. Eyni zamanda Şərq ölkələrinə 330 nüsxə ,  Qərbi 
Avropa ölk
ələrinə  914 nüsxə, MDB ölkələrinə  1514 nüsxə  ədəbiyyat 
gönd
ərilmişdir.  2008-ci ildə  isə  beynəlxalq kitab mübadiləsi vasitəsilə  4073 
nüsx
ə  ədəbiyyat  alınmışdır.  Eyni  zamanda  Şərq ölkələrinə  666 nüsxə, Qərbi 
Avropa ölk
ələrinə  344 nüsxə, MDB ölkələrinə  724 nüsxə  ədəbiyyat 
gönd
ərilmişdir.(5, s. 48)  
Müst
əqilliyin bərpasından sonra ölkənin digər kitabxanaları kimi MEK 
da öz xidm
ət işini yeni şəraitə uyğun tələblər əsasında qurmağa başlamışdır. 
Bel
ə  ki, beynəlxalq  əməkdaşlıq  nəticəsində  kitabxana  bir  sıra  nüfuzlu 
t
əşlikatların  üzvlüyünə  qəbul  edilmişdi.  Kitabxanada    “Kitabxana  işinin 
avtomatlaşdırılması” şıbəsi yaradılmışdır.  2003-cü ildən İRBİR-in tətbiqi ilə 
m
əşğul olmağa başlanılmışdır. Kitabxanada “MEK-da kitabxana-biblioqrafiya 
prosesl
ərinin  avtomatlaşdırılmasının  əsas istiqamətlərinin təxmini  planı” 
hazırlanmışdır.  Bunlar:  komplektləşdirmə  istiqamətində, elektron kataloqun 
yaradılması  istiqamətində, oxuculara kitabxana xidməti istiqamətində, 


24 
 
Beyn
əlxalq Kitab Mübadiləsi istiqamətindən ibarət olmuşdur. 
Şöbə  Şərq ölkələrindən mübadilə  yolu ilə  aldığı  ədəbiyyatın 
komplektl
əşdirilməsi, təsviri və sistemləşdirilməsi, redaktəsi,  şərq  dillərində 
əlifba,  sistemli,  kitab  adlarının  göstəricisinə  görə  və  xidmət  kataloqlarının 
t
ərtibi və  redaktəsi üzrə  işlərin təşkili,  məlumat-biblioqrafiya bülletenlərinin 
ild
ə  2 nömrəsinin  hazırlanması,  çap  edilməsi,  şöbəyə  daxil  olan  jurnalların 
qeydiyyatı,  jurnal  məqalələrinin təsviri, mövzu sərgilərinin təşkilində  iştirak 
etm
ək, şərq   ədəbiyyatı fondundan oxuculara yüksək səviyyəli xidmət,  şifahi 
v
ə  yazılı  arayışların  tərtibi, dövrü mətbuatın  qeydiyyatı,  ərəb, fars, türk, 
Az
ərbaycan dillərində  ərəb  əlifbası  ilə  alınan  ədəbiyyatın  aktlaşdırılması, 
mikrofilml
ər və  fotosurətlərin  kataloqlarına  və  ərəb  əlifbası  ilə  Azərbaycan 
dilind
ə  olan inqilaba qədərki dövri mətbuata nəzarət, elmi konfranslarda, 
sessiyalarda iştirak etmək kimi vəzifələri yerinə yetirir. 
Şərq ədəbiyyatı şöbəsi 1975-ci ildən 2002-ci ilə qədər ildə 2 buraxılış 
(¹1, ¹2) Az
ərbaycan Elmlər  Akademiyası  Mərkəzi  Elmi  Kitabxanasına  Şərq 
dill
ərində  daxil olan yeni kitablar –  Biblioqrafik məlumat və  Şərq dillərində 
jurnal m
əqalələri (¹1, ¹2) – Biblioqrafik məlumat Bülletenlərini hazırlayıb çap 
etmişdir. Bu bülletenlərdən əlavə, Şərq ədəbiyyatı şöbəsi Yaxın və Orta Şərq 
xalqları  dillərində  toplanmış  ədəbiyyatın  bir  qismini  çap  edərək,  aşağıdakı 
«Kataloqları» hazırlamışdır: 
Şərq  ədəbiyyatı  şöbəsi 1977-ci ildən 1998-ci il daxil olmaqla, Xarici 
ədəbiyyatın  komplektləşdirilməsi və  Beynəlxalq kitab mübadiləsi  şöbəsi ilə 
birlikd
ə «Kitabxananın sifariş etdiyi xarici dövri mətbuatın kataloqu: İctimai 
elml
ər»  seriyasını  (20  kataloq)  və  1980-ci ildən 1986-cı  ilə  qədər isə  Şərq 
ədəbiyyatı  şöbəsi  Bakı  kitabxanalarına  Şərq ölkələrinə  aid  Şərq və  Avropa 
dill
ərində  daxil  olan  kitabların  biblioqrafik  siyahısını  (1  və  2-ci  buraxılışlar 
olmaqla) 
15  kataloqda  hazırlamışdır.  Şərq  ədəbiyyatı  şöbəsinin  əməkdaşları 
1963-cü ild
ən M.Muradova və M. Fituhi, 1978-ci ildən Z.Müseyibova, 1973-
cü ild
ən N.Bayramova və 1997-ci ildən isə A.Hüseynovanın şöbənin fəaliyəti 
il
ə bağlı mətbuatda 40-dan artıq elmi məqalə və yazıları dərc olunmuşdur. 
 1900-cü ild
ən  başlayaraq  nəşr  olunan,  Azərbaycanda  savadsızlığın 
l
əğv  olunması  uğrunda  mübarizədə  istifadə  edilən müxtəlif dərsliklər, qiraət 
kitabları:  M.Mahmudbəyovun «Qiraət  kitabı»,  H.Zeynallı  və  A.Şaiqin 
«Ədəbiyyat dərsləri», həmçinin qədim və  orta  əsr Azərbaycan  ədəbiyyatının 
nadir nüsx
ələri: M.Füzulinin «Leyli və Məcnun»u, M.P.Vaqifin, S.Ə.Şirvanin 
əsərləri, F.Köçərlinin «Azərbaycan  ədəbiyyatı  materialları»  və  s.  Şərq 
ədəbiyyatı  fondunu zənginləşdirən qiymətli  əsərlərdir.  Fondda dünya 
ədəbiyyatından,  o  cümlədən rus ədəbiyyatından  və  Şərq dillərindən tərcümə 
əsərləri də  vardır.  Örnək olaraq «Kəşfül-Həqayiq»(Quranın  3  cildlik 
t
ərcüməsi), C.Zeydanın «Ərmənusə», «Əzra və Qureyş», Sədinin «Gülüstan», 
V.Şekspirin «Hamlet», «Otello», A.S.Puşkinin «Kapitan qızı» və s. göstərmək 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə