KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə15/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

34 
 
arasındakı  münasibətləri,  əlaqələri indeksləşdirmək mümkün deyildir. 
Bel
əliklə, yeni təsnifat yaratmaq əsas məsələ kimi qarşıya çıxır. 
P.Otle v
ə  A.Lafontenin rəhbərliyi  altında  1895-1905-ci illərdə 
Beyn
əlxalq Biblioqrafiya institutunun “Onluq təsnifat” cədvəlləri  işlənib 
hazırlandı.  1905-ci ildə  təsnifatın  fransız  dilində  birinci nəşri,  1927-1933-cü 
ill
ərdə isə tam işlənmiş 2-ci nəşri çap olunur.(12, 161) 
İkinci  nəşrdən etibarən təsnifat  fransız  dilində  “Universal Onluq 
T
əsnifat”  (UOT)  adlandırılır.  UOT-un  üçüncü,  daha  genişləndirilmiş  nəşri 
1934-1954-cü ill
ərdə alman dilində çap edilmişdir.  
Artıq  ikinci  dünya  müharibəsinə  qədərki dövrdə  Beynəlxalq 
Biblioqrafiya ins
titutunun  işində  dünyanın  200  kitabxana-biblioqrafiya 
t
əşkilatı  və  500-ə  qədər  alimi  iştirak  edirdi.  Ona  görə  də,  UOT-un ikinci və 
üçüncü n
əşrləri məzmun cəhətdən tam və əhatəli hazırlanmışdır. 
1938-ci ild
ə  Beynəlxalq Biblioqrafiya institutu Beynəlxalq 
S
ənədləşdirmə  Federasiyasına  çevrildi.  Federasiyanın  əsas vəzifəsi 
s
ənədləşdirmənin nəzəri problemlərini  işləmək və  müxtəlif bilik sahələrinə 
dair s
ənədlərin  yaradılmasını  və  istifadəsini təşkil  etməkdən ibarət idi. Bu 
v
əzifələrlə  əlaqədar olaraq Federasiya təsnifləşdirmə  problemlərinə  ciddi 
əhəmiyyət verirdi. XX əsrin 40-cı illərə qədərki dövrdə Federasiyanın nəzarəti 
altında UOT-un tam, ixtisaslaşdırılmış və sahəvi cədvəlləri nəşr edilmişdir.  
İkinci dünya müharibəsi dövründə  və  müharibədən  sonrakı  5  il 
müdd
ətində  maliyyə  çatışmamazlığına  görə  təsnifləşdirmə  sahəsində 
Federasiyanın işi bir qədər zəifləmişdir. XX əsrin 50-ci illərindən başlayaraq 
UOT-un alman dilind
ə  üçüncü nəşri,  ingilis  dilində  dördüncü  nəşri,  fransız 
dilind
ə  beşinci  nəşri,  həmçinin təsnifatın  dolğun  beynəlxalq xarakterli nəşri
yapon dilind
ə altıncı nəşri və digər nəşrləri çap edilmişdir. Ümumiyyətlə, 50-
ci ill
ərdən  başlayaraq  UOT-un çoxdilli nəşrləri hazırlanmışdır.  1945-ci ildən 
başlayaraq Beynəlxalq Sənədləşdirmə Federasiyasının nəzdində təsnifləşdirmə 
üzr
ə Mərkəzi Komitə yaradılmışdır. Bu komitə UOT-da dəyişiklik və əlavələr 
edir, onun yeni n
əşrlərini hazırlayırdı. 
Ümumiyy
ətlə, Beynəlxalq Sənədləşdirmə Federasiyası tərəfindən UOT 
c
ədvəllərinin dörd beynəlxalq nəşri olmuşdur. Birinci və ikinci tam köhnə nəşr 
Brüsseld
ə  fransız  dilində  (1905-1907 və  1927-1933  –cü illərdə) və  üçüncü 
n
əşri  Standartlar  institutu  tərəfindən  hazırlanmışdır.  1934-1954-cü illərdə  isə 
UOT-un alman dilind
ə 11 ciddən ibarət nəşri çap edilmişdir. Dördüncü nəşr 
ingilis dilind
ə 1936-cı ildə çap edilmişdir.(4,s.68) 
UOT-
un sonrakı illərdə  də qısa nəşrləri  çap edilmişdir ki, bunlar kiçik 
fonda malik olan kitabxanalar üçün n
əzərdə  tutulmuşdur.  Həmin cədvəllər 
1958, 1968-ci ill
ərdədə çap edilmişdir. 


35 
 
60-
cı illərin axırlarında UOT cədvəllərinin yeni nəşr növü, tam nəşrin 
orta h
əcminə  malik olan nəşri  çap  edilmişdir.  UOT  cədvəllərinin orta nəşri 
Standartlar Komit
əsi tərəfindən 1967-ci ildə iki cilddə çap edilmişdir. 
Rusiyada  UOT  sisteminin  detallaşdırma  dərəcəsinə  görə  müxtəlif 
c
ədvəl variantları nəşr edilmişdir. Təbiətşünaslıq və texniki elmlər üzrə UOT-
un tam c
ədvəli  6  buraxılışda  nəşr  edilmişdir:  birinci  nəşr  1963-1966-cı  il; 
ikinci n
əşr  1969-1971-ci il; üçüncü nəşr  7  buraxılışdan  ibarət  1974-cü il. 
UOT-un orta n
əşri 1969-cu ildə, qısaldılmış nəşrinin birinci variantı 1962-ci 
ild
ə professor E.İ.Şamurin tərəfindən   tərcümə və redaktə edilmiş, 2-ci nəşri 
is
ə 1978-ci ildə çap olunmuşdur (4, 69). 
1979-1986-
cı  illərdə    bir  sıra  əlavə  və  dəyişikliklərlə  ayrı-ayrı 
buraxılışlardan  ibarət UOT-un rus  dilində  nəşri  çap  edilmişdir.  Universal 
Onluq T
əsnifatın    rus  dilində  son təkmilləşdirilmiş  nəşri  2001-ci ildə  nəşr 
edilmişdir. Burada şöbələr aşağıdakı ardıcıllıq üzrə verilmişdir: 
0.  Ümumı şöbə 
 1.  F
əlsəfə. Psixologiya. 
 2.  Din. Teologiya. Ateizm. 
 
3.  İctimai elmlər. Hüquq. İdarəetmə 
4.  1961-ci ild
ən boşdur.Əvvəllər bu şöbədə “Dilçilik” verilirdi. Həmin 
şöbə  8-ci  şöbəyə  keçirilmişdir.  Ehtimal  edilir  ki,  4-cü  şöbədə  sahələrarası, 
müştərək elmlərin təsnifat qrupları veriləcəkdir.  
 5.  Riyaziyyat. T
əbiətşünaslıq elmləri.  
 6.  T
ətbiqi elmlər. Tibb.Texnika. 
7.    İncəsənət. Dekorativ-tətbiqi incəsənət. Fotoqrafiya. Musiqi. 
Oyunlar. İdman. 
8.  Dilçilik. Filologiya. B
ədii ədəbiyyat. Ədəbiyyatşünaslıq. 
9.  Coğrafiya. Tərcümeyi hallar. Tarix . 
UOT-da müxt
əlif elm sahələrinə  dair  ədəbiyyatın  təsnifləşdirilməsi 
köm
əkçi cədvəllərə  əsaslanır.  Burada  köməkçi cədvəllər təyinedicilər 
adlandırılır.  Təyinedicilər iki yerə  bölünür: analaitik təyinedicilər, ümumi 
t
əyinedicilər.  
Analitik t
əyinedicilər UOT-da defis (-  .) və  nöqtə,  sıfır  işarələri ilə 
(0...) göst
ərilir. Bu təyinedicilər əsasən 5-ci və 6-cı şöbələrdə verilir və konkret 
anlayışları ifadə edir (qurğu, alət, təmir və s.).  
UOT-da veril
ən ümumi təyinedicilər iki qrupa bölünür. 
1. S
ənədlərin məlumat  formasını  ifadə  edən təyinedicilər (dil, forma, 
yer v
ə zaman təyinediciləri) 
2. S
ənədin məzmununu  daha  da  geniş  və  konkret  şəkildə  açmağa 
imkan ver
ən təyinedicilər (nöqteyi-nəzər, şəxs və material təyinediciləri). 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə