KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

49 
 
R
əşad QARDAŞOV    
“Kitabxana resursları və informasiya axtarış sistemləri”                     
                                       
kafedrasının müəllimi 
 
 
KİTABXANAÇI-BİBLİOQRAF KADR HAZIRLIĞINDA TƏDRİS 
PLANLARININ 
ROLU VƏ ƏHƏMİYYƏTİ 
 
Açar sözl
ər:  Tədris  Planları,  Kitabxanaçı  kadrlar,  Bolonya sistemi, 
Kitaxanaçılıq peşəsi, təcrubə, tədris metodları. 
K
лючевые  словы:  Учебные  планы,  Библиотечные  кадры,  Болонский 
систем, Библиотечная   профессия, Практика, Учебные  методы 
Keyword:  Curriculum, Library Staff, the Bologna system, library profession, 
practice, training methods 
 
Qloballaşan  informasiya  dövründə  cəmiyyət  üçün  ixtisaslı  kadr 
hazırlamaq günün vacib tələblərindən biridir. Hazırda dünya təhsil təcrübəsinə 
əsaslanmaqla  hazırlanan  kitabxanaçı  kadrlar  kitabxana  və  informasiya  işinin 
spesifik xüsusiyy
ətlərini özündə  birləşdirməlidir.  Dünyanın  müxtəlif 
ölk
ələrinin ali məktəblərində  hazırlanan  kitabxanaçı  kadrlar  kəmiyyət və 
keyfiyy
ət etibarilə  bir-birindən köklü  surətdə  fərqlənsə  də,  bu  kadrları 
birl
əşdirən bir əsas xüsusiyyət vardır. Bu da bu kadrlara tədris olunan ixtisas 
f
ənn  blokunun  yaxınlığıdır.  Təbii  ki,  bu  kadrların  hazırlanmasında  istifadə 
olunan t
ədris planları bir-birindən fərqlənir. Lakin bütün tədris planlarının bir 
əsas qayəsi vardır: o da yüksəkixtisaslı peşəkar kadr hazırlamaqdır. 
Az
ərbaycan  Respublikasında  kitabxanaçılıq  təhsili  ali  kitabxanaçı 
kurslarında,  orta  ixtisas  təhsilli məktəblərdə  yaranıb  formalaşsa  da, 
yüks
əkixtisaslı kitabxanaçı kadr hazırlığı ali təhsil müəssisəsi olan BDU-nun 
Kitabxanaçılıq-informasiya fakültəsinin üzərinə  düşür.  Azərbaycanda 
kitabxanaçılıq  təhsilinin  formalaşmasında  xüsusi  xidmətləri olan professor 
Abuz
ər Xələfovun dediyi kimi, “yüksəkixtisaslı kadrların hazırlanması tədris 
prosesinin planauyğun, ardıcıl və məqsədyönlü təşkilindən ibarətdir. Bu iş isə 
bilavasit
ə kadr hazırlığının strategiyası hesab edilən tədris planlarının dövrün 
t
ələblərinə, elmi tərəqqinin səviyyəsinə, elmi proqnozlar əsasında  bu  və  ya 
dig
ər elmi inkişaf  perspektivlərinə,  ixtisasın,  sənətin gələcəyinə  əsaslanaraq 
t
ərtib edilmişdir”. 
Bu fikri bir q
ədər də  inişaf  etdirərək  əlavə  etmək istərdik ki, 
kitabxanaçılıq təhsili üzrə tədris planları və proqramları eyni zamanda müasir 
dövrd
ə  dünya informasiya məkanında  getdikcə  mürəkkəbləşən kitabxana-
informasiya prosesl
ərini nəzərə  alan, müasir texnologiya zəminində  həyata 
keçiril
ən kitabxana proseslərini, kitabxana xidmətindəki demokratik 


50 
 
prinsipl
əri, cəmiyyətdə  kitabxana  işinin  idarə  olunmasının  elmi,  iqtisadi, 
sosioloji, hüquqi v
ə  s. məsələlərini  əks etdirən sənədlər  olmalıdır. 
Kitabxanaçılıq  təhsili üzrə  tədris  planları  və  proqramları  gündəlik kitabxana 
t
əcrübəsi ilə  ayaqlaşan,  gələcək mütəxəssislərə  öz  ixtisası  üzrə  informasiya 
əsrinə  uyğun  peşə  biliklərini  aşılamaq  üçün  geniş  imkanlar  açan  vasitə 
olmalıdır.  Bütün  bunlar  tədris  planları  və  proqramlarının  tərtibi prosesinə 
geniş oxucu kütlələrinə, informasiya istehlakçılarına kitabxana xidməti işində 
z
əngin təcrübəyə və mütərəqqi ənənələrə malik olan metodik mərkəzlərin cəlb 
olunmasını tələb edir. 
Bakı  Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun 
sözl
ərinə  istinadən desək,  “inkişafımıza  görə  Qərbə  borclu olsaq da
t
əhsilimizdə baş verən uğurlara görə SSRİ-yə borcluyuq”. Möhtərəm rektorun 
bu fikri tamamil
ə yerinə düşür. Çünki Azərbaycanda kitabxanaçılıq təhsili ali 
t
əhsil zirvəsinə, məlum  olduğu  kimi,  1947-ci ildə  çatmışdır.  Hələ  Filologiya 
fakült
əsinin nəzdində kiçik bir şöbə olarkən burada ixtisaslı kadr hazırlamaq 
üçün t
ədris planının yaranma zərurəti meydana çıxdı. 
Professor A.X
ələfov  qeyd  edirdi  ki,  müasir  şəraitdə  kitabxanaçı  kadr 
hazırlığı iki mühüm prinsip əsasında aparılmalıdır: 
Professional bilik v
ə  bacarıqların  vahid  formalaşmasını  nəzərdə  tutan 
kitabxanaçılıq sənətinin bütövlüyü
Kitabxa
naçılıq  sənətinin  differensiasiyası:  bunun  da  əsasında 
kitabxanaçıların ixtisaslaşması durmalıdır. 
Kitabxanaçılıq  fakültəsi  mövcud  olduğu  vaxtdan  (hələ  şöbə  olarkən) 
Sovet  kitabxanaçılıq  təhsilinə  əsaslanmışdır  və  SSRİ  Təhsil Nazirliyi 
t
ərəfindən  hazırlanmış  tədris  planına  uyğun  fəaliyyət göstərmişdir.  1987-ci 
il
ədək kitabxanaçı kadr hazırlığını həyata keçirmək üçün 5 tədris planı işlənib 
hazırlanmışdır. İndi isə bu tədris planlarının müqayisəli təhlilini verək. 
M
əlum  olduğu  kimi,  Kitabxanaçılıq  şöbəsi Filologiya fakültəsinin 
n
əzdində yaradıldığından, ilk illərdə bu şöbənin tələbələrinin sayı az omuş və 
əksər dərslər Filologiya fakültəsinin tələbələri ilə  birgə  keçirilmişdir.  Bu 
zaman da filoloji f
ənlər bloku üstünlük təşkil  etmişdir.  Bu  tendensiya 
Şərqşünaslıq  fakültəsində  də  davam  etmişdir.  Buna  görə  də  BDU-nun 
Filologiya fakült
əsinin  Kitabxanaçılıq  şöbəsi  üçün  hazırlanan  tədris  planı 
respublikamızda  kitabxanaşünas-biblioqraf  ixtisası  üzrə  ilk tədris  planı 
olmuşdur. 
Göründüyü kimi, Filologiya fakült
əsi üçün  hazırlanmış  bu  tədris 
planının  70-80 faizini filoloji elmlər təşkil  edirdi.  Zaman  keçdikcə  bu sahə 
üzr
ə  mütəxəssis  kadrların  yetişməsi, xüsusilə  də  Rusiyada  hazırlanan  tədris 
planları  ilə  yaxından  tanışlıq  bu  tədris  planına  dəyişiklik  edilməsinə, ixtisas 
f
ənlərinin artırılmasına səbəb oldu və artıq 1955-ci ildə yeni tədris planı təsdiq 
olundu. 1955-ci ild
ə  SSRİ  Təhsil  Nazirliyi  artıq  bir  neçə  universitetdə 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə