KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

51 
 
kitabxanaçılıq  şöbələrinin  yaradılmasını  nəzərə  alaraq, yeni tədris  planı 
hazırladı.  Bu  addımı  atmağa  ona görə  zəmin  yaranmışdı  ki,  artıq 
Kitabxanaçılıq şöbəsinin yetərincə məzunu var idi və bu da onu deməyə imkan 
yaradır ki, bu peşə Filologiya fakültəsinin bir sahəsi deyil, müstəqil fəaliyyət 
dair
əsinə malikdir. Bu, özünəməxsus, spesifik xüsusiyyətləri olan bir sahədir. 
Bu  tendensiya  yavaş-yavaş  inkişaf  etməli, tədris  planında  olan  ixtisas 
f
ənlərinin xüsusi çəkisi  artmalı  idi və  gələcəkdə  (1962)  bu  şöbənin müstəqil 
fakült
əyə çevrilməsində şöbədə dərs deyən müəllimlərin fədakar əməyini qeyd 
etm
ək lazımdır. İxtisas ədəbiyyatının ədəbiyyatının meyana çıxması, ixtisaslı 
kadrların formalaşması müstəqil fakültənin yaranması üçün böyük əhəmiyyət 
k
əsb edən  faktorlardan  biri  idi.  Artıq  növbəti tədris  planlarında  ixtisas 
f
ənlərinin xüsusi çəkisi digər fənlərlə müqayisədə xeyli artdı. 
1955-ci ild
ə  qəbul  edilmiş  tədris  planı  universallığı,  hərtərəfliliyi, 
ixtisas f
ənlərinin  geniş  əhatə  edilməsi və  kitabxanaşünaslıq  və 
biblioqrafiyaşünaslıq  fənlərinin xüsusi çəkisinin  çox  olması  ilə  diqqəti cəlb 
edirdi. Bu nailiyy
ət böyük bir təkamül prosesinin nəticəsi idi. Bu plan 
kitabxanalar üçün h
ərtərəfli biliyə  və  təşkilatçılıq  bacarığına  malik  olan 
kadrların  hazırlanmasını  nəzərdə  tuturdu.  Bu  planın  qəbulu adi bir embrion 
v
əziyyətdən böyük bir orqanizmə qədər keçilən tarixi yolun nəticəsi idi. 
1955-ci il t
ədris  planında  ümumtəhsil fənləri ilə  yanaşı,  ixtisas 
f
ənlərinə  çox  geniş  yer  verildiyindən professional səviyyədə  mütəxəssis 
hazırlamaq  üçün  münbit  şərait  yaranmışdı.  Məhz bu planda ilk dəfə  olaraq 
ixtisas f
ənlərinə dair 15 fənnin keçirilməsi nəzərdə tutulurdu. 
1964-cü ild
ə  Azərbaycan Dövlət Universitetinin Tarix, Hüquq və 
Kitabxanaçılıq  fakültələri  üçün  yeni  4  illik  plan  hazırlandı.  Bu,  müstəqil 
Kitabxanaçılıq  fakültəsi  üçün  sayca  birinci,  Kitabxanaçılıq  şöbəsi üzrə  isə 
üçüncü t
ədris  planı  idi.  Adıçəkilən bu fakültələr bu 4 illik planla elə  4 il 
işlədilər. 
1968-ci ild
ə  yeni tədris  planı  (5  illik)  təsdiq olundu. Lakin 
kitabxanaçılıq fakültələri üçün yeni 5 illik tədris planı təsdiq olunmadı, onlar 4 
illik t
ədris planı üzrə fəaliyyət göstərirdilər. Buna görə Vilnüs və Azərbaycan 
universitetl
ərinin  kitabxanaçılıq  şöbələri yeni 5 illik tədris  planına  keçmək 
bar
ədə  SSRİ  Təhsil Nazirliyinə  müraciət etdilər (1969) və  bu  xahiş  nəzərə 
alındı.  1969-cu ildə  Vilnüs universitetlərinin kitabxanaçılıq  şöbələri 5 illik 
t
ədris planına keçdi. 1970-ci ildə ADU-nun Kitabxanaçılıq fakültəsi bu tədris 
planı ilə işləməyə başladı. Bu, artıq dördüncü tədris planı idi. Bu tədris planı 
özünd
ən əvvəlki tədris planlarından köklü surətdə fərqlənirdi. 
Bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, hər bir tədris planı və dövlət 
standartı  özündən  əvvəlki tədris  planını  qismən təkzib etsə  də,  onun  bazası 
əsasında  müasir  tələbləri nəzərə  alan yeni tədris  planları  və  standartları 
hazırlanır. Bu baxımdan 1970-ci ildə qəbul olunmuş tədris planı bu planadək 


52 
 
olan bütün t
ədris planlarından köklü surətdə fərqlənirdi, çünki indiyədək heç 
bir t
ədris  planında  olmayan  fənlər  –  ali riyaziyyat, iqtisadiyyat, hesablama 
texnikası,  sənaye  iqtisadiyyatı,  elmi-texniki informasiya kimi fənlər daxil 
edilmişdi.  Bu  planda  kütləvi  kitabxanalarla  yanaşı,  elmi-texniki kitabxanalar 
üçün d
ə  kadrların  hazırlanması  nəzərdə  tutulurdu və  bu  ixtisaslaşma  4 
istiqam
ətdə aparıırdı: 
- Kütl
əvi kitabxanalar
- Elmi kitabxanalar; 
- Texniki kitabxanalar; 

Uşaq və məktəb kitabxanaları. 
Bu t
ədris  planının  tətbiqi birmənalı  qarşılanmadı,  tərəfdarları  və 
əleyhdarları  meydana  çıxdı.  Buna  baxmayaraq,  bu  tədris  planı  14  il  (1970-
1984) qüvv
ədə  oldu. Bu tədris  planında  keçilən elmi-texniki fənlərin 
üstünlüyü ondan ibar
ət  idi  ki,  kitabxanaçı  kadrlar  müasir  texniki  qurğu  və 
avadanlıqlarla  yaxından  tanış  olur,  onları  öz  sahələrinə  uyğun  tətbiq  etmıyi 
bacarırdılar. 
Az
ərbaycan Dövlət Universiteti və  V.Kapsukos  adına  Vilnüs  Dövlət 
Universiteti  SSRİ  Ali  və  Orta  İxtisas  Təhsili  Nazirliyinə  kitabxanaşünas-
biblioqraf ixtisası üzrə 5 illik tədris planlarının təsdiqi üçün dəfələrlə müraciət 
ets
ə də, bu planlar ancaq 1984-cü ildə təsdiq olundu. 1984-cü ildə ADU üçün 
t
əsdiq  edilmiş  fərdi tədris  planı  1984-1985-ci dərs ilindən tətbiq olunmağa 
başladı.  Yeni  təsdiq  olunmuş  tədris  planı  öz  universallığı,  elmiliyi  ilə 
f
ərqlənirdi. Plan tərtib edilərkən universitetlərin və mədəniyyət institutlarının 
t
ədris planlarından istifadə edilmiş, ən yaxşı cəhətlər nəzərə alınmışdı. Əvvəlki 
planda olan nöqsanlar düz
əldilmiş,  elm,  mədəniyyət və  texnikanın  son 
nailiyy
ətləri ilə bağlı yeni fənlər daxil edilmişdi. Planda ixtisas fənlərinə daha 
geniş  yer  verilmiş,  onların  saatları  artırılmışdı.  Vilnüs  universitetinin  tədris 
planında ixtisas fənləri üzrə 1700 saat dərs olduğu halda, ADU-nun yeni tədris 
planında 2000 saatdan artıq idi. Əvvəlki plandan fərqli olaraq, ixtisaslaşmalar 
ədəbiyyat komplekslərinə  görə  aparılmış,  kitabxanaların  vəzifələrinə  uyğun 
yeni f
ənlər ixtisaslaşmalara daxil edilmişdi. 
Bu planda 7 
ixtisaslaşmanın aparılması nəzərdə tutulurdu: 

İctimai-siyasi ədəbiyyatın kitabxanaşünaslığı və biblioqrafiyası; 
-  B
ədii  ədəbiyyatın  və  incəsənətə  dair  ədəbiyyatın  kitabxanaşünaslığı 
v
ə biblioqrafiyası; 

Uşaq və gənclər ədəbiyatının kitabxanaşünaslığı və biblioqrafiyası; 
- K
ənd təsərrüfatı ədəbiyatının kitabxanaşünaslığı və biblioqrafiyası; 
- Texniki 
ədəbiyyatının kitabxanaşünaslığı və biblioqrafiyası; 
- Elmi-tibbi 
ədəbiyyatın kitabxanaşünaslığı və biblioqrafiyası; 
- Kütl
əvi kitabxanalar. 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə