KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə23/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

53 
 
Yeni t
ədris planının  təsdiqi  Kitabxanaçılıq  fakültəsində  ictimai və 
fundamental elml
əri, ixtisas fənlərini dərindən bilən yüksək professional və 
intellektual s
əviyyəli  kitabxana  işçiləri,  kitabxana  işi  təşkilatçılarının 
hazırlanması  üçün  imkan  yaratmışdır.  Məhz 1980-ci  illərdə  fakültənin 
qarşısında duran əsas vəzifə bu planın tələbinə uyğun olaraq, tədris prosesini 
yüks
ək səviyyədə  təşkil  etməkdən, onun səmərəliliyini və  keyfiyyətini 
artırmaqdan ibarət olmuşdur. 
1993-cü ild
ən  respublikamızda  ali  kitabxanaçı  kadr  hazırlığı  üç 
m
ərhələdə aparılır (bakalavr, magistr, doktor). Bkalavr hazırlığına 1993-1994-
cü t
ədris ilində başlanmış, 1996-1997-ci tədris ilində ilk buraxılışı olmuşdur. 
1997-1998-ci t
ədris ilindən  magistr  hazırlığına  başlanmışdır.  Hər iki 
m
ərhələnin tədris planları  tərtib  olunmuş,  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyi t
ərəfindən təsdiq  edilmişdir.  Bakalavr  hazırlığının  tədris  planında 
əsasən ümumi ixtisas fənlərinin, əsaslı elmlərin öyrənilməsinə yer ayrılmışdır. 
Magistr hazırlığında isə ixtisaslaşmaya daha geniş yer verilmişdir. 
Bakı  Dövlət  Universitetinin  Kitabxanaçılıq  fakültəsi 2001-ci ildə 
Kitabxanaçılıq-informasiya fakültəsi  adlanmağa  başlandı.  Fakültənin  adının 
ikinci hiss
əsinə (informasiya) uyğun olaraq, tədris planına yeni fənlərin daxil 
edilm
əsi günün  vacib tələblərindən biri oldu və  artıq  müasir  informasiya 
m
əkanı ilə ayaqlaşan fənlər fakültədə tədris olunmağa başladı. “Kitabxanaların 
kompüterl
əşdirilməsinin  əsasları”,  “Kitabxana-informasiya  texnologiyaları”, 
“Elektron kataloq” kimi f
ənlər buna misal ola bilər. Hətta  ənənəvi 
kitabxanaşünaslıq  fənlərinin  adlarında  belə, dəyişiklik  olundu  və  bütün bu 
f
ənlərin birləşəcəyi  bir  kafedra  formalaşdı  ki,  bu  da  Kitabxana  resursları  və 
informasiya-
axtarış  sistemləri  kafedrası  oldu.  Bunun  da  nəticəsində  müasir 
inf
ormasiya  texnologiyalarını  dərindən bilən mütəxəssislər fakültəyə  dəvət 
aldılar,  müasir  informasiya  dövrü  ilə  ayaqlaşan  fənlərin tədrisinə  geniş  yer 
ayrıldı. 
Müasir dövrd
ə  insan fəaliyyətinin bütün sahələrində  kompüter 
texnologiyası  vacib  yer  tutur.  Müasir  informasiya-axtarış  sistemlərindən 
istifad
ə,  internet  resurslarından  layiqincə  yararlanmaq məqsədilə  fakültədə 
kompüter  laboratoriyası  yaradılmışdır.  Qeyd  etmək istərdik ki, bu 
laboratoriyanın  yaradılmasında  Kitabxanaçılıq-informasiya fakültəsinin sabiq 
d
ekanı,  Azərbaycanda  Kitabxana  İşinin  İnkişafı  Assosiasiyasının  prezidenti, 
professor  X.İ.İsmayılovun  müstəsna  rolu  olmuşdur.Həmçinin Azərbaycan 
milli  kitabxanaşünaslıgının  banisi  professor  Abuzər Xələfovun təşəbbüsü və 
s
əyi nəticəsində  BDU-nun Elmi kitabxanasının  nəzdində  “Kitabxana 
prosesl
ərinin  kompüterləşdirilməsi”elmi tədqiqat laboratoriyasının da mühüm 
əhəmiyyəti olmuşdur. 


54 
 
Fakült
ədə tədris olunan ənənəvi məlumat-axtarış sistemləri ilə yanaşı, 
dövrün,  zamanın  tələbinə  uyğun  olaraq,  müasir  informasiya-axtarış 
sisteml
ərini özündə ehtiva edən fənlər də tədris planlarına salınmışdır.  
M
əlum  olduğu  kimi,  2009-cu ildə  respublikamızda  yeni  “Təhsil 
haqqında”  qanun  qüvvəyə  mindi. Bu qanun vətəndaşların  Azərbaycan 
Respublikası  Konstitusiyasında  təsbit  olunmuş  təhsil hüququnun təmin 
edilm
əsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin 
t
ənzimlənməsinin  ümumi  şərtlərini müəyyən edir, təhsilin  ayrı-ayrı  pillələri 
üzr
ə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində 
ba
za rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz 
xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən 
strateji 
əhəmiyyətli, prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında 
t
əhsil  insan  hüquqları  haqqında  beynəlxalq konvensiyalara və  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  digər beynəlxalq müqavilələrə  əsaslanaraq, 
t
əhsil sahəsində milli, mənəvi və ümumbəşəri dəyərlərin prioritetliliyi əsasında 
dünya t
əhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Qəbul olunmuş yeni 
“T
əhsil  haqqında”  qanun  özündə  Bolonya sisteminin prioritet istiqamətlərini 
birl
əşdirirdi.  Tədris  planlarının  tərtibində  də  Bolonya sisteminin spesifik 
xüsusiyy
ətləri nəzərə alınırdı. 
2001-ci ild
ən etibarən Azərbaycan  Respublikasının  Avropa  Şurasına 
üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu 
prosesl
ərin tərkib hissəsi kimi, Azərbaycan  Respublikası  Avropa  ölkələrinin 
t
əhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya Bəyannaməsini imzalamaqla, 
respublika ali t
əhsil müəssisələrinin Avropa təhsil sisteminə  inteqrasiyası 
yolunda mühüm addım atmışdır. 
Bolonya sistemi il
ə  Azərbaycan təhsili  arasında  olan  əlaqəni  qısaca 
şərh edək: Dünya ölkələrinin istifadə  etdiyi təhsil sistemlərindən biri də 
Bolonya t
əhsil sistemidir. Bu təhsil sisteminin tarixi o qədər də qədim deyil. 
Prosesin r
əsmi başlanğıcı 1999-cu il iyulun 19-u hesab olunur. Həmin tarixdə 
İtaliyanın  Bolonya  şəhərində  29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi 
konfransında  “Avropa  ali  təhsil məkanı”  Bəyannaməsi və  ya Bolonya 
B
əyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də  açıqdır, 
sonralar Avropanın bir neçə şəhərində bu mövzuda diskussiyalar keçirilmişdir. 
Hazırda  Bolonya  sistemi  46  ölkəni özündə  birləşdirir.  Rusiya  2003-cü ildə 
qoşulmuşdur. Avropa ali təhsil məkanını yaratmaq, eləcə də bu sistemi dünya 
miqyasında  fəallaşdırmaq  məqsədilə  Bolonya prosesi kompleks əlaqəli 
m
əsələləri  əhatə  edir.  Əhatə  olunan bu məsələlər Avropa ölkələrində  biliyin 
keyfiyy
ətinin qiymətləndirilməsinin üsullarına  və  təhsil sisteminin 
yaxşılaşmasına  yönəlmişdir.  Bolonya  prosesində  ali təhsilin 3 pilləsi həyata 
keçirilir: 
- Bakalavr d
ərəcəsi; 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə