KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

61 
 
Respublikada  milli v
ə  dünya  əhəmiyyətli elmi nəşrlərin zəngin 
fondlarına malik universal təmayüllü ən iri aparıcı elmi kitabxana olan AMEA 
M
ərkəzi  Elmi  Kitabxanası  elektron  katoqların  yaradılması  işinə  2000-ci ilin 
əvvəllərindən  başlamışdır.  Belə  ki, 2000-ci ildə  kitabxana  Açıq  Cəmiyyət 
İnstitutu  Soros  Fondunun    ayırdığı    qrant  vəsaiti  hesabına  kompüter  və  ofis 
avadanlığı  ilə  təchiz  olunmuş,    2001-ci ildə  isə  kitabxananın  İNTERNET  
şəbəkəsinə çıxışı təmin edilmişdir.  
2002-ci ild
ə  kitabxanada  aparılan  struktur  dəyişiklikləri nəticəsində 
«Kitabxana prosesl
ərinin  avtomatlaşdırılması»  şöbəsi  yaradılmışdır.  Şöbənin 
ilk  işi  kitabxananın  3  dildə  veb-səhifəsinin  hazırlanması  və  istifadəçilərə 
t
əqdim olunması olmuşdur. 
2003-cü ild
ə AMEA Nizamnaməsinin 5-ci  maddəsinin 54-cü bəndinə 
əsasən  kitabxanaya elmi statusun verilməsi  kitabxananın  fəaliyyətinə  təsir 
göst
ərən mühüm bir amil oldu. Bununla əlaqədar olaraq, kitabxanada 
oxuculara kitabxana v
ə  biblioqrafik-informasiya xidmətinin səviyyəsinin 
yüks
əldilməsi istiqamətində işlər aparıldı. 
Kitabxananın  fəaliyyətinin səmərəliliyini  artırmaq  və  onu prioritet 
istiqam
ətlərə yönəltmək məqsədi ilə elə həmin il "Mərkəzi Elmi Kitabxanada 
kitabxana-biblioqrafiya prosesl
ərinin avtomatlaşdırılmasının 
əsas 
istiqam
ətlərinin təxmini planı" hazırlanmış və bu plan üzrə 3 istiqamətdə  iş 
aparılmışdır: 
Bunlar aşağıdakılardır: 
1.Komplektl
əşdirmə  istiqamətində-kitabxanaya daxil olan sənədlər 
(kitab, dövri m
ətbuat, qəzet, dissertasiya, avtoreferat, CD-ROM və b.) xüsusi 
proqram 
əsasında  kompüterə  daxil  edilmiş-sənədlərin akt-uçotu həyata 
keçirilmişdir.  Bu  proqram  komplektləşdirmənin  gedişatının  və  nəticələrinin 
statistik  uçotu, s
ənədlərin müxtəlif parametrlərə  axtarışı  və  təhlilinin təmin 
olunması məqsədi ilə  yaradılmışdır. 
2.Elektron kataloqun ya
radılması  istiqamətində  -“Gələcək naminə” 
t
əşkilatı  ilə  MEK-ın  birgə  layihə  çərçivəsində  kitabxananın  Azərbaycan 
dilind
ə  ədəbiyyat  fondunun  elektron  kataloqunun  yaradılması  üzrə  nəzərdə 
tutulmuş işə başlanılmışdır. 
Qeyd ed
ək ki, 2003-cü ildə  bu elektron kataloqa cari ədəbiyyat daxil 
edilirdi v
ə  növbəti ildə   bu proqram üzrə  təxminən 100000-ə  qədər  kitabın 
retrokonversiya yolu il
ə elektron kataloqun məlumat bazalarına daxil edilməsi 
planlaşdırılırdı. 
3.  Oxuculara kitabxana xidm
əti istqamətində-  kitabxana biblioqrafik-
informasiya xidm
əti istiqamətində  xüsusi proqram vasitəsilə  oxucuların 
elektron  kartotekasının  elektron  kartotekasını  hazırlamışdır.  Bu  proqram 
abonentl
ərin  (KAA    daxil  olmaqla)  qeydiyyatının  və  uçotunun müxtəlif 


62 
 
parametrl
ərlə axtarışını, verilən və qaytarılan ədəbiyyatın qeydiyyatını, borclu 
olan oxucuların avtomatlaşdırılmış nəzarətini və s. həyata keçirirdi.  
2003-2004-cü ild
ə  kitabxana proseslərinin  avtomatlaşdırlması  üçün 
müvafiq  şöbə  tərəfindən  «Kitabxana»  adlı    proqram  təminatı  hazırlanaraq  
MEK-d
əki  ənənəvi proseslərin  avtomatlaşdırılması  və  elektron kataloqun 
yaradılması  işinə  tətbiq olundu. Proqram beynəlxalq  standartlara  uyğun 
olmasa  da,  elektron  resursların  formalaşdırmasına  və  istifadəsinə, eləcə  də 
kitabxanada 
avtomatlaşdırılmış 
informasiya 
axtarış 
sistemlərinin  
formalaşmasına təkan verdi. 
 2005-ci ild
ə  kitabxana  İRBİS-64 avtomatlaşdırılmış  kitabxana 
informasiya sisteminin «Web-Çitatel» (Z 39.50 komponenti il
ə) modulun əldə 
edilm
əsi üçün «Elektron kitabxanalar və yeni informasiya texnologiyalarının 
hazırlanması  və  istifadəçiləri  Beynəlxalq  Assosiasiyası»    (Assoüiaüiə 
GBNİT) ilə müqavilə bağladı. Bununla əlaqədər  kitabxanada həmin sistemin 
n
əzəri və  təcrübi məsələləri ilə  bağlı  təlim  kursları  keçirildi.  70-dən çox 
kitabxanaçı təlim kurslarına cəlb olundu.  
Artıq 2006-cı ildə AMEA Mərkəzi Elmi Kitabxanası və  Elmi-Tədqiqat 

əssisələri    kitabxana  şəbəkəsinin  Avtomatlaşdırılmış  İnteqrasiyalı 
Kitabxana  Sisteminin    yaradılması  proqramı  hazırlanmış,  həmin proqrama 
əsasən  şəbəkə kitabxanalarının əməkdaşları üçün «İRBİS-64» avtomatlaşdırıl-
mış kitabxana-informasiya sisteminin  tədrisi təşkil olunmuşdur. Bundan sonra 
proqramda n
əzərdə  tutulmuş  digər  işlər-«İRBİS-64»  avtomatlaşdırılmış 
kitabxana-informasi
ya  sisteminin  şəbəkə  kitabxanalarında yerləşdirilməsi və 
ona n
əzarət həyata keçirildi. 
2007-ci il  aprelin 20-d
ə  dövlətimizin  başçısı  cənab  İlham  Əliyev 
t
ərəfindən imzalanmış «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdı-
rılması  haqqında»  sərəncamdan sonra kitabxana dünya informasiya 
inqteqrasiyanın  təmin edilməsi məqsədi ilə  öz  qarşısında  konkret  vəzifələr 

əyyənləşdirdi (2.
866-868).
  
S
ərəncamın 1.3 bəndinə (Ölkənin iri kitabxanalarının elektron kataloqu 
v
ə elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması və onun 
bazasında «Azərbaycan ədəbiyyatının virtual kitabxanası»nın oxucuların tam 
istifad
əsinə  verilməsi)  əsasən AMEA Mərkəzi  Elmi  Kitabxanasının  elektron 
kataloqu v
ə  elektron  kitabxanasının  müasir  standartlar  səviyyəsinə 
qaldırılması,  kadrlarla  iş  prosesinin  yaxşılaşdırılması,  beynəlxalq  əlaqələrin 
ge
nişləndirilməsi, kitab mübadiləsinin  artırılması,  mövcud  olan  qiymətli, 
nadir, tarixi n
əşrlərin  qorunması,  bərpası,  respublika səviyyəli səyyar  və 
ənənəvi sərgilərin keçirilməsi  işinin  təkmilləşdirilməsi ilə  bağlı  «Tədbirlər 
planı» hazırlanıb AMEA Rəyasət Heyətinə təqdim olundu. 
2007-ci ilin ön
əmli hadisələrindən biri də  kitabxananın veb səhifəsinin 
Birl
əşmiş Millətlər Təşkilatının “Avard” mükafatına layiq görülməsi oldu.  


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə