KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

63 
 
2008-ci ild
ə  «Azərbaycan  Respublikasında  kitabxana-informasiya 
sah
əsinin 2008-2013-cü illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı»  imzalandı.(1) 
Bu proqram ölk
ə  kitabxanalarının  dünya  informasiya  məkanına 
inteqrasiyasının təmin edilməsi məqsədi ilə dövlət orqanları qarşısında konkret 
v
əzifələr qoydu. 
 M
əhz elə  həmin ildən etibarən  kitabxananın  saytı  yeni 
avtomatlaşdırılmış idarəetmə sisteminə keçdi. Belə ki,  saytın idarə olunması 
işini asanlaşdırmaq məqsədi ilə Onlayn İdarəetmə Sistemi yaradıldı. Bu sistem 
vasit
əsilə  sayt mütəmadi olaraq yenilənmiş,  bütün  sənədlər, məlumatlar 
elektron formada server
ə  (hostinq)  daxil  edilmişdir.  Sistem  vasitəsilə  sayta 
560 meqabayt h
əcmində məlumat və təsvir yerləşdirilmişdi. 
2009-cu ild
ə  UNESCO-nun illik veblioqrafiyasında Mərkəzi Elmi 
Kitabxananın saytı barədə məlumat dərc olundu.  
2009-cu ild
ə  həmçinin,  kitabxananın  elektron  kataloqunun  və  daxili 
Veril
ənlər Bazasının İnternet şəbəkəsində əlyetərliliyi təmin olundu.(3)  
Artıq  bir  neçə  ildir  ki,  kitabxana  dünyanın    irihəcmli informasiya 
bazalarından    EBSCO,  İNTAS,  SVİTS,  İOP,  APS  və  s.-dən  istifadə  etmək 
imkanı əldə etmiş və internet vasitəsilə  500 mindən artiq elektron nəşri və  el-
mi  jurnalı    oxuculara  təqdim  etmişdir.  Bundan  əlavə,  kitabxananın  elektron 
kataloqunu internet istifad
əçilərinə təqdim etmək məqsədi ilə “WEB-İRBİS”  
proqramının sınaq variantı internetə qoşulmuş, “WEB-İRBİS” proqram təmi-
na
tının interfeysi Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabxanada WEB-
Şlyuz  İRBİS-64  proqramının  təminatı  istiqamətində  HTTP Server 
quraşdırılmış, Web-İrbis proqramı internetə buraxılmış, 8 elektron baza WEB-
Şlyuza qoşulmuşdur. (4)  
Hal-
hazırda  kitabxanada  avtomatlaşdırılmış  rejimdə  100-ə  yaxın 
kompüter, 3 server  v
ə 13 şöbə fəaliyyət göstərir. Mövcud maddi-texniki baza 
v
ə  ixtisaslaşmış  kitabxanaçı  kadrlar  bütün  kitabxananın  və  şöbələrin  şəbəkə 
rejimind
ə işini təmin edir. 
Ümumiyy
ətlə, Azərbaycan  elminin  dünyaya  inteqrasiyasında  və  ən 
qabaqcıl intellektual təcrübənin öyrənilməsində böyük xidmətləri olan AMEA 
M
ərkəzi Elmi Kitabxanası son illərdə öz elektron kataloqu ilə yeni kitabxana-
informasiya texnologiyala
rının mənimsənilməsi və  tətbiqi sahəsində mühüm 
v
ə  əhəmiyyətli addımlar  atmış-dünya və  yerli  elektron  resursların 
əlyetərliliyinin  təmin  olunmasının  vəzifə  və  prinsiplərinə  cavab verən bir 
informasiya m
ərkəzinə çevrilmişdir. 
 
 
 
 
 
 


64 
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 
üzrə  Dövlət  proqramı»nın  təsdiq  edilməsi barədə  Azərbaycan  Respublikası  Prezidentinin 
Sərəncamı: 6 oktyabr 2008-ci il // Azərbaycan.- 2008.- 6 oktyabr.  
2.  «Az
ərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması  haqqında»  Azərbaycan 
Respublikası  Prezidentininin Sərəncamı  //  Azərbaycan Respublikasının  Qanunvericilik 
Toplusu.-2007.- 
№4.-30 aprel.-S. 866-868. 
3. Azərbaycan Milli Elmlər Akademiyası M
ərkəzi Elmi Kitabxanasının hesabatları (2000-2011-
ci ill
ər) 
4. Azərbaycan Milli Elmlər Akademiyası M
ərkəzi Elmi Kitabxanasının Kitabxana proseslərinin 
avtomatlaşdırılması şöbəsinin hesabatları (2000-2011-ci illər) 
5. C
əfərov C. Kitabxana-informasiya xidmətində elektron kataloq.- Bakı:Proqress, 2012.-224 
s.  
6. 
Əliyeva-Kəngərli A.İ. Milli mənəvi dəyərlərimiz:yaradanlar və yaşadanlar. Bakı:Proqress, 
2012. -582 s
əh. 
7.  Лаврик  О.Л.    Академическая  библиотека  в  современной  информационной  среде  = 
Academic Library in the Electronic Environment. -Новосибирск: ГПНТБ СО РАН, 2003. - 251 
с. 
8.  Маркарова  Т.С.  Модель  развития  отраслевой  академической  библиотеки  в 
современной  информационной  среде  //Проблемы  современного  образования.-2011, 
№2- С. 123-129 
 
 
З.РЗАЕВА 
 
ЭЛЕКТРОННЫЙ КАТАЛОГ КАК СОВРЕМЕННАЯ ИНФОРМАЦИОННО-
ПОИСКОВАЯ СИСТЕМА  ЦНБ НАН АЗЕРБАЙДЖАНА 
 
РЕЗЮМЕ 
В  статье  рассматриваются  понятия  электронного  каталога  и  теоретические 
аспекты  его  организации.  Уделено  внимание  на  проблемы  организации  электронных 
каталогов ЦБН НАН Азербайджана на современном этапе.  
 
Z.RZAYEVA 
 
ELECTRONIC CATALOGUE AS A MODERN INFORMATION AND SEARCHING 
SYSTEM OF THE CSH OF NAS OF AZERBAIJAN 
 
SUMMARY 
 
Nations of the electronic catalogue and theoretical aspects of its organizations is 
considered in the article paid attention to the problems of organization of electronic catalogue 
of CSH of NASA at the present stage

 
 


65 
 
Leyla ABASOVA 
Bakı Dövlət Universitetinin 

Kitabşünaslıq və nəşriyyat işi” 
kafedrasının müəllimi 
 
AZƏRBAYCAN KİTABININ  
FORMALAŞMASINDA VƏ İNKİŞAFINDA  
“AZƏRNƏŞR”İN REDAKTORLARININ FƏALİYYƏTİ 
 
Açar sözl
ər: kitab, “Azərnəşr”, nəşriyyat işi, redaktor. 
Ключевые слова: книга, «Азернешр», издательское дело, редактор. 
Keywords:
  book ,
 
“Azernashr”, Publishing, editor. 
 
 
 
Az
ərbaycan  kitabının  nəşrə  hazırlanmasında,  redaktə  edilməsində 
“Az
ərnəşr”də  müxtəlif dövrlərdə  işləmiş  redaktorların  fəaliyyəti 
unudulmazdır. Çünki onlar kitabın dil və üslubunun formalaşmasında gərgin 
əmək sərf edirlər.  Bunu  respublikamızdakı,  xüsusilə  “Azərnəşr”də  fəaliyyət 
göst
ərən redaktorların nümunələrində aydın görürük. 
“Az
ərnəşr”də  işləyən  redaktorlar  sırasında  vaxtilə  baş  redaktor 
v
əzifəsində  işləmiş  M.Əfəndiyevin xüsusi yeri və  rolu  olmuşdur.  O, 
“Az
ərnəşr”in  fəaliyyəti  haqqında  dəfələrlə  respublika mətbuat  orqanlarında 
maraqlı  yazılarla  yadda  qalmışdır.  Bu  mənada  M.Əfəndiyevin “Kommunist” 
q
əzetində (1972-ci il 25 yanvar) “Azərnəşr” – 72” başlıqlı yazıda Azərbaycan 
Teleqraf Agentliyinin müxbirinin suallarına cavab verdiyi diqqəti cəlb edir. O, 
1972-ci ild
ə  K.Marksın,  F.Engelsin  bir  sıra  əsərlərinin, N.Nərimanovun 
m
əqalə  və  nitqlərindən ibarət ikicildliyinin çap ediləcəyini qeyd edir. 
“Az
ərnəşr” – 72” adlı yazıdan məlum olur ki, “Azərnəşr”in 1972-ci il tematik 
planında ictimai-siyasi, istehsalat-texniki, kənd təsərrüfatı, bədii ədəbiyyat və 
ədəbiyyatşünaslıq, rus klassik yazıçılarının, şairlərinin əsərlərinin Azərbaycan 
dilind
ə nəşrinə geniş yer verilir.   
Bu cür s
əmərəli işlədiyinə görə redaktorların fəaliyyəti respublikamızın 
hökum
əti tərəfindən daim diqqət mərkəzində  olmuş,  vaxtaşırı  onların  əməyi 
yüks
ək qiymətləndirilmişdir. Məsələn, 1975-ci ildə  respublikada kitab nəşri 
işinin  inkişafında  xidmətlərinə  görə  və  Azərbaycan Dövlət Nəşriyyatının  50 
illiyi il
ə  əlaqədar olaraq nəşriyyatının  işçilərinə  Azərbaycan SSR Fəxri 
adlarının  verilməsi  haqqında  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 
F
ərmanı  olmuşdur.  Fərmanda deyilir: “Respublikada kitab nəşri  işinin 
inkişafında xidmətlərinə görə və Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi ilə 
əlaqədar olaraq aşağıdakılara fəxri adlar verilsin: 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə