KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.

səhifə29/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

68 
 
edir.  Əgər bədii  ədəbiyyat tərcüməsi  zamanı  redaktordan  tam dəqiqlik tələb 
olunmursa, burada yalnız tərcümə olunacaq cümlənin bu və ya digər şəkildə 
müxt
əlif  variantlarını  vermək olursa, ictimai-siyasi  ədəbiyyatın  tərcüməsi 
ondan tamamil
ə  fərqlənir. Belə  ki, redaktor ictimai-siyasi mətn üzərində 
işlərkən hər  şeydən  əvvəl tərcümə  dilini mükəmməl bilməli, həmin mətnin 
t
əhrif  olunmasına,  terminlərin  qarşılıqlarının  tapılmasına,  cümlə  daxilində 
sözl
ərin  düzülüşünə, konkretliyə  çalışmalıdır.  Ə.Mirzəyev məhz bu 
keyfiyy
ətləri  əsas tutaraq tərcümə  ədəbiyyatı  üzərində  xüsusi səylə  çalışır. 
M
əhz elə buna görə də, ən çətin əsərlərin redaktəsi ona həvale olunurdu. Onun 
redakt
əsi ilə 1980-ci illərdə nəşr olunmuş akademik Lebedevin “SSRİ dünya 
siyas
ətində”, “Partiya təhsilinin  metodikası”,  N.Tixinovun  “Nitqləri və 
m
əqalələri” kitabları buna misal ola bilər [2, 22-23]. 
1970-1980-ci ill
ərdə  “Azərnəşr”də  çalışan  redaktorlar  öz  ixtisaslarını 
sevir, bilik v
ə  bacarıqlarını  nəşriyyatın  çapdan  buraxdığı  nəşrlərdə  ifadə 
etm
əyə  səy göstərirdilər.  Apardığımız  tədqiqatlardan məlum olur ki, 1970-
1980-ci ill
ərdə “Azərnəşr”də çox işgüzar, tanınmış redaktorlar işləmişdir.  
“Az
ərnəşr”də  böyük zəhməti olan redaktorlardan biri də  Mehdiyeva 
H
əlimə  Kazım  qızıdır.  O,  Xaçmaz  rayonunun  Xudat  kəndində  dünyaya göz 
açıb.  1975-ci ildə  Bakı  Dövlət Universitetinin Jurnalistika fakültəsinə  daxil 
olur. 1980-ci ild
ə  Radio-televiziya  ixtisası  üzrə  təhsilini bitirib, təyinatını 
1981-ci ild
ə  Azərbaycan Dövlət Nəşriyyatı  –  “Azərnəşr”ə  alır.  Əvvəlcə 
Korrektura  şöbəsində  təcrübə  toplamaq  üçün  işləyir və  altı  aydan  sonra 
H
əlimə Mehdiyevanı İctimai-siyasi şöbəyə kiçik redaktor təyin edirlər. O vaxt, 
y
əni 1981-ci ildə İctimai-siyasi şöbəyə Tofiq Quliyev rəhbərlik edirdi. Həlimə 
Mehdiyeva o ill
əri belə xatırlayır: 
M
ən “Azərnəşr”ə  təyinat  alıb  gələndə  nəşriyyatın  direktoru  Mustafa 
Əfəndiyev idi. Amma sonralar Nazim Novruzov, Əjdər Xanbabayev və Azər 
Mustafazad
ə  kimi  tanınmış  insanların  direktorluq  etdiyi  “Azərnəşr”də 
çalışaraq zəhmətimlə ucalmağa başladım.    
Universiteti yenic
ə  bitirib təyinatla “Azərnəşr”ə  işləməyə  gələn 
Mehdiyeva H
əlimə  Kazım  qızı  nəşriyyatın  tanınmış  redaktorlarları  ilə  çiyin-
çiyin
ə çalışır. Bunlardan Əsgər Ağayev (redaktor), Əkbər Ağayev (redaktor), 
Ağababa  Rzayev  (redaktor),  Xasay  Vəzirov  (redaktor),  Əmir  Mustafayev 
(B
ədii  ədəbiyyat  şöbəsinin müdiri), Tofiq  Quliyev  (İctimai-siyasi  şöbənin 
müdiri),  Şamil  Rasizadə  (redaktor), Mirzəyeva Səyyarə  (redaktor), Nəriman 
N
əsirov (Bədii tərtibat şöbəsinin müdiri) və s.  
1980-ci il
ərdə  “Azərnəşr”də  əsas redaksiyalardan “Siyasi ədəbiyyat” 
(müdir: Tofiq Quliyev, sonralar is
ə Tofiq Babayev), “Bədii ədəbiyyat” (müdir: 
Əmir Mustafayev, sonralar Əlfi Qasımov), “Elmi-kütləvi”: səhiyyə, tibb və s. 
(müdir:  Aişə  Tahirova), “Kənd təsərrüfatı”  (Fərhad Fərəcov),  “Sifariş 
ədəbiyyatı” (pullu) və s. fəaliyyət göstərirdi.  


69 
 
H.Mehdiyeva 1986-
cı  ildən 1993-cü ilə  kimi “Kitablar aləmində” 
jurnalının  müxbiri  və  həm də  bu illərdə  jurnalın  “Kitab  nəşri  məsələləri” 
şöbəsinə müdir təyin olunub. 
İctimai-siyasi  şöbədə  1980-ci illərdə  kitablar müxtəlif seriyalarla 
çapdan  buraxılırdı.  Bunlardan  misal  olaraq:  “Böyük  Vətən müharibəsi”, 
“Az
ərbaycanın  maarifpərvər  qadınları”,  “Represiya  qurbanları”,  “Sosialist 
əməyi qəhrəmanları”,  “Sovet  qəhrəmanları”  və  s. göstərmək mümkündür. 
M
əhz bu seriyada nəşrə  hazırlanan  kitabların  hər birində  Həlimə 
Mehdiyevanın zəhməti böyük olmuşdur.  
   H.Mehdiyeva 1993-cü ild
ən 2002-ci ilə qədər “Azərnəşr”də Ümumi 
şöbənin və  Kadrlar  şöbəsinin müdirini vəzifəsində  çalışıb;  2002-ci ildən 
Az
ərbaycan Milli Elmlər  Akademiyasının  Rəyəsət Heyətinə  Baş  mütəxəssis 
(bu gün
ə kimi orada çalışır) təyin olunur.       
“Az
ərnəşr”də  böyük zəhməti olan redaktorlardan biri Solmaz 
Mirkişiyeva  hesab  edilir.  O,  Azərbaycan Dövlət Universitetinin Jurnalistika 
fakült
əsində təhsil aldığı illərdə işləmək arzusunda olmuşdur. Onun bu arzusu 
h
əyata  keçmiş,  təhsil ala-ala “Azərnəşr”də  texniki redaktor vəzifəsində 
çalışmışdır.  Solmaz  Mirkişiyevanın  texniki  redaktor  olduğu  kitablar  saysız-
hesabsızdır.  Məlum olur ki, 1967-ci ildən etibarən  Solmaz  Mirkişiyeva 
mük
əmməl bir texniki redaktor kimi fəaliyyətə başladı. Həmin il onun ömür 
kitabında  yeni  bir  səhifə  açdı.  O  il  görkəmli Azərbaycan  şairi  Molla  Pənah 
Vaqifin  anadan  olmasının  250  illiyi  keçirilirdi.  Şairin  əsərlərinin texniki 
redaktorluğu  Solmaz  Mirkişiyevaya  tapşırıldı.  Yüksək bədii və  texniki 
t
ərtibatına  görə  həmin  kitablar  şairin  yubileyi  münasibətilə  keçirilmiş 
Zaqafqaziya müsabiq
əsində diploma layiq görüldü. Sonralar onun redaktəsi ilə 
çapdan  çıxmış  “Sovet  Sosialist  Respublikaları  İttifaqı  Konstitutsiyası”  və 
“Az
ərbaycan  SSR  Konstitutsiyası”  kitabları  da  Respublika  müsabiqəsində 
mükafata layiq görüldü. Onun redakt
əsi ilə bir sıra miniatür kitablar da çapdan 
buraxılmışdır.  Miniatür  kitabların  redaktəsinə  görə  o, Azərbaycan SSR 
R
əyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur [3, 33-34].   
B
əli,  Böyük  texniki  redaktor  Solmaz  Mirkişiyeva  30  ildən  artıq 
Az
ərbaycan Dövlət Nəşriyyatında  çalışmışdır.  Bu  illər  onu  çox  sınaqlardan 
çıxarıb. Çətinliklərdən qorxmayıb, sənətinin vurğunu olub. Gözlərindən zərrə-
z
ərrə nur, həyatından günlər, illər bəxş edib kitablara [3, 34].   
 “Az
ərnəşr”də  çalışan  böyük  redaktorların  əksəriyyəti müxtəlif 
redaksiyalarda işləsə də, məqsədləri bir olub: nəşriyyatın kitabları keyfiyyətli, 
m
əzmunlu,  oxucuların  rəğbətini  qazanan  olsun.  Bu  cür  redaktorlar  sırasında 
“Az
ərnəşr”in  “Bitkiçilik  ədəbiyyatı  redaksiyası”nın  müdiri  (1984)  Qasım 
F
ərəcov, “Azərnəşr”in   “Bitkiçilik  ədəbiyyatı  redaksiyası”nın  redaktoru Adil 
Abdullayev, “K
ənd təsərrüfatı  ədəbiyyatı  redaksiyası”nın  böyük  redaktoru 
Elman  Əliyev  belə  redaktorlardan hesab edilir. Bu cür zəhmətkeş,  bilikli, 




Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə