KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə30/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

70 
 
t
əcrübəli redaktorlar öz fikir və ideyalarını, iş təcrübələrini yaymaq məqsədilə 
d
ə, müxtəlif dövri mətbuat səhifələrində, xüsusilə  “Kitablar aləmində” 
jurnalında  məqalələrlə  çıxış  edirdilər. Məsələn,  Elman  Əliyevin  “Kitablar 
al
əmində”  jurnalının  1982-ci il 3-cü  sayında  (səh. 23-24) “Müəllif, rəyçi, 
n
əşriyyat” başlıqlı məqalə ilə çıxış edir. O, bu məqaləsində müəllif, rəyçi və 
n
əşriyyat  münasibətlərinə  dair  öz  maraqlı  fikir  və  mülahizələrini  yazır. 
M
əsələn, onun aşağıdakı fikri maraq doğurur: 
Ölk
əmizdə bütün kitablar üçün qabaqcadan (satışı gözləmədən) dövlət 
(ümumxalq) v
əsaiti  hesabına  müəllif  qonorarı  verilir.  Bu  vəsait mücərrəd 
pullar deyil
dir, el demişkən “yerdən çıxmır” deməli, oxucuya yaxşı olmayan 
kitab verm
əyə  və  ya  buraxılmasında  iştirak  etməyə  bizim sadəcə  olaraq 
ixtiyarımız  yoxdur.  Müəllif də, rəyçi də, nəşriyyat  da  bunu  daim  diqqət 
m
ərkəzində saxlamalıdırlar [4, 23].  
 “Az
ərnəşr”in  redaktorları  sırasında  Azərbaycanın  çox  görkəmli 
yazıçıları,  şairləri,  pedaqoqları  da  olmuşdur.  Bu  cür  yüksək səviyyəli 
redaktorlardan biri d
ə  Cəmil  Əlibəyov hesab edilir. Cəmil  Əlibəyov 
Az
ərbaycan Dövlət Nəşriyyatının baş redaktoru vəzifəsində səmərəli fəaliyyət 
göst
ərmiş,  Azərbaycan  kitabının  təbliği  və  yayılmasına  kömək məqsədilə 
dövri m
ətbuat səhifələrində  maraqlı  və  əhəmiyyətli elmi-təcrübi xarakterli 
m
əqalələrlə çıxış etmişdir. Məsələn, onun “Görən göz və döyünən qəlb” [5, 2-
3]  adlı  məqaləsi bu mənada  maraq  doğurur.  O,  məqaləsində  yazır  ki,  kitaba 
olan t
ələbat, həmçinin bu tələbatın  operativ  surətdə  ödənilməsi, ideya və 
praktik istiqam
ətin tamamilə  sinfi mövqedən müəyyən edilməsi, hər cür 
şüarçılığın  və  boşboğazlıqdan  uzaq,  əməli  əhəmiyyət kəsb edən  əsərlər 
buraxılması nəşriyyatın idarə mexanizmini yenidən qurmağı tələb edir” [5, 2-
3]. Vaxtil
ə  “Azərnəşr”in  Aqrosənaye  ədəbiyyatı  redaksiyasının  redaktoru 
işləmiş  (indi  “Gənclik” nəşriyyatının  direktoru),  Adil  Abdullayevin  redaktor 
kimi redaktor v
əzifəsi, kitab nəşri  problemlərinə  aid də  maraqlı  məqalələri 
d
ərc  edilmişdir.  Bu  mənada A.Abdullayevin “Kitablar aləmində”  jurnalında 
“K
ənd və  kitab”  rubrikasında  iqtisadçı  və  ərzaq  proqramı  adlı  məqaləsi 
resenziya xarakteri daşıyır. Qarşıda duran əzəmətli vəzifələrin müvəffəqiyyətlə 
yerin
ə  yetirilməsi  işində  digər mütəxəssislərlə  bərabər,  iqtisadçıların  da 
üz
ərinə böyük məsuliyyət düşür. Bu baxımdan iqtisad elmləri doktoru Ramil 
Əliyevin  Azərbaycan Dövlət Nəşriyyatı  tərəfindən  çap  edilmiş  “İqtisadçı  və 
ərzaq proqramı”  kitabının  aktual  bir  məsələyə  həsr edilməsi,  kitabın  ideya 
istiqam
əti  haqqında  Adil  Abdullayevin  yazdığı  məqalə  maraq  doğurur. 
M
əqalədə oxuyuruq: diqqətəlayiq haldır ki, kitabda şərh edilmiş məsələlər biri 
dig
ərini tamamlayır, irəli sürülən faktlar nəzəri cəhətdən əsaslandırılır” [6, 3-
4].  
 “Az
ərnəşr”  ölkədə  baş  verən ictimai-siyasi hadisələr, yubileylər, 
ədəbiyyat və incəsənət ongünlükləri və s. tədbirlərdə iştirak edir, bu tədbirlərə 


71 
 
öz münasib
ətini kitab nəşri  ilə  bildirirdi. Məsələn, Moskvada keçiriləcək 
Az
ərbaycan incəsənəti və  ədəbiyyatı  ongünlüyü  münasibətilə  nəşriyyat 
Az
ərbaycan yazıçılarının əsərlərinin tərcümə və nəşr edib paytaxtımızın geniş 
oxucu kütl
əsinə  çatdırmaq  vəzifəsini üzərinə  götürmüş  ən böyük nəşriyyat 
idar
əsi kimi fəaliyyət göstərirdi. “Azərnəşr”in  xəttilə  ongünlüyə  müasir 
Az
ərbaycan yazıçılarının 47 kitabının getməsi nəzərdə tutulurdu. Şeir, poema, 
hekay
ə, roman və pyeslərdən ibarət bu kitabların ümumi həcmi 460 ç.v. idi. 
H.Oruc
əlinin “Azərnəşr”  ongünlüyə  necə  hazırlaşır  adlı  məqaləsində 
göst
ərilirdi ki, “Azərnəşr” bunlardan indiyə kimi 200 ç.v. miqdarında müxtəlif 
əsər nəşr etmişdir. Halbuki respublikamızın incəsənət və ədəbiyyat təşkilatları, 
Az
ərbaycan mədəniyyətinə  böyük  baxış  olan  ongünlüyə  bir ildən çoxdur ki, 
hazırlıq  aparır.  Vaxta  üç  ay  qaldığına  baxmayaraq,  bu  müddətdə “Azərnəşr” 
280 ç.v. h
əcmində, yəni 25-dən çox kitab nəşr etməlidir.  
“Az
ərnəşr”in rəhbərləri çap işlərinin ləngiməsinə mane olan səbəblərin 
yalnız  son  aylarda  tamamilə  aradan  qaldırıldığını,  “Azərnəşr”in  bütün 
redaksiya v
ə mətbəə imkanlarının səfərbərliyə alındığını bildirirlər [7].  
Az
ərbaycan Dövlət Nəşriyyatı  ildən-ilə  öz nəşriyyatçılıq  fəaliyyətini 
genişləndirirdi. Bu dövrdə işləyən və öz işi ilə tanınan, hörmətlə adı çəkilən 
baş  redaktorlardan  biri  də  Qılman  İlkin  olmuşdur.  O,  1952-ci ildə 
“Az
ərnəşr”də baş redaktor vəzifəsində çalışmışdır. “Azərnəşr”in Baş redaktoru 
Qılman Musayevin “Sovet kəndi” qəzetində (1961-ci il 3 yanvar) “Azərbaycan 
Dövl
ət Nəşriyyatı  1961-ci ildə”  adlı  məqaləsində  oxuyuruq: Azərbaycan 
Dövl
ət Nəşriyyatı 1961-ci ildə 325 addan ibarət 2.031 ç.v. həcmində müxtəlif 
ədəbiyyat çap edəcəkdir. Oxucular siyasi, kənd təsərrüfatı,  elmi-kütləvi 
kitablar, plakat v
ə s. rəngli reklam materialları alacaqlar.  
1961-ci ild
ə  nəşriyyatın  ictimai-siyasi  ədəbiyyat  şöbəsi üzrə  78 kitab 
buraxılacaqdır. Bunların içərisində marksizm klassiklərinin əsərləri ilə yanaşı, 
f
əlsəfəyə,  iqtisadiyyata,  konkret  iqtisadiyyata  aid  bir  sıra  maraqlı  kitab  və 
kitabçalar vardır.  
“Az
ərnəşr”in  Baş  redaktoru  Qılman  Musayev  məqaləsində  qeyd edir 
ki, keç
ən illərdən fərqli olaraq bu il müasir mövzuya həsr olunan ədəbiyyat 
böyük yer tutur.  
1958-ci ild
ə İlyas Tapdığın Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında 
(indi “G
ənclik”) redaktor kimi fəaliyyətə  başlaması  onun  ədəbiyyat və 
t
ərcüməçilik sahəsindəki fəaliyyətinə müsbət təsir göstərmiş və digər tərəfdən 
şairin redaktor kimi formalaşmasında da əsas rol oynamışdır. 
İlyas  Tapdıq  aşağıda  adları  çəkilən  şair  və  yazıçıların  ilk  kitablarının 
redaktoru  olmuşdur:  C.Novruz,  İ.Coşqun,  T.Bayram,  M.Günər, F.Mehdi, 
F.Sadiq, Y.H
əsənbəy,  T.Mahmud,  H.Ziya,  M.İsmayıl,  M.Aslan,  M.Yaqub, 
O.Rza, Ə.Salahzadə, E.Borçalı, M.Süleymanlı, S.Rüstəmxanlı, V.Rüstəmzadə, 
Zahid X
əlil, V.Nəsib, D.Nəsib,  A.Laçınlı,  Ə.Əhmədova,  Ə.Nicat, 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə