KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

72 
 
R.Əhmədzadə,  Ə.Elbrus,  Ə.Əhməd,  D.Gədəbəyli,  Balasadıq,  R.Nuray, 
Ş.Salmanov,  Ağasəfa,  Ş.Rza,  Ə.İncəli,  M.Şükür,  M.İsgəndərzadə,  Ş.Aslan, 
M.Kazım,  Ə.Saləddin,  H.Mahmud,  M.Əliyeva,  A.Abdullazadə, S.Səxavət, 
Rübail, Ə.Fərzəli, Ə.Rza, H.Rzayeva, F.Şimşək, Ş.Dəlidağ, A.Vəfalı, Q.Əziz, 
Ə.Muxtar, A.Rəsul,  O.Şamil,  Z.Ağayeva,  A.Kəmalə, Z.Mahmudov, 
T.Şahdağlı,  V.Yusif,  Q.Cahani,  Mənzərə,  M.Qudyalçaylı,  Ə.Muradxanlı, 
M.Fitr
ət, Rafiq Musa, A.Arabaçı, S.Şeyda, S.Sərvi və b. [8, 277]. 
O, özünün 
ədəbi  yaradıcılığında  bir  neçə  istiqamətdə  müvəffəqiyyət 
əldə etmişdir. Xüsusilə uşaq ədəbiyyatı və tərcümə ədəbiyyatı sahəsində onun 
nailiyy
ətləri olduqca böyükdür. O, respublikamızda edilən uşaq dövri mətbuatı 
il
ə sıx əlaqədə olması onun ədəbi yaradıcılığına daha da güclü təsir etmiş və 
müxt
əlif  xalqların  görkəmli  uşaq  ədəbiyyatı  yazıçılarının  əsərlərini ana 
dilimiz
ə tərcümə etmiş və çapdan buraxmışdır. Bu mənada İlyas Tapdıq özünü 
peşəkar uşaq ədəbiyyatı tərcüməçisi kimi tanıda bilmişdir. Robert Bernis, Yan 
Raynis, Fyodor Tutçev, Abay Kunanbayev, Lesya Ukrainka, Mixail Stelmax, 
Mixail  Zoşşenko,  E.Mejelaytis,  Aybek,  Uyğun,  Zülfiyyə, Valentin Berestov, 
Kayum Tanrıquliyev və başqa görkəmli şair və yazıçılardan etdiyi tərcümələr 
Az
ərbaycan oxucusunun, xüsusilə  uşaq  və  gənclərin  sevimli  kitablarıdır  [8, 
277-278]. 
Ar
aşdırmalar  göstərir  ki,  İlyas  Tapdıq  öz  ədəbi  yaradıcılığı  və 
t
ərcüməçilik fəaliyyəti ilə  Azərbaycan  kitabını  zənginləşdirmiş,  kitab  nəşri 
m
ədəniyyətinin  inkişafında  böyük  rol  oynamışdır.  Onun  redaktə  etdiyi 
kitabları  əsasən üç qrupa bölmək olar: 1) Tərcümə  ədəbiyyatı;  2)  Uşaqlar 
ədəbiyyatı; 3) Şeirlər və nəsr əsərləri. 
H
əmçinin, Azərbaycanda redaktor fəaliyyəti araşdırılarkən məlum olur 
ki, İlyas Tapdıq ən məhsuldar redaktorlardan biridir və o, fəaliyyəti dövründə 
çox sayda 
əsərləri tərcümə  etmiş  və  kitablar,  kitabçalar  şəklində  çapdan 
buraxmışdır.  Onun  “Gənclik” nəşriyyatında  redaktor  kimi  işləməsi  İlyas 
Tapdığın  peşəkar redaktora çevrilməsinə  də  güclü təsir göstərmişdir.  Təkcə, 
bel
ə bir faktı göstərə bilərik ki, 800-ə qədər şeir, hekayə və tərcümə kitablarını 
redakt
ə etmişdir [8, 277-278]. 
M
əlumdur ki, 1960-cı illərdə “Gənclik” nəşriyyatı Azərbaycan Dövlət 
N
əşriyyatı  –  “Azərnəşr”lə  birləşir.  Həmin illərdə  İlyas  Tapdıq  Azərbaycan 
Dövl
ət Nəşriyyatı – “Azərnəşr”də bir tanınmış redaktor kimi müxtəlif yazıçı 
v
ə şairlərin əsərləri üzərində işləyib onları çapa hazırlayır. Məsələn: İbrahim 
K
əbirli  “Adsız  adam”  (Azərbaycan Dövlət Nəşriyyatı,  1961),  Xəlil Rza 
“M
ənim günəşim”  (Azərbaycan Dövlət Nəşriyyatı,  1963),  Hüseyn 
Hüseynzad
ə  “Torpaq  eşqi”  (Azərbaycan Dövlət Nəşriyyatı,  1964),  Məmməd 
İbrahim “Anamdan yadigar nəğmələr: şeirlər və poema” (Azərbaycan Dövlət 
N
əşriyyatı, 1966) və s.                                                                                                                                                                                                                                      


73 
 
 “Az
ərnəşr”in  redaktorlarının  fəaliyyətindən,  yaradıcı  və  gərgin 
əməklərindən söhbət gedərkən “Azərnəşr”in  lüğətlər və  məlumat  ədəbiyyatı 
redaksiyasının  müdiri  fəl.e..dok.Vəli Məcidovun  adını  xüsusilə  qeyd 
etm
əliyik. O, redaksiya müdiri kimi nəşriyyatın  fəaliyyətinə, kitab nəşrinə, 
redakt
ə  işinə,  redaktorların  fəaliyyətinə  aid  çox  maraqlı  məqalələr yazaraq 
dövri m
ətbuat səhifələrində  ardıcıl  və  sistemli  şəkildə  çıxış  edirdi. 
“Az
ərnəşr”in  ən zəhmətkeş  redaksiya  müdirlərindən biri də  Yaqub  Hacıyev 
olmuşdur.  O,  redaktor,  redaksiya  müdiri  və  nəhayət “Azərnəşr”in  baş 
redaktorunun müavini kimi v
əzifələrinə  qədər yüksəlmişdir.  O,  tez-tez, 
vaxtaşırı respublika mətbuatında nəşriyyatın fəaliyyətilə bağlı müxtəlif səpgili 
m
əqalələrlə  çıxış  edirdi.  “Ərzaq  proqramı  və  kitab”, “Kənd zəhmətkeşləri 
üçün”  rubrikalarında  onun  çox  sayda  məqalələri “Kitablar aləmində” 
jurnalında dərc edilmişdir.  
1970-1980-ci ill
ərdə nəşriyyat öz fəaliyyətini daha da genişləndirmiş, 
respublika n
əşriyyat sistemində aparıcı, əsas mövqeyə malik olmuşdur.  
N
əşriyyatın  kitab  məhsulunun elmi səviyyəsinin, məzmununun, 
t
ərtibatının  yaxşı  olmasına,  dövrün  tələblərinə  cavab verməsinə  kömək edən 
redaksiyaların, redaksiya müdirlərinin rolunu da qeyd etmək lazımdır. Belə ki, 
“Az
ərnəşr”də  bir  sıra  böyük  redaksiyalar  və  xüsusilə  onların  müdirləri: 
İctimai-siyasi və  hüquq  ədəbiyyatı  (redaksiya  müdiri:  Hürümüz  Tağızadə); 
D
ərsliklər və dərs vəsaiti (redaksiya müdiri: İsmayıl Zərgərli); Kənd təsərrüfatı 
ədəbiyyatı (redaksiya müdiri: Yaqub Hacıyev); Elmi-kütləvi və tibb ədəbiyyatı 
(redaksiya  müdiri:  İsmayıl  Gözəlov); Neft sənayesi və  texniki  ədəbiyyat 
(redaksiya müdiri: Tük
əzban Əliyeva); Fizika-riyaziyyat və kimya ədəbiyyatı 
(r
edaksiya müdiri: Suğra Məmmədxanlı); Bədii ədəbiyyat (redaksiya müdiri: 
M
əmməd  Araz);  Uşaq  və  gənclər  ədəbiyyatı  (redaksiya  müdiri:  Əzizə 
Əhmədova); Musiqi və  not  ədəbiyyatı  (redaksiya  müdiri:  Tofiq  Bakıxanov); 
B
ədii tərtibat  (redaksiya  müdiri:  Əmir  Hacıyev); Texniki tərtibat (redaksiya 
müdiri: R
əhman  Hüseynov);  Korrektor  şöbəsi (redaksiya müdiri: Gövhər 
S
əfərəlibəyova); İstehsalat şöbəsi (redaksiya müdiri: Ağadadaş Quliyev) və b. 
“Az
ərnəşr”in  kitab  məhsulunun nəşrə  hazırlanmasında,  nəşr  edilib 
yayılmasında, məzmunlu və  elmi səviyyəsinin yüksək  olmasında    xidmətləri 
diqq
ətəlayiqdir.     
Müxt
əlif dövrlərdə “Azərnəşr”də öz işini sevən, bacarıqlı, dünyagörüşü 
v
ə  elmi səviyyəsi yüksək  olan  redaktorlardan  aşağıdakıların  fəaliyyəti təqdir 
olunmalıdır:  Əli Səbri, Cəfər  Bağır,  Ələkbər Ziyatay, Səlim Cəfərov, Səlim 
Əhmədov,  Siyavuş  Məmmədzadə, Zəkiyyə  Qiyasbəyli, Mirzə  Müştaq, 
M
əmməd İbrahim, Səkinə Hüseynova, Mehdi Mirkişiyev, Məleykə Quliyeva 
v
ə b. Ümumiyyətlə, “Azərnəşr”də müxtəlif vəzifələrdə çalışan və kollektivin 
hörm
ətini qazanan nəşriyyat işçilərindən söhbət gedərkən qocaman poliqrafçı 
Saleh M
əmməd  oğlu  Salayevin  fəaliyyətini xüsusilə  qeyd etməliyik. Saleh 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə