KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə34/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

78 
 
1978-ci ild
ən “Siyasi ədəbiyyat” və  “Tarix”  redaksiyalarının  redaktoru  təyin 
edilib; Aslanova Sevinc Aslan qızı (redaktor) - əməyini xüsusilə qeyd etmək 
lazımdır [11, 35].   
Ağalarov  Əlövsət  İbrahim  oğlu  1954-cü ildə  Kəlbəcər rayonunun 
Quzeyçirkin k
əndində anadan olub. Qılınclı kənd orta məktəbini bitirib. Hərbi 
xidm
əti başa vurduqdan sonra, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin 
Filologiya fakült
əsinə daxil olub. Əla oxuduğuna və xüsusi istedadını nəzərə 
alaraq 1979-cu ild
ə  Leninqrad Universitetinin Jurnalistika Fakültəsinə 
gönd
ərilib. Təhsilini həmin ali məktəbdə  davam etdirən  Əlövsət  Ağalarov 
1981-ci ild
ə  Leninqrad Universitetini bitirərək  Jurnalist  ixtisasına  yiyələnib. 
T
əyinatla Azərbaycan Dövlət Nəşriyyatına göndərilib. Əməksevərliyi, yüksək 
savadı  və  bacarığı  hesabına  respublikanın  ən böyük nəşriyyatında 
“Az
ərnəşr”də kiçik redaktorluqdan baş redaktor vəzifəsinəcən yüksəlib. O, bir 
neç
ə sanballı tərcümə kitabının, yüzlərlə elmi, publisistik məqalənin müəllifi, 
onlarla kitabın tərtibatçısıdır [11, 34-35].    
Hal-
hazırda  “Azərnəşr”də  direktor müavini vəzifəsində  çalışan 
Qasımov Mirqalib Mirabdulla oğlu 1959-cu il 29 mart Quba rayonunun Gədik 
k
əndi  doğulub.  Bakıda  Azərbaycan Dövlət Neft və  Kimya  İnstitutunun 
Maşınqayırmanın  iqtisadiyyatı  və  sənayenin təşkili  fakültəsini (1980-1985-ci 
ill
ərdə) bitirib. Daha sonra 1986-1990-cı ildə Moskva Poliqrafiya İnstitutunun 
Müh
əndis  texnoloq  ixtisası  üzrə  təhsil  alıb.  1981-ci ildən 1993-cü ilə  qədər 
Az
ərbaycan Dövlət Mətbuat və  İnformasiya  Komitəsinin nəzdində  olan 26 
Bakı komissarı adına mətbəədə (fəhlə, usta, cild sexində texnoloq, cild sexinin 
r
əisi, iqtisadiyyat şöbəsinin rəisi və kommersiya işləri üzrə direktor müavini) 
çalışmışdır.  1993-cü  ilin  iyul  ayından  Azərbaycan Dövlət Nəşriyyatı  – 
“Az
ərnəşr”də əvvəlcə istehsalat şöbəsinin rəisi, sonralar isə direktor müavini 
v
əzifəsinə təyin edilir [11, 35].  
Fikrimizi ümumil
əşdirərək qeyd edə  bilərik ki, Azərbaycan Dövlət 
N
əşriyyatı  yarandığı  ildən (1920) bu günə  kimi universal fəaliyyət göstərir. 
Burada  işıq  üzü  görən hər  bir  kitabın  (çap  məhsulunun) üzərində  redaktor 
əməyi,  başqa  sözlə  desək redaktor zəhməti  vardır.   Yüksək keyfiyyətli kitab 
çap etm
ək  əsasən müəllif, tərcüməçi, redaktor və  rəyçilər kollektivindən 
asılıdır. “Azərnəşr” daim öz ətrafına görkəmli alimlər, ziyalılar, mütəxəssislər, 
k
ənd təsərrüfatı  yenilikçiləri, kənd təsərrüfatı  sahəsində  çalışan  ixtisaslı 
jurnalistl
ər, tərcüməçilər, rəy yazanlar, ən başlıcası isə geniş oxucu kütləsi cəlb 
ed
ə bilmişdir. 
 
ƏDƏBİYYAT 
 
1. M
əmmədova R. Kitablar burada doğulur // Azərbaycan qadını jur., 1967. -№9. –S.23 
2. M
əcidov V. Zəhmətkeş redaktor // Kitablar aləmində jur., 1982. -№4. –s.22-23 
3. Mehdiyeva H. Kitablarda qalan izl
ərt // Kitablar aləmində jur., 1982. -№1. –s.33-34 


79 
 
4. 
Əliyev E. Müəllif, rəyçi, nəşriyyat // Kitablar aləmində jur., 1982. -№3. –s.23 
5. 
Əlibəyov C. Görən göz və döyünən qəlb // Kitablar aləmində jur., 1986. -№4. –s.2-3 
6. 
Abdullayev A. İqtisadçı və ərzaq proqramı // Kitablar aləmində jur., 1986. -№2. –s.3-4 
7.  Oruc
əli H. “Azərnəşr”  ongünlüyə  necə  hazırlaşır  //Ədəbiyyat və  incəsənət qəz., 1959, 7 
fevral 
8. 
Abasova L. İlyas Tapdıq redaktor kimi // Dil və Ədəbiyyat: beynəlxalq elmi-nəzəri jurnal
2010. -
№1 (72). –s.276-278 
9. Abasova L. S
əlim Əhmədov – Texniki redaktor kimi //Kitabşünaslıq və nəşriyyat işi: elmi-
n
əzəri və təcrübi jurnal, 2009. -№1 (5). –s.84-88. 
10. Abdullayev A. S
ənətinin vurğunu // Kitablar aləmində jur., 1981. -№1. –s.71-73 
11.  Abasova L. Az
ərbaycan Dövlət Nəşriyyatı  –  “Azərnəşr”  bu  gün  //Kitabşünaslıq  və 
n
əşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2012. -№2. –s.23-37. 
 
Л.АБАСОВА 
 
ДЕЯТЕЛЬНОСТЬ РЕДАКТОРОВ "АЗЕРНЕШРА" В ФОРМИРОВАНИИ 
И РАЗВИТИИ АЗЕРБАЙДЖАНСКОЙ КНИГИ 
 
РЕЗЮМЕ 
 
В  статье  изучается  деятельность  редакторов,  в  разные  годы  трудившихся  и 
внесших  большой  вклад  в  работу  Азербайджанского  Государственного  Издательства. 
Также  в  статье  на  основе  фактов  были  проанализированы  государственные  награды 
редакторов,  долгое  время  работавших  в  "Азернешре"  и  имевших  большую  заслугу  в 
формировании  Азербайджанской  книги.  На  основе  анализа  определенного  периода 
стало ясно,что редакторы "Азернешра",которые имели большой труд в издании каждой 
книги, являлись известными просветителями. 
 
L.ABASOVA  
  
THE ACTIVITY OF THE EDITORS AT “AZERNASHR” IN FORMATION 
AND DEVELOPMENT OF AZERBAIJANI BOOK 
 
SUMMARY 
 
The activity of the editors who worked for the Azerbaijan State Publishing House 
throughout different years and contributed a lot to its work was studied in the article. The 
rewarding of the editors by the state who had a significant role in formation of Azerbaijani 
book and worked at “Azernashr” for many years is also studied based on facts. It was made 
identified through the research carried out on the particular period that the editors at 
“Azernashr” are well-known intellectuals who made significant efforts in release of every 
single book by “Azernashr”.  
 
 
 
 
 
 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə