KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə35/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   31   32   33   34   35   36   37   38   ...   88

80 
 
 
İradə BAYRAMOVA                                                                       

Biblioqrafiyaşünaslıq” kafedrasının müəllimi 
                 
AZƏRBAYCAN  RESPUBLİKASININ  REGİONLARININ 
KİTABXANA-İNFORMASİYA RESURSLARININ   YERLƏŞMƏSİNİN 
VƏZİYYƏTİ  (Aran iqtisadi rayonunun  nümunəsində) 
     
Açar sözl
ər:  Kitabxana-informasiya təminatı,  informasiya  resursları,  kadr 
t
əminatı   
Ключевые 
слова: 
Библиотечно-информационных 
обеспечение, 
информационных ресурсов,  кадрового обеспечения;  
Key words:  Bibliographic-information  provision, information resourses, 
current status   
             
Regional inkişaf milli iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elm 
v
ə  təhsilin, mədəniyyətin və.s  inkişafına  güclü  təsir göstərir.  Respublikanın 
bütün regionlarının  sosial -iqtisadi inkişafını daha da gücləndirmək və hər bir 
iqtisadi rayonun potensial
ından  istifadəni sürətləndirmək  baxımından, 
“Az
ərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı  (2004-2008-ci illər)” və  “Azərbaycan    Respublikası  regionlarının  
2009-2013-cü ill
ərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nın  qəbul 
edilm
əsi regional inkişafın təmin edilməsində mühüm rol oynadı.(1;2 )  
Dövl
ət  proqramları  əsasən  aşağıdakı  10  iqtisadi  rayon  üzrə  tərtib 
edilmişdir:  
   
1. Abşeron iqtisadi rayonu
   2. G
əncə-Qazax iqtisadi rayonu; 
   
3. Şəki-Zaqatala iqtisadi rayonu; 
   4. L
ənkəran iqtisadi rayonu; 
   5. Quba-Xaçmaz iqtisadi rayonu; 
   6. Aran iqtisadi rayonu; 
   
7. Dağlıq Qarabağ iqtisadi rayonu; 
   8. K
əlbəcər-Laçın iqtisadi rayonu; 
   
9. Dağlıq Şirvan iqtisadi rayonu; 
   
10. Naxçıvan iqtisadi rayonu; 
Respublikanın  iqtisadi  rayonlarında,kitabxana-informasiya sisteminin 
inkişafı  dövlət tərəfindən diqqət mərkəzində  saxlanılan  sahələrdən biri kimi 
ön
əm daşımışdır. Bu sahənin inkişafı, cəmiyyət üzvlərinin intellektual-mədəni 
potensialının  gücləndirilməsində, elmin, texnikanın  ən yeni nailliyyətlərinin 
öyr
ənilməsində, gənclərin Vətənə  məhəbbət ruhunda tərbiyə  olunmasında, 


81 
 
onlara yüks
ək vətənpərvərlik hisslərinin aşılanmasında, kitabxanaların əvəzsiz 
rol  oynadığını  göstərir. Belə  ki,1998-ci ildə  qəbul  edilmiş  “Kitabxana  işi 
haqqında” Qanunda deyilirdi: “Kitabxana-elm, informasiya, mədəniyyət, təhsil 
v
ə  tərbiyə  müəssisəsi kimi çap əsərlərini və  digər  informasiya  daşıyıcılarını 
toplayıb  mühafizə  edən,  onların  sistemli  istifadəsini təşkil  edən, cəmiyyətin 
intellektual v
ə  mənəvi  potensialının  inkişafına  xidmət göstərən sosial 
institudur.”(5) 
Kitabxana f
əaliyyət göstərdiyi məkan daxilində  sosial vasitə  kimi 
h
əmişə sosial mühitdən asılı olaraq formalaşmışdır. Kitabxanalar tarixi inkişaf 
prosesind
ə  öz hamisi olan cəmiyyətə  xidmət  etmiş,  onun  tələbatını  ödəmiş, 
sifarişini    yerinə  yetirmişdir.  Beləliklə,  kitabxanaların  yaranması, 
formalaşması, inkişafı, fəaliyyəti və cəmiyyətdə tutduğu mövqe bilavasitə, onu 
yaradan c
əmiyyətlə bağlıdır. Son illərdə, imzalanmış  qanun və sərəncamlar,  
dövl
ətin  bu sahəyə  diqqətinin bir təzahürüdür. Kitabxana-informasiya 
sah
əsinin  inkişaf etdirilməsi üçün, dövlət başçısı İlham Əliyev, 2007-ci il 20 
aprel tarixind
ə  “Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması 
haqqında” sərəncam verdi.(3) 
Kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə 
tarixi-m
ədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanmasını, mühafizəsini 
v
ə onlardan istifadə imkanlarının artırılmasını təmin etmək üçün, “Azərbaycan 
Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 
inkişafı  üzrə  Dövlət  Proqramının  təsdiq  olunması  haqqında”(2008) 
Az
ərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  mühüm  əhəmiyyət 
daşıyır.(4)  Bu  sərəncamda,  kitabxanaların  maddi-texniki  bazasının 
möhk
əmləndirilməsi,  kitabxana  binalarının  müasir  tələblərə  cavab verməsi, 
onların  ixtisaslı  kadrlarla  təmin edilməsi,  kitabxana  fondlarının 
z
ənginləşdirilməsi,  əhalinin informasiya təminatının  daha  yaxşı  ödənilməsi 
v
ə.s. kimi problemləri həll etmək nəzərdə tutulmuşdu.  
“Az
ərbaycan  Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-
2013-cü ill
ərdə inkişafı üzrə Dövlət Proqramı”-nın 2.1.8-ci bəndlərinə uyğun 
olaraq, Az
ərbaycan  Respublikasının  Dövlət Statistika Komitəsi tərəfindən 
2009-
cu  ilin  sentyabr  ayının  1-dən 10-dək  Respublikada fəaliyyət göstərən 
kitabxana  şəbəkələrində  monitorinq    keçirilmişdir.  Monitorinqin 
keçirilm
əsində  əsas məqsəd,  əhaliyə  göstərilən kitabxana-informasiya 
xidm
ətinin səviyyəsinin yüksəldilməsi, kitabxana-informasiya sahəsində yeni 
texnologiyalar
ın  tətbiqi və  istifadəsində  onun  dünya  standartları  səviyyəsinə 
çatdırılması,  elektron  informasiya  resurslarının  formalaşdırılması  və  virtual 
kitabxanaların  inkişaf  etdirilməsi,  kitabxanaların  kadr  təminatının 
yaxşılaşdırılması,  habelə, fasiləsiz təhsilin  təmin edilməsi  üçün  şərait 
yaradılması  istiqamətlərində  aparılan  işlərin vəziyyətini öyrənməkdən ibarət 
olmuşdur.  Müayinə  ilə  əhatə  olunmuş  kütləvi,  uşaq,  gənclər, elmi, elmi-


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə