KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə49/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   45   46   47   48   49   50   51   52   ...   88

110 
 
kitabxanaya h
ədiyyələr  verirdi  .  Kitabxananın  fondu vəqt  hesabına 
z
ənginləşmiş  və  dövrünün böyük  kitabxanasına  çevrilmişdir. Lakin çox 
t
əəssüflər olsun ki , XIX əsrin əvvəllərində Rusiya – İran müharibəsi zamanı 
Şeyx  Səfi  Kitabxanası  ruslar  tərəfindən Tiflisə  ,  oradan da Rusiyaya 
aparılmışdır. Həmin nadir  kitablar bu gün də  Rusiya  kitabxanalarını, 
muzeyl
ərini bəzəyir.  
Bel
əliklə , sonrakı tarixi dövrlərdə  də hər zaman bu və ya digər şəkildə 
kitabxanaların  inkişafına  qayğı  göstərmiş,  XIX  əsrdən  başlayaraq  kitabxana 
işinin  təşkili  prosesində  mühüm  dönüş  yaranmışdır.  Belə  ki, bu dövrdə 
Az
ərbaycanın iqtisadi – ictimai və mədəni həyatında yeni bir dövr başlayır. Bu 
dövr Az
ərbaycanda elmi -  ədəbi və  fəlsəfi fikrin sürətlə  yeni istiqamətdə 
inkişafı ilə səciyyələnir. Rus və Avropa ictimai fikri ilə əlaqə yaratmağa imkan 
tapan Az
ərbaycan mədəniyyətinin  qabaqcıl  nümayəndəsi milli ənənələrin 
əsasında yeni dövrün yeni ədəbiyyatını, elm və fəlsəfəsini meydana gətirirlər.  
Bu dövrd
ə A. Bakıxanov, Mirzə  Fətəli Axundzadə, Həsən bəy Zərdabi 
,Qasım  Bəy  Zakir,  Seyid  Əzim  Şirvani, Nəcəf bəy Vəzirov, Ömər Faiq 
Nemanzad
ə, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli, Nəriman Nərimanov 
v
ə  başqa  şəxsiyyətlərxalqın  ümummədəni  və  elmi  inkişafında  mühüm  rol 
oynadılar, gələcək inkişafımıza misilsiz töhvələr vermişlər .  
XIX 
əsrin  II  yarısından  başlayaraq  Bakıda  neft  sənayesinin sürətlə 
inkişafı  ilə  əlaqədar  olaraq  bir  sıra  cəmiyyətlər və  qabaqcıl  ziyalıların  təsiri 
altında mədəni müəssisələrin təşkilinə başlandı.  
1997  –  ci ild
ə  Bakıda  görkəmli  yazıçı  və  dövlət xadimi Nəriman 
N
ərimanov  ilk  ümumaçıq    Azərbaycan kitabxana –  qiraətxanasının  əsasını 
qoydu. Onu  z
ənginləşdirmək üçün  jurnallarla və  digər nəşrlərlə  təmin 
edilm
ək  üçün Nəriman Nərimanov və Əlisgəndər Cəfərov və b. Çox zəhmət 
ç
əkməli oldular . 
1918  –  ci il 28 – 
i tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı . 
Müst
əqil Azərbaycan  Demokratik Cumhuriyyəti  yarandı.  23  ay  yaşamasına 
baxmayaraq ADR az müdd
ətdə tarixi əhəmiyyətə malik işlər görə bilmişdir . 
Müst
əqil ADR mədəniyyət və  xalq maarifi sahəsində  də  lazimi tədbirlər 
h
əyata keçirdi. Xalq maarifinin  milliləşdirilməsi və inkişafı üçün nəşriyyat – 
t
ərcümə  komissiyası  yaradılmış, mövcud məktəblər az bir zamanda 
millil
əşdirilmiş, yeni məktəblər  açılmış, Türkiyədən müəllimlər dəvət 
olunmuş, dövlət kitabxanaları üçün xeyli kitab alınmışdır.  
1919 – 1920 – ci ill
ərin ictimai – siyasi vəziyyəti nə qədər ağır olsa da , 
Az
ərbaycan dövləti kitab və  kitabxana sahəsinin  inkişafı  üçün  bütün 
imkanlardan istifad
ə  etməyəçalışmışdır.  Kitab  çap  etmək məqsədilə  ADR 
hökum
əti Xalq Maarif Nazirliyi yanında “Təltif – Tərcümə - Əncümənin ” adlı 
xüsusi bir komit
ə  təşkil  etmişdir.  Həmin komitə  10 adda kitab tərtib edib 
Maarif Nazirliyin
ə vermişdir . Nəşr olunan kitablar əsasən dərs vəsaitləri idi.  


111 
 
Az
ərbaycan Xalq Cumhuriyyəti  hökuməti ilk günlərdən  başlayaraq 
h
əyata keçirdiyi mədəni  –  maarif  tədbirləri  kitabxana  işinin  inkişafı  üçün 
əsaslı zəmin yaradır. Kitabxana iş bu dövrdə həyata keçirilən sosial – mədəni 
v
ə maarifçilik işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir .  
1919-1920-ci ill
ərdə  ADR  –in  kitabxana  quruculuğu  sahəsindəki ana 
x
ətti yeni təşkil  edilən və  əvvəlcədən fəaliyyətdə  olan təhsil  ocaqlarında 
kitabxanaların yaradılmasından ibarət idi . 
ADR  – 
in kitabxana işi sahəsində həyata keçirdiyi tədbirlər içərisində 
hökum
ətin  Bakı  dövlət Universitetinin  Elmi  kitabxanasının  təşkili  və 
formalaşması  ilə  əlaqədar fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Universitet 
yaranark
ən, onun elmi kitabxanasının təşkili təxirə salınmaz vəzifələrdən biri 
idi. Dem
əli, Azərbaycanın  çoxəsrlik tarixində  müsəlman  şərqinin ilk ali 
Avropa tipli t
əhsil ocağı Bakı Dövlət Universitetinin yaranması həm də böyük 
bir elmi kitabxananın yaranması ilə səciyyələndirilir .  
Universitetd
ə  əsaslı  elmi  kitabxananın  yaradılmasını  mütəşəkkil 
sur
ətdə  həyata keçirmək üçün Xalq Maarif Nazirliyi Universitetin görkəmli 
aliml
ərindən ibarət komissiya yaratdı. Komissiya öz fəaliyyətinə Universitetin 
açılışından  əvvəl  başlanmışdı. Xüsusilə  qeyd etmək  lazımdır  ki, Kitabxana 
komissiyası  Universitet  elmi  kitabxanasının  formalaşmasını  bir  neçə 
istiqam
ətdə  aparırdı. Belə  ki, Universitetin nəzdində  Tibb fakultəsinin 
olmasını  nəzərə  alaraq  tibb  kitabxanalarının  Universitetə  keçilməsini  şəhər 
hakimiyy
ət  orqanlarından  xahiş  etmişdi  .  Beləliklə  , eyni zamanda bununla 
elmi  tibb  kitabxanasının  əsası  qoyulmuşdur  .  Kitabxananın  ilk  oxucuları 
arasında  M.Ə.Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli,  Tağı  Şahbazi, 
Əbdülrəhim bəy Haqverdiyev, Mirəsadulla  Mirqasımov  və  digərləri   
olmuşdur . 
1919-1920-ci ill
ərdə  BDU-nun Elmi Kitabxanası  artıq  respublikada 
h
əm  aparıcı  kitabxana  , həm də  elmi-metodiki  mərkəz  funksiyasını  yerinə 
yetirm
əyə başlamışdı .  
1920-
ci  il  yanvarın  16-da BDU-nun  kitabxanasında  Xalq  Maarif 
Nazirliyyinin  Kitabxana  işçilərinin  seminar    müşavirəsinin təşkili  haqqında 
m
əlumat olduqca maraqlıdır . Burada 24 nəfər kitabxana işçisi iştirak etmiş, 
Seyidzad
ənin “kitabxanalarda kitablar necə  yazılmalı”, Rzaquluzadənin  
“Onluq klassifikasiya”, Heyd
ərlinin “Kitabxana  işini  necə  aramalı”, 
Ağalarovun  “Kitabxanaların  komplektləşdirilməsi” və  s. mövzularda 
m
əruzələri dinlənmiş və müzakirə edilmişdir. Bütün bunlar doğrudan da BDU 
nun  Elmi  Kitabxanası  Respublikada  qabaqcıl  kitabxana  kimi  bir  çox 
funksiyaları layiqincə yerinə yetirdiyini sübut edir .  
M
əlum  olduğu  kimi    1920-ci  ilin aprelin 28-də  Bolşevik  Rusiyası 
Az
ərbaycan Xalq Cumhuriyyətini devirdi . Azərbaycan ərazisində Azərbaycan 
Sovet S
osialist  Respublikası  yaradıldı. Ümumiyyətlə, sovet cəmiyyətinin 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə