KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə56/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

126 
 
v
ə s. Bunun daxilində həmçinin müxtəlif şəxslərin fikirlərinin dərindən analiz 
edilm
əyərək fakt kimi qəbul edilməsini də aid etmək olar. 
C. M
əlumatların  zaman  baxımından  köhnəlməsi,  əsasən də  akademik 
mühitd
ə. Nəşr  edilən  resursların  gec  işıq  üzü  görməsi, təşkil  edilən veb 
saytların  köhnə  informasiya  daşıması,  xəbər xarakterli mənbələrdə 
informasiya ötürülm
əsi zamanı tarixin göstərilməməsi və s.  
D.  Bu m
əsələ  bir növ B bölməsi ilə  əlaqəlidir, yəni  informasiya 
t
əminatı zamanı kənar təsirlərə məruz qalma.  [6 s. 45] 
   
Bunları  əsas götürərək, e-resursların  toplanılmasında  yaranan 
probleml
əri aradan qaldırmaq üçün e-kitabxananın qarşısında suallar meydana 
g
əlir ki, həmin sullara cavab taparaq keyfiyytəli  infromasiyanın  əldə 
edilm
əsini reallaşdırmaq olar: 
İnformasiya tıminatını kim tərəfindən təşkil edilməsi? 
İnformasiyanın  təqdim edilmə  məqsədi və  kimlər üçün nəzərdə 
tutlmuşdur? 
İnformasiyanı  təqdim edən  müəssisənin, nəşriyyatın  nüfuzu,  resurs 
üz
ərində  aparılan  redaktə  prosesinin keyfiyyəti,  bu  işi  aparan  şəxslərin 
peşəkarlıq dərəcəsi və s. 
İnformasiya  təqdim edən  şəxs, müəssisə  tələb  olunan  mövzuda  hansı 
işlər aparmışdır? 
Maliyy
ə məsələləri informasiyanın keyfiyyətinə təsir edə bilərmi? 
İnformasiyanın dinamikliyi, yeni və son dövrləri əhatə etməsi, sürətli 
keçid imkanları və s. olması [4 s. 29]. 

əyyən edilmiş mənbələrdə informasiya axtarışı formaları 
Bu qeyd edil
ənlər e-kitabxananın  fondunun  formalaşmasında  resurs 
m
ənbələrinin görüntüsünü yaratmış olur. Diqqət yetirsək yuxarıda qeyd edilən 
m
ənblərin bir çoxu veb-mühitdə  formalaşmış  informasiya  massivləridir. 
H
əmin verilənlər  bazasında  informasiya  axtarışının  aparılmasının  müxtəlif 
formaları  vardır  ki,  bu  hər  bazanın  arxitekturasından  asılıdır.  Bu  qeyd 
olunanlar elektron informasiya resurslarının formalaşması prinsiplərini təqdim 
edir, h
əmin  formalaşan  informasiyanın  mükəmməliyi  onun  axtarışı 
s
əmərəliliyini və  keyfiyyətini müəyyən edən amillərdəndir. Yaradılmış 
çoxsah
əli və intellektual axtarış mexanizmi istənilən informasiya təlabatçısını 
sür
ətli,  dolğun  təmin etmə  imkanına  malik  olmalıdır.  Bu  baxımdan 
informasiya 
axtarışı  və  sonrakı  mərhələdə  seçimi prosesinin  müəyyən 
modell
əri  formalaşır,  kitabxanaçı-informasiya mütəxəssislərinin  ilkin  axtarış 
al
əti kimi nəzərə çarpan “sorğu” terminidir, bu axtarılan informasiyanın tərkib 
simvollarının  ardıcıllığını  təqdim edən  mexazimdir.  Sorğunun  hər bir sözü 
“axtarış termini” adlanır və  bir və ya bir neçə axtarış terminindən, yəni söz 
birl
əşməsi və  cümlədən ibarət ola bilər. Müxtəlif  axtarış  metodları  sorğunu 
m
ətndə olan müxtəlif fərqli funksiyalı hər bir sözə görə müqayisə edir, belə 


127 
 
axtarış forması “tammətnli axtarış” adlanır. Bundan başqa axtarış metodlarına 
biblioqarafik v
ə  ya digər  struktur  axtarışını  misal  göstərmək olar ki, burada 
informasiya  müvafiq  axtarış  sahələrinə  uyğun  tək və  kombinasyalı  aparılır, 
buna da “sah
ələr üzrə  axtarış  ”  deyilir.  Müasir  texnoloji  imkanları    nəzərə 
alsaq heteroqen d
əyişkən uzunluqlu  mətnlərdə  istənilən nəticəni  əldə  etmək 
ç
ətin və  qeyri  adekvat  olduğundan  “tammətnli  axtarış”  effektiv  hesab  edilir. 
Lakin Westlaw v
ə Lexis informasiya sistemləri qeyd olunan axtarış metodu ilə 
çalışır.  EBSCO  host  elmi  informasiya  bazasına  diqqət yetirsək  hər iki 
“tamm
ətnli” və  “sahəvi”  axtarış  formalarını  görmüş  olacağıq.  [2].  Axtarış 
metodlarından  bəhs etdiydə  “Bul”  operatorlarına  xüsusi diqqət yetirmək 
lazımdır  ki,  bu müxtəlif  növ  sorğuların  bir  və  ya bir neçə  söz və  söz 
birl
əşməsinin “and, or, not” xüsusi operatorları ilə axtarılmasıdır. Qısa nəzər 
salsaq “and” (v
ə) bu operator köməyil ilə axtarış zamanı sənəddə hər iki söz və 
ya söz birl
əşməsinin olmasını vacib edir, “or” (və ya) axtarış zamanı sinonim 
axtarış terminlərinin tapılmasına yardım edir, “not” (yox) operatorunu istifadə 
ed
ərkən axtarışa lazım olmayan terminlər qeyd etmək mümkündür ki, axtarışın 
n
əticəsində bu terminlər filterləşdirilir və istifadəçiyə təqdim olunmur  [5]. 
N
əzərə  alsaq ki, bütünlükdə  qlobal virtual məkandan resurs mənbəsi 
kimi  istifad
ə etmək olmaz, bu zaman ortaya çıxan vacib məslələrdən biri də 
tapılan informasiyanın təsnifatı və qiymətləndirilməsidir aparmaqdır.  
Tapılan e-resursların ümumi seçim kriteriyaları 
E-
resursların  seçilmə  prosesində  müəyyən  kriteriyalar  ortaya  çıxır  ki, 
bunlara uyğun olaraq e-kitabxananın qeydiyyat məlumatlarını formalaşdırmaq 
m
əqsədə uyğundur. Nəzərə almalıyıq ki, e-fond formalaşarkən ən narahat edici 
sual kimi “müxt
əlif veb və ya ənənəvi mənbələrdən toplanılan məlumatlar e-
kitabxananın  informasiya  təlabatlarını  ödəyirmi?” və  bu  baxımdan  aşağıda 
qeyd edil
ən ümumi kriteriyalara diqqət yetirək.  
Kontekst:  yaranma m
ənbəyi, digər resurslarla əlaqəsi (bütünlükdə 
əhatə etdiyi informasiya tutumu) 
Kontent: m
əlumatın etibarlı olması (müəlliflik, nüfuzluluğu), dəqiqliyi, 
xüsusiliyi, tamlığı, əhatəliliyi, dəyəri və auditoriyası. 
Əldə  olunması  və  istifadə  imkanları:  strukturu və  təşkili,  standartlara 
uyğun  gəlməsi, istifadənin tələb və  şərtləri, dəstəklənən sistem texniki 
imkanları, resursun yerləşməsi və s [3 s. 62]. 
Qeyd edil
ən bu kriteriyalar imkan verir ki, e-kitabxana tam mükəmməl 
formalaşmış fonda  malik olsun. Lakin e-resursların seçimi və toplanılması o 
dem
ək deyildir ki, e-fond artıq formalaşmışdır. Ümumilikdə nəzərə alsaq iknci 
böyük hiss
ə  həmin  toplanmış  e-resursların  intellektual  emal  və  analizidir. 
Əlavə olaraq nəzərə almalıyıq ki, toplanılan resurslar tək veb deyil həmin e-
kitabxananın əməkdaşları tərəfindəndə yaradılıb e-fonda daxil edilə bilər. 
E-
resursların emalı 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə