KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə60/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

137 
 
пособие  для  вузов  и  колледжей  культуры  и  искусств.-2-е  изд.,  дораб.  и  доп.  /  М-во 
культуры  РФ;    Моск.гос.ун-т  культуры  и  исскуств;  Под  общ.  ред.  В.К.  Клюева.  -М.: 
ИПО Профиздат, Изд-во Моск. гос. ун-та культуры и искусств, 2002. - 144с.  
 
К. МАМЕДОВА  
 
ОРГАНИЗАЦИЯ  МАРКЕТИНГОВОГО ОТДЕЛА БИБЛИОТЕКИ 
 
РЕЗЮМЕ 
 
В статье освещена структура и функция маркетингового отдела библиотеки.  
  
 
 
 
K. MAMMADOVA 
 
ORGANIZATION OF MARKETING DEPARTMENT OF LIBRARIES 
 
SUMMARY 
 
The structure and function of marketing department of library is shined in the article. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


138 
 
Mətanət ABBASOVA  
Fəlsəfə üzrə fəlsəfə  doktoru                                                           
metanet.abbasova@gmail.com 
                          
                                                                   
Paşayeva ZEYNƏB 
 
 
 
 
ELMİ TEXNİKİ TƏRƏQQİNİN TƏHSİLİN  
İNKİŞAFINDA ROLU 
   
 
 
 
Açar 
sözlər: təhsil, 
elm, 
inkişaf, 
elmi 
texniki 
tərəqqi, 
məlumat, informasiya, bilik 
Key words:  education, science, scientific and technical proqress, 
information,knowledge. 
Ключивое  слова:  оброзование,  наука,  науко-технический  прогресс, 
информачия, знание. 
 
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. 
 
Əbu TURXAN  
                
Müasir dövrdə bütün ixtisas sahələri eyni dərəcədə təhlil edilir. Və əməli 
fəaliyyət sahələrinin çoxunda müvafiq elmi-nəzəri biliklər tələb olunur. Yəni, 
elm  həyatın  bütün  sahələrinə  nüfuz  etmişdir.  Görünür  təhsilin  məzmununda 
elmi biliklərə üstünlük verilməsi də əsasən bununla bağlıdır.  
Ümumiyyətlə  elm  haqqında,  onun  mahiyyəti  və  funksiyaları,  praktik 
əhəmiyyəti haqqında nə bilir və tələbələrə bunu necə izah edirlər?  Elm nədir 
və onun məqsədi nədən ibarətdir? 
Müasir təhsilin məzmununu əsasən elmi biliklər təşkil edir. Əlbəttə, hər 
bir insana adi məişət bilikləri, əməli bilik və vərdişlər də lazımdır. Lakin bu 
bilik və vərdişlərin çoxu ailədə öyrədilir. Məktəb isə daha çox dərəcədə nəzəri 
biliklərin sahələr üzrə və sistemli şəkildə öyrədilməsinə üstünlük verir.  
Bəzən elə olur ki, insanın gələcək həyat və fəaliyyətində lazım olan bilik 
və  vərdişlərin  bir  qismi  nə  ailədə,  nə  də  məktəbdə  mənimsədilmir.  İnsan 
bunları müstəqil surətdə öyrənməli olur.  
Ali təhsil alanların heç də hamısı gələcəkdə alim olmur. Əksinə, özünü 
elmə  həsr  edənlərin  nisbi  sayı  azdırr.  Bəs  nəyə  görə  müasir  məktəb  nəzəri 
biliklərin öyrədilməsinə üstünlük verir?  
İncəsənətin 
məqsədi 
insanın 
emosional-mənəvi 
dünyasını 
zənginləşdirmək, onu daha saf, daha təmiz etmək – onun mənəvi imkanlarını 
artırmaqdır. 


139 
 
Elmin  məqsədi  isə  insanın  intelektual  dünyasını  zənginləşdirmək,  onu 
daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində 
onun imkanlarını artırmaqdır. 
Elmi biliyin maddi qü
vvəyə çevrilməsi təbiətlə mübarizədə insanı daha 
güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə 
bilmək  üçün  onun  mənəvi  kamillik  səviyyəsi  də  artmalıdır.  Ancaq  elm  əhli 
olmaq,  hələ  kamal  əhli  olmaq  deyil.  Kamalın  qələbəsi  üçün  yüksək  elmi-
texniki  səviyyə  ona  uyğun  gələn  yüksək  mənəvi-əxlaqi  səviyyə  ilə 
tamamlanmalıdır.  
Elmi texniki tereqqi illərdən bəri dönmədən inkişaf edir və bu inkişafın 
sürəti  getdikcə  daha  da  artır.  Vaxtilə  insanın  nağıllarda  vəsfi  etdiyi,  möcüzə 
saydığı  hadisələri  elm  artıq  həqiqətə  çevirmişdir.  Bəs  bu  gün  insan  elmdən 
daha  nələr  gözləyir?  Elmi-texniki  tərəqqinin  son  həddi  yoxdurmu?  Dayanıb 
keçdiyi yolu tənqidi təhlil süzgəcindən keçirmirsə, özünü dərk etməyə təşəbüs 
göstərmirsə onun gələcəyinə nə dərəcədə nikbin münasibət bəsləmək olar?  
Hər  bir  dövrdə  insanın  texniki  tələbatı  elmi-texniki  tərəqqinin  mövcud 
inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş 
naliyyətlər  zirvəsindən  daha  aydın  görünür.  İnsan  bu  zirvədən  elmi-texniki 
tərəqqinin  bütün  sahələrinə  nəzər  salaraq  onu  öz  mənafeyinə  (sosializmdə  – 
ictimai mənafeyə) uyğun olaraq planlı surətdə idarə etməyə çalışır.  
Elmi-
texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi potensialın 
bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir dövrdə 
iqtisadi və sosial tərəqqinin tələbləri baxımından daha aktual və daha səmərəli 
olan  tədqiqat  sahələrinin  ön  plana  çəkilməsi  elmi  potensialın  daha  çox 
dərəcədə məhz həmin sahələrdə cəmlənməsini tələb edir (4, 84).  
Baxm
ayaraq  ki,  müasir  dövrdə  elm  nisbi  müstəqil  inkişaf  imkanı  əldə 
etmişdir,  istehsalatın  real  tələbləri  bu  gün  də  elmin  inkişafına  ciddi  təsir 
göstərir  və  bu  təsirin  plana  uyğun  surətdə  tənzim  edilməsi  elmi  idarəetmə 
qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifənin uğurlu həlli üçün həm 
iqtisadiyyatın,  həm  də  elmin  inkişaf  perspektivlərini  qabaqcadan  düzgün 
müəyyənləşdirmək  tələb  olunur.  Ən  yaxın  gələcəkdə  və  nisbətən  sonrakı 
dövrdə  hansı  elm  sahələrinin  iqtisadiyyat  üçün  daha  böyük  əhəmiyyət  kəsb 
edəcəyini təyin etmək və planlaşdırma zamanı bunu nəzərə almaq asan deyil.  
Müasir  dövrdə  ölkəmizdə  neft-kimya  sənayesinin,  elektron-hesablama 
maşınları  və  mikroprosessor  texnikasının  inkişafına  üstünlük  verilir.  Bu 
sahələrin  intensiv  inkişafı  isə  öz  növbəsində  fundamental  elmləri  müvafiq 
aspektlərini  intensiv  inkişafını  nəzərdə  tutur.  Üstün  istiqamətlərin 
seçilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsalata 
nəzərən  qabaqlayıcı  rol  oynadığından,  iqtisadi  və  texniki  tərəqqi 
proqnozla
şdırılarkən  elmin  perspektiv  imkanları  əvvəlcədən  nəzərə 
alınmalıdır. Elm  isə  yaradıcı  sahə  olduğundan  burada  tam  dəqiq  proqnoz  və 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə